Month: December 2019

  • Azərbaycan və Türkiyə Xarici İşlər nazirlərinin görüşü olub

    Azərbaycan, Gürcüstan və Türkiyə Xarici İşlər nazirlərinin Tbilisidə keçirilən üçtərəfli görüşü çərçivəsində nazir Elmar Məmmədyarovun Türkiyəli həmkarı, nazir Mevlüt Çavuşoğlu ilə ikitərəfli görüşü başı tutub

    XİN-dən verilən məlumata görə, görüşdə ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin inkişafından məmnunluq ifadə olunub. Nazirlər strateji tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın regional və qlobal sabitlik və təhlükəsizliyin təşviqi baxımından vacibliyini qeyd ediblər.

    Tərəflər hər iki ölkənin iştirakı ilə həyata keçirilən mühüm layihələr ətrafında fikir mübadiləsi apardılar və 30 noyabr tarixində Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində Cənub Qaz Dəhlizinin ən mühüm seqmentlərindən biri və Avropanın enerji təhlükəsizliyində mühüm amil olan TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasiminin əhəmiyyətini qeyd etdilər. Eləcə də Azərbaycan, Gürcüstan və Türkiyənin təşəbbüsü və iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Kars dəmir yolunun Asiya və Avropa arasında rəqabətədavamlı daşımaları asanlaşdıracağını tərəflər xüsusilə vurğuladılar.

    Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı vəziyyət, habelə Yaxın Şərq bölgəsində cərəyan edən proseslər barəsində geniş müzakirələr aparıldı və hər iki ölkənin öz təhlükəsizliyinin təmin edilməsi üçün yeritdiyi siyasətin vacibliyi bildirildi.

    Görüşdə Azərbaycan, Gürcüstan, Türkiyə üçtərəfli formatda və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

  • Bu qidalar uşaqlarda miqren yaradır – DİQQƏT!

    Uşaqların çoxunda müşahidə edilən miqrenin səbəbi yedikləri qidadan ola bilər.

    Median.Az medicina.az-a istinadən bildirir ki, türkiyəli uzman həkim Yasemin.T həmin qidalar və uşaqlarda miqren haqqında məlumat yayıb. Onun sözlərinə görə, pendir, şokolad, portağal, naringi və s. digər qidalar miqren təhlükəsini çoxladır.

    Belə ki, ət, qatıq, qızartma və monosodyum qlutamat tərkibli hazır qidalar baş ağrısına səbəb olur. Xəstə uşaqların valideynləri bu qidaların onlarda baş ağrısı yaradıb-yaratmadığını test etməli və həmin qidalardan uşaqları uzaq tutmalıdırlar.

    Həkimin sözlərinə görə, qrip kimi infeksiyon xəstəliklərə uşaqlarda adətən imtahan ərəfəsi yorğunluq, gurultulu səsli yerlər, görmə pozğunluğu, iqlim dəyişiklikləri, uzun müddət televizora baxmaq , kompüter istifadə etmək və s. kimi amillər də səbəb ola bilər.

    Miqren olanuşaqlar digər uşaqlara nisbətən məktəbə getməyə həvəssiz olur. Ona görə də, uşaqlarda kəskin baş ağrıları zamanı həkimə müraciət etməli və gözünü də müayinə etdirmək lazımdır. Əgər görmə ilə bağlı şikayətləri davamlı hal alırsa o zaman yaxşı olar ki, uşaq nevroloqu tərəfindən də müayinə olunsun.

  • Ильхам Алиев объяснил, почему Азербайджан не торопится подписывать новое соглашение с ЕС

    Президент Азербайджана Ильхам Алиев заявил о наличии двух ключевых вопросов, по которым Азербайджан не торопится подписывать с Европейским союзом новое соглашение о стратегическом партнерстве.

    “Большинство пунктов нового соглашения уже согласовано, примерно 90%. По остальным моментам я надеюсь, мы тоже найдем решение. Хочу сказать, что именно мы являемся инициаторами того, что соглашение не подписано. И на это есть несколько причин”, – сказал Ильхам Алиев в интервью 4 крупным телеканалам страны, посвященного итогам 2019 года.

    По его словам, первый ключевой вопрос связан со сферой торговли.

    “Азербайджан сегодня не является членом Всемирной торговой организации (ВТО). Но я считаю, что время не настало для такого членства, так как основа нашего экспорта сегодня – это нефть и газ, кроме этого, нам нужно защищать внутренний рынок и внутренних производителей в сфере промышленности и АПК. Кроме этого, внутри ВТО сегодня имеется кризис: США пересматривают свое членство в нем, налицо факты торговых войн между отдельными странами. В таких условиях логичен и обоснован наш осторожный подход к вопросу членства в ВТО”, – отметил он.

    Вторым ключевым моментом Ильхам Алиев назвал энергетику.

    “Это, прежде всего, касается цен на энергоресурсы. Нам предлагают продавать газ на экспорт по внутренней цене. Что это означает? Сегодня в Азербайджане 85% населения платит за газ по льготной цене, порядка 100 манат ($58) за 1 тыс. кубометров, тогда как в Европе цены составляют $300-500 за 1 тыс. кубометров. Получается, что нам надо резко увеличить внутреннюю цену, что неприемлемо, или экспортировать газ по цене в $58, что невозможно. Поэтому нам осталось согласовать эти два ключевых вопроса”, – добавил глава государства.

  • Abşeronda naməlum sürücü qadını vuraraq öldürüb

    Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 22-də saat 19 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Xalidə Əliyeva vurulub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

  • “Belə də kişi olar?!” – Rəşid Mahmudov icra başçılarını “yıxıb-sürüdü”

    Xəbər verdiyimiz kimi bir neçə gün öncə Ağstafanın icra başçısı və köməkçilərinin həbsi ölkədə rezonansa səbəb oldu. Aparılan islahatlar nəticəsində məlum oldu ki, artıq heç də əvvəlki kimi icra başçılarının özbaşınalıqlarına bu qədər göz yumulmayacaq.

    Median.Az xəbər verir ki, moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov bildirdi ki, ölkənin sərvətini talayan məmurların cəzalandırılması vacibdir:

    “İcra başçılarına artıq bildirilməlidir ki, ölkənin sərvətini bu qədər talan etmək olmaz. Onlar insanlara xidmət etməlidir. Hansı rayon icra başçısı təyin olunurlarsa, başlayırlar ancaq özlərinə sərvət yığmağa. Fəhlənin maaş kartından pul qazanırlar, belə də kişi olar? Gənc icra başçıları inanmıram ki, bu cür addımlar atsınlar, amma uzun müddət bu sahədə işləyən adamlara nəzarəti qücləndirmək lazımdır. Bunlar yalan danışırlar, hamısının milyonları var. Elə ən çox pul o kirayədə qalıram deyən icra başçısındadır”.

  • Заявление ЦИК об активности избирателей на муниципальных выборах

    Объявлена итоговая явка избирателей на муниципальных выборах в Азербайджане.

    Как передает Median.Az, по словам руководителя информационного центра Секретариата Центральной избирательной комиссии (ЦИК) Азербайджана Фарида Оруджева, явка избирателей составила 32,72%. Свои голоса отдали 1 млн 627 тыс. 64 из 4 млн 972 тыс. 356 избирателей.

    Муниципальные выборы прошли на 5 тыс. 49 избирательных участках по всей стране. 15 тыс. 156 членов должны были быть избраны в 1 тыс. 606 муниципалитетов в 118 избирательных округах.

    В выборах приняли участие 13 политических партий и 41 тыс. 462 кандидата. Треть кандидатов были представителями политических партий, две трети – самовыдвиженцами.

    Имена 4 млн 972 тыс. 356 избирателей, имеющих право голоса, были включены в список избирателей.

    На 1000 избирательных участках были установлены веб-камеры для наблюдения за ходом выборов. Процесс голосования на этих избирательных участках наблюдался из любой точки мира.

    В то же время впервые на всех избирательных участках были установлены устройства для считывания чипов для чтения информации с удостоверений личности нового поколения.

    В муниципальных выборах были задействованы 17 международных и 52 тыс. 636 местных наблюдателей.

  • Salyanda 46 yaşlı kişi özünü asdı

    Bu gün axşam saatlarında Salyan rayonunda intihar hadisəsi baş verib.

    Median.Az-ın virtualaz.org-a istinadən məlumatına görə, rayonun Arbatan kəndinin “İrəvanlılar” məhəlləsində yaşayan 46 yaşlı Elçin Əziz oğlu Əliyev özünü yaşadığı evin həyəindəki yardımçı tikilidə asaraq intihar edib.

    Elçin Əliyevın son zamanlar əsəb xəstəliyindən əziyyət çəkdiyi deyilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Sabah hava buludlu, dumanlı olacaq – PROQNOZ

    Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 6-8°, gündüz 11-14°, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq.

    Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.

  • Xalq artistinin oğlunun vəziyyəti pisləşib – Təcili böyrək köçürülməlidir

    Xalq artisti, mərhum aktyor Eldəniz Zeynalovun oğlu – İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Məmməd Zeynalovun səhhətində kəskin problemlər yaranıb.

    Median.Az aznews.az-a istinadən xəbər verir ki, aktyoru həyat yoldaşı İradə Zeynalova bildirib ki, aktyora təcili böyrək köçürülməlidir:
    “Məmmədin vəziyyəti çox pisdir. Böyrəkləri son günlərini yaşayır. Əvvəl həftədə bir dəfə dializə gedirdi, indi isə 3 dəfə. Onun qanındakı kreatinin faizi hər an qalxa bilər. Allah göstərməsin, Məmməd hər an ölə bilər. Qohumlardan bizə kömək yoxdur, heç kəs böyrəyini vermək istəmir. Mən özüm onkoloji xəstəyəm. Böyrəyimi vermək istəyirəm, amma həkim icazə vermir. Deyir ki, sən böyrəyini versən, həyatın təhlükə altında qalar. 1 yaşında oğlum var, əgər mən böyrəyimi versəm, öləcəyəm, uzun illərdən sonra tapdığım övladım da anasız qalacaq, baxan olmayacaq. Heç kəs bizim ailə ilə maraqlanmır.
    Vəziyyətimiz çox acınacaqlıdır. Məmməd hər an ölümünü gözləyir, onu xilas etmək lazımdır”.

    Qeyd edək ki, Məmməd Zeynalov 3 il öncə insult keçirmişdi.

  • MSK sosial şəbəkədə yayılan görüntüləri araşdırır

    Bələdiyyə seçkiləri ilə bağlı sosial şəbəkələrdə gün ərzində yerləşdirilən görüntülərin araşdırılmasına başlanılıb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

    M.Pənahov vurğulayıb ki, hər hansı bir xoşagəlməz hal varsa, bununla bağlı dairə seçki komissiyalarına müraciət edilməlidir: “Heç kimin haqqı yoxdur ki, seçki prosesinə müdaxilə etsin. Xoşagəlməz hallarla bağlı ilk növbədə dairə seçki komissiyalarına müraciət edilməlidir. Dairə seçki komissiyasının qərarından narazı qaldıqları halda Mərkəzi Seçki Komissiyasına müraciət edə bilərlər. Bütün halar Seçki Məcəlləsinə uyğun ciddi şəkildə araşdırılacaq. Heç kəs çəkinməməlidir”.