Month: November 2019

  • Ağstafda 7 yaşlı uşaq atdan yıxılaraq xəsarət alıb

    Ağstafada 7 yaşlı uşağı ehtiyatsızlıqdan xəsarət alıb.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun dağlıq ərazisində qeydə alınıb.

    2012-ci il təvəllüdlü Eyyubov İlqar Əli oğlu sözügedən ərazidə at minərkən yıxılıb.

    Azyaşlı xəstəxanaya yerləşdilib. Xəstənin vəziyyətinin orta-ağır olduğu bildirilir.

  • “Yaşı 30-u keçmiş, uşaqlı xanımları işə götürməyən şirkət sahibləri şərəfsizdir” — Kamil Zeynallıdan SƏRT AÇIQLAMA

    “Xarici görünüşü xoş olmasa da işini mükəmməl bacaran istedadlı insanlar çoxdur”.

    Median.Az bildirir ki, bunu tanınmış idmançı, peşəkar məşqçi Kamil Zeynallı big.az-a müsahibəsində bildirib. Sərt açıqlamalar verən idmançı onu da bildirib ki, əgər bir gün böyük şirkəti olsa, fiziki qüsurlu şəxsləri işə götürər:

    “Türkiyədə oteldə olarkən diqqətimi bir şey çəkdi. Təmizlik işinə baxan qız daun sindiromlu idi. Sakit-sakit işini görürdü. Belə hallara mən Türkiyədə çox rast gəlmişəm. Dünya ölkələrinin bir çoxunda əlliliyi olan şəxsləri cəmiyyətdən təcrid etmirlər . Əksinə onları işə cəlb edirlər. Bu mənim çox xoşuma gəldi və çox da təsirləndirdi. Kaş dünyada insanların hamısı daun sindiromlu olardı. Bu çox yaxşı olardı. O zaman dünyada cinayət, müharibə, kasıbçılıq, paxıllıq olmazdı.Onların çox gözəl və xoş auraları var. Adama müsbət təsir edir. Lakin bizim ölkədə işə qəbul edən şirkət sahibləri, adətən kişilər belə insanları işçi kimi görmək istəmirlər. Onlar ancaq 30 yaşa qədər olan, qamətli və gözəl xanımları işə götürür. Heç oğlanları da işə götürmürlər. Niyə? Çünki şəxsi maraqlarını güdürlər. İş adı ilə çağırırlar baxırlar xarici görünüşünə, sonra da axşam zəng edib görüşə dəvət edirlər. İşi qurursansa, kişi kimi qur və idarə et. Bu xarici görünüş sənə nə verəcək? Axı, o sənin işini apara bilməyəcək. Xarici görünüşü xoş olmasa da işini mükəmməl bacaran istedadlı insanlar çoxdur. Bunlar işə götürdükləri xanımı həm də şəxsi həyatlarına qatırlar. İş başqa olmalıdır, şəxsi həyat başqa. Belə şərəfsizlər çoxdur. Bəli, işini bu tərzdə quran şirkət sahibləri şərəfsizdir. Mən bir reklam postuna çəkilmişdim. İki diplomu olmasına bamayaraq işsiz qalan gəncdən bəhs olunurdu. Bu belələrinə bir ismarıc idi”.

  • Ağcabədidə gənc oğlan öldürülüb

    Agcabədi rayonunda qətl hadisəsi törədilib.

    Median.Az-ın report-a istinadən verdiyi məlumata görə, rayon sakini Cavid Quliyev ad günü münasibətilə keçirilən məclisdə dostu Kərim Sultanovu bıçaqlayıb.

    Bir neçə bıçaq xəsarəti alan K.Sultanov rayon mərkəzi xəstəxanasına çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • ДТП в Пиршаги оставило 120 абонентов без газа – ФОТО

    На территории совхоза №2 в поселке Пиршаги Сабунчинского района произошло ДТП.

    Как сообщили в пресс-службе ПО “Азеригаз”, легковой автомобиль марки Mersedes, столкнувшись с Opel, сошел с дороги и врезался в регулятор давления газа.

    В результате регулятор и газопровод пришли в непригодность. Из-за инцидента было временно прекращено газоснабжение 120 абонентов.

    В настоящее время ведутся восстановительные работы.//baku.ws

  • Bakıda qırmızıda keçən avtobusdan sərnişin yıxıldı: “Sürücü tapılacaq” – VİDEO

    Noyabrın 5-də Azadlıq prospektində hərəkətdə olan 99-JP-548 qeydiyyat nişanlı 133 nömrəli avtobusun qapıları açıq vəziyyətdə olduğu üçün həmin avtobusdakı sərnişinlərdən biri yolun hərəkət hissəsinə yıxılaraq xəsarət alıb.

    Daha sonra avtobus sürücüsü buna məhəl qoymadan hərəkətini davam etdirərək svetoforun qırmızı işığında yolayrıcına daxil olub.

    Median.Az xəbər verir ki, hadisə ilə bağlı Lent.az -a açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, həmin avtobus sürücüsü mütləq tapılacaq və barəsində tədbir görüləcək:

    “Kimsə yıxılıb xəsarət alıbsa və vətəndaş bununla bağlı müraciət edibsə, cinayət işi də açıla bilər. Vətəndaş müraciət etməzsə belə avtobus qapıları açıq vəziyyətdə getdiyi, qırmızı işıqda keçdiyi və təhlükəli manevr etdiyi üçün inzibati xəta tədbiri yaradıb”.

    Qeyd edək ki, hadisə ilə bağlı məlumatı və videonu Avtosfer.az saytı yayıb.

  • Шамахинская обсерватория обнародовала прогноз космической погоды

    Шамахинская астрофизическая обсерватория Национальной академии наук Азербайджана обнародовала прогноз космической погоды.

    Gоследние 24 часа солнечная активность была на низком уровне, на Солнце не наблюдались пятна. Но наряду с этим, росли параметры солнечного ветра. Геомагнитное поле в целом было спокойным.

    За прогнозируемый период (8-9 ноября) солнечная активность будет на низком уровне, параметры солнечного ветра будут соответствовать норме.

    В этот период геомагнитное поле в целом будет спокойным. Вероятность магнитной бури оценивается менее чем в один процент.

  • Bakı sakini evdə halsız vəziyyətdə tapıldı

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Median.Az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

  • В провинции Агры обезврежены восемь боевиков

    В результате воздушной антитеррористической операции в турецкой провинции Агры были обезврежены восемь боевиков террористической группировки РПК.

    Как сообщает Median.Az, информацию распространило агентство Anadolu.

    Сообщается, что антитеррористическая операция была проведена Командованием жандармерии провинции Агры министерства внутренних дел Турции.

  • Ağrı əyalətində 8 terrorçu zərərsizləşdirilib

    Türkiyənin Ağrı əyalətində havadan dəstəklənən antiterror əməliyyatı nəticəsində terrorçu PKK qruplaşmasının 8 silahlısı zərərsizləşdirilib.

    Median.Az xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.

    Bildirilib ki, antiterror əməliyyatını Türkiyə Daxili İşlər Nazirliyinin Ağrı əyaləti üzrə Jandarm Komandanlığı keçirib.

  • İçərisində 10 min manat olan seyfi oğurlayanlar saxlanılıb

    Yasamal rayonu ərazisindəki evlərin birindən seyf oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

    Median.Az ölkә.az-a istinadən bildirir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da rayon ərazisindəki evlərin birindən içərisində 10.000 manat olan seyfi oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş O.Orucov və Abşeron rayon sakini X.Rəsulov saxlanılıblar.