Month: November 2019

  • Nizami rayonunda piyadanı vurub, qaçan sürücü saxlanılıb

    Median.Az xəbər verir ki, noyabrın 12-də H.Əliyev prospektində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini E.Ağaməmmədov vurulub.

    Nəticədə piyadaya xəstəxanada tibbi yardım göstərilib.

    Nizami RPİ 23-cü polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən yayınan “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini M.Qasımov saxlanılıb.

    Araşdırma aparılır.

  • В “Нефтчи” появился футболист из Гвинеи

    Азербайджанский футбольный клуб “Нефтчи” пригласил на просмотр нового легионера.

    Это 19-летний гвинейский полузащитник Ямусса Камара, который играл за различные сборные своей страны (U-16, U-20, U-23).

    Камара сегодня провел первую тренировку с командой. Его будущее в “Нефтчи” зависит от решения тренерского штаба клуба.

  • Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Qanun ləğv edildi

    “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 19 yanvar tarixli 460 nömrəli Konstitusiya Qanununun ləğvi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu qəbul edilib.

    Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinin III hissəsini rəhbər tutaraq qərara alır:

    “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 19 yanvar tarixli 460 nömrəli Konstitusiya Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, №1, maddə 23) ləğv edilsin.

  • Vilayət Eyvazovdan yeni təyinat

    Ağcabədi rayon polis şöbəsində kadr dəyişikliyi olub.

    Məlumata görə, bu barədə müvafiq əmri Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

    Əmrə əsasən, Rüfət Məmmədov Ağcabədi rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.

    O, bundan əvvəl rayon Polisinin istinadən bölməsinin rəisi işləyib.

  • Президент встретился с Рашидом Темрезовым – ФОТО

    14 ноября Президент Азербайджана Ильхам Алиев принял делегацию под руководством главы Карачаево-Черкесской Республики Российской Федерации Рашида Темрезова.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Prezident Raşid Temrezovla görüşdü – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Raşid Temrezovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • В Баку 14-летняя девочка родила ребенка

    В Хазарском районе Баку 14-летняя девочка родила ребенка.

    Как передаёт Median.Az со ссылкой на Report, роды произошли в июле, но информация об этом поступила в правоохранительные органы лишь в ноябре.

    Сообщается, что в Объединенной городской больнице №26 в поселке Мардакян родила Т.Т. 2005 года рождения. У нее появилась на свет девочка.

    По факту началось расследование.

    Отметим, что в Азербайджане минимальный возраст вступления в брак составляет 18 лет. По уважительным причинам он может быть снижен на 1 год.

  • Prezident üç nəfərə fəxri ad verdi

    Prezident İlham Əliyev Azərbaycan-Rusiya mədəni əlaqələrinin möhkəmləndirilməsində xidmətləri olan mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

    Həmin şəxslər bunlardır:

    “Əməkdar incəsənət xadimi”
    Maqomedov Cambulat Musayeviç

    “Əməkdar artist”
    Hacıyeva Fatimə Taqirovna
    Xadulayev Mutay Xadulayeviç.

  • Azərbaycanda şair vəfat etdi

    Şair Şamxal Rüstəm vəfat edib.

    Bu barədə jurnalist Tural Turan öz “Facebook” səhifəsində məlumat verib.

    “İndicə üzücü xəbər aldım. Məni ilk dəfə mətbuatda çap edən adam – ən ağır kədərləri ən şirin bozax (xalq) dili ilə ifadə edən Şamxal Rüstəm dünyasını dəyişib.

    Son evi işıqlı olsun! Şəmkir torpağı böyük söz adamını itirdi…”, – deyə o, qeyd edib.

    Xatırladaq ki, şair son illər ağır xəstəliklərdən əziyyət çəkirdi.

  • Müsavat vəsiqəsi ilə Almaniyaya gedənlərin hamısı deportasiya olunur

    Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanda müxalifət partiyalarının keçmiş fəallarından ibarət cinayətkar şəbəkə üzvlərinin işini araşdırmaqda davam edir.

    Almaniya polisinin apardığı araşdırma nəticəsində müxalifət partiyalarının 7 fəalı, xüsusən də Müsavat Partiyasından olan üzvlərin miqrant alveri məqsədi ilə vahid cinayət qrupu yaratdıqları məlum olub.

    Hazırda onlar Azərbaycandan miqrantların qanunsuz yollarla ölkəyə gəlməsini təşkil etməkdə ittiham olunurlar. Cinayətkarlar göstərdikləri xidmətə görə 3 min-10 min arası avro pul alıblar.

    Son məlumata görə, Bavariyada yerli rəhbərlik siyasi təqiblərə görə sığınacaq almış çox sayda miqrantı Azərbaycana deportasiya etmək qərarına gəlib. Onların hamısı Müsavat Partiyasının vəsiqələri əsasında sığınacaq alıblar.