Month: September 2019

  • Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

    29 oktyabrda hərraca çıxarılacaq nəqliyyat vasitələrinin buraxılış illəri 1989-2007-ci illər intervalındadır.

    Median.Az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatında bildirilib.

    Qeyd olunub ki, “Chevrolet”, “Nissan”, “VAZ” və digər markalardan olan avtomobillərin ilkin hərrac qiymətləri 1800 manat ilə 10 min manat arasındadır.

    Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Bu resurslardan seçim edərək qeydiyyatdan keçən şəxs dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilər.

    Hərrac günü hər kəs komitənin Elektron Xidmətlər Potalından (e-emdk.gov.az) Elektron hərrac bölməsini seçərək onlayn özəlləşdirməyə qoşula bilər.

  • İlham Əliyev Şamaxıya pul ayırdı

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şamaxı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Şamaxı rayonunda 2500 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 8 kiçik sututarında zəruri təmir-bərpa işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 300,0 (üç yüz) min manat ayrılıb.

  • Qaraçılar 30 yaşlı xəstə qızı qaçırıb dilənməyə və oğurluğa məcbur edir – VİDEO

    30 yaşlı qız qaraçılar tərəfindən qaçırılıb.

    Lamiyə adlı xanım ARB-nin “Elgizlə izlə” proqramına gələrək bacısının dükana gedərkən qaçırıldığını bildirib:

    “Bacım ağır skalyoz xəstəsidir, ona övlad dünyaya gətirmək olmaz. Ölümlə nəticələnə bilər. İndi ikinci dəfə hamilədir. Bacımı diləndirirlər, oğurluq etdirirlər.

    Tək bacım deyil, üç azərbaycanlı xanım o günə qoyulub. Bacımın qayınanasını dəli edib yola salıblar. Günel adlı qadına da işgəncə verirlər. Nə bacıma, nə də Günelə ailəsi ilə əlaqə saxlamağa imkan vermirlər”.

    Lamiyə bacısını qaçıran qaraçıların Qax rayonunun Güllük kəndində məskunlaşdığını bildirib.
    /Baku.ws/

  • Президент выделил Шамахы 300 тысяч манатов

    30 сентября Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о дополнительных мерах по улучшению обеспечения посевных площадей оросительной водой в Шамахинском районе.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, в целях обеспечения посевных площадей площадью 2 тыс. 500 гектаров оросительной водой в Шамахинском районе на необходимые ремонтно-восстановительные работы на восьми малых водоемах ОАО “Мелиорация и водное хозяйство Азербайджана” из Резервного фонда Президента, предусмотренного в госбюджете 2019 года, первоначально выделяется 300 тыс. манатов.

  • Yasamalda 3 kişi qadını zorakılıqla öldürdü

    Sentyabrın 23-də saat 22 radələrində Yeni Yasamal-1 yaşayış sahəsində Maya Kərimovanın üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə tapılması barədə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə məlumat daxil olub.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə M.Kərimovanın Lənkəran rayon sakinləri H.Nəsirli və əvvəllər məhkum olunmuşlar – F.Axundov, R.Quluzadə tərəfindən bıçaqla qətlə yetirilməsi müəyyən edilib.

    Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən R.Quluzadə və H.Nəsirli saxlanılıb, digər şəxsin tutulması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

    Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırma aparılır.

  • В Азербайджане учреждается новая медаль

    В Азербайджане учреждается медаль по случаю 100-летия Бакинского государственного университета, сообщает Trend. Вопрос об этом вынесен на обсуждение в ходе сегодняшнего пленарного заседания Милли меджлиса (парламент).

    Таким образом, в связи с учреждением юбилейной медали Азербайджана «100-летие Бакинского государственного университета (1919-2019)», в повестку дня внесено изменение в законе “Об учреждении орденов и медалей Азербайджана”

    Изменение в закон утверждено после обсуждений в первом чтении.

  • Житель Масаллы крал деньги у женщин в центре отдыха

    Как сообщает Median.Az, сотрудники Масаллинского РОП в результате оперативно-розыскных мер задержали жителя села Гариблар, ранее судимого Э.Агаева, который 26-го сентября украл в центре отдыха у 3-х женщин в общей сложности 200 манатов и 100 долларов.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 177 (кража) УК Азербайджана.

  • İstirahət mərkəzində qadınların pullarını oğurlayan şəxs tutulub

    Median.Az xəbər verir ki, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 26-da rayon ərazisindəki istirahət mərkəzində 3 qadının, ümumilikdə 200 manat və 100 dolları pulunu oğurlayan Qəriblər kənd sakini, əvvəllər məhkum olunmuş E.Ağayev saxlanılıb.

    RPŞ İstintaq bölməsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • SOCAR: “Qarabağ əlillərinə qarşı heç bir zorakılıq tətbiq edilməyib”

    Sentyabrın 27-də saat 12:00 radələrində SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən mühafizə edilən Neft Kəmərləri İdarəsinə məxsus Şirvan-Böyükşor neft kəməri ərazisinin və həmin kəmərə birləşən Binəqədi xəttinin mühafizə zolağının bir hissəsinin zəbt olunduğu, qanunsuz tikili üçün bünovrə işlərinin aparıldığı aşkarlanıb.

    Şirkətdən azxeber.com-a verilən məlumata görə, qanunsuz tikinti işləri aparan şəxslərə mühafizəçilər tərəfindən xəbərdarlıq edilib və tikinti dayandırılıb. Bildirilib ki, sentyabrın 28-də Təhlükəsizlik İdarəsinin 35 saylı mühafizə komandasının əməkdaşları xidməti ərazini növbəti dəfə yoxlayarkən həmin sahədə qanunsuz inşaat işlərinin davam etdirildiyini aşkarlayaraq, ərazini zəbt etməyə cəhd göstərən şəxsə bir daha tikinti işlərinin dayandırılması barədə xəbərdarlıq ediblər.

    “Həmin vaxt qanunsuz tikinti aparan şəxsin təhriki ilə əraziyə toplaşmış, özlərini Qarabağ müharibəsi əlilləri kimi təqdim edən bir qrup şəxs mühafizə komandasının əməkdaşlarını təhqir edərək, onlara hücum çəkiblər. SOCAR-ın mühafizəçiləri hücum edən şəxslərə qarşı heç bir zorakılıq tətbiq etmədən hadisə yerinə polis əməkdaşlarını çağırıblar. İnsident zamanı şifahi xəbərdarlıqlara məhəl qoymayan şəxslər tərəfindən qarovul rəisi Abdurəhmanov Fuad Həsən oğlunun, İsmayılov Elnur İlyas oğlunun, Əliquliyev Ələkbər Cabbar oğlunun qol və bədən nahiyələrinə zərbələr endirib, müxtəlif bədən xəsarətləri yetirilib. Aparılmış video çəkilişdən də göründüyü kimi, təxribat törədən şəxslər hadisə yerindən uzaqlaşmağa çalışan mühafizə xidmətinin əməkdaşlarını, eləcə də polis əməkdaşlarını təqib edərək, xidməti maşınlarına maddi ziyan vurmağa cəhd göstərib, dövlətə qarşı qanunsuz çağırışlar səsləndiriblər”,- açıqlamada qeyd edilib.

    Bildirilib ki, aparılan ilkin araşdırmalardan məlum olub ki, tikinti yerinə çağırılan və iğtişaşlara təhrik edilən əlillərin həmin tikintiyə heç bir aidiyyəti yoxdur: “Hüseynov Şərif Novruz oğlunun ətrafında olan bir qrup bütün vasitələrlə öz qanunsuz maddi maraqlarına nail olmağa çalışır. Bunun üçün hər cür əməllərə əl atır, o cümlədən əlilərin nüfuzundan, cəmiyyətdəki statuslarından və qüvvələrindən sui-istifadə etməkdən, onları təxribata çəkməkdən belə çəkinmirlər. Hadisə zamanı həmin şəxslər tikintiyə aidiyyəti olmayan bir qrup əlildən sui-istifadə edərək, vəzifə səlahiyyətlərini yerinə yetirən SOCAR-ın təhlükəsizlik xidmətinin əməkdaşlarına xidməti vəzifəsini yerinə yetirməkdə mane olublar”.

    Hazırda baş vermis insidentlə bağlı hüquq mühafizə orqanları tərəfindən ətraflı araşdırma aparılır.

  • Macarıstan yığması futbol millimizlə oyun üçün heyətini açıqladı

    Futbol üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibi Macarıstan yığmasının ilkin heyəti açıqlanıb.

    Macarıstan Futbol Federasiyasının saytı xəbər verir ki, italiyalı baş məşqçi Marko Rossi oktyabrın 10-da Splitdə Xorvatiya, üç gün sonra Budapeştdə Azərbaycana qarşı keçiriləcək oyunlara çağıracağı futbolçuları müəyyənləşdirib.

    O, qarşıdakı görüşlərə 26 futbolçu çağırıb.

    Qapıçılar: Deneş Dibus (“Ferentsvaroş”), Peter Qulaçi (“Leypsiq”, Almaniya), Adam Kovaçik (“Videoton”);

    Müdafiəçilər: Botond Barat (“Sportinq Kanzas”, ABŞ), Barnabaş Beşe (“Havr”, Fransa), Tamaş Kadar (“Dinamo”, Ukrayna), Mihay Korhut (“Aris”, Yunanıstan), Adam Lanq (“Omoniya”, Kipr), Qerqö Lovrençiç (“Ferentsvaroş”), Tamaş Kristian (“Zalaeqerseq”), Orban Vili (“Leypsiq”, Almaniya);

    Yarımmüdafiəçilər: David Holman (“Slovan”, Slovakiya), Laslo Klaynhaysler (“Osiek”, Xorvatiya), İştvan Kovaç, Mate Patkai (hər ikisi “Videoton”), Adam Nad (“Bristol Siti”, İngiltərə), David Şiqer (“Ferentsvaroş”), Dominik Soboslai (“Red Bull”, Avstriya);

    Hücumçular: Balaj Cucak (“Əl-İttihad”, BƏƏ), Robert Feçeşin (“Uypeşt”), Filip Holender (“Luqano”, İsveçrə), Dominik Nad (“Legiya”, Polşa), Kristian Nemets (“Sportinq Kanzas”, ABŞ), Ronald Şalai (“Frayburq”, Almaniya), Adam Salai (“Hofenhaym”, Almaniya), Roland Varqa (“Ferentsvaroş”).

    Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək Macarıstan – Azərbaycan oyunu “Qroupama Arena”da baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.