Month: November 2019

  • Azərbaycanda ağır yol qəzası – Ölən və yaralılar var – VİDEO

    Gəncədə ağır yol nəqliyyat hadisəsi qeydə alınıb.

    Hadisə Bakı-Qazax magistral avtomobil yolunun Gəncə şəhərindən keçən hissəsində “aeroport yolu” deyilən ərazidə qeydə alınıb.

    İlkin məlumata görə qəzada bir nəfər ölüb, çox sayda yaralı var.
    /Baku.ws/

  • Сотрудники “Бандотдел”а изъяли у жителей Евлаха наркотики

    Как сообщает Median.Az, сотрудники Главного управления по борьбе с организованной преступностью (ГУБОП) МВД в результате проведенной операции на территории Насиминского района задержали жителей Евлахского района М.Мамедова и ранее судимого Р.Шукюрова.

    При личном осмотре у Р.Шукюрова изъяли 52 грамм опиума, у М.Мамедова свыше 47 грамм героина, 96 грамм метамфетамина, 52 грамм опиума и 19 грамм марихуаны.

    По факту возбуждено уголовное дело.

  • “Bandotdel” Yevlax sakinlərindən narkotik vasitələr götürüb

    Median.Az xəbər verir ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) əməkdaşlarının Nəsimi rayonu ərazusundı keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax rayon sakinləri M.Məmmədov və əvvəllər məhkum olunmuş R.Şükürov saxlanılıblar.

    Şəxsi axtraış zamanı R.Şükürovdan 52 qrama yaxın tiryək, M.Məmmədovdan 47 qramdan artıq heroin, 96 qramdan artıq metamfetamin, 52 qramdan artıq tiryək və 19 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Koroğlu dairəsi, tıxac, sıxlıq və xaos – VİDEO

    Ən azı bir dəfə də olsun Koroğlu metro stansiyasının qarşısındamn keçməli olmusunuzsa demək ki, vəziyyətdən siz də xəbərdarsız. Sıxlıq və xaos… 

    Problemi BAKU.TV araşdırıb.

    Uzun müddətdir ki, Bakıda “Koroğlu” deyilən kabus hökm sürür. Söhbət metronun “Koroğlu” stansiyasının ətrafında yaşanan bərbad vəziyyətdən gedir. Hər gün işə “Koroğlu” metro stansiyasının önündən gedib gələn insanların bir ümumi arzusu var. Nə vaxtsa, buradan rahat nəqliyyat vasitəsi ilə çıxıb getmək.

    Problemin səbəbini isə hər kəs bir-birinin üzərinə atır. Tərəflərsə 20 yanvar, Mərdəkan, ya da Buzovna deyib müştəri gəzən taxsı sürücüləri və onlar üçün yer ayırmadığı iddia olunan Bakı Nəqliyyat Agentliyidir.

    Sürücülər dayanacaqların olmamasından şikayətlənir.

    “Biz də çörək pulu üçün çıxmışıq, şərait yaradılsın”.

    “Şərait yaradılsın yer ayırsınlar işləyək”.

    Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyir ki, ərazidə yaşanan nizamsız vəziyyəti qısa zamanda həll etmək mümkün deyil. Amma bu istiqamətdə kompleks tədbirlər görülür.

  • Zorlamada ittiham olunan azərbaycanlı İnterpola verildi

    Rusiya azərbaycanlını İnterpol xətti ilə axtarışa verib.

    Median.Az “oxu.az”a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü Səlim Əliyev zorlamada, seksual xarakterli zorakı hərəkətlər etməkdə ittiham olunur.

    Qeyd edək ki, S.Əliyev Cəlilabadın Bozayran kəndində anadan olub.

  • Hərbi Dəniz Qüvvələri qarşıya qoyulan tapşırıqları icra edir – VİDEO

    Azərbaycan Ordusu miqyasında keçirilən əməliyyat təlimi çərçivəsində Hərbi Dəniz Qüvvələri (HDQ) qarşıya qoyulan tapşırıqları icra edir.

    Median.Az Müdafiə Nazirliyinə (MN) istinadən xəbər verir ki, plana uyğun olaraq, HDQ-nin idarəetmə qrupuna müdaxilələr əsasında daxil olan məlumatlar xəritə üzərinə işlənilir.

    Təlimə cəlb olunan gəmi taktiki qrupları Xəzər dənizinin əməliyyat zonasında tapşırıqları dəqiq və effektiv icra edirlər.

  • Gürcüstanda etirazçılar parlamentə girişi bağlayıb – Bir neçə millət vəkili istefa verib

    Tbilisidə etirazçılar Gürcüstan parlamentinin binasının üç giriş qapısını bloklayıb.

    Median.Az report-a istinadən xəbər verir ki, buna səbəb qanunverici orqanda proporsional seçki sisteminə keçidi nəzərdə tutan qanun layihəsinin qəbul olunmamasıdır.

    Aksiya təşkilatçılarından biri olan Giqa Makaraşvili bildirib ki, deputatlara parlament binasını tərk etmələrinə imkan verilməyəcək: “Parlament üzvləri bu gün böyük səhv etdilər və Gürcüstan əhalisi bunu heç zaman unutmayacaq”.

    Etirazçılar parlamentin binası qarşısında saat 19:00-da kütləvi aksiya təyin ediblər.

    Qeyd edək ki, Gürcüstan parlamentində proporsional seçki sisteminə keçidi nəzərdə tutan Konstitusiya dəyişiklikləri səs yetərsizliyindən qəbul olunmayıb. Qanun layihəsi tələb olunan 113 səsdən yalnız 101 səs toplayıb.

    Bununla bağlı bəzi deputatlar hakim “Gürcü Arzusu” Partiyasından istefa verdiklərini açıqlayıblar.

    APA-nın xəbərinə görə, parlamentin vitse-spikeri Tamar Çuqoşvili, həmçinin deputatlar Tamar Xulordava, sopo Katsarava, Giorgi Mosidze, İrina Pruidze, Dmitri Sxitişvili parlament çoxluğundan imtina ediblər.

    “Təəssüf ki, səbəb nə olursa olsun, Konstitusiyaya düzəliş layihəsi uğursuz alındı. Bizim parlament çoxluğunu tərk etməkdən başqa çıxış yolumuz qalmayıb. Konstitusiyaya düzəliş məsələsi çox ağır məsələdir və nə mən, nə də həmkarlarım bunun siyasi məsuliyyətini öz üzərimizə götürə bilərik”, – deyə T. Çuqoşvili bildirib.

  • Azərbaycan jurnalistləri Ermənistana gedəcək

    Noyabrın 17-də Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycana 5-6 nəfərlik erməni jurnalist qrupu gələcək.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, “Yeni nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyev məlumatı təsdiqləyib.

    Eyni zamanda noyabrın 18-19-da Azərbaycan jurnalistlərinin bir qrupunun Ermənistana səfəri planlaşdırılır.

    Xatırladaq ki, bundan əvvəl Rusiya Xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in Baş katibi Tomas Hermingerlə keçirdiyi brifinqdə Qarabağ münaqişəsi tərəflərinin “vəziyyəti bir az yumşaltmaq və etimad atmosferinin yaradılmasını dəstəkləmək üçün” jurnalistlərin qarşılıqlı səfərləri barədə razılıq əldə etdiklərini açıqlamışdı.

  • Раскрыта квартирная квартирная кража в поселке Баладжары

    Как сообщает Median.Az, сотрудники 6-го отделения полиции Бинагадинского РУП и 10-го отделения полиции Гарадагского РУП в результате совместных оперативно-розыскных мер задержали З.Оруджева, который в поселке Баладжары украл из дома 5000 манатов, 2300 долларов и золотые украшения на сумму 12000 манатов.

    В Следственном отделе Бинагадинского РУП возбуждено уголовное дело по статье 177 (кража) УК Азербайджана.

  • Biləcəridə evdən külli miqdarda pul və qızıl oğurıayan şəxs tutulub

    Median.Az xəbər verir ki, Binəqədi RPİ 6-cı və Qaradağ RPİ 10-cu polis bölmələri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləcəri qəsəbəsi ərazisindəki evdən 5000 manat və 2300 ABŞ dollar, habelə 12.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Z.Orucov saxlanılıb.

    Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.