Month: November 2019

  • Yeni icra başçısı niyə hoteldə qalır? (FOTOLAR)

    Xaçmazın yeni təyin edilən İcra başçısı Elnur Rzayev Hoteldə gecələyir.

    Konkret.az-ın məlumatına görə, Elnur Rzayev təyin olunduğu gündən indiyədək işdən sonra Xaçmaz şəhərinin Bakı prospektində yerləşən “ELİT” Hotelində qalır.

    Qeyd edək ki, İcra başçıları üçün nəzərdə tutulan qonaq evi sabiq başçı Şəmsəddin Xanbabayev tərəfindən özəlləşdirilib. Sözügedən qonaq evi hazırda sabiq İcra başçısının şəxsi mülkiyyətindədir. Bu səbəbdən yeni təyin edilən icra başçısı Elnur Rzayev hoteldə gecələmək məcburiyyətində qalıb.

    İcra başçısının qaldığı hotel bir o qədər komfortlu olmasa da, şəhər mərkəzinə yaxın olduğu üçün seçdiyi bildirilib.



  • Ильхам Алиев выделил Нахчывану 2 миллиона манатов

    6 ноября Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о дополнительных мерах по улучшению обеспечения оросительной водой посевных площадей и удовлетворению потребностей населения в питьевой воде в Нахчыванской Автономной Республике.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, с целью проектирования и бурения субартезианских скважин из предусмотренного в госбюджете на 2019 год резервного фонда Президента Кабинету министров Нахчыванской АР выделено 2 млн 250 тыс. манатов.

    Министерству финансов поручено обеспечить финансирование, Кабинету министров – решить вопросы, вытекающие из данного распоряжения.

  • İlham Əliyev Naxçıvana iki milyon manat ayırdı

    Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli suya tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2 250 000 (iki milyon iki yüz əlli min) manat ayrılıb.

    Maliyyə Nazirliyi bu müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.

  • Mingəçevir şəhərinə prokuror təyin edildi

    Baş Prokurorluqda kadr dəyişikliyi olub.

    “Report”un xəbər verir ki, Baş prokuror Zakir Qaralov bununla bağlı əmr imzalayıb.

    Əmrə əsasən, Şəki rayon prokuroru vəzifəsini icra edən Elmar Camalov Mingəçevir şəhər prokuroru təyin edilib.

    Baş Prokurorluğun Mətbuat Xidmətindən faktı təsdiqləyiblər.

  • Yanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq – RƏSMİ

    1 yanvar 2020-ci ildən etibarən icbari tibbi sığortanın (bundan sonra İTS) bütün ölkə üzrə tətbiqi məqsədilə keçən ilin sonlarında “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra Qanun) dəyişiklik edilib və ölkə başçısı tərəfindən “Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərman imzalanıb. Fərmana uyğun olaraq “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (bundan sonra TƏBİB) publik hüquqi şəxs yaradılıb və bir çox dövlət tibb müəssisələrinin TƏBİB-in tabeliyinə verilməsi ilə bağlı qərar qəbul edilib.

    AZXEBER.COM baku.ws-in sorğusuna cavab verən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi açıqlayıb ki, qanuna əsasən xidmətlər zərfi baza və əlavə hissələrdən ibarət olacaq. Baza hissə üzrə tibbi xidmətlər (ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti) dövlət büdcəsi hesabına göstəriləcək.

    Əlavə hissəyə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığorta haqqı ödənilməlidir.

    Milli Məclis, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan şəxslər, seçkili ödənişli vəzifədə işləyən şəxslər, habelə neft-qaz və dövlət sektorlarında çalışanlar aylıq məvaciblərinin 2%-i məbləğində, işəgötürənlər isə hesablanmış əməyin ödənişi fondunun aylıq 2%-i məbləğində icbari tibbi sığorta haqqı ödəyəcəklər.

    Aşağıdakı şəxslər illik 120 manat icbari tibbi sığorta haqqı ödəyəcək:

    1. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.
    2. Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər.
    3. Müstəqil ödəyicilər (iqtisadi qeyri-fəal əhali və imtiyazlı əhali qrupuna daxil olmayan bütün şəxslər).

    Ölkə əhalisinin 45 faizini təşkil edən imtiyazlı təbəqə üzrə isə sığortahaqqı dövlət büdcəsi hesabına ödəniləcək. Belə ki, əmək və ya mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda aşağıda qeyd olunan əhali qrupları icbari tibbi sığorta haqqı ödəməkdən azaddırlar:

    •18 yaşınadək şəxslər
    •23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslər
    •Pensiyaçılar
    •Sosial müavinət almaq hüququna malik olan şəxslər
    •Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri
    •Ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonrakı 42 gün müddətində qadınlar
    •Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar

    Bu güzəştlər yalnız Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur.

  • В Гяндже за квартирную кражу задержан житель города

    Как сообщает Median.Az, сотрудники Кяпазского РУП в результате оперативно-розыскных мер задержали жителя г.Гянджа Х.Аллахвердиева, который 13-го сентября украл из дома 600 манатов и мобильный телефон.

    По факту возбуждено уголовное дело по статье 177 (кража) УК Азербайджана.

  • Gəncədə evdən oğurluq edən şəhər sakini saxlanılıb

    Median.Az xəbər verir ki, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 13-də rayon ərazisindəki evdən 600 manat və mobil telefon oğurlayan Gəncə şəhər sakini X.Allahverdiyev saxlanılıb.

    Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • В Гейчае произошло тяжелое ДТП

    В Гейчайском районе произошло тяжелое дорожно-транспротное происшествие.

    Как передает Median.Az со ссылкой на oxu.az, в центре района столкнулись грузовой автомобиль марки ГАЗель и легковой автомобиль ВАЗ-2106.

    В Министерстве здравоохранения сообщили, в ДТП пострадали четыре человека. Они получили травмы различной степени тяжести и были доставлены в Центральную районную больницу Гейчая.

    “Троим была оказана необходимая медицинская помощь. После их выписали на амбулаторное лечение.

    Другой пострадавший с переломами таза, костей носа и кисти размещен в отделение травматологии. Врачи оценивают его состояние как средней тяжести”, – отметили в ведомстве.

  • Göyçayda ağır qəza: dörd yaralı

    Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, rayon mərkəzində “QAZel” markalı yük maşını ilə “VAZ-2106” markalı avtomobil toqquşub.

    Qəzada xəsarət alanların olduğu bildirilib.

    Səhiyyə Nazirliyindən hadisə ilə bağlı verilən açıqlamada yol nəqliyyat hadisəsi nəticəsində dörd nəfərin müxtəlif bədən xəsarətləri aldığı qeyd olunub:

    “Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan dörd nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan üç nəfərə lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.

    Yaralılardan biri isə çanaq, burun və əlin sınıqları diaqnozu ilə travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər”.

  • Azərbaycan Rusiyaya nota verdi

    Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və onunla Xarici İşlər nazirinin müavini Xələf Xələfov görüş keçirib.

    Bu barədə XİN məlumat yayıb.

    Görüş zamanı Rusiyanın ölkəmizdəki səfirinə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılan qanunsuz rejimin “təmsilçiləri” Masis Mayilyan və Lernik Hovhannisyanın RF-yə səfər etməsi ilə əlaqədar XİN-in etiraz notası təqdim edilib.

    Notada Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma qurumun “nümayəndələri”nin Rusiya ərazisinə daxil olması və orada bir sıra rusiyalı ekspertlər və akademik mərkəzlərin təmsilçiləri ilə görüşlərin keçirilməsi Ermənistanın artıq 30 ilə yaxındır ki, işğal olunmuş ərazilərdə status-kvonu möhkəmləndirməyə cəhd edərək, Azərbaycan ərazilərini işğal altında saxlamağa xidmət etdiyi qeyd olunub.

    Nazirlik bu kimi səfərlərin dəyişməz olaraq təxribat xarakter daşıdığını və Azərbaycan Respublikasının suverenliyə və ərazi bütövlüyünə qarşı yönəldiyini vurğulayaraq, danışıqlar prosesinə zərbə vurduğu və Azərbaycanla Rusiya arasında mövcud olan səmimiyyət və yüksək etimada kölgə saldığı, habelə 3 iyul 1997-ci il tarixli “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə”nin müddəaları ilə qəti şəkildə uzlaşmadığı barədə mövqeyi Rusiya tərəfinə çatdırıb.

    Qeyd olunub ki, Rusiya tərəfinin bu cür səfərlərə çəxsi səfər qismində baxdığını dəfələrlə bəyan etməsinə baxmayaraq, işğal edilmiş ərazilərdəki qeyri-qanuni “hakimiyyət orqanları”nın “nümayəndələri” Rusiya ərazisindən Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin möhkəmləndirilməsi məqsədilə istifadə etməkdə davam edirlər.

    Eyni zamanda, qondarma qurumun “nümayəndələri”nin Rusiya ərazisinə səfər etməsi və orada işğal nəticələrini təbliğ etməsinə imkan yaradılması Rusiyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədri mandatında vasitəçi kimi öhdəlikləri, eləcə də, BMT Təhlükəsizlik Şurasının daimi üzvü qismində hələ 1993-cü dəstəklədiyi 822, 853, 874 və 884 saylı qətnamələri ilə uzlaşmadığını bildirilib.

    O da xüsusi vurğulanıb ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin missiyası münaqişənin sülh yolu ilə həllinə dair bütün məsələlərdə qərəzsiz münasibət bəsləməkdir.

    Bununla əlaqədar Azərbaycan tərəfi bu kimi qanunsuz səfərlərin qarşısının alınması istiqamətində Rusiya tərəfindən bütün zəruri tədbirlərin görülməsi gözlədiyini səfir M.Boşarnikovun diqqətinə çatdırıb.

    Səfir M.Boçarnikov Rusiya tərəfinin münaqişə üzrə mövqeyinin məlum və dəyişməz olduğunu, eləcə də, hər hansı tanınmamış qurumların “nümayəndələri”nin Rusiya ərazisinə daxil olmasının bu ölkənin rəsmi mövqeyini əks etdirmədiyini vurğulayıb. O, Azərbaycan tərəfinin etirazı barədə Rusiya XİN-ə məruzə edəcəyini bildirib.