Month: November 2019

  • Dneprdə 2 milyona yaxın balıq tələf oldu

    Ukraynanın Xerson vilayətinin Qolopristansk rayonunda balıqların kütləvi tələfatı qeydə alınıb.

    “Tsn.ua” xəbər verir ki, həmin rayonun sularında 2 milyona yaxın müxtəlif növ balıq tələf olub.

    Mütəxəssislərin ilkin ehtimalına görə, hadisəyə səbəb qum hasilatı ola bilər: qum çıxarılan zaman yeraltı qatlardan karbonhidratlarn suya sızması bütün canlılar üçün təhlükə yaradır.

    Artıq hava, su və torpaqdan lazımi müayinələr götürülüb.

    Balıqların kütləvi tələfatı ilə bağlı cinayət işi açılıb. Suyun mühafizəsi qaydalarını pozan şəxslərə 5 ilədək azadlıqdan məhrumetmə cəzası düşür.

  • Житель Гаджигабула украл из магазина деньги

    Как сообщает Median.Az, сотрудники Гаджигабульского РОП в результате проведенной операции задержали жителя поселка Муган Ф.Зейналова, который 28-го октября украл из магазина на территории поселка 450 манатов.

    По факту ведется расследование.

  • Mağazadan pul oğurlayan Hacıqabul sakini saxlanılıb

    Median.Az xəbər verir ki, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən oktyabrın 28-də Muğan qəsəbəsinin ərazisindəki mağazadan 450 manat oğurlayan qəsəbə sakini F.Zeynalov saxlanılıb.

    Araşdırma aparılır.

  • Kişilər və qadınlar üçün təhlükəli “ölüm yaşı”nı alimlər tapdı

    Amerikalı və finlandiyalı alimlər kişilər və qadınlar üçün ürək-damar xəstəliyindən ölüm riskini artıran təhlükəli yaşı açıqlayıblar.

    Median.Az xəbər verir ki, Texas sağlamlıq mərkəzinin mütəxəssisləri Helsinki mərkəzi xəstəxanasının əməkdaşları ilə birlikdə bu mövzuda tədqiqat apararaq bir neçə min insanın tibbi göstəricilərini təhlil ediblər. Məlum olub ki, qadınlarda təhlükəli yaş 30-dan sonra başlayır. Belə ki, qadın cinsinin nümayəndələrinin çoxunun infarkt və iflic riski artır. Kişilərdə təhlükəli yaş 40-dan sonra başlayır.

    Həkimlər ürək-damar sisteminin problemindən yayınmaq üçün düzgün qidalanma, idmanla məşğul olmağı və zərərli vərdişləri tərgitməyi məsləhət görürlər.

    Xatırladaq ki, danimarkalı elm adamları psixiatrik xəstəliklər və ömür uzunluğu ilə əlaqə olduğunu müəyyənləşdiriblər. Mütəxəssislərin sözlərinə görə, psixi xəstəliklər ömrü 7-10 il azaldır. /lent.az

  • Göyçayda rabitə dirəyi hərəkətdə olan traktorun üstünə düşdü – FOTO

    Göyçayda rabitə dirəyi qırılaraq hərəkətdə olan traktorun üzərinə düşüb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Yekəxana kəndi ərazisində baş verib.

    Kənd sakini Xəyal Hüseynovun idarə etdiyi “Belarus” markalı traktorla hərəkətdə olarkən anidən rabitə dirəyi traktorun üzərinə aşıb.

    Nəticədə traktora ziyan dəyib. Hadisədən sonra kəndlə rabitə əlaqəsi kəsilib.

    Qeyd edək ki, hadisə zamanı xəsarət alan olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda gənc oğlan damarına aseton vurub intihar etdi

    Gəncə sakini özünə qəsd edib.

    Median.Az yeni sabah-a istinadən xəbər verir ki, şəhər sakini, 24 yaşlı Q.B damarına aseton vuraraq özünü zəhərləyib. O, dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyəti kafi qiymətləndirilir.

    Onun hansı səbəbdən canına qıydığı məlum deyil. /qafqazinfo.az

  • “Qadınlığı xristian qadından öyrənin” — Nadirdən qalmaqallı açıqlama

    Nadir Qafarzadə həmkarı – gürcü əsilli Azərbaycan müğənnisi Manana Çaparidze ilə fotosunu sosial şəbəkədə paylaşıb.
    Median.Az
    “Yeni Sabah”a istinadən xəbər verir ki, N.Qafarzadənin fotoya yazdığı şərh izləyiciləri tərəfindən heç də xoş qarşılanmayıb.

    Belə ki, ifaçı “Kübarlıq başqa şeydir. Bəzi müsəlman adını daşıyan müğənnilərimiz, xristian qadından öyrənin qadınlığı” – deyə fotoya şərh verib.
    Onun bu paylaşımı tənqidlə qarşılanıb və müzakirələrə səbəb olub.

  • Şorabanı çox yeyənlərə xəbərdarlıq — TƏHLÜKƏ VAR

    Maraqlıdır, turşuların həqiqətən də insanlar üçün mənfi təsiri ola bilərmi? Qış aylarında ən çox istifadə edilən qidalardan biri də turşu və şorabadır. İştahanı artırmaq üçün insanların əksəriyyəti yemək zamanı turşu istifadə edir Bəs bunun insan orqanizminə təhlükəsi varmı? Bəzi həkimlər çox turşu yeməyin insan üçün zərərli olduğunu bildirirlər.

    Median.Az bildirir ki, terapevt Həsən Məmmədovun Lent.az-a dediyinə görə, turşunun zərəri faydasından çoxdur:

    “Bu qida növünün bəzi mikroblara qarşı öldürücü təsiri olsa da, ümumilikdə insan orqanizmi üçün olduqca təhlükəlidir. Çünki turşu insanlarda qan təzyiqinə, böyrək xəstəliklərinə, qaraciyərdə və digər orqanlarda problemlərə səbəb ola bilər.
    Qeyd edim ki, turşu ilə tez-tez qidalanmaq qan təzyiqi çox olan insanlarda ürək döyüntüsünü artırır. Bundan başqa, turşu və şorabalarda olan duz onurğada, skelet əzələlərində və müxtəlif orqanlarda yığılaraq narahatlıqla nəticələnə bilər”.

    Həkim onu da deyib ki, duz, un və şirniyyatlar da insan orqanizmi üçün olduqca zərərlidir.

  • Граждане Азербайджана попали в ДТП в России, много пострадавших

    Микроавтобус, следовавший из Ростова-на-Дону(Россия) в Баку (Азербайджан), попал в ДТП в Ставропольском крае, есть пострадавшие.

    Как сообщает Median.Az, об этом информирует Интерфакс со ссылкой на информированный источник.

    «Вечером в понедельник на автодороге «Светлоград – Благодарный – Буденновск» пассажирский микроавтобус съехал в кювет и врезался в препятствие. В результате 7 человек пострадали, они госпитализированы», – сказал собеседник агентства.

    По его словам, всего в момент ДТП в микроавтобусе находились девять человек, все они – граждане Азербайджана.

    «Интерфакс» пока не располагает официальным подтверждением данной информации.

  • Bakıda iki avtobus toqquşub, xəsarət alanlar var

    Bakının Nizami rayonunda ağır yol qəzası baş verib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, avtoqəza Qaqa Qarayev prospektində qeydə alınıb.

    Hadisə zamanı 57 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu ilə “BakuBus” MMC-yə məxsus marşrut avtobusu toqquşub. İlkin məlumata görə, yol qəzası nəticəsində azı 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

    Hadisənin təfərrüatları araşdırılır.