Month: October 2019

  • Продолжается “18-я скорость” шоу “Машын” – ВИДЕО

    Участники шоу сначала отдохнули и позанимались спортом в отеле, а затем отправились в путь, чтобы собраться вокруг автомобиля.

    Участники “маскарада” начали постепенно привыкать к царящему здесь климату. Ну а наши корреспонденты воспользовались шансом, чтобы задать им вопросы.

    Baku TV спросило их о том, кого они видят в числе конкурентов.

    Участники шоу “Машын” высказали и “сердечные” пожелания в адрес своих коллег.

    Отдых закончился. Участники положили руки на машину. Борьба началась.

    Буквально через несколько часов выяснится, кто первым упустит шанс выиграть автомобиль.

  • “Maşın şou”da “maskalar düşəcək” – VİDEO

    “Maşın şou”nun 18-ci sürəti həyəcanla davam edir.

    Şounun iştirakçıları əvvəlcə oteldə istirahət və idman ediblər, daha sonra isə maşının ətrafına yığışmaq üçün yola düşüblər.

    “Maskarad”ın iştirakçıları burdakı mühitə yavaş-yavaş alışmağa başlayıb. Müxbirlərimiz də fürsətdən istifadə edib onlara suallarını ünvanlayıblar.

    İştirakçılar isə Baku Tv-nin mikrofonuna kimləri rəqib gördüklərini və başqa “ürək sözlərini” deyiblər.

    İstirahət bitib, iştirakçılar əllərini maşının üstünə qoyublar və mübarizə başlayıb.

    Artıq bir neçə saat sonra isə bir nəfər üçün maşın əldən gedəcək.

  • Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var

    Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Mollakənd kəndində qeydə alınıb.

    Belə ki, traktorla VAZ markalı minik maşınının toqquşması nəticəsində rayonun Axtaçı kənd sakini, 1938-ci il təvəllüdlü Hümmətova Güləndər Əkbər qızı müxtəlif növ bədən xəsarətləri alıb.

    Yaralı dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

    Fakt araşdırılır.

  • В Кюрдемире произошла авария, пострадала пожилая женщина

    В Кюрдемире произошла авария.

    Как передает Median.Az со ссылкой на Report, ДТП отмечено в селе Моллакенд.

    В результате столкновения трактора с автомобилем марки “ВАЗ” жительница села Ахтачы Гумметова Гюлендер Акпер гызы 1938 г.р. получила травмы различной степени тяжести.

    Женщину поместили в отделение травматологии Кюрдемирской центральной районной больницы.

    По факту ведется расследование.

  • Avrasiyanın 33 tanınmış yazıçısı Sumqayıtda olub – FOTO

    Avrasiyanın 33 tanınmış yazıçısı Sumqayıtda olub.

    Median.Az-ın report-a istinadən məlumatına görə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qonaqlara şəhərin tarixi barədə ətraflı məlumat verib.

    Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenov “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının çox böyük tədbir olduğunu bildirib.

    Qonaqlar tədbirin yüksək səviyyədə təşkil olunmasına görə Heydər Əliyev Fonduna minnətdarlıq ediblər.

    Qeyd edək ki, oktyabrın 1-də Heydər Əliyev Mərkəzində “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının təntənəli açılış mərasimi olub. “Avrasiya Xalqları Assambleyası” beynəlxalq qeyri-hökumət təşkilatları ittifaqının dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Avrasiya xalqlarının “LiFFt” Mədəni Layihələrinin İnkişafına Dəstək Fondu və Heydər Əliyev Fondudur.

    Genişmiqyaslı maarifçilik layihəsi olan “LiFFt” Avrasiya mədəni məkanının tamhüquqlu tərkib hissəsinə çevrilib. Avrasiya ədəbi festivallarını birləşdirən “LiFFt” 2016-cı ildən etibarən hər il keçirilir.

    Builki festival 2019-cu ilin BMT tərəfindən elan edilmiş Yerli Xalqların Dilləri İli Proqramına və böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr edilib.

    Festivalın məqsədi Avrasiya ölkələrində yazıçıların və oxucuların yaradıcılıq və dostluq əlaqələrini möhkəmlətmək, vahid Avrasiya ədəbi məkanı yaratmaqdır.

    Festivalın əsas vəzifələrinə aşağıda sadalanan məsələlər aiddir: Avrasiya ölkələrində festival hərəkatının birləşdirilməsi, Avrasiya xalqlarının mədəniyyətlərinin qarşılıqlı zənginləşməsinə kömək, peşəkar ünsiyyət imkanlarının genişləndirilməsi, ədəbi forumlar və festivallar təşkili sahəsində təcrübə mübadiləsi, ictimaiyyətin geniş dairələrinin, oxucuların qitənin mədəni həyatında iştiraka cəlb edilməsi, mütaliənin və ədəbi yaradıcılığın təbliği, oxucu mədəniyyətinin formalaşması, bütün xalqlar üçün ortaq mənəvi-əxlaqi dəyərlərin bərqərar olması yolu ilə yazıçıların və oxucuların qarşılıqlı zənginləşməsi.

    Festivalda Avrasiya ölkələrindən olan yazıçılar, şairlər, dramaturqlar, ədəbiyyat tənqidçiləri, mədəniyyət xadimləri iştirak edirlər.

    “LiFFt-2019” Avrasiya festivalı Avrasiya məkanında ədəbiyyatçıların qarşılıqlı yaradıcı fəaliyyəti, yer üzündə həyatın qorunub saxlanması naminə mədəniyyətə və qarşılıqlı hörmətə, sülhsevərliyə, millətlərarası mehriban qonşuluq və həmrəyliyə əsaslanan beynəlxalq ictimai münasibətlərin yeni modelinin yaradılmasında iştirak edən yazıçı və oxucuların geniş dialoqu üçün nəzərdə tutulan məkandır.

    “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının azərbaycanlı spikerləri Azərbaycanın Xalq yazıçıları Anar, Elçin Əfəndiyev, Kamal Abdulla, Çingiz Abdullayev, Afaq Məsud, Elmira Axundova, Xalq şairi Ramiz Rövşən, akademik Nizami Cəfərov, Azərbaycanın Xalq artisti Ramiz Fətəliyev və başqalarıdır.

    “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının beynəlxalq spikerləri Oljas Süleymenov (Qazaxıstan), Konstantin Kedrov-Çelişev (Rusiya), şair, nasir, tərcüməçi, Olştın Universitetinin professoru, mədəniyyət sahəsində hər il təqdim edilən marşal Varmiya və Mazur mükafatının laureatı Kşiştov Şatravski (Polşa), yazıçı və dramaturq, İsrailin Baş Naziri Binyamin Netanyahunun kiçik qardaşı İdo Netanyahu (İsrail), əsərləri dünya xalqlarının 40 dilinə tərcümə edilmiş satirik yazıçı, şair, publisist, tərcüməçi, Başqırdıstanın və Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi Marsel Səlimov (Rusiya) və başqalarıdır.

    Festivalın işi oktyabrın 3-də başa çatacaq.

  • “Naməlum virus” HİV imiş

    İranın cənub-qərbində yerləşən Çahar-Mahal və Bəxtiyari vilayətinin Çinar Mahmudi kəndində naməlum virus yayılıb.

    Median.Az trend-ə istinadən xəbər verir ki, vilayətin Səhiyyə və Müalicə Mərkəzinin direktoru Raşid Cəzayeri də məsələnin araşdırıldığını bildirib.

    Məlumata görə, təxminən 10 nəfər həmin virusa yoluxub. Qeyd edilir ki, təxminən 2 ay öncə kəndin bəzi sakinləri diabet analizi veriblər. Onların bəzisində HIV virusunun olması şübhəsi yaranıb.

    Parlamentin səhiyyə və müalicə komitəsinin sədr əvəzi Murtaza Xatəmi virusun HİV olduğunu təsdiqləyib.

  • Vasif cırıq şalvar geyinənləri ələ saldı

    Əməkdar artist Vasif Məhərrəmli cırıq cins şalvar geyinənləri tənqid edib.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda “Səhər-səhər” verilişində danışıb. O bildirib ki, belə geyinənləri qınayır:

    “Bu nə dəbdir? Cırıq şalvar geyinərlər? Yer üzündə bir dənə normal şalvar olmasa, ancaq cırıq cinslər qalsa, yenə geyinməyəcəm. Pijama ilə gəzəcəm, amma cırıq şalvarlardan geyinməyəcəm”.

  • В Баку ученики напали на педагога

    Педагог бакинской школы с многолетним стажем работы пожаловалась в полицию на своих учеников.

    Как сообщили в Управлении полиции Гарадагского района столицы, 1 октября в 11-е отделение полиции поступила жалоба 57-летней местной жительницы Аббасовой Айгюн Лятиф гызы.

    Аббасова 40 лет преподает в школе номер 127 предметы “Химия” и “Биология”. Учительница пожаловалась правоохранителям на то, что 27 сентября текущего года в классе подверглась нападению со стороны своих двух 14-летних учеников.

    Педагог предоставила полиции все данные мальчиков и рассказала подробности нападения.

    Между тем в Управлении образования города Баку отказались предоставить более подробную информацию, сославшись на тайну следствия.//Baku.ws

  • Oğurluğa görə tutulan Lənkəran sakininin digər cinayəti üzə çıxdı

    Oğurluğa görə tutulan Lənkəran sakininin digər cinayəti üzə çıxıb.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş X.Məmmədovun ətrafında Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun şəhər ərazisində “Baic” markalı avtomobildən içərisində 773 manat və sənəd olan çanta oğurlaması da müəyyən edilib.//milli.az

  • “Qəbələ” Kiprdə APOEL-lə heç-heçə edib

    “Qəbələ” klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk oyununu keçirib.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv I mərhələnin ilk matçında Kiprdə APOEL-lə üz-üzə gəlib. Paytaxt Nikosiyadakı “Makarion” stadionunda baş tutan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

    Hesab 9-cu dəqiqədə açılıb. İdris İnqilablının uzaq məsafədən endirdiyi zərbə APOEL-in futbolçusu Giannis Satsiasa dəyərək qapıya daxil olub. İkinci hisənin əvvəllərində meydan sahibləri tarazlığı bərpa edə biliblər. 48-ci dəqiqədə Stavros Qavriel bərabərlik qoluna imza atıb.

    Bu komandalar arasında cavab oyunu oktyabrın 24-də Qəbələ şəhər stadionunda keçiriləcək. Əyalət təmsilçisi I raundda APOEL-i mübarizədən kənarlaşdıracağı təqdirdə, “Saraqosa” (İspaniya) – “Korona” (Polşa) cütünün qalibi ilə görüşəcək.