Month: November 2019

  • Директор института: У более 70% больных сердечно-сосудистыми заболеваниями встречается сахарный диабет

    У более 70% обратившихся в Научно-исследовательский институт кардиологии больных встречается сахарный диабет.

    Об этом сказала директор института Гюльназ Дадашева, передает Report.

    По ее словам, сахарный диабет является основным фактором риска обострения или возникновения сердечных заболеваний: «У более 70% наших больных встречается сахарный диабет. У более половины больных, лечащихся у эндокринологов из-за сахарного диабета, бывают патологии сердца. Сахарный диабет и его влияние на сердце – одна из беспокоящих мировое здравоохранение проблем. Этой проблемой должны заниматься не только кардиологи и эндокринологи, но также и офтальмологи, нефрологи, диетологи».

    Г.Дадашева добавила, что 2 из 3 больных сахарным диабетом умирают от сердечных болезней или инсульта: «У больных сахарным диабетом по сравнению с не больными им людьми в два раза выше риск сердечных приступов и инсульта. Говоря о сахарном диабете, следует думать о риске сердечных заболеваний. Высокий уровень сахара, холестерина приводит к сокращению поступающей к сердцу крови, и в итоге к возникновению болезни сердца».

    Она сказала, что курение в два раза увеличивает риск сердечных заболеваний у больных сахарным диабетом.

  • Gəncədə məhbus mismarla özünə xəsarət yetirdi

    Gəncədə məhbus özünə mismarla xəsarət yetirib.

    Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə şəhər 2 saylı cəzaçəkmə müəssisəsində 1993-cü il təvəllüdlü Əliyev Ceyhun Bilman oğlu mismarla bədənin müxtəlif nahiyyələrinə xəsarət yetirib.

    O dərhal xəstəxnaya çatdırılıb.

    Xəsarət alan şəxsə tibbi yardım göstərilib.

    Faktla bağlı araşdırma aparılır.//qafqazinfo

  • Onlayn ticarət, yoxsa alıcılara qarşı saxtakarlıq? – VİDEO – FOTO

    Son vaxtlar onlayn alış-veriş saytları və sosial şəbəkə səhifələrindən şikayətlər durmadan artır.

    Median.Az bildirir ki, məsələnin ciddiliyini nəzərə alaraq ARB TV-nin “Günə Doğru” kollektivi bu problemi geniş süjet ətrafında işıqlandırıb.

    Nərgiz Məmmədova – Şikayətçi: “Onlayn səhifələrin birindən geyim sifariş elədim və onlar məbləği tam şəkildə ödəməyi tələb elədilər, 1 həftə sonra geyimi gətirdilər lakin gələn geyimin şəkildəki ilə heç bir əlaqəsi yox idi. Mən daha sonra onlarla əlaqə saxlamağa çalışdım və nömrəmə cavab vermədilər, evlərinə qədər getsəm də açıqlama verilmədi”.

    Şəhər sakinlərilə sorğu zamanıda eyni mənzərə ilə qarşılaşdıq.

    Şəhər sakini: “Qrup yoldaşım bir dəfə sifariş vermişdi tamam başqa bir şey gətirmişdilər”.

    Sakin: “Mən ancaq aksesuarlar sifariş verirəm, çünki geyimə güvənmirəm, geyim verən olub bəyənmiyiblər, razmer böyük gəlib keyfiyyətsiz olub ona görə”.

    Eyyub Hüseynov – Azad İstehlakçılar Birliyinin sədri: “Azad İstehlakçılar Birliyinə şikayətlərin ardı-arası kəsilmir, beynəlxaq istehlakçı təşkilatının verdiyi məlumata görə onlayn ticarətlə satılan dərman preparatlarının çox böyük hissəsi hətta 70%-i saxtadır”.

    Bəs bu cür hallarla qarşılaşmamaq üçün nələrə diqqət etmək lazımdır?

    Sabit Məmmədov – Reklam üzrə mütəxəssis: “Nəyə inanıb sifariş versinlər, baxsınlar həmin səhifənin mobil tətbiqi varmı, saytı varmı və orada müqavilə şərtləri varmı? Müqavilə şərtləri göndərəndə mütləq onu oxumaq lazımdır ki, dəyişib və qaytarmaq mümkün olub olmadığını bilək”.

    Pərviz Əzimov – Marketoloq: “İnsanlar ən birinci olaraq tanıdıqları saytlardan almalıdır məhsulu. 2-ci məsələ budur ki, mütləq diqqət etməlidirlər onlayn ödəniş etdiyi saytlarda “3D security” sistemi olmalıdır ki, onların sabah fırıldaqçılığı ilə üzləşdikdə bank onların pullarını geri qaytara bilsin. Yəni “3D security” olmadan ödənişlər etməmələri tövsiyyə olunur”.

    Eyyub Hüseynov – Azad İstehlakçılar Birliyinin sədri: “Bütün hallarda kuriyer vasitəsilə çatdırılan onlayn ticarət məhsulunu alarkən mütləq və mütləq kassa çeki tələb etsinlər, əgər kassa çeki və ya mədaxil orderi tələb edilmirsə bu o deməkdir ki, burada problemlər yaşandıqda istehlakçı hüququnu qorumaq mümkün olmayacaqdır”.

    Mövcud qanuna görə 5 gün müddətində istehlakçının hüququ var ki, malı dəyişsin və ya qaytarsın.Bundan başqa bu cür hallarla qarşılaşan istehlakçılar İqtisadiyyat nazirliyinə müraciət edə və ya Azad İstehlakçılar Birliyinin qaynar xətti ilə əlaqə saxlayıb öz şikayətlərini bildirə bilərlər.

  • Азербайджан увеличил экспорт фруктов и овощей

    В январе-октябре этого года Азербайджан экспортировал в зарубежные страны около 467,3 тыс. тонн фруктов и овощей стоимостью 455,5 млн долларов, передает АПА.

    Как сообщает Государственный таможенный комитет, по сравнению с январем-октябрем прошлого года стоимость экспортированных фруктов и овощей увеличилась на 50 млн долларов, или на 12,3%, объем – на 24 тыс. тонн, или на 5,4%.

    Отметим, что в экспорте фруктов и овощей в январе-октябре этого года преобладали томат (139,5 тыс. тонн), лесные орехи (18,5 тыс. тонн), яблоки (70,1 тыс. тонн) и хурма (66,6 тыс. тонн).

  • Astara rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb – FOTO

    IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə noyabrın 14-də Astara rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb.

    IDEA İctimai Birliyindən Trend-ə verilən məlumata görə, ağacəkmə aksiyaları zamanı Astara rayonunda ayrılan 2 ha ərazidə 1250 ədəd feyxoa ağacı əkilib. Salınan meyvə bağları sözügedən rayonlarda yaşayan aztəminatlı ailələr arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib. Aztəminatlı ailələr bu meyvə bağlarına qulluq edib onlardan məhsul alaraq gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlar.

    Meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanmışdır. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, daha sonra isə Şəmkir, Ağstafa, Tovuz, Ağdaş, Qax, Lənkəran, Beyləqan, Sabirabad, Ağcabədi, Bərdə, Lerik, Quba, Qəbələ, İmişli, Göygöl, Qazax, Balakən, Ağsu, Oğuz və Yevlax rayonlarında salınaraq aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin istifadəsinə verilmişdir.

    Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək.

    Layihə çərçivəsində fındıq, nar, ərik, feyxoa, xurma, qoz, alma, ərik növlərindən olmaqla ümumilikdə 23120 meyvə ağacları əkilib və 72 aztəminatlı ailə meyvə bağları ilə təmin edilib.

    Aztəminatlı ailələr üçün meyvə bağlarının salınması layihəsi çərçivəsində ağacəkmə aksiyaları gələcəkdə ölkənin digər rayonlarında da təşkil ediləcəkdir.

    Qeyd edək ki, Astara rayonunda meyvə bağlarının salınması üzrə təşkil edilən aksiyasına 200 nəfərdən çox yerli gənc könüllü olaraq qoşulmuşdur. IDEA İctimai Birliyi aksiyada iştirak etmiş bütün könüllülərə və tədbirin keçirilməsinə dəstək vermiş qurumlara təşəkkürünü bildirir.

  • Apple удалит из App Store более 180 программ

    Американская корпорация Apple удалит из магазина приложений App Store более 180 программ, связанных с курением электронных сигарет или вейпингом.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщил в пятницу портал Apple Insider, специализирующийся на новостях о продукции компании.

    По его данным, компания удалит принадлежащие производителям электронных сигарет приложения, с помощью которых владельцы могут регулировать работу своих вейпов. Кроме того, Apple уберет из своего магазина приложений программы с новостями, посвященными культуре курения электронных сигарет, а также связанные с вейпингом игры.

    Портал отмечает, что в июне американская корпорация перестала размещать на своей онлайн-платформе новые приложения, пропагандирующие курение электронных сигарет. “Мы серьезно следим за тем, чтобы App Store оставался местом, которому пользователи, особенно молодежь, могли доверять при загрузке приложений, – заявили в Apple. – Мы постоянно проводим оценку приложений и ориентируемся на последние данные для того, чтобы исключить риски здоровью и благополучию наших пользователей”.

    Основанная в 1976 году Apple производит смартфоны iPhone, планшетные компьютеры iPad, компьютеры iMac, ноутбуки MacBook, музыкальные плееры iPod и другую высокотехнологичную технику. Корпорация со штаб-квартирой в Купертино является одной из крупнейших в мире, ее рыночная капитализация осенью 2018 года превысила 1 трлн долларов, но к настоящему времени снизилась примерно до 960 млрд долларов.

  • “App Store”dan 180-dən artıq proqram silinəcək

    “Apple” şirkəti “App Store” əlavələr dükanında elektron siqaret çəkməklə (veypinq) bağlı 180-dən artıq proqramı siləcək.

    “Report” “Apple İnsider”ə istinadən xəbər verir ki, şirkət elektron siqaret istehsalçılarına məxsus və veypları tənzimləyən əlavələri, elektron siqaret çəkməyin mədəniyyətinə dair xəbərləri, veypinqlə bağlı oyunları da siləcək.

    Hələ iyun ayından şirkətin on-line platformasında elektron siqaret çəkməyi təbliğ edən əlavələrin yerləşdirilməsinə son verildiyi xatırlanır.

    “App Store”un bundan sonra da istifadəçilər, xüsusilə gənclər üçün əlavə yüklənə bilən etibarlı platform olmasına ciddi nəzarət edirik. İstifadəçilərimizin sağlamlığına və rahatlığına riskləri aradan qaldırmaq üçün daim əlavələri qiymətləndirir, son məlumatları əsas götürürük”, – deyə şirkətdən bildiriblər.

  • Севиндж Заман: Проблема ожирения в основном встречается среди детей в возрасте до 5 лет

    «Как и во всем мире, ожирение является одной из актуальных проблем в Азербайджане. Ожирение широко распространено среди детей».

    Об этом заявила директор Академии нутрициологии, диетологии и профилактики ожирения (ANDOP) Севиндж Заман, сообщает Report.

    По ее словам, проблема ожирения в основном встречается среди детей в возрасте до 5 лет: «По этой причине родители должны более внимательно относиться к питанию детей в этом возрасте и им не следует давать продукты с высоким содержанием сахара. Так как газированные напитки, фаст-фуды и другая нездоровая пища вызывают у детей ожирение».

    С.Заман призвала родителей соблюдать правильный режим питания детей.

    Директор ANDOP добавила, что к 2025 году ожирение охватит 70% населения мира: «Основными причинами этого являются плохое питание, отсутствие дисбаланса между едой и энергией движения, наличие вредных углеводов в нашем рационе и слабая физическая активность».

  • Müğənnilərin vergi təlaşı – “Qoy, kasıbçılığımızı çəkək”

    İncəsənət nümayəndələrinin, xüsusilə müğənnilərin toylarda, el şənliklərində “qaz vurub, qazan doldurmaları”nı hərə bir cür qələmə verir. İfaçıların bu çıxışlarının qarşılığında aldıqları qonorarlar cəmiyyətdə müzakirə olunan ən aktual mövzulardan biridir. Tez-tez sosial mediada sənətçilərin müəyyən zaman çərçivəsində şadlıq saraylarında çıxışlarının qiymətləri paylaşılır.

    Millət vəkili Qüdrət Həsənquliyev noyabırın 14-də keçirilən Milli Məclisin plenar iclasında müğənnilərin 10-15 min manata toylara getməsi haqqında bəyanatlər səsləndirib:

    “Buna görə də bu cür müğənnilərdən 30 manat vergi alınmasının nəzərdə tutulması düzgün deyil. Çəkməçidən isə beş manat vergi alınır”.


    Qalmaqallı məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı bir sıra məşhurlarla əlaqə saxlayaraq, onların mövzu ilə əlaqədar fikirlərlərini öyrənib.

    Müğənni Nadir Qafarzadə millət vəkili Qüdrət Həsənquliyevi tanımadığını bildirib, 2003-cü ildən bəri vergi ödəyicisi olduğunu dilə gətirib:

    “Millət vəkili Milli Məclisdə daha ciddi problemləri həll etməkdənsə, oturub müğənnilərin pulunu hesablayır. İndi biz onların qazancının nə qədər olduğunu sayaq? Hazırda 15 min deyilən məbləğ yoxdur. Əvvəlki kimi toylar da yoxdur. İnsanlarda imkan da yoxdur ki, biz müğənnilərə yaxşı qonorar versin.

    Boşanan evlənəndən daha çoxdur. Mənə elə gəlir ki, insanlar bundan sonra boşanmalarını qeyd edəcəklər (əsəbiləşir). O millət vəkilini yaxşı tanımıram. Günah ondadır ki, o, özünü yaxşı tanıda bilməyib. Yəqin, bir balaca da olsa, məsələ həll etməyib ki, onu tanımıram. Millət vəkilləri arasında hörmət bəslədiyim, yaxından tanıdığım insanlar da var.


    Qüdrət Həsənquliyevə güc, qüvvət arzulayıram ki, xalqın başqa problemlərini üzə çıxarıb, onların həlli yollarını axtarsın. Əl çəksin müğənnilərdən! Arzusuna çatdı. Qurutdular o bulağı. Toylar da yoxa çıxıb. Evlənən də yoxdur. Başqasını pulunu saymaq düzgün, doğru deyil. Mən 2003-cü ildən bütün vergiləri ödəyirəm. Əvvələr toya daha çox getdiyimdən vergini də çox ödəyirdim, amma indi az qazandığıma görə az da ödəyirəm. Bir sözlə, nə artıq, nə də əksik… Nə istəyirsiniz bizdən? Qoy, kasıbçılığımızı çəkək”.

    Müğənni Nura Suri belə məsələləri müzakirəyə çıxarmağın ayıb olduğunu bildirib:

    “Bir millət vəkillinin mühüm məsələləri həll etməkdənsə, müğənnilərin pulunu sayması doğru deyil. İqtisadiyyat naziri (keçmiş Vergilər naziri) Mikayıl Cabbarov incəsənət nümayəndələri üçün vergini dörd faizdən iki faizə endirib. Həmin millət vəkilinə sizin sayt vasitəsilə bildirmək istəyirəm ki, əgər müğənnilərin nə qədər pul qazanması maraqlıdırsa, gəlib yanımızda otursun, görsün ki, biz nə qədər pul xərcləyirik və nə qədər xeyir gətiririk.

    Mahnı almaq, klip çəkdirmək, konsert vermək, bəzənmək, geyinmək, gözəl görünmək, işçi saxlamaq, onun ailəsini saxlamaq, musiqiçilərdən tutmuş prodüserə kimi hamı öz vergisini ödəyir.


    15 min manat – heç kim toylardan bu qədər pul qazanmır. 15 min deyəndə də o müğənni ilə birlikdə çalışan insanların qonorarıdır. Yəni müğənniyə oradan 2000-3000 pul çatır. Bunu necə anlamayasan? İnsan nəsə danışanda gərək öncə düşünsün. Bunları düşünməyib necə demək olar? Müğənni 15 mini öz cibinə qoymur.

    İfaçı öz cibindən qalan pulundan iki faiz vergini ödəyir. İki faiz 30-50 manat ola bilər. Adi bir şeyi hesablamağı bacarmamaq, adi şeyi bilməmək və bu kimi məsələləri müzakirəyə çıxarmaq çox ayıbdır”.

    Əməkdar artist Cavanşir Məmmədov millət vəkilinin “Müğənnilər 15 min manata toya gedib, 30 manat vergi ödəyir” çıxışına etiraz edib, həmin ifaçıların ad və soyadlarını açıq şəkildə söyləməyini tələb edib:

    “16 nəfər musiqi kollektivi, ansambl ilə mən 3000-4000 min manata toya getmişəm. Vergimizi də vermişik. Yəqin, Qüdrət müəllim müğənniyə özü 15 min verib, ona görə bu müzakirəni Milli Məclisdə qaldırıb.

    15 minə gedib 30 manat vergini bütün müğənnilərin ayağına yazmaq, şamil etmək yanlışdır. O qiymətə gedən müğənnilərin siyahısını televiziya vasitəsilə təqdim etsin. Ad və soyadı ilə bir-bir təqdim edib, sübutlarla danışsın. Açıqlama gətirsin. Bunu deyən millət vəkilidir, millətin adamıdır. Millətin seçdiyi vəkildir. Vəkillər hər şeyi açıqlamalıdır, şəffaf danışmalıdır. İstər parlamentdə, istərsə də məhkəmədə…


    Millət də bilməlidir, hansı müğənni toya neçəyə gedir və nə qədər vergi ödəyir. Mən heç 5000 minə toya getmirəm. Əgər bir müğənni 15 minə toya gedirsə, o pulu ona verməsinlər, o da getməsin. Müğənni toy yiyələrdən guya o pulu güclə alır? İfaçıların heç biri cibə girmir. Xaricdən toylarına yarım milyon manata müğənniləri gətirirlər. Onları bəs niyə müzakirələrə çıxarmırlar. Niyə susurlar? Danışanda ad çəksinlər”.

    Əməkdar artisti Elza Seyidcahanın mövzu ilə bağlı səsləndirdiyi fikirlər sərt olub:

    “Vergi ödəmək hər bir vətəndaşın borcudur. Avropada bir çox məşhur müğənniləri götürsək, onlar cah-cəlallı və bahalı həyat tərzi sürürlər. Amma azərbaycanlı müğənnilərdə belə deyil. Bizim problemimiz olsa da, hamıdan gizlətməyə, büruzə verməməyə çalışırıq.

    Tamaşaçılar da bizi varlı görmək istəyir. Məsələn, toy yiyələri qapıya qaçır ki, görsünlər müğənni hansı avtomobildən düşəcək. Bahalı maşındasansa, qonorarı artıq, ucuz maşında oldunsa, az verir. Maşın sənətdən daha önəmlidir. Əfsuslar olsun ki, sənətçiyə sənətinə görə dəyər, qiymət verilmir. Bu isə çox acınacaqlı bir haldır.

    Bəzi müğənnilər də özlərini varlı göstərmək üçün 15 mini ortalığa atır. Altmış gün Məhərrəm ayı, 30 gün Ramazan ayı olur. Bunları da başa düşmək lazımdır. Müğənniləri müzakirə etməkdənsə, hörmətli millət vəkillərimiz daha ciddi problemləri həll etsinlər. Onlar bəstəkarların yazdığı yeni əsərləri xaricdə piar etmələrinə kömək etsinlər. Millət vəkilləri çalışsınlar ki, onların hesablarına gözəl konsertlər təşkil edilsin.


    Ailəm acından ölməsin deyə mən – Elza Seyidcahan müğənni olmuşam ki, özüm öz əsərlərimə sponsorluq edim. Bizim bəzi millət vəkillərimizə müraciət etdim ki, Nəsimi ili bağlı Heydər Əliyev Sarayında konsert edirəm, gəlin, bilet alın… Saymadılar, kömək etmədilər. Amma elələri də oldu ki, öz cibindən bilet alıb, nəğmələrimi dinlədilər”.

  • 4 kirayənişin 1 nəfərə zor tətbiq etdi, 98 manat aldı

    Ağcabədi rayon sakininə qarşı soyğunçuluq edilib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı F.Rzayev polisə müraciət edib.

    Qeyd edib ki, o, Moskva prospektindəki evlərin birində olarkən 4 nəfər ona zor tətbiq edərək 98 manatını alıb.

    Hadisə noyabrın 13-də qeydə alınıb.

    Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlər, qeyd edilən evdə kirayədə yaşayanlar – E.Əsgərov, V.Vəliyev, E.Fətəliyev və onun qardaşı saxlanılıblar.

    Araşdırma aparılır.