Month: October 2019

  • 16 il həbsdə yatan Quba sakini yenidən cinayət törətdi

    Oktyabrın 28-də axşam saatlarında rayon sakini Vüqar Həsənovun bıçaqla yetirilmiş kəsilmiş-deşilmiş xəsarəti ilə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirərək hadisə yerindən qaçan rayonun Vladimirovka kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 16 ilə yaxın müddətə həbs olunmuş Firudin İskəndərov saxlanılıb. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, V.Həsənova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

    Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

  • Мурад Дадашев попрощался с «Maşın şou»

    Моя история с «Maşın şou» завершена, сообщил народный артист Мурад Дадашов в своем заявлении big.az.

    Он отметил, что больше не будет ведущим «Maşın şou».

    «Закончился 18-ый сезон реалити-шоу «Maşın». Вместе с 18-ым сезоном и я завершил для себя шоу «Maşın».Поскольку считаю, что мы должны расстаться со зрителями на долгий срок на самом пике проекта.

    В 2020 году мы предстанем перед зрителями с новыми прекрасными проектами. «M Grup» продакшн задумал очень интересные проекты, ведущим которых буду я. Не хочу остаться в памяти лишь по «Maşın şou» . Поэтому я испытаю себя в других проектах. Впереди нас ждет новое реалити-шоу. Отмечу, что это тоже очень интересный проект. Кроме того, работа над ним даже сложнее, чем над «Maşın şou»», – сказал народный артист.

  • Azərbaycana səfər edən amerikalı turistlərin sayı artıb

    Azərbaycana səfər edən amerikalı turistlərin sayı artıb.

    Dövlət Turizm Agentliyindən APA-ya verilən məlumata görə, bu barədə Agentliyin sədri Fuad Nağıyev ABŞ-ın yəhudi icmasını təmsil edən media nümayəndələri, turizm şirkətlərinin təmsilçiləri və sahibkarlardan ibarət heyətlə görüş zamanı bildirib.

    Onun sözlərinə görə, 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən ABŞ-lı turistlərin sayı 15 min nəfər təşkil edib.

    “Bu da ötən ilin eyni dövrünə nisbətdə 8% artım deməkdir”, – deyə F. Nağıyev qeyd edib.

  • В Габале автомобиль врезался в столб, есть пострадавшие

    В Габале произошло ДТП, в результате которого пострадали три человека.

    Как сообщает Median.Az со ссылкой на АПА, авария произошла сегодня примерно в 16:00 на автомобильной дороге Габала-Агдаш.

    У легкового автомобиля марки «ГАЗ 2410» (10-KD-881) лопнула шина, после чего не справившийся с управлением водитель съехал с дороги и врезался в столб электропередачи. В результате происшествия пострадали три женщины, находившиеся в автомобиле. Пострадавшие доставлены в Габалинскую центральную районную больницу.

    Сообщается, что женщины возвращались со свадьбы.

    По факту ведется расследование.

  • Qəbələdə toydan qayıdan şəxslər qəzaya düşüb, xəsarət alanlar var – FOTO

    Qəbələdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün saat 16:00 radələrində Qəbələ-Ağdaş yolunda qeydə alınıb. “QAZ 2410” markalı, 10-KD-881 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən təkəri partlayıb və yoldan çıxaraq elektrik dirəklərinə çırpılıb. Hadisə zamanı avtomobildə olan 3 qadın xəsarət alıb. Yaralılar Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Məlumata görə, qəzaya düşən avtomobildəki şəxslər toydan qayıdırmış.

    Faktla bağlı araşdırma aparılır.

  • Sabah bu rayonlarda qaz olmayacaq – SİYAHI

    Oktyabrın 31-də saat 09:00-dan Biləsuvar, Ağstafa və Qax rayonlarının ərazisində qaz xətti üzərində quraşdırılmış qurğuların yeri dəyişdiriləcək, yeni qaz tənzimləyicisi quraşdırılacaq, aşkarlanan qaz sızmaları aradan qaldırılacaq.

    Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat verilib.

    Məlumata görə, bununla bağlı təmir işlərinin aparılmasına şərait yaradılması məqsədilə qeyd edilən rayonların bir hissəsində qaz təchizatında fasilələr müşahidə ediləcək.//Baku.ws

  • Göygöldə 58 yaşlı çoban itkin düşüb – FOTO

    Göygöl rayonunda 58 yaşlı kişi itkin düşüb.

    DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”un Qərb Mərkəzinə verilən məlumata görə, Şamaxı rayonu Kərkənc kənd sakini, 1961-ci il təvəllüdlü Məmməd Əllazov oktyabrın 27-si səhər saatlarında çoban işlədiyi Göygöl rayonunun Firuzabad qəsəbəsindəki fermadan çıxaraq bir daha geri qayıtmayıb.

    Onun əlamətləri belədir: boyu 160-165 sm, arıq bədən quruluşlu, ağ-qara saçlara malik, gözlərinin rəngi qonur. M.Əllazov fermadan çıxarkən əynində hərbi kostyum, hərbi şalvar, başında papaq, ayağında idman ayaqqabısı olub.

    Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-205-22-79, 022-205-50-57 şəhər və (055) 545-11-02, (070) 252-22-44 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

  • Sumqayıtda müəllimənin meyiti tapılıb

    Sumqayıt şəhərində 60 yaşlı müəllimənin meyiti tapılıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, meyit şəhərin İnşaatçılar qəsəbəsində aşkar edilib.

    Belə ki, şəhər sakini, 1959-cu il təvəllüdlü Elvira Zərbəli qızı Kazımovanın meyiti yerli sakinlər tərəfindən tapılıb.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. Qadının ölüm səbəbləri araşdırılır.

    İlkin məlumata görə, meyiti tapılan qadın Sumqayıt şəhər 2 nömrəli musiqi məktəbinin müəllimidir.

    Faktla bağlı araşdırma aparılır.

  • В Тертере за реализацию наркотиков задержан житель Астары

    Как сообщает Median.Az, сотрудники Тертерского РОП в результате проведенной операции у жителя Евлахского района Н.Гаджиева изъяли наркотическое средство – марихуану.

    В ходе дополнительных мер полицейские задержали жителя Астаринского района Ф.Джаббарова, который продал наркотики Н.Наджиеву.
    При личном осмотре у него обнаружили 471 грамм марихуаны.

    В Следственном отделе РОП возбуждено уголовное дело.

  • Tərtərdə narkotik satan Astara sakini saxlanılıb

    Median.Az xəbər verir ki, Tərtər RPŞ əməkdaşlarının əməliyyat tədbiri nəticəsində Yevlax rayon sakini N.Hacıyevdən marixuana götürülüb.

    N.Hacıyevə narkotik vasitəni satan Astara rayon sakini F.Cabbarov müəyyən edilərək, polis əməkdaşları tərəfindən saxlanılıb. Şəxsi axtarış zamanı ondan 471 qramdan artıq marixuana götürülüb.

    RPŞ İstintaq bölməsində cinayət işi başlanılıb.