Month: November 2019

  • Президент удостоил группу сотрудников БГУ “Почетного диплома Президента Азербайджана”

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о награждении сотрудников Бакинского государственного университета “Почетным дипломом Президента Азербайджанской Республики”.

    В распоряжении отмечается, что по случаю 100-летия Бакинского государственного университета и за заслуги в развитии образования и науки в Азербайджане “Почетным дипломом Президента Азербайджанской Республики” награждаются следующие лица:

    Бабазаде Васиф Мамед Ага оглу

  • Azərbaycanda 266 çoxmənzilli binanın lift təsərrüfatının maddi-texniki bazası möhkəmləndiriləcək

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 fevral tarixli 927 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 fevral tarixli sərəncamına əsasən, Azərbaycanın 12 şəhər və rayonunda 237 çoxmənzilli binanın lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.64-cü bəndində göstərilmiş məbləğin 40 milyon manatı sərəncama əlavə edilmiş siyahıya uyğun olaraq şəhər, rayon icra hakimiyyətlərinə ayrılıb.

    Həmin 237 çoxmənzilli binada 751 istismara yararsız lift olub.

    Dəyişikliyə əsasən, ayrılan vəsait hesabına 237 deyil, 266 çoxmənzilli binanın lift təsərrüfatının maddi-texniki bazası möhkəmləndiriləcək. 266 çoxmənzilli binada 798 istismara yararsız lift var.

    Sərəncam çərçivəsində ayrılan 31 milyon 956,20 manat hesabına Bakı şəhəri üzrə binanın lift təsərrüfatının maddi-texniki bazası möhkəmləndiriləcək çoxmənzilli binaların sayı da 146-dan (542 istismara yararsız lift) 170-ə (581 istismara yararsız lift) qaldırılıb.

  • BDU-nun bu əməkdaşlarına prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI

    Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

    AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Bakı Dövlət Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:

    Abdullayev Sərhəddin Qubaddin oğlu

    Göyçayskiy Şövqisəfa Yusifziya oğlu

    Quliyev Akif Ələkbər oğlu

    Rüstəmov İzzət Əşrəf oğlu.

    Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

  • В Гарадагском районе за автокражу задержана женщина

    Как сообщает Median.Az, сотрудники 10-го отделения полиции Гарадагского РУП в результате оперативно-розыскных мер задержали жительницу столицы С.Кадырову, которая украла из автомобиля 1000 манатов.

    По факту возбуждено уголовное дело по статье 177 (кража) УК Азербайджана.

  • Qaradağda avtomobildən pul oğurlayan qadın saxlanılıb.

    Median.Az xəbər verir ki, Qaradağ RPİ 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlərii nəticəsində S.Hüseynova məxsus avtomobildən 1000 manat pul oğurlayan Bakı şəhər sakini S.Kadırova saxlanılıb.

    Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Ata 12 yaşlı qızını hamamda ölü tapdı

    Bakıda 12 yaşlı qız müəmmalı şəkildə dünyasını dəyişib.

    Hadisə Sabunçu rayonu, Ramanı qəsəbəsi, Gülçülük Sövxozu yaxınlığında qeydə alınıb.

    Həmin ərazidə nömrəsiz evlərin birində yaşayan 2007-ci il təvəllüdlü Fidan Şəmsi qızı İsmayılzadə atası tərəfindən huşsuz vəziyyətdə tapılıb.

    Qızı atası Şəmsi İsmayılov kapron vannada tapıb.

    Fidan İsmayılov Təcili və Təxirəsalınmaz Tibbi Yardım həkimləri tərəfindən 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Lakin həkimlər qızın həyatını xilas edə bilməyiblər.

    Faktla bağlı araşdırma aparılır.
    /Baku.ws/

  • Muzeydən milyard avroluq oğurluq edildi

    Almaniyanın Drezden ərazisində naməlum quldurlar Avropada ən böyük xəzinə kolleksiyası olan “Grünes Gewölbe” muzeyinə giriblər.

    “Bild”in məlumatına görə, cinayətkarlar muzeydən brilyant və digər qiymətli əşyalar oğurlayıblar.

    Muzeyə vurulan zərər bir milyard avro ola bilər (təxminən 1,873,700,000 AZN – red.).

    Deyilənə görə, cinayətkarlar körpünün altındakı transformatoru yandıraraq şəhərin mərkəzindəki ən böyük muzeyi işıqsız qoyub. Bundan sonra bir neçə nəfər künc pəncərəsindən xəzinələr olan otağa çıxıb.

    Saksoniyalı Avqustun xəzinəsi olan “Grünes Gewölbe” 1724-cü ildən muzey kimi fəaliyyət göstərir.

    Burada qızıl, gümüş, qiymətli daşlar, fil sümüyü və digər qiymətli materiallar olan 3 minə yaxın eksponat var.

  • Bakıda piyadalar avtomobilin altında qalmaqdan son anda qurtuldu – ANBAAN VİDEO

    Bakıda yolu keçmək istəyən piyadalar avtombilin altında qalmaqdan son anda qurtulub.

    Median.Az Yeniavaz.com-a istinadla xəbər verir ki, sosial şəbəkədə ata ilə övladının piyadalar üçün nəzərdə tutulmayan yoldan keçməsi həyəcanlı anlara səbəb olub.

    Görüntü Rəsulzadə qəsəbəsində hərəkətdə olan başqa bir avtomobilin videoqeydiyyatçısı tərəfindən lentə alınıb.

    Baş verən hadisə piyada keçidlərindən keçməyin vacibliyini bir daha gündəmə gətirib.

    Həmin görüntüləri təqdim edirik:

  • Media işçilərinə güzəştli kreditlərin verilməsi təklif edilir

    “Hazırda Azərbaycanda ölkədə bir neçə sahədə islahatlar gedir”.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Mətbuat Şurasının sədri deputat Əflatun Amaşov deyib.

    O, deputat həmkarlarının da çıxışlarında media sahəsində də islahatların aparılmasını səsləndirdiyini bildirib:

    “Bu fikirlərinə görə onlara təşəkkür edirəm, ancaq kimsə düşünməsin ki, mediamız zəifdir və jurnalistlərimizin peşəkarlığı aşağı səviyyədir. Əsla belə deyil”.

    Ə. Amaşov bildirib ki, medianı daha da güclü görmək üçün ilk növbədə onların iqtisadi müstəqilliyini artırmalıyıq:

    “Media varlı olmalıdır. Əgər media varlı olarsa, daha azad, müstəqil və peşəkar olar. Bu da əsasən reklamla bağlıdır. Dünyada medianın gəlirlərinin 80 faizi məhz reklam vasitəsilə formalaşır. Azərbaycanda isə bu göstərici çox aşağıdır. Hətta demək olar ki, yoxdur. Bunun da obyektiv və subyektiv səbəbləri var. Kölgə iqtisadiyyatına, monopoliyaya qarşı mübarizənin gücləndiyi, şəffaflığın artdığı bir şəraitdə reklam bazarının genişləndirilməsi üçün yollar axtarmalıyıq. Eyni zamanda mediaya subsidiyaların, güzəştli kreditlərin verilməsini gündəmə gətirməliyik. Ən əsası isə çap məhsulları üzərindən ƏDV-ni götürməliyik”.

  • Borcunu verə bilməyən şəxs binanın damına çıxdı – VİDEO

    Bakının Nəsimi rayonu ərazisində bir nəfər intihar etmək istəyib.

    Hadisə “Memar Əcəmi” metrosu yaxınlığında baş verib.

    Bir nəfər kişi 5 mərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyir. Hadisə şahidləri bildiriblər ki, həmin şəxs borclu olduğu və pulu qaytara bilmədiyi üçün intihara əl atıb.
    Belə ki, həmin şəxs faizə pul götürüb. Pulunu vaxtında ödəyə bilməyib. Borc verən faizini tələb etdiyi üçün kişi 5 mərtəbəli binanın üstünə çıxıb və özünü atmaq istəyir. Əraziyə vətəndaşlar yığışıb.

    Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub və vətəndaş xilas edilib.

    Hadisənin görüntülərini təqdim edirik.