Month: October 2019

  • Охранник İnfiniti побил арабского туриста

    Не привыкший стоять в очереди гражданин ОАЭ стал участником хулиганства, произошедшего в известном бакинском ночном клубе İnfiniti.

    Как передает Median.Az со ссылкой на Oxu.Az, инцидент зафиксирован 29 октября в 05:00 в заведении, расположенном на территории Наримановского района в 1968-м квартале. В 17-е отделение полиции обратился арабский турист Фаисал Аль-Рафаил Абдул Азизи 1992 года рождения. Он рассказал, что был избит охранником İnfiniti, имя которого он не знает.

    В ходе расследования выяснилось, что зачинщиком конфликта стал сам араб, простоявший до пяти утра в очереди в ночной клуб. По правилам клуба, посетителей пропускают в заведение только при наличии там свободных сидячих мест. В противном случае желающие попасть в клуб должны занять место в очереди.

    Не секрет, что этот ночной клуб пользуется повышенным спросом среди туристов и представительниц самой древней профессии в мире – жриц любви. Последние готовы щедро отплатить охраннику за то, чтобы попасть внутрь и “словить” состоятельного клиента.

    “Светало. Терпение араба лопнуло, и он напал с обвинениями на охранника. Последний не стал церемониться с интуристом, поскольку правила для всех одинаковые. Применив силу, он вытолкал его с территории клуба. Никаких травм на теле иностранца не обнаружено”, – отметили в полиции.

  • Вилаят Эйвазов отправил начальника на пенсию

    Еще один сотрудник органов внутренних дел Азербайджана был уволен с работы в связи с достижением пенсионного возраста.

    Как передаёт Median.Az со ссылкой на Report, начальник Службы управления дежурными частями, полковник полиции Фуад Бахтияров освобожден от занимаемой должности.

    Соответствующий приказ подписал министр внутренних дел, генерал-полковник Вилаят Эйвазов.

    Согласно приказу, Ф.Бахтияров отправлен в отставку по причине достижения предельного возраста пребывания на службе.

    Отметим, что в Службу управления дежурными частями входят дежурные части, Call-центр “102” и служба “Безопасный город”.

  • Vilayət Eyvazov rəisi işdən çıxardı

    Azərbaycan daxili işlər orqanlarının daha bir əməkdaşı xidmətdə olmanın son yaş həddi ilə əlaqədar işdən çıxarılıb.

    Median.Az report-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Növbətçi Hissələri İdarəetmə Xidmətinin rəisi, polis polkovniki Fuad Bəxtiyarov vəzifəsindən azad edilib.

    Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, F.Bəxtiyarov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq, təqaüdə göndərilib.

    Qeyd edək ki, Nazirliyin idarə səlahiyyətli Növbətçi Hissələri İdarəetmə Xidmətinə növbətçi hissələr, “102” Xidməti-Zəng Mərkəzi və Təhlükəsiz Şəhər Xidməti daxildir.

  • Türkiyəni “qan gölü”nə çevirmək istəyən 100 İŞİD-çi yaxalandı – VİDEO

    Türkiyədə Cumhuriyyət Bayramı ərəfəsində terror aktı törətmək istəyən İŞİD terrorçularından ibarət mütəşəkkil dəstə ələ keçib.

    BAKU.WS “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin Baş Polis İdarəsinin rəisi Mehmet Aktaş açıqlayıb.

    Onun sözlərinə görə, 21 vilayətdə aparılan 26 əməliyyat zamanı 100 İŞİD-çi saxlanılıb.

    Baş İdarədə keçirilən koordinasiya yığıncağında çıxış edən Mehmet Aktaş bildirib ki, “FETÖ”, “İŞİD” və “PKK” daxil olmaqla, bütün terror təşkilatlarına qarşı mübarizə əzm və qətiyyətlə aparılacaq.

  • Возбуждено уголовное дело по факту смерти студента во время драки

    В Бакинском суде по тяжким преступлениям состоится судебный процесс в отношении жителя столицы Джумшуда Балабекова, обвиняемого по статье 126.3 (умышленное причинение тяжкого вреда здоровью, повлекшее по неосторожности смерть потерпевшего) УК Азербайджана.

    Как сообщает Median.Az, 14-го мая этого года студент 2-го курса Бакинского колледжа управления и технологий Галиб Аскерзаде
    (2001-го года рождения) упал во время драки и получил травму головы. Он был доставлен в больницу, но спасти его жизнь врачам не удалось.

    Во время разбирательства выяснилось что, за пределами колледжа между студентами Галибом Аскерзаде и Джумшудом Балабековым произошла драка, в результате которой потерпевший получил тяжкую травму.

    По факту прокуратура Наримановского района возбудила уголовное дело, в тот же день Д.Балабеков был задержан сотрудниками полиции.

    В ближайшее время будет известна дата подготовительного заседания.

  • Kollecdə tələbə yoldaşını öldürən şəxsin məhkəməsi başlayır

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Cümşüd Balabəyovun CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.

    Median.Az xəbər verir ki, mayın 14-də Nərimanov rayonunda yerləşən Bakı İdarəetmə ve Texnologiya Kollecininin 2-ci kurs tələbələri Qalib Əsgərzadə və Cümşüd Balabəyov arasında şəxsi münasibətlərin aydınlaşdırlması zəmnində dava baş verib. Dava zamanı Q.Əsgərzadə (2001-сi il təv.) yıxılaraq başından xəsarət alıb. O, xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

    Həmin gün C.Balabəyov Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb, rayon prokruroluğunda fakta görə cinayət işi başlanılıb.

    Yaxən günlərdə cinayət işi üzrə hazırlıq iclası keçiriləcək.

  • Rusiyada saxta içki istehsal edən azərbaycanlı haqqında hökm oxundu

    “Biznesmenlər” 2.4 milyon rubl (təxminən 63840 min manat – red.) zərərə görə 100 min rubl (təxminən 2660 manat – red.) cərimə ödəyəcək.

    Volqoqrad Rayon Məhkəməsi şəhərdə saxta alkoqol biznesinə başlamış 44 yaşlı Azərbaycan Respublikası vətəndaşına hökm oxuyub.

    Belə ki, saxlanılan şəxs təxminən bir ildir məşhur markaların adı altında saxta içki istehsalı ilə məşğul olub. Bunun qarşılığında o, ümumirejimli cəzaçəkmə müəssisəsində il yarım həbs cəzası alıb.

    Saxta içki ticarəti ilə məşğul olan şəxs bu işi beş dostu ilə birgə görüb. Onların marka sahiblərinə vurduğu zərər 2.4 milyon rubl (təxminən 63840 manat – red.) məbləğindədir.

    Hazırda azərbaycanlılar üç maddə ilə ittiham olunur: “etiketlənməmiş alkoqol məhsullarının satışı, saxlanması, daşınması”, “lisenziyasız alkoqol məhsullarının qanunsuz dövriyyəsi”, “malların fərdiləşdirilməsi vasitələrindən qanunsuz istifadə”.

    Saxlanılan şəxslər günahını etiraf edib.

  • В Украине будет установлен памятник Низами Гянджеви

    Во втором по величине городе Украины – Харькове планируется открыть парк имени Низами Гянджеви и установить там памятник величайшему азербайджанскому мыслителю.

    Как сообщили oxu.az в посольстве Азербайджана в Украине, предварительное соглашение по этому поводу было достигнуто на встрече мэра Харькова Геннадия Кернеса и чрезвычайного и полномочного посла Азербайджана в Украине Азера Худиева.

    В ходе обсуждений дипломат отметил, что посольство готово инвестировать в открытие парка, посвященного Азербайджану.

    Г.Кернес, в свою очередь, сказал, что в Харькове заинтересованы в привлечении азербайджанских компаний к участию в реконструкции метрополитена города, открытии новых линий метро и закладке парков.

  • Ukraynada Nizami Gəncəviyə heykəl ucaldılacaq

    Ukraynanın ikinci böyük şəhəri olan Xarkov şəhərində Nizami Gəncəvi adına parkın açılması və orada dahi mütəfəkkirin heykəlinin ucaldılması planlaşdırılır.

    Azərbaycanın Ukraynadakı səfirliyindən oxu.az-a verilən məlumata görə, bu barədə ilkin razılaşma Xarkov şəhər meri Gennadi Kerneslə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev arasında keçirilən görüşdə əldə edilib.

    Müzakirələr zamanı A.Xudiyev bildirib ki, səfirlik Xarkov şəhərində Azərbaycana dair parkın açılmasına investisiyanın qoyulmasına hazırdır.

    G.Kernes öz növbəsində qeyd edib ki, Xarkov şəhərində metropolitenin yenilənməsi, yeni metro xətlərinin açılması, parkların salınmasında Azərbaycan şirkətlərinin iştirakında maraqlıdırlar.

  • DİN və Baş Prokurorluq mitinqin təşkilatçılarına xəbərdarlıq etdi

    Daxili İşlər Nazirliyinin (DİN) və Baş Prokurorluq müxalifətin təyin etdiyi mitinqlə bağlı birgə məlumat yayıb.

    Daxil olan məlumatda deyilir:

    “Xəbər verildiyi kimi, Demokratik Qüvvələrin Milli Şurası adlandırılan quruma daxil olan partiya və birliklər, o cümlədən özünü Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi təqdim edən Əli Kərimli tərəfindən oktyabrın 19-da “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nümayişkəranə və kobud şəkildə pozularaq Bakı metropoliteninin “28 May” stansiyasının önündə nəqliyyatın hərəkətinin iflic olmasına, ətrafdakı insanların haqlı narazılığına, ərazidə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin iş rejiminin və bütövlükdə ictimai asayişin pozulmasına səbəb olan qanunsuz aksiya keçirilməsinin və təxribat xarakterli digər əməllərin qarşısı alınaraq 60 şəxs barəsində inzibati xətalar haqqında qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.

    AXCP rəhbərliyi və aksiyanın təşkilatçıları tərəfindən qanunla qadağan edilmiş yerdə planlı şəkildə təşkil olunmuş həmin mitinqlər zamanı polisin qanuni tələblərinə məhəl qoyulmamaqla hüquqazidd əməllərin davam etdirilməsi ətrafdakı insanların haqlı narazılığına gətirib çıxarıb.

    Respublikada sabitliyin pozulması məqsədi güdən bu cür qanunsuz hərəkətlərin qarşısının qətiyyətlə alınacağı barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, son günlər Əli Kərimli və Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərliyində təmsil olunan digər şəxslər, habelə ölkə ərazisində əvvəllər müxtəlif cinayətlər törətməklə saxta yollarla xarici ölkələrdə sığınacaq almış axtarışda olan və ermənipərəst xarici dairələrin idarə etdiyi və maliyyələşdirdiyi bir qrup satqınlar tərəfindən sosial şəbəkələrdə və internet informasiya ehtiyatlarında müxtəlif profillər, o cümlədən, “AzerbaycanSaatı”, “Turan Tv”, “AzerFreedom TV”, “Meydan Tv”, “OsmanqızıTv” və digər kanallar vasitəsilə noyabrın 2-də Bakı metropoliteninin “28 May” stansiyasının önündə qanunsuz aksiya keçirilməsinə yenidən çağırışlar edilir.

    Həmçinin, oktyabr ayının 19-da öz peşə borcunu yerinə yetirib ictimai asayişin pozulmasının qarşısını almış polis əməkdaşları haqqında fərdi məlumatlar paylaşılaraq onların işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyən, asayiş keşikçilərinə qarşı sosial ədavət və düşmənçilik hisslərinin oyadılmasına yönəlmiş təbliğat aparılır.

    Qeyd olunmalıdır ki, Milli Şura adlandırılan qurumun noyabrın 2-də mitinq keçirmək barədə müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən baxılaraq “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndinə əsasən metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsinin qadağan edilməsi nəzərə alınmaqla mitinq üçün “Neftçi” idman klubunun Lökbatan qəsəbəsindəki təlim-idman bazası təklif edilmiş, lakin təşkilatçılar həmin tarixdə yenə də metropolitenin qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçirəcəkləri barədə məlumatlar paylaşıblar.

    Bütün bunlar bir daha göstərir ki, xalq arasında nüfuzu, sosial dayağı olmayan və siyasi mübarizənin sivil metodlarını qəsdən inkar edən radikal müxalif qüvvələr məhz qanunla qadağan olunan yerlərdə küçə yürüşləri, mitinqlər, piketlər keçirməyə çağırışlar etməklə insanları dövlət orqanlarının qanuni tələblərinə tabe olmamağa, qarşıdurma yaratmağa, faktiki olaraq zorakılıqlar törətməyə, asayişi və sabitliyi pozmağa təhrik edirlər.

    Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Azərbaycan dövlətçiliyinə qarşı açıq-aşkar düşmənçilik mövqeyində duran cılız bir müxalif qrupun istənilən qanunazidd əməllərinin qarşısının qətiyyətlə alınacağını diqqətə çatdıraraq bəyan edir ki, Milli Şura adlanan quruma daxil olan partiya və birliklər, eləcə də, özünü Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi təqdim edən Əli Kərimli və həmin partiyada təmsil olunan digər şəxslər qanunsuz kütləvi aksiyaya çağırışları, zorakılığı və qəddarlığı təbliğ edən təxribat xarakterli hərəkətləri ilə əslində Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsi kimi ekstremist bir yolu seçdiklərini təsdiq edirlər.

    Onlara bir daha xəbərdarlıq edilir ki, Bakı şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerdən kənarda toplantı təşkil ediləcəyi, ictimai qaydanı, o cümlədən hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda ifadə olunan, əhalinin dinc həyatını, rahatlığını, nəqliyyatın, müəssisə, idarə və təşkilatların normal fəaliyyətini pozan qanunsuz hərəkətlərə yol veriləcəyi təqdirdə bütün məsuliyyət üzərlərinə düşəcəkdir.

    Eyni zamanda, qanunvericiliyin pozulmasına görə “Siyasi partiyalar haqqında” Qanunun 4-cü, 12-ci və 16-cı maddələrinə uyğun tədbirlərin görülməsi, hüquqazidd əməllər törətmiş şəxslərin isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə məsuliyyətə cəlb olunması təmin ediləcəkdir”.