Month: January 2020

  • Sumqayıtda qəbiristanlıqda kişi meyiti tapılıb

    Sumqayıtın Corat qəsəbəsinin qəbiristanlığında kişi meyiti aşkarlanıb.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, araşdırma nəticəsində meyitin 1946-cı il təvəllüdlü Corat qəsəbə sakini Mürsəlov Hacıbala Hacıbaba oğlu olduğu məlum olub.

    Qeyd edək ki, 74 yaşlı kişi ötən gün saat 12:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmadığından yaxınları hüquq-mühafizə orqanlarına onun itkin düşdüyü barədə məlumat vermişdilər.

    Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

  • В Имишли 4-х летнего мальчика изнасиловали и сбросили в канал

    В Имишлинском районе произошла страшная трагедия.

    Как сообщает Oxu24.com, 4-хлетний мальчик был изнасилован неизвестным мужчиной и сброшен в канал. Об этом рассказал отец ребенка на телеканале Space TV в передаче Gəl Dərdini Danış.

    По рассказу ребенка, высокий мужчина 25-26 лет перед изнасилованием сказал мальчику, что его послал Захид.

    Отец ребенка возмущается, что несмотря на то, что на территории есть камеры видеонаблюдения, насильника никто и не ищет.

  • Azərbaycanın qənaət etdiyi kredit vəsaitlərinin gələcək taleyi müzakirə edilir

    Dünya Bankı (DB) Bakı-Şamaxı avtomobil yolunun iki zolaqdan dörd zolağa genişləndirilməsi üzrə üçüncü magistral yol layihəsinin (Third Highway Project) icrasını 30 iyun 2020-ci il tarixinə qədər uzadıb.

    Bu barədə “Report”a DB-nin Bakı nümayəndəliyindən məlumat verilib.

    “Bank qalan işləri – magistral yoluna xidmət göstərilməsi üçün depo və yol-istismar idarələri üçün binaların tikinisi üzrə işləri nəzərə alaraq, layihənin altı ay müddətinə uzadılmasına razılıq verib”, – nümayəndəlikdən bildiriblər.

    Median.Az-ın report-a istinadən məlumatına görə, Azərbaycan hökuməti qalan kredit vəsaitindən istifadə etmək və tikinti işlərini başa çatdırmaq üçün layihənin bir illik uzadılmasını istəyib.

    “İlkin olaraq layihə altı ay müddətinə uzadılıb, bu müddət ərzində qənaət edilmiş vəsaitlərdən istifadə etmək qərarı verilsə, layihənin daha da uzadılması məsələsinə baxıla bilər. Amma təcrübəyə görə, qənaət olunan vəsait müvafiq qərar qəbul olunarsa, bu layihə bitdikdən sonra layihənin ümumi məqsədlərinə cavab verən işə yönəldilə, eləcə də ləğv oluna bilər. Konkret qərar DB və hökumət arasındakı müzakirələrin nəticələrindən asılı olaraq veriləcək”, – bankdan deyilib.
    DB-nin məlumatına görə, 2019-cu ilin sonuna qədər bu layihəyə 307 milyon dollar (əlavə maliyyələşdirmə də daxil olmaqla, bank qarşısındakı ümumi öhdəliklərin təxminən 82%-i) məbləğində kredit ayrılıb. 2015-2016-cı illərdə milli valyutanın məzənnəsinin dəyişməsi və bəzi satınalmaların ləğvi nəticəsində qənaət olunan vəsait 60 milyon dolları ötür.

    Xatırladaq ki, ümumi dəyəri 356,15 milyon dollar olan, bunun 241,6 milyon dollarının DB-nin payına düşdüyü üçüncü yol layihəsi 2010-cu ilin avqustunda təsdiq edilib. Bu layihə iki istiqaməti əhatə edir. Birinci istiqamət Azərbaycanın magistral yollarının və tranzit dəhlizlərinin yenidən qurulmasına, ikincisi isə regional inkişaf strategiyası çərçivəsində yenidən qurulan yerli yollara aiddir.

    DB-nin kreditindən 70 milyon dolları Beynəlxalq İnkişaf Assosiasiyasının (BİA Dünya Bankı qrupuna daxildir – red.) 2010-cu maliyyə ili üçün Azərbaycana ayırdığı kvota hesabına güşəztli şərtlərlə verilib, 171,6 milyon dollar isə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) şərtləri ilə ayrılıb.

    2016-cı ildə DB Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi üçün 140 milyon dollar həcmində ikinci kredit xəttini ayırıb. Layihənin ümumi dəyəri 186,6 milyon dollardır, bunun 46,6 milyon dolları hökumətin payına düşür.

    Yolun yenidən qurulması üçün son müqavilə 2019-cu ilin sonunda başa çatıb. Layihə çərçivəsində Bakıdan Şamaxıya gedən avtomobil yolu (yolun 13-91-ci km hissəsi) tamamilə modernləşdirilib, Yenikənd və Şorsulu arasındakı M3 magistral yolunun iki hissəsinin (31-80,6 km) və Kür üzərindən yeni körpünün inşası başa çatdırılıb.

  • Dünyanın maraqla izlədiyi ölkədən qaçışın yeni görüntüləri yayıldı – VİDEO

    Maliyyə fırıldağı ittihamlarına görə Yaponiyanı qeyri-adi yolla tərk etmək məcburiyyətində qalan “Nissan”, “Renault”, “Mitsubishi”nin keçmiş rəhbəri Karlos Qonun qaçması barədə yeni görüntülər ortaya çıxıb.

    Bu barədə kadrları “Hürriyyet” yayıb.

    Müşahidə kamerası tərəfindən qeydə alınan videodan aydın olur ki, musiqi qutusunun içində Osakadan Türkiyəyə gələn Qon iki təyyarə arasındakı məsafəni maşınla gedib. Sonra o, maşından düşərək təyyarəyə minib.

    Xatırladaq ki, “Nissan” şirkətinin keçmiş icraçı direktoru, maliyyə cinayətində ittiham olunan Karlos Qon musiqi qutusunun içində Yaponiyadan Türkiyəyə qaçıb, ordan isə özəl təyyarə ilə Livana uçub.

    Qon hazırda həyat yoldaşı Kerolun evində yaşayır. Livanda o, Prezident Mişel Aounla görüşüb və dövlətdən təhlükəsizlik zəmanətlərini alıb.

  • Bakıda gənc dayısı oğlu tərəfindən qətlə yetirilib

    Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində qeydə alınıb.

    1989-cu il təvəllüdlü Muxtarov Cavid Fərhad oğlu evdə dayısı oğlu ilə mübahisə edib. Nəticədə o ürəyindən bıçaqlanaraq qətlə yetirilib.

    Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır

  • Məşhurların Nərminin ölümü ilə bağlı fəryadı: “Belə cinayətləri törədənlər güllələnməlidir”

    Tovuz rayonunda itkin düşən və daha sonra yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın ölüm xəbəri hamını dərindən sarsıldıb. Bir çox məşhurlar sosial şəbəkə hesablarında qandonduran hadisə ilə bağlı fikirlərini yazaraq, dərin kədər hissi keçirdiklərini qeyd ediblər.

    Oxu.az-ın əməkdaşı dəhşətli olayla bağlı şərh almaq üçün Xalq artisti Nazpəri Dostəliyeva və müğənni Nadir Qafarzadə ilə əlaqə yaradıb.

    Hər iki məşhur törədilmiş cinayət hadisəsindən çox təsirləndiklərini bildirib və mütəəssir olduqlarını dilə gətiriblər:

  • Эльза идет в депутаты – ФОТО

    Кандидатура Заслуженной артистки Эльзы Сейидджахан зарегистрировано для участия во внеочередных парламентских выборах.

    Как сообщает oxu.az, певица и композитор опубликовала в İnstagram фото своего “удостоверения”.

    Сейиджахан выдвинула свою кандидатуру от Шабран-Сиязанского Избирательного округа № 54.

    Отметим, что известная телеведущая ATV Айтен Сафарова выдвинула свою кандидатуру от Агсу-Исмаиллинского округа, а артистка Кенуль Юсифгызы от Абшеронского Избирательного округа.

    Внеочередные парламентские выборы в Азербайджане назначены на 9 февраля.

  • В Сумгайыте в общежитии обнаружены трупы двух мужчин

    В одном из общежитий в 18-м квартале города Сумгайыт обнаружены 2 трупа.

    Жильцы общежития пожаловались в соответствующие структуры из-за зловония, исходящего с одной из квартир, передает АПА.

    В квартире были обнаружены трупы двух мужчин. Экспертиза установила, что мужчины находились в нетрезвом состоянии перед смертью. Предположительно, мужчины после пьяного застолья учинили пожар в квартире. Установлено, что мужчины задохнулись от дыма.

    По предварительной информации, мужчины скончались примерно 5 дней назад.

    Установлена личность одного из них – Шихиев Абиль Муртуз оглу, 1964 г.р. Личность второго устанавливается.

    Выясняются обстоятельства происшествия.

  • “Facebook”dan yeni qadağa

    “Facebook” şirkəti “Deepfake” videolara qadağa qoyub.

    Median.Az xəbər verir ki, Haber Global-ın yaydığı məlumata görə, “Facebook” sosial şəbəkəsi manipulyasiya edilmiş məzmunları və “Deepfake” videoları siləcək.

    “Facebook”un Qlobal Siyasət üzrə vitse-prezidenti Monika Biskert bildirib ki, “seçicilərimizə təzyiq və nifrət dolu nitq kimi standartlarımızı pozan məzmunlar, “Deepfake” olub-olmamasından asılı olmayaraq, “Facebook”dan silinəcək.
    “Hazırda siyasətimizi yaxşılaşdırmaq və manipulyasiya edilən məzmunları müəyyən etmək üçün 50-dən çox qlobal mütəxəssislə danışıqlar aparırıq. Bu əməkdaşlıq nəticəsində müəyyən meyarlara sahib olan videoları platformamızdan çıxaracağıq”, – deyə o bildirib.

    Qeyd edilir ki, bu qadağa parodiya, satira məqsədli videolara aid deyil. (ölkə.az)

  • Bakının mərkəzində, yaşayış evindəki yanğın söndürüldü – YENİLƏNİB

    Bakıda yaşayış evində baş verən yanğın söndürülüb.

    FHN-dən oxu.az-a verilən məlumata görə, Yasamal rayonunda ümumi sahəsi 55 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb.

    Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    ***

    Yasamal rayonunda fərdi ev yanır.

    Fövqəladə Hallar Nazirliyindən Baku.ws-ə verilən xəbərə görə, “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi 33 ünvanında fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

    Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub.