Month: January 2020

  • В Стамбуле обрушилась кровля торгового центра – ВИДЕО

    В Стамбулльском районе Зинджирликуйу обрушилась кровля кафе в одном из торговых центров.

    Как сообщает Median.Az со ссылкой на Sondakika.com, в результате происшествия пострадали люди.

    На место событи прибыли пожарные и скорая помощь.

    Причина, по которой рухнула кровля, пока не известна.

  • Hamilə arvadına 8 bıçaq zərbəsi vuran şəxsin məhkəməsi başlayır

    Abşeronda hamilə həyat yoldaşını bıçaqlamaqda təqsirli bilinən Şəmil Abdullayevin barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    APA-nın məlumatına görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    İş araşdırılması üçün hakim Azər Paşayevin icraatına verilib. Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.

    İttihama görə, hadisə ötən il mayın 16-da Abşeron rayonunun Fatmayi qəsəbəsində baş verib. Belə ki, 22 yaşlı Şəmil Abdullayev həyat yoldaşı, 19 yaşlı Səbinə Atababayeva ilə qayınatasının evində mübahisə edib.

    Bu zaman kişi həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub. Qadın ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

    8 bıçaq xəsarəti alan qadın əməliyyat olunub. Əməliyyat zamanı qarın nahiyyəsindən xəsarət alan hamilə qadının bətnində olan uşağı xilas etmək mümkün olmayıb. Ana bətnindən vaxtından tez götürülən uşağ dünyasını dəyişib.

    Məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Ş. Abdullayevlə S. Atababayeva ailə həyatı qurduqdan sonra Ağstafa rayonunda yaşayıblar. Ailədə tez-tez mübahisə olduğundan məlum hadisədən bir müddət əvvəl Səbinə Atababayevanın valideynləri onu gətirərək Fatmayi qəsəbəsinə gətirərək öz yanlarında saxlayıblar.

    Hadisəni törədəndən sonra qaçan Şəmil Abdullayev bir neçə gün sonra həbs olunub.

    Qeyd olunur ki, Şəmil Abdullayev hadisə baş verən gün qayınatasının evinə gəlib və arvadını öz evinə aparmaq istəyib. Amma Səbinə Atabayayeva getmək istəməyib. Bu səbəbdən onların arasında qanlı mübahisə yaranıb. Mübahisə sonda qanlı cinayətin baş verməsi ilə nəticələnib.

    Məlumata görə, Səbinə Atababayeva valideynlərinin təkidi ilə ərə gedib.

    İstintaq orqanı tərəfindən 29, 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

  • Gürcüstanda soydaşlarımız etiraz aksiyası keçirib – FOTO

    Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun icra hakimiyyətinin binası qarşısında Algeti Vinsovxoz kəndinin sakinləri etiraz aksiyası keçiriblər.

    Median.Az “Report”a istinadən xəbər verir ki, aksiyaçılar kənddə içməli və suvarma suyunun olmamasına etirazlarını bildiriblər.

    Etirazçıların sözlərinə görə, Algeti Vinsovxoz kəndi illərdir içməli və suvarma su ilə təchiz olunmur. Kənd sakinləri içməli suyu evlərə qonşu kəndlərdən gətirdiklərini və ya satın aldıqlarını bildiriblər.

    Marneuli rayonunun icra başçısı Zaur Darğallı etirazçıları qəbul edib və kəndə su xəttinin çəkilməsi üçün vəsaitin ayrıldığını deyib.

    O bildirib ki, yeni xəttin inşası ilə bağlı tender elan olunacaq və layihənin iyun ayına qədər həyata keçiriləcəyi planlaşdırılıb.

    Rayon rəhbəri ilə görüşdən sonra etiraz aksiyası başa çatdırılıb.

  • Azərbaycana düz bağırsağında narkotik keçirmək istəyən şəxs saxlanılıb – FOTO

    Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşı Astara gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

    Dövlət Gömrük Komitəsindən Baku.ws-ə verilən məlumata görə, şəxsi yoxlama zamanı onun üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşın tibbi müayinəsi nəticəsində düz bağırsağından şəffaf sellofana bükülü ümumi çəkisi 4 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə – heroin, 11 qram qara rəngli narkotik vasitə – tiryək, üzərində “M40” yazılı və üzərində “Z40” yazılı “metadon” adlı həblər aşkarlanıb.

    Xatırladaq ki, metadon Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir.

  • İstanbulda ticarət mərkəzinin tavanı çöküb, yaralılar var

    İstanbulun Beşiktaş rayonunda ticarət mərkəzlərindən birinin tavanı uçub.

    Median.Az “CNN-Türk”ə istinadən xəbər verir ki, asma tavanın çökməsi nəticəsində ticarət mərkəzinin kafesində olanlardan 6 nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Baş Prokurorluq Tovuzda azyaşlının öldürülməsi xəbərləri ilə bağlı KİV-ə müraciət edib

    Tovuz rayonunda azyaşlının qəsdən öldürülməsi faktı üzrə həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri barədə yanvarın 7-də Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən ictimaiyyətə ətraflı məlumat verilməsinə baxmayaraq, bəzi kütləvi informasiya vasitələri, sosial şəbəkə istifadəçiləri, eləcə də ayrı-ayrı şəxslər tərəfindən dəqiqləşdirmə aparılmadan sensasiya naminə reallığı əks etdirməyən məlumatların yayılmasını davam etdirirlər.

    “Report”un xəbərinə görə, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov özünün “Facebook” səhifəsində məlumat yayıb.

    “İstintaqın maraqlarına zidd olan, insanların heysiyyatına toxunan, uşaqların psixologiyasına mənfi təsir edə biləcək bu kimi halların təkrarlanmaması və həqiqətə uyğun olmayan məlumatların yayılmaması məqsədilə həmin məlumatı dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünün Baş Prokurorluğun Mətbuat Xidməti ilə dəqiqləşdirilməsini xahiş edirəm”, – o qeyd edib.

  • Представитель МЧС о пожарах в торговых центрах

    Пожары, произошедшие в прошлом году в торговых центрах «Диглас», «Бина», «Садарак», Eurohome показывают, что серьезность вопроса пожарной безопасности в торговых центрах является актуальной проблемой.

    Как передает Median.Az, об этом АПА сообщил начальник отдела Государственной службы пожарной охраны Министерства по чрезвычайным ситуациям (МЧС), полковник внутренней службы Эльнур Бабаев.

    По его словам, анализ пожаров в указанных торговых центрах еще раз показал, что автоматические противопожарные устройства, установленные на этих объектах, охватывают не все требуемые площади, предприятия, имеющие специальное согласие (лицензию) на действующие устройства, не оказывают им периодически должных услуг, первичное противопожарное оборудование, а также противопожарные системы водоснабжения во многих случаях содержатся в неисправности, на них нет добровольных пожарных бригад, сформированных из работников, ответственные лица не инструктируют мелких предпринимателей по мерам противопожарной безопасности, на эвакуационные пути собирают продаваемые товары и не соблюдают установленные интервалы.

    Наряду со всем перечисленным, игнорируется и норма обязательного страхования недвижимости.

  • 10 yaşlı Nərminin qatilini hansı cəza gözləyir? – Vəkil açıqladı

    Tovuz rayonunun Dondar Quşçu kəndində noyabr ayının 21-də kənddəki toydan bir gün sonra itkin düşən və 2 gün əvvəl yanmış meyiti tapılan 10 yaşlı Nərminin cinayəti ölkənin gündəm mövzusudur.

    Bu cinayətdən sonra hər kəs qatilin ən ağır cəzaya layiq görülməsini tələb edir.

    Bəs görəsən qatili hansı cəza gözləyir?

    Azxeber.com bu sualla tanınmış vəkil, Vəkillər Kollegiyasının üzvü Roman Qaraşova müraciət edib.

    O deyib ki, azyaşlını öldürən şəxsi 20 ilə qədər və ya ömürlük həbs gözləyir:

    “Baş vermiş hadisə ilə əlaqədar dərin sarsıntı keçiririk. Faciə barədə məlumatlar azyaşlı qızın ilk baxışdan təbii ki, qətlə yetirilməsi fikrini formalaşdırır. Bununla bağlı artıq cinayət işi başlanılıb, araşdırma aparılır. Təqsirləndirilən şəxslərin ən qısa zamanda aşkar edilərək məsuliyyətə cəlb ediləcəyini ümid edirik.

    Cinayət məcəlləsinə əsasən bu əməli törədən şəxs aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi həytdan məhrum edib. Bu o deməkdir ki, 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarının tətbiqi mümkündür.

    Azyaşlı yandırılaraq qətlə yetiribsə cinayət qanunvericiliyinə əsasən məhz bu cür əməl tövsif olunacaq.

    Digər bir versiya azyaşlıya qarşı zorakılıq olunub, qətlə yetirilib və meyiti yandıraraq izləri itirilməyə çalışılıb. Bu halda Cinayət məcəlləsinin daha bir neçə əlavə maddəsi ilə istintaq aparıla bilər.

    Hər bir halda müəyyən qənaətə gəlmək üçün istintaqın gedişini diqqətdə saxlamaq lazımdır”.

    Qeyd edək ki, 10 yaşlı Nərminin qatili tapılmayıb.

  • В Баку совершено нападение на зоомаркет, владелец ранен

    В Баку в зоомаркете произошла поножовщина.

    Как сообщает Report, в поселке Мярдякан Хазарского района 67-летнему владельцу зоомаркета Хикмету Бабаеву нанесли ножевое ранение.

    Совершившие нападение неизвестные нанесли Х.Бабаеву ножевое ранение и унесли 14 000 манатов.

    Поиски преступников продолжаются.

  • Bakıda zoomarketə basqın olub, sahibi bıçaqlanıb

    Bakıda xəstəxanaya yerləşdirilən kişinin hansı şəraitdə bıçaqlandığı məlum olub.

    Median.Az report-a istinadən xəbər verir ki, xəsarət alan 67 yaşlı Hikmət Babayev Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən zoomarketin sahibidir.

    Məlumata görə, marketə basqın edən naməlum şəxslər H.Babayevə bıçaqla xəsarət yetirərək oradan 14 min manat pul götürüblər və ərazidən uzaqlaşıblar.

    Hadisəni törədən şəxslər axtarılır.