Month: January 2020

  • Cəlilabadda maşın 9 yaşlı oğlanı vurub

    Cəlilabadda minik avtomobili 9 yaşlı oğlanı vurub.

    APA-nın verdiyi məlumata görə, şəhərin Məhəmməd Hadi küçəsində hərəkət edən “VAZ” markalı minik avtomobili tərəfindən 2011-ci il təvəllüdlü Əbülfəz Faiq oğlu Əsədovu vurub. Müxtəlif bədən xəsarətləri alan azyaşlı bud və çanaq sümüyünün sınığı diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda sürücünün kimliyi dəqiqləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni səlahiyyət verilib

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni səlahiyyət verilib.

    Median.Az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 164 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.
    “Turizm haqqında” qanuna əsasən, 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinin layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı, həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.

    300 nəfərdən çox tutumu olan mövcud turizm və rekreasiya obyektləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur. Lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, müvafiq dəyişikliklər edilməlidir.

    Fərmana əsasən, həmin sahədə məsul orqan Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edilib. Başqa sözlə, 300 nəfərdən çox tutumu olan mövcud turizm və rekreasiya obyektlərə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, müvafiq dəyişikliklər ediləcək.

  • Вакцина против коронавируса будет готова через 20 месяцев

    Во Франции будет создана вакцина против коронавируса.

    Как сообщает Median.Az со ссылкой на Reuters, об этом журналистам сказал профессор Института им. Л.Пастера Кристоф Денферт.

    Он отметил, что прививку можно будет получить только после 20 месяцев.

    Напомним, число погибших от коронавируса в Китае достигло 213 человек, число инфицированных – 9692. Случаи инфицирования зарегистрированы уже в около 20 странах.

  • Rəsmi Bakıdan “Brexit” açıqlaması

    Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi “Brexit”lə bağlı açıqlama yayıb.

    Bununla əlaqədar XİN-in Mətbuat xidməti idarəsindən oxu.az-a məlumat verilib:

    “Məlum olduğu kimi, cari ilin 31 yanvar tarixində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa İttifaqının (Aİ) üzvlüyündən çıxması (Brexit) rəsmiləşir və Birləşmiş Krallığın Aİ-dən çıxması ilə əlaqədar “keçid dövrü” başlayır.

    Həmin dövr ərzində tərəflər arasında gələcək münasibətləri tənzimləyən müvafiq sazişin razılaşdırılması və imzalanması nəzərdə tutulur.

    Bu xüsusda qeyd etmək istərdik ki, Birləşmiş Krallıq “keçid dövrü” ərzində Aİ ilə Azərbaycan arasındakı ikitərəfli sazişlərə tərəf kimi qalacaqdır. Eyni zamanda, Azərbaycanla Birləşmiş Krallıq arasında gələcək ikitərəfli münasibətlərə dair müvafiq sazişin razılaşdırılması istiqamətində iş davam etdirilir.

    Azərbaycan Birləşmiş Krallıq ilə münasibətlərinin yüksələn xətt üzrə inkişafında maraqlıdır və iki ölkə arasında siyasi dialoq uğurla davam etdirilir. Böyük Britaniya Azərbaycanın enerji sahəsində ən mühüm tərəfdaşlarından biridir.

    Əminik ki, “Brexit”dən asılı olmayaraq, Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlıq əlaqələrinin inkişafı davam edəcəkdir”.

  • Azərbaycanlı alimlər koronavirusla mübarizəyə qoşulub

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azad Həmkarlar İttifaqı koronavirusla bağlı maarifləndirici və profilaktiki tədbirlər görəcək.

    AMEA-dan verilən məlumata görə, akademiyada müvafiq profilaktiki tədbirlərin görülməsinə dair tapşırıqlar verilib.

    “AMEA-nın idarə, müəssisə və təşkilatlarının həmkarlar təşkilatları əmək kollektivləri ilə birgə yerləşdikləri ərazilər üzrə məsul olan və bu sahə üzrə xüsusi təcrübəyə malik Sanitar Epidemioloji Stansiyalar, onların ayrı-ayrı sahələr üzrə təyin olunmuş mütəxəssis həkimləri və digər aidiyyəti orqanların cəlb edilməsi yolu ilə kollektivlərdə maarifləndirici və profilaktiki tədbirlərin görülməsini həyata keçirəcəklər”, – Akademiyadan bildirilib.//Baku.ws

  • Начат процесс эвакуации граждан Азербайджана из Ухани

    Начат процесс эвакуации граждан Азербайджана из эпицентра распространения нового коронавируса – китайской Ухани.

    Как сообщает Median.Az со ссылкой на Report, в настоящее время идет процесс сбора эвакуируемых.

    После прохождения обследования в аэропорту, в случае, если у них не будет выявлено признаков температуры, то как ожидается, этой ночью они вылетят из Ухани на принадлежащем Турции военно-транспортом самолете.

    Напомним, ранее президент Реджеп Тайип Эрдоган заявил, что Турция эвакуирует граждан Азербайджана из эпицентра распространения коронавируса в Китае.

    В Ухани находятся 7 граждан Азербайджана, в основном, это студенты местных вузов.

  • Azərbaycan vətəndaşlarının Uxandan təxliyyəsinə başlanılıb

    Çində koronavirusun kütləvi şəkildə yayıldığı Uxan şəhərindən Azərbaycan vətəndaşlarının təxliyə olunmasına start verilib.

    “Haber Global” xəbər verir ki, bununla bağlı Türkiyədən hərbi təyyarə bu gün günorta saatlarında Çinə yola düşüb.

    Virusun ilk görüldüyü və geniş yayıldığı Uxan şəhərindən çıxamaq tələbini bildirən 34 Türkiyə, yeddi Azərbaycan, yeddi Gürcüstan və bir Albaniya vətəndaşı tibbi müayinədən sonra təyyarə ilə Ankaraya gətiriləcəklər.

    Onlar burda xüsusi hazırlanmış xəstəxanada karantinə götürüləcəklər.

    Artıq bu şəxslər aeroporta yola salınıb.

  • Nardaran qəbirstanlığından silah-sursat tapıldı – FOTO

    Nardaranda silah-sursat aşkarlanıb.

    ANAMA-dan oxu.az-a verilən məlumata görə, 2020-ci il 31 Yanvar tarixində saat 12:31-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində qəbirstanlıqda torbanın içərisində mərmilərin və əl qumbarasının tapılması barədə məlumat daxil olub.

    Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Sabunçu rayon Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

    Agentliyin mütəxəssisləri və Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib.

    Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

    Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd xəncər, bir ədəd RQD-5 əl qumbarası, bir ədəd UZRQM partladıcısı, 80 ədəd 5.45 mm-lik və 17 ədəd 9 mm-lik patronlar aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

    Aşkar olunmuş hərbi təyinatlı əşyaların ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

  • Bakıda karantində saxlanılan çinli tələbənin atası virusdan vəfat edib

    1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə alan tələbənin kimliyi məlum olub.

    Mərkəzdən verilən məlumata görə, bu BDU-nun Amerikaşünaslıq fakültəsinin III kurs tələbəsi Zhenghai Liu Youshadır.
    Bu ilin yanvar ayının ortalarında Çindən Azərbaycana gələn tələbə yanvarın 27-də Kliniki Tibbi Mərkəzə daxil olub.

    Tələbənin dediyinə görə, atası Çində dünyasını dəyişib. Ona görə də o hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdə karantində saxlanılır. Kliniki Tibbi Mərkəzdə Liu Yousha müayinə olunub, onda virusun heç bir əlaməti aşkar olunmayıb, yalnız karantin müddəti ilə bağlı təhlükəsizlik baxımından nəzarətdə saxlanılır.

  • Çindən “Sədərək” Ticarət Mərkəzinə malların gətirilməsi dayandırıldı

    Çin Xalq Respublikasından “Sədərək” Ticarət Mərkəzinə malların gətirilməsi dayandırılıb.

    Bu barədə Trend-ə açıqlamasında “Sədərək” Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Mikayıl Qədimov deyib.

    Onun sözlərinə görə, hazırda Çindən adıçəkilən mərkəzə mal gətirilmir:
    “Ümumilikdə hazırda Çin mallarının mövsümü deyil. Əsas mövsüm mart-aprel aylarından başlanır. Daha sonra isə avqust-sentyabr aylarından dekabr ayına qədər bazara Çin malları gəlir. Yanvar ayı Çində bayram olduğu üçün bazara mal gətirilmir”.

    Mərkəz rəsmisi deyib ki, hazırda bazarda tək-tək Çin malları satılır ki, həmin mallar da noyabr-dekabr aylarından qalan və ya həmin aylarda Çindən göndərilən, lakin yolda gecikən mallardır:

    “Hazırda bizim bazara Çindən heç bir mal gəlmir. Dekabr ayından sonra bazara Çindən mal gətirilməsi dayanıb”.

    M.Qədimov deyir ki, bu ərəfələrdə bazarda alver də zəif olur.