Month: January 2020

  • Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır? – VİDEO

    Bir müddət əvvəl mətbuatda Xırdalanda Həsən Əliyevlə Heydər Əliyev küçələrinin kəsişməsindəki dairəvi yolda daşan kanalizasiya sularının Ceyranbatan su anbarına axıdıldığı xəbəri yayıldı.

    Oxu.az xəbər verir ki, H.Əliyev küçəsi 36 ünvanında kanalizasiya suları sözün həqiqi mənasında bulaq kimi “aşıb-daşır”.

    Bu da gediş gəlişdə çətinlik yaradır. Yola yığılan çirkab sakinlər arasında daha çox “120 nömrəli avtobusun axırıncı dayanacağı” kimi tanınan ərazidən başlayaraq, bir neçə nöqtədə Ceyranbatan su anbarına axıdılır. Suyun çıxdığı yerdə torpaq hissə qazılıb və axıntı minlərlə evin içməli su mənbəyi olan anbara doğru istiqamətləndirilib.

    “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, “yuxarı hissələrdə çəkilən kanalizasiya xətlərinin sistemə tam qoşulması təmin olunmayıb. Ona görə orada baxış quyusunda qaynama var.

    Axıntının Ceyranbatan su anbarına heç bir qarışacağı yoxdur. Həmin sahildə bir gölməçə var, həmin bu axıntı su da ora axır”.

    A.Cəbrayıllı onu da qeyd etdi ki, bəhs edilən ərazidə kanalizasiya xəttinin tikintisinə Bakı Mühəndislik Universiteti tərəfdən başlayaraq, Xırdalan istiqamətində davam edilib. Yaxın vaxtlarda 2 ədəd 12 metrlik yeni kollektor çəkilib mövcud olana birləşdiriləcək ki, bununla da problemin qarşısı tamamilə alınacaq.

  • Bakıda DİN-in hospitalının qarşısında eyni anda iki qəza olub

    “Hazırda Ziya Bünyadov prospekti – 20 Yanvar dairəsi istiqamətində sıxlıq müşahidə edilir”.

    Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

    Buna səbəb DİN-in Hospitalının qarşısında eyni anda iki qəzanın baş verməsidir.

  • Rusiyada “Lukoil”a məxsus zavodda yanğın baş verib

    Rusiya Federasiyasının Komi Respublikasında “Lukoil”a məxsus neftayırma zavodunda yanğın baş verib.

    Median.Az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yanğın 200 kvadrat metr ərazini əhatə edib. Yanğın nəticəsində bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    Yanğının səbəbi araşdırılır.

  • Yolu keçmək istəyən yaşlı qadını maşın vurdu

    Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

    Median.Az-ın Baku.ws-ə istinadən verdiyi məlumata əsasən, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb. İlkin məlumata görə avtomobil yolu keçən 1950-ci il təvəllüdlü Hicran Babayevanı vurub.
    Qadın xəstəxanaya çatdırılsada onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma başlanılıb, hadisənin təfərrüatları dəqiqləşdirilir.

  • Ramiz Mehdiyev institut direktorunu işdən çıxardı

    Yanvarın 9-da AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

    AMEA-nın mətbuat xidmətindən verilən məlumata görə, iclasda bir sıra kadr məsələlərinə baxılıb. Akademik Cavad Abdinov AMEA-nın Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika elmləri doktoru Ayaz Bayramov həmin institutun innovasiyalar və transfer üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Zaur Süleymanov isə həmin institutun elmi katibi vəzifələrinə, riyaziyyat elmləri doktoru Ədalət Axundov AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə, fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü isə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru vəzifəsinə təyin ediliblər.

    Ramiz Mehdiyevin imzaladığı digər qərarla fizika üzrə fəlsəfə doktoru Elman Yusifov AMEA Zoologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib. İnstitutun direktoru vəzifəsinin icrası müvəqqəti olaraq elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru Elşad Əhmədova həvalə edilib. Həmçinin Akademiya şəhərciyinin müdiri vəzifəsindən Bayram Babayev azad edilərək iqtisad üzrə fəlsəfə doktoru, dosent Pərviz Həsənov həmin vəzifəyə təyin olunub.

  • При поддержке Фонда Гейдара Алиева Огтай Гюлалыев будет вновь прооперирован

    Правозащитник Огтай Гюлалыев, находящийся в коме в результате черепно-мозговой травмы, полученной в ДТП, в скором времени будет вновь прооперирован, сообщает Trend.

    В ходе повторных обследований Огтая Гюлалыева в Американской клинике Стамбула было обнаружено избыточное скопление жидкости в мозге. Согласно рекомендациям врачей и с согласия членов семьи ожидается, что Гюлалыев будет прооперирован завтра. Во время хирургической операции, которая станет возможной благодаря поддержке Фонда Гейдара Алиева, с целью предотвращения скопления жидкости, в мозгу больного будет проведено шунтирование.

    Напомним, что согласно поручению Первого вице-президента Азербайджана, президента Фонда Гейдара Алиева Мехрибан Алиевой, с четвертого декабря Фонд оказывает в лечении Огтая Гюлалыева надлежащую помощь. В настоящее время его лечение продолжается в Американской клинике Стамбула.

  • Zakir Qaralov Bərdəyə yeni prokuror təyin etdi

    Bərdə rayonuna yeni prokuror təyin edilib.

    Report xəbər verir ki, Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Tərtər rayon prokuroru vəzifəsini icra edən Şıxəli Alməmmədov Bərdə rayon prokuroru təyin edilib.

    Xatırladaq ki, Bərdə rayon prokuroru Fəxrəddin Şamil oğlu Məmmədov və onun köməkçisi Babək Paşayev bir müddət əvvəl işlərində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

  • Bakıdakı sürüşmənin ilkin səbəbləri açıqlandı

    Badamdar şossesindəki sürüşmə sahəsində aktivlik davam edir.

    Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

    O qeyd edib ki, ilkin araşdırmaların nəticələrinə görə sürüşmənin məişət sularının torpağa axıdılması və atmosfer çöküntülərinin təsiri nəticəsində torpaq kütləsinin ağırlaşması səbəbindən baş verdiyi ehtimal olunur. Araşdırma və müşahidələr davam etdirilir.

  • Bakıda silsilə oğurluq edən narkotacir kameralara düşdü – VİDEO

    Binəqədidə marketlərdən oğurluq edən narkotacir saxlanılıb.

    Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə Binəqədi qəsəbəsində bir nəfərin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə məlumat daxil olub.

    Keçirilən tədbir zamanı həmin şəxs – qəsəbə sakini, əvvəllər məhkum olunmuş Hüseyn Bilalov tutulub.

    Onun üzərində şəxsi axtarış aparılan zaman 0,358 qram, yaşadığı evin həyətindəki yarımtikilidə gizlətdiyi yerdən isə əlavə olaraq 1,51 qram narkotik vasitə – heroin aşkar olunaraq götürülüb.

    H.Bilalovun başqa cinayətlər törətdiyi də müəyyənləşib. Araşdırma zamanı onun Binəqədi rayonu ərazisində bir evdən və yeddi marketdən pul, tütün məmulatları, kombi aparatı, mobil telefonlar oğurladığı da məlum olub.

    H.Bilalovun marketlərdən oğurluq etməsi həmin obyektlərin təhlükəsizlik kameraları vasitəsilə anbaan qeydə alınıb.

    Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Azərbaycanda saxta spirtli içki hazırlayan 14 nəfər həbs edildi – RƏSMİ

    Kustar üsulla spirtli içkiləri istehsal edən, həmin içkilərin ictimai iaşə və ticarət obyektlərində satışını təşkil edən 14 nəfər şəxs həbs olunub.

    Bunu Baş prokuror Zakir Qaralov yanvarın 9-da keçirlən əməliyyat müşavirəsində deyib.

    Z.Qaralov ki müşavirədə əhalinin sağlamlığının qorunması və qida təhlükəsizliyi sahəsində effektiv nəzarətin təmin edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər və Səhiyyə nazirlikləri ilə əlaqəli şəkildə yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkar edilmiş hüquqpozmalara qarşı ən ciddi mübarizə tədbirlərinin görülməsi nəzərə çatdırılaraq qeyd edib.

    Baş prokuror bildirib ki, son günlər saxta yolla hazırlanmış spirtli içkilərdən zəhərlənmə faktları ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə spirtli içkiləri kustar üsulla istehsal edən, həmin içkilərin ictimai iaşə və ticarət obyektlərində satışını təşkil edən şəxslər, eləcə də onları texniki spirt və xammalla təmin edən ümumilikdə 14 şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hazırda təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.