Month: January 2020

  • Donald Tramp: “ABŞ İranla sülhə hazırdır”

    “ABŞ İranla sülhə hazırdır”.

    Median.Az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp İranın bu ölkənin İraqdakı hərbi bazalarını raket atəşinə tutmasından sonra keçirdiyi mətbuat konfransında bildirib.

    “İran xalqına və hökumətinə müraciət edirəm. Biz istəyirik ki, sizin layiq olduğunuz böyük gələcəyiniz olsun. Birləşmiş Ştatlar sülh istəyən bütün ölkələrlə sülhə hazırdır”, – o qeyd edib.

    D.Tramp deyib ki, ABŞ həmçinin NATO-nun bundan sonra Yaxın Şərqdə daha çox aktiv olmağını istəyir.

  • Cəlilabadda 46 yaşlı qadını qohumları döyüb

    Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb. Belə ki, 1974-cü il təvəllüdlü Turabova Gülbəniz Hacıbala qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya gətirilib.

    Yaralı qadına müvafiq tibbi yardım göstərilib. Məlumata görə, qadın qohumları tərəfindən döyülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Подозреваемые в убийстве 10-летней Нармин дают противоречивые показания – ВИДЕО

    Главными подозреваемыми в убийстве 10-летней Нармин, обгоревшее тело которой было обнаружено 6 января в селе Дондар Гушчу Товузского района Азербайджана, являются ее дядя Лятиф и сын дяди Горхмаз. Девочку последними видели именно они. Она пропала после того, как вошла в дом дяди. Нармин пошла в дом дяди, чтобы забрать безрукавку отца, ее заметили входящей в дом, но выходящей оттуда никто не видел.

    Как передает Median.Az, поиски Нармин наряду с правоохранительными органами велись и в выпуске передачи Səni axtarıram на Xəzər TV.

    Лятиф, его сыновья Горхмаз и Айхан дали противоречивые показания. Так, Лятиф заявил, что покинувшую дом Нармин в окно видел Горхмаз. Однако Горхмаз опроверг показания отца, отметив, что не вставал с постели и не подходил к окну. Не подтвердил слова отца и малолетний Айхан. Он сказал, что зашел в дом, чтобы принести Нармин целлофановый пакет, чтобы она положила в него безрукавку, но выйдя во двор, ее не увидел.

    Таким образом, показания дяди Нармин и его сыновей дают основания для их подозрения.

    Отметим, что бабушка Нармин по матери Мина ханум с первого дня пропажи девочки подозревала Лятифа.

    Напомним, что Нармин Гулиева пропала 21 ноября в 15:00 во время свадебного торжества, которое отмечали соседи. Ее обгоревшее тело было найдено 6 января вечером. Последний раз девочку видели в доме ее дяди Лятифа Гулиева.

  • Ağsuda mikroavtobus aşdı: yaralılar var

    Ağsu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir yolunda, Muradlı kəndi ərazisində qeydə alınıb. 1991-ci il təvəllüdlü Novruz Feyzullayev idarə etdiyi UU-952-UG Gürcüstan nömrə nişanlı, “Ford Tranzit” markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq aşıb.

    Nəticədə sürücü və sərnişini, 1982-ci il təvəllüdlü Mahir Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı Ağsu Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

    Qeyd edək ki, Novruz Feyzullayev mikroavtobusla çörək daşıyırmış.

  • Azərbaycanda daha bir DƏHŞƏT: Azyaşlı oğlanı zorlayıb kanala atdılar

    Azərbaycanda tükürpədici hadisə baş verib.

    Median.Az oxu24.com-a istinadən xəbər verir ki, azyaşlı oğlan uşağı zorlanıb, daha sonra kanala atılıb. Hadisə İmişlidə baş verib.

    Bu barədə Space TV-də yayımlanan “Gəl Dərdini Danış”da İmişlidən olan ailə çıxış edib. Eldar bəy oğlunun qoyun otaran zaman tanımadığı şəxs tərəfindən boğularaq kanala atıldığını bildirib. “Qızım qaça-qaça gəlib xəbər etdi ki, bəs Vüqarı kimsə boğub kanala atdı. Getdim gördüm uşağım pis günündə…”

    Həmin anda Vüqara qarşı təcavüz etmək istəyən şəxs “Məni Zahid göndərib” deyərək Vüqara hücum edib. 4 yaşlı uşağın iddialarına görə həmin şəxs 25-26 yaşlarında iri gözlü və hündür şəxs olub.

    Ailə iddia edir ki, ərazidə kameralar olsa da, işi görən şəxsi tapan yoxdu.

  • Стало известно, почему США не сбивали иранские ракеты в Ираке

    Американские военные даже не пытались сбивать баллистические ракеты, выпущенные Ираном по используемым США базам в Ираке из-за отсутствия у американцев средств противоракетной обороны (ПРО) в этом регионе.

    Как передает Median.Az, об этом сообщает телеканал Fox News со ссылкой на источники в Пентагоне в среду, 8 января.

    Утверждается, что американские зенитные ракетные комплексы Patriot и Avenger развернуты в других точках на Ближнем Востоке, но не на базе Айн-эль-Асад и в аэропорту города Эрбиль.

    «Мы в последние годы сосредоточили свое внимание на разгроме группировки ИГИЛ* и на сохранении незначительного военного присутствия в Ираке. Нам не нужны были противоракетные системы в борьбе против ИГИЛ», — пояснил один из источников телеканала в Пентагоне.

    Напомним, в ночь на 8 января ракеты класса «земля-земля» были выпущены из Ирана по двум американским базам в Ираке.

    Ранее утверждалось, что на базах в Ираке погибли 80 человек. Однако представители Армии Ирака опровергли ложь США, уточнив, что их военнослужащие в результате ракетного обстрела объектов, на которых размещается американский контингент, не пострадали.

    Источник: https://rusvesna.su/news/1578498651

  • İnternet informasiya ehtiyatlarının əlilliyi olan şəxslər üçün müyəssərliyinə dair tələblər müəyyənləşib

    Nazirlər Kabineti “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”in təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”ə yeni hissə – İnternet informasiya ehtiyatlarının əlilliyi olan şəxslər üçün müyəssərliyinə dair tələblər daxil edilib.

    Beləlkilə, əlilliyi olan şəxslərin informasiya ehtiyatlarından səmərəli şəkildə faydalanması və istifadəsi məqsədilə internet informasiya ehtiyatının müyəssərliyi “WCAG (Web Content Accessibility Guideline) 2.1” (Veb Məzmunun Müyəssərliyinə dair Təlimat) beynəlxalq standartına uyğun təmin edilməlidir. İnternet informasiya ehtiyatının müyəssərliyi aşağıdakı tələblərə uyğun olmalıdır:

    – mətn olmayan kontent üçün mətn alternativləri, audio və videokontentlər üçün transkript, altyazılar, böyük şriftlərdən istifadə, şrift seçimi imkanları, rənglərin idarə olunması, simvollararası məsafə təmin edilməlidir;

    – zamanın tənzimlənməsi funksiyasının yaradılması, kontenti oxumaq və istifadə etmək üçün istifadəçilərə kifayət qədər vaxtın təmin edilməsi, proseslərin klaviaturadan idarə olunması mümkünlüyü, animasiyalı şəkillərin deaktiv edilməsi funksiyasının icra olunması, kontentin aydın və ardıcıl olması təmin edilməlidir;

    – oxunaqlı və başa düşülən dildən (üslubdan) istifadə olunmalıdır;

    – kontentin cari və sonradan yaradılan müxtəlif istifadəçi veb-brauzerlər və yardımçı texnologiyalar ilə tam uyğunluğu təmin edilməlidir.

    Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər dövlət orqanlarının internet informasiya ehtiyatlarının müyəssərliyinə dair tələblərdən irəli gələn vəzifələrin 2020-ci il 1 iyun tarixinədək icra edilməsini təmin etməlidirlər.

  • İran televiziyası 180 nəfərin öldüyü təyyarənin “qara qutu”sunun görüntülərini yayımladı – YENİLƏNİB+FOTO

    İran dövlət televiziyası Tehranda qəzaya uğrayan Ukraynaya məxsus “Boeing 737” sərnişin təyyarəsinin “qara qutu”sunun görüntülərini yayımlayıb.

    Maraqlıdır ki, İran Mülki Aviasiya Nazirliyi qəza ilə bağlı açıqlamasında “qara qutu”nu “Boeing”ə verməyəcəklərini bildirmişdi.

    Xatırladaq ki, Ukraynaya məxsus təyyarə yanvarın 8-də Tehran aeroportunun yaxınlığında qəzaya uğrayıb. İlkin məlumatlara görə, göyərtədə 167 sərnişin və doqquz heyət üzvü olub.


    ***

    Xilasedicilər Tehranda qəzaya uğrayan Ukraynaya məxsus “Boeing 737” sərnişin təyyarəsinin “qara qutu”sunu tapıblar.

    Bu barədə İran televiziyası məlumat yayıb.

    İran mediası faciənin “texniki səbəblərə görə” baş verdiyi barədə məlumat açıqlayıb. Lakin mütəxəssislər bildirib ki, qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.

    Qeyd edək ki, Tehran yaxınlığında göyərtəsində 180 sərnişin olan Ukrayna aviaşirkətinə məxsus “Boeing 737” sərnişin təyyarəsi qəzaya uğrayıb.

    Qəza nəticəsində təyyarədə olan sərnişinlərin hamısı həlak olub.

  • Генпрокуратура обратилась к СМИ в связи с убийством 10-летней Нармин

    «Несмотря на то, что 7 января Министерство внутренних дел и Генеральная прокуратура предоставили общественности подробную информацию о следственных действиях и оперативно-розыскных мероприятиях, проведенных в связи с убийством ребенка в Товузском районе, некоторые СМИ, пользователи социальных сетей, а также отдельные лица продолжают без уточнения ради сенсации распространять недостоверную информацию».

    Как передает Median.Az, об этом на своей странице «Facebook» сообщил руководитель пресс-службы Генеральной прокуратуры Эльдар Султанов.

    «Во избежание подобных случаев, задевающих чувства людей, способных оказать негативное влияние на психологию детей и в целях пресечения распространения недостоверной информации прошу перед публикацией информации уточнять ее достоверность с пресс-службой Генеральной прокуратуры», – отметил Э.Султанов.

  • Baş Nazir Əli Əsədov Ukrayna və İrana başsağlığı verib

    Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Tehran yaxınlığında Ukrayna Beynəlxlaq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Ukraynanın Baş Naziri Oleksiy Qonçaruka və İran Prezidentinin birinci müavini İshaq Cahangiriyə başsağlığı məktubu göndərib.

    Bu barədə APA-ya Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

    Ukraynanın Baş Naziri Oleksiy Qonçaruka göndərilən başsağlığı məktubundada deyilir ki, Tehran yaxınlığında Ukrayna Beynəlxlaq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri onu olduqca kədərləndirib.

    Ə. Əsədov bu faciə ilə əlaqədar ukraynalı həmkarına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

    Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun İran İslam Respublikası Prezidentinin birinci müavini İshaq Cahangiriyə göndərdiyi başsağlığı məktubunda isə deyilir:

    “Tehran yaxınlığında Ukrayna Beynəlxlaq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”

    Xatırladaq ki, göyərtəsində 170-dən çox sərnişin olan “Boeing 737” tipli təyyarə bu gün Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb. Qəza nəticəsində sağ qalan olmayıb. Təyyarə qəzasında 82 nəfər İran vətəndaşı, 63 nəfər Kanada vətəndaşı, 11 nəfər Ukrayna vətəndaşı (2 sərnişin və 9 ekipaj üzvü), 10 nəfər İsveç vətəndaşı, 4 nəfər Əfqanıstan vətəndaşı, 3 nəfər Almaniya vətəndaşı və 3 nəfər Böyük Britaniya vətəndaşı həyatını itirib.