Month: November 2019

  • По случаю 70-летнего юбилея Нефтяных камней ряду лиц предоставлена персональная пенсия Президента

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о предоставлении персональной пенсии Президента Азербайджанской республики по случаю 70-летнего юбилея Нефтяных камней.

    Согласно распоряжению, по случаю 70-летнего юбилея Нефтяных камней и за заслуги в развитии нефтяной промышленности нижеследующим лицам предоставляется персональная пенсия Президента Азербайджанской республики:

    Алиеву Агасафу Дуньямалы оглу

    Гурбанову Рахману Алискандер оглу

    Мамедову Агилю Наджафали оглу.

    Кабинету министров поручено решить вопросы, вытекающие из этого распоряжения.

  • “Səndən kişi olanda, məndən də…” – Elçin Əlibəylini yıxıb-sürüdü

    Müğənni Kərim Abbasov aparıcı Elçin Əlibəylinin “Müğənnillər sırtılıb” sözləri ilə bağlı sərt fikirlər səsləndirib.

    Median.Az xəbər verir ki, ifaçı sosial şəbəkədə aparıcını ağ yuyub, qara sərib:

    “Sırtıq sənsən ki, buradan səni döyürlər, oradan da gedib barışırsan. Səndən kişi olanda, məndən də kosmonavt olacaq. Ömür boyu müğənnilərin sayəsində qazandınız, amma indi müğənnilər səni vecinə almır deyə ağzına gələni yazırsan. Başın qaçıb sənin. Qınamıram, ermənipərəstsən. Çox dərinə getsək, qanında da var, özün məndən yaxşı bilirsən”.

    Qeyd edək ki, ötən il Elçin Əlibəylinin sözügedən səsi sosial şəbəkədə müzakirələrə səbəb olmuşdu: “Onların zərrə qədər hörməti yoxdur. Hörməti olan şou-biznes nümayəndəsi var. Onlar sənət adamlarıdır, onlara heç kim heç nə demir. Şou-biznesdə sırtılanları siz yaxşı bilirsiniz. Onları sırtıldan da bizik. Toyda özümüzü idarə edə bilmirik. Toyda vəhşiləşirik, quduzlaşırıq. Ona görə də konsert vermir ey, dombalaq aşsın mənə maraqlı deyil. Müğənniləri sırtıldan biz özümüzük”.

    Maraq üçün bildirək ki, dünən teleaparıcı Elçin Əlibəyli Olimpiya çempionu Namiq Abdullayevin qardaşı Natiq Abdullayev tərəfindən döyülməsi ilə bağlı məlumat yayıb. Daha sonra isə E. Əlibəyli bu məsələ ilə bağlı barışıq əldə olunduğunu bildirib. Görünür, bu, E. Əlibəyli ilə bir neçə dəfə qalmaqal yaşayan müğənni Kərim Abbasovun ötənilki açıqlamanı xatırlamasına səbəb olub.//yeni sabah

  • Neft Daşlarının 70 illik yubileyi ilə bağlı bir qrup şəxsə Prezidentin fərdi təqaüdü verilib

    Prezident İlham Əliyev Neft Daşlarının 70 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

    AZƏRTAC-ın xəbərinə görə, sərəncama əsasən Neft Daşlarının 70 illik yubileyi ilə əlaqədar və neft sənayesinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilib:

    Əliyev Ağasəf Dünyamalı oğlu

    Qurbanov Rəhman Əlisgəndər oğlu

    Məmmədov Aqil Nəcəfəli oğlu.

    Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

  • Bakıda minik avtomobili yanıb

    Bakıda minik avtomobili yanıb.

    Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

    Məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda “Ford” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Prezident İlham Əliyev Azərbaycan neftçilərini təbrik edib

    Prezident İlham Əliyev Neft Daşlarının 70 illiyi münasibətilə Azərbaycan neftçilərinə təbrik məktubu ünvanlayıb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, təbrik mətnində deyilir:

    “Hörmətli neftçilər!

    Sizi Neft Daşlarının 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

    1949-cu il noyabrın 7-də Bakıda, Neft Daşlarında ilk neft fontanının vurması və dünya təcrübəsində birinci dəfə açıq dənizdə neft hasilatına başlanması neft sənayesinin inkişafında mühüm hadisə idi. Məhz Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində dənizdə neftçıxarmanın mümkünlüyü ideyası gerçəkləşdi və dəniz akvatoriyalarının mənimsənilməsi epoxasının başlanğıcı qoyuldu. Bu, eyni zamanda, Azərbaycanın neft mütəxəssislərini ən qabaqcıl mövqelərə çıxardı. Nadir Neft Daşları yatağının kəşfi bir çox dənizlərdə axtarış-kəşfiyyat işlərinə güclü təkan verdi. Hazırda dünyada karbohidrogen hasilatının əsas hissəsi dəniz akvatoriyalarının payına düşür və dənizlərin dərinlikləri fəth olunmaqdadır. Fəxr edirik ki, həmin proseslərin mənbəyi bizim əfsanəvi Neft Daşlarıdır.

    Ölkəmizin neft sənayesi tarixində müstəsna əhəmiyyətə malik Neft Daşlarında qazanılan təcrübə Xəzərin daha dərin sahələrində axtarış-kəşfiyyat işlərinin sürətləndirilməsinə əlverişli zəmin yaratmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik rəhbərliyi altında 1970-ci illərdə neft sənayesinin müasirləşdirilməsi istiqamətində görülən işlər qısa müddətdə yeni yataqların kəşfi və istismarına yol açmışdır. Ulu Öndər Neft Daşlarını respublikamızın alim və mütəxəssislərinin mühəndis fikrinin, elmi və texniki mədəniyyətinin milli təcəssümü kimi qiymətləndirmiş, müstəqil dövlətimizin uğurlu neft strategiyasının təməllərinin məhz Neft Daşlarında qoyulduğunu xüsusi vurğulamışdır. Azərbaycanın təşəbbüsü və liderliyi ilə bu gün də regional və qlobal miqyaslı enerji layihələri müvəffəqiyyətlə həyata keçirilir.

    Ötən müddət ərzində böyük məsafə qət edərək dəniz şəraitində müasir infrastrukturlu istehsalat “şəhəri”nə çevrilən Neft Daşları indi öz inkişafının yeni mərhələsini yaşayır. Əminəm ki, Neft Daşları yatağının zəngin ehtiyatları bundan sonra da uzun illər ölkəmizin iqtisadi potensialının gücləndirilməsinə və xalqımızın həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edəcəkdir. Bu yolda hamınıza nailiyyətlər arzulayıram”.

  • Ancelina Coli ABŞ-ı tərk edəcək

    Məhşur Hollivud ulduzu Ancelina Coli ABŞ-ı tərk etməyi planlaşdırır.

    Bu barədə o, Harper’s Bazaar jurnalına müsahibə verib.

    Uşaqları yetkinlik yaşına çatmadığına görə Coli bu planı hələlik təxirə salıb:

    “Övladlarım 18 yaşına çatan kimi başqa ölkəyə köçəcəyəm. Amma onlar böyüyənə qədər atalarının yanında qalmalıyam”.

    Aktrisa hansı ölkəyə köçəcəyi barədə dəqiq bir söz deməsə də, Afrikada yaşamağın onun üçün həmişə maraqlı olduğunu bildirib.

    Xatırladaq ki, Coli iki illik evlilikdən sonra, 2016-cı ildə Bred Pittdən ayrılıb. Onların 6 övladı var.

  • “Uşaqlarımın gözünün qarşısında başımı kəsmək istəyirdi” – VİDEO

    “Uşaqlarımın gözünün qarşısında bıçağı boğazıma dirəyib, deyirdi ki, indi başını kəsəcəm. Uşaqlar ağlaşaraq yalvarıb, qoymayıblar”.

    Bu sözləri ərinin sinəsini sındırıb şikəst etdiyi Mətanət söyləyib.

    Rusiyada yaşayan Mətanət həyat yoldaşı tərəfindən vəhşicəsinə döyülüb. Vəziyyəti ağırlaşan qadın həkimə müraciət edib. Döş sümüyünün qapalı sınığı diaqnozu qoyulub. Xəstəxanada həkimlər qadının aldığı xəsarətlərlə bağlı polisə məlumat vermək istəsələr də, Mətanət ərindən qorxduğu üçün buna razı olmayıb.

    O, Azərbaycandan atasını çağırıb və atası ilə birlikdə “Səni axtarıam” proqramına çıxıb.

    Mətanətin danışdıqları hər kəsi dəhşətə gətirib. Əri mütəmadi olaraq onu döyüb və müxtəlif bədən xəsarətləri yetirib. Qadının sinəsilə yanaşı onurğasında və bədəninin digər hissələrində zədələr var. Sonuncu zədə səbəbindən Mətanət karsetlə gəzir. Onun döş sümüyünün sınığının bitişməsi uzun zaman alacaq.

    Qadın proqrama əlindən alınan üç azyaşlı uşağının geri qaytarılması üçün müraciət edib. Uşaqlar 5, 4 və 2 yaşındadırlar.
    /Baku.ws/

  • Hesablama Palatası 2020-ci il dövlət büdcəsi ilə bağlı iradlarını açıqlayıb

    Gələn il və növbəti üç il üçün hazırlanmış makroiqtisadi proqnoz göstəriciləri ənənəvi olaraq bir variantda hazırlanıb ki, bu da iqtisadi şərtlərin pisləşəcəyi halda mümkün iqtisadi nəticələri dəqiq müəyyənləşdirmək imkanını çətinləşdirir.

    Median.Az “APA-Economics”ə istinadən xəbər verir ki, bu, Hesablama Palatasının “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

    Sənəddə qeyd edilib ki, ölkə iqtisadiyyatı üçün ekzogen göstəricilər kimi qiymətləndirilə bilən neftin qiyməti, büdcə xərcləri kimi əhəmiyyətli göstəricilər üzrə ən azı 2 ssenarinin (pessimist və baza ssenariləri) tətbiq olunması makroiqtisadi dayanıqlılığın təmin olunmasında əhəmiyyətli rol oynaya bilər. Hesablama Palatası nəzərə çatdırır ki, makroiqtisadi dayanıqlılığın əldə edilməsi məqsədilə neftin bir deyil, bir neçə qiymət ssenarisi əsasında qurulması qeyri-müəyyən dünya iqtisadiyyatı və bu qeyri-müəyyənliyə həssas olan neft qiymətləri şəraitində xüsusilə də aktuallaşır. 2014-2015-ci illərdə dünya bazarında azalma tendensiyası nümayiş etdirən neftin qiymətinin milli valyutanın trayektoriyasını və onun timsalında əsas makroiqtisadi göstəricilərin dinamikasını əks məcraya istiqamətləndirməsi müxtəlif ssenarilərə əsaslanan proqnozların əhəmiyyətini daha da qabardıb: “Təəssüf ki, bu istiqamətdə konkret addımlar atılmayıb.

    Eləcə də, büdcə xərclərinin bir neçə ssenaridə təqdim olunması kəskin fiskal konsolidasiyaya ehtiyac yaranacağı halda iqtisadi konyunktur barədə təsəvvürlərin formalaşması və xərclərdə mümkün azalmaların iqtisadi artımda hansı formada nəticələnəcəyi barədə müəyyən mənzərə yaratmış olar. Nəzərə alsaq ki, büdcə gəlirlərində neft amilinin rolunu azaltmaq prioritet məsələlərdən hesab olunur, Dövlət Neft Fondundan olan transferlər üzrə də ssenarilərin hazırlanması bu istiqamətdə həyata keçiriləcək tədbirlərə müəyyən zəmin yaratmış olar”.

    Sənəddə o da qeyd edilib ki, 2020-ci ildə 2% artacağı gözlənilən əsas kapitala yönəldilmiş investisiyalara xarici investisiyalar nəzərəçarpacaq artımla (24,3%) müsbət təsir göstərsə də, daxili investisiyalar, o cümlədən dövlət investisiyalarının azaldıcı təsir edəcəyi proqnozlaşdırılıb. 2019-cu illə müqayisədə 2020-ci ildə neft investisiyalarının əhəmiyyətli artacağı, qeyri-neft investisiyalarının isə azalacağı gözlənilir. Başqa sözlə desək, 2020-ci ildə əsas kapitala investisiyaların əsas hərəkətverici qüvvəsi neft sektoru və xarici investisiyalar olacaq.

    Cari ildə xarici kreditlər üzrə investisiya layihələrinin icra səviyyəsinin nisbətən aşağı olduğunu və daxili investisiyaların ötən illə müqayisədə 2019-cu illə müqayisədə 2020-ci ildə azalma ilə proqnozlaşdırıldığını nəzərə alsaq, əsas kapitala investisiyaların növbəti il üçün 24,3% səviyyəsində proqnozlaşdırılması səbəbləri ilə bağlı “Büdcə zərfi”nə əlavə izahatların daxil edilməməsi bu istiqamətdə qiymətləndirmələrin aparılmasına şərait yaratmır: “Eyni zamanda, 2019-cu ilin baxılan dövrü ərzində real ifadədə mütəmadi olaraq, artım nümayiş etdirən qeyri-neft sektoru üzrə investisiyaların (məsələn, 9 ay üzrə 8,9% real artım) ilin sonuna nominal ifadədə cəmi 1% artacağı proqnozlaşdırılıb ki, bu istiqamətdə də əsaslandırma sənədləri “Büdcə zərfi”nə daxil edilməyib”.

  • “Азеришыг” распространил заявление о пострадавшей в трансформаторе девочке

    Некоторые пользователи социальных сетей распространяют необоснованную информацию о том, что девятилетняя Захра Алиева, которая в прошлом месяце забралась в высоковольтный трансформатор в Низаминском районе Баку и получила ожоги, не получила никакой материальной и моральной помощи со стороны ОАО “Азеришыг”.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом заявил глава пресс-службы ОАО Танрыверди Мустафаев.

    “Со дня, когда произошел этот несчастный случай, ситуация с девятилетней Захрой находилась в центре внимания руководства. В больницу были направлены сотрудники “Азеришыг”. Они посменно находились в данном медицинском учреждении.

    После инцидента акционерное общество выделило средства, необходимые для лечения Захры Алиевой. Никакого внешнего финансирования, как утверждают в соцсетях, не привлекалось”.

    Т.Мустафаев отметил, что “Азеришыг” продолжит принимать все необходимые меры для лечения Захры Алиевой.

    “Мы просим пользователей социальных сетей не распространять необоснованную информацию”, – сказал руководитель пресс-службы.

  • “Azərişıq” gizlənqaç oynayarkən transformatorda yanan qızla bağlı məlumat yaydı

    “Azərişıq” ASC Nizami rayonunda yüksək gərginlikli transformator məntəqəsinə daxil olaraq yanıq xəsarətləri almış doqquz yaşlı Zəhra Əliyevanın müalicəsinə yardım edilməməsi məsələsinə münasibət bildirib.

    ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən ötən ay Bakının Nizami rayonunda yüksək gərginlikli transformator məntəqəsinə daxil olaraq yanıq xəsarətləri almış doqquz yaşlı Zəhra Əliyevanın müalicəsinə “Azərişıq” ASC tərəfindən heç bir maddi və mənəvi yardım göstərilməməsi ilə bağlı əsassız məlumatlar yayılır:

    “Bu, xoşagəlməz hadisə baş verdiyi gündən etibarən doqquz yaşlı Zəhranın vəziyyəti rəhbərliyin diqqət mərkəzində olub:

    Hadisədə yanıq xəsarətləri almış körpənin müalicəsi və ayağa qalxması üçün “Azərişıq” əməkdaşları xəstəxanaya ezam olunub. Onlar həmin müalicə müəssisəsində növbəli şəkildə yerləşdirilib.

    Hadisə baş verəndən bu günə qədər Zəhra Əliyevanın müalicəsi üçün tələb olunan bütün vəsaitlər Səhmdar Cəmiyyət tərəfindən qarşılanıb. Sosial şəbəkələrdə iddia olunduğu kimi, bu məsələdə heç bir kənardan vəsait cəlbi olmayıb”.

    T. Mustafayev qeyd edib ki, bundan sonra da “Azərişıq” Zəhra Əliyevanın müalicəsi üçün lazım olan bütün zəruri tədbirləri görməkdə davam edəcək. Sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, heç bir əsası olmayan bu tipli məlumatların yayılmasına yol verməsinlər”.
    /oxu.az/