Month: January 2020

  • Elza Seyidcahan deputatlığa namizəd oldu – FOTO


    Əməkdar artist Elza Seyidcahan altıncı çağırış 2020-ci ilin doqquz fevral tarixində növbədənkənar parlament seçkilərinə qatılıb.

    Bəstəkar-müğənni 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürüb.

    Elza xanımın namizədliyi artıq təsdiqlənib.

    Xatırladaq ki, E.Seyidcahan ötən çağırışda da namizədliyini irəli sürmüşdü.



  • İstanbulda ticarət mərkəzinin tavanı çökdü: Yaralılar var – VİDEO

    Türkiyənin İstanbul şəhərində ticarət mərkəzində yerləşən kafenin tavanı çöküb.

    Zincirlikuyuda baş verən hadisə nəticəsində yaralananlar var.

    Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım cəlb olunub.

    Hələlik hadisənin başvermə səbəbi məlum deyil.

  • Генсек НАТО обратился с призывом к Ирану

    Генсек НАТО Йенс Столтенберг осудил удары Ирана по силам США и коалиции в Ираке, НАТО призывает Иран воздерживаться от дальнейшего насилия, говорится в его Twitter.

    “Я осуждаю иранские ракетные удары по силам США и коалиции в Ираке. НАТО призывает Иран воздерживаться от дальнейшего насилия”, – сообщается в нем.

    В ночь на среду Корпус стражей исламской революции заявил о начале операции возмездия за убийство генерала Касема Сулеймани. Ракеты класса земля-земля были выпущены из Ирана по базе Эйн-аль-Асад на западе Ирака и базе в Эрбиле, где расположен военный контингент армии США.

  • Bu aviaşirkətlərə məxsus təyyarələr artıq İran və İraq üzərindən uçmayacaqlar

    ABŞ – İran gərginliyindən sonra bu gün İranda baş verən təyyarə qəzası digər hava yolları şirkətlərini bu bölgədə uçmaqdan çəkindirib.

    İranın İraq ərazisində ABŞ hərbi qüvvələrinə raket hücumları etməsi də bu ölkəni aviaşirkətlərin qara siyahısına salıb.

    Artıq dünyanın bir çox böyük hava yolları şirkətləri İran və İraq üzərindən uçuşları dayandırıblar.

    Fransanın “Air France” şirkətinin sözçüsü bildirib ki, hava hücumları ilə bağlı xəbərlərin ardından ehtiyat tədbiri olaraq İran və İraq hava məkanı üzərindən bütün uçuşları təxirə salmaq qərarı veriblər.

    Hollandiyanın KLM şirkətindən bildirilib ki, növbəti xəbərdarlığa qədər İran və İraq hava məkanı üzərindən uçuşlar dayandırılıb. Bütün uçuşlar Cənub-Şərqi Asiya və Yaxın Şərqdəki digər istiqamətlərə alternativ yollarla yerinə yetiriləcək.

    Almaniyanın “Lufthansa” şirkəti isə İran və İraq üzərindən uçuşları dayandırmaqla yanaşı, Tehrana gündəlik uçuşunu ləğv etdiyini bildirib. Əlavə olunub ki, şənbə günü İraqın şimalındakı Ərbil şəhərinə də uçuş olmayacaq.

    Birləşmiş Ərəb Əmirliklərinin “Emirates Airline” və ucuz qiymətə uçuş həyata keçirən “Flydubai” şirkəti də Bağdada uçuşları ləğv edib.

    Avstraliyanın “Qantas” şirkəti isə London-Perth (Avstraliya) reyslərinin alternativ bir marşrutla uçacağını açıqlayıb.

    Sinqapur və Malayziya Hava Yolları da İran üzərindən olan uçuşları başqa istiqamətə yönləndirəcəklərini bildirib.

    “Vietnam Airlines” gözlənilən təhlükənin qarşısını almaq üçün marşrutlarda müvafiq düzəlişlər edəcəyini açıqlayıb.

    Yaponiyanın ANA və JAL aviaşirkətləri, Honk-Konqa məxsus “Cathay Pacific” şirkəti artıq təyyarələrinin İran və İraqın hava məkanları ilə uçmadıqlarını qeyd ediblər.

    Xatırladaq ki, Ukraynaya məxsus təyyarə yanvarın 8-də Tehran aeroportunun yaxınlığında qəzaya uğrayıb.

    İlkin məlumatlara görə, göyərtədə olan 167 sərnişin və doqquz heyət üzvü həlak olub.

  • Bu evlər sökülərsə, sahiblərinə kompensasiya ödəniləcək? – VİDEO

    Sənədsiz evlərin çıxarışla təmin olunması məsələsindəki maraqlı məqamlardan biri də xüsusi riskli zonalarda yerləşən evlərlə bağlıdır.

    Bu ərazidə yaşayanlar ümid edirlər ki, əgər bu evlər sökülərsə, onlara kompensasiya ödəniləcək.

    Bakı və Abşeron yarımadasında 500 mindən çox sənədsiz yaşayış evi var. Suraxanı rayonundakı bu evlərin də heç bir sənədi yoxdur. Həmin evlər çıxarışla təmin olunduqda bu prosesdən milyonlarla manat vəsait əldə ediləcək. Eyni zamanda, həmin evlərin sahiblərinə zərərçəkən qismində kompensasiya da ödənilə bilər.

    Əgər riskli ərazilərdə tikilən sənədsiz evlərə görə kompensasiya ödənilərsə, bu, digər vətəndaşlardan tutulan vergilər hesabına həyata keçiriləcək. Lakin ekspertlərin fikrincə, ictimai vəsaiti bu cür məqsədlər üçün istifadə etmək qanunsuzdur. Üstəlik kompensasiyanın verilməsi həyata keçirilmiş olsa belə, xərclərin 100 faizini ödəmək mümkün deyil.

    Bakı və Abşeron yarımadasında mövcud olan sənədsiz yaşayış evinin 70 faizi xüsusi riskli zonalarda yerləşir. Hər halda, vətəndaşların özləri də məsələyə məsuliyyətli yanaşmalı, ev tikərkən qanunvericiliyin tələblərinə əməl etməlidirlər.
    /oxu.az/

  • Bakı Polisindən “qara bloknot” və “rüşvət otaqları” açıqlaması – RƏSMİ

    Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsində ciddi yoxlamalar aparıldığı barədə xəbərlərə aydınlıq gətirib.

    Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, yayılan məlumatlar fərdi təxəyyüldən yaranan qənaətlərdir:

    “Yazıda iddia olunan “hesabat kitabı”, yaxud hansısa “qara bloknot” haqqında bizdə rəsmi məlumat yoxdur”.

    Qeyd edək bu gün BakuPost-un yaydığı məlumata görə, Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində ciddi yoxlamalar aparılıb. Aparılan kompleks yoxlamalar zamanı bir müddət əvvəl nazir Vilayət Eyvazovun ləğv etdiyi kabinetlərin – “rüşvət otaqları”nın bir hissəsinin hələ də fəaliyyət göstərdiyi məlum olub.

    Bundan əlavə, idarə rəisi və alay komandirinin tapşırığı ilə bir nəfər mülki şəxsin kameralara nəzarət etməsi, əsasən, firma maşınları ilə bağlı “əməliyyatlar” keçirməsi, onların aylıq pul ödəməsi faktı da ortaya çıxıb.

    Yoxlama aparan şəxslər müəyyən ediblər ki, Axundov Asim Nazim oğlu adlı həmin şəxs aylıq pul ödəyən avtomobillərin işinə nəzarət edirmiş. Və bununla bağlı özünün qeydlər, rəislər üçün hazırladığı hesabat kitabı varmış. Həmin “qara bloknot” yoxlama zamanı ələ keçirilərək, araşdırmaya təqdim olunub.

  • В Азербайджане применен новый метод получения удобрений

    Парк высоких технологий НАНА Азербайджана планирует применить новую технологию для производства удобрений из бытовых отходов, сообщили Trend в Институте геологии и геофизики Академии наук.

    Группа ученых института провела исследования для получения удобрений новым технологическим способом из полезных ископаемых и промышленных отходов. Органические минеральные комплексные удобрения и мелиорант, полученные с использованием шлаков и нефтеотходов на заводе по переработке твердых бытовых отходов в поселке Балаханы, применялись для восстановления солончаковых земель в поселке Говсан.

    Эту технологию, опирающуюся на принципы эффективного использования местного сырья, планируется применить в Парке высоких технологий.

  • Nərminin ölümündə şübhəli olan əmi və əmioğlunun bir-birinə zidd ifadələri – VİDEO

    Yanmış meyiti tapılan 10 yaşlı Nərminin ölümündə əsas şübhəlilər əmisi Lətif və əmisi oğlu Qorxmazdır. Çünki Nərmini sonuncu dəfə onlar görüblər. Azyaşlı qız onların evinə gəldikdən sonra itkin düşüb. Məsələ burasındadır ki, Nərmin atasının gödəkçəsini götürmək üçün gəldiyi əmisi evinə girərkən hamı görüb, lakin çıxarkən görən olmayıb.

    Ötən ilin 21 2019-cu ildə itkin düşən Nərminin axtarışları hüquq-mühafizə orqanları ilə yanaşı “Səni axtarıram” proqramında aparılırdı. Xoşqədəm Hidayətqızı azyaşlının tapılması üçün araşdırmalar aparırdı.

    Nərminin əmisi Lətifin və əmisi oğlu Qorxmaz, eləcə də Lətifin azyaşlı oğlu Ayxan sualları cavablandırarkən fərqli vaxtlarda fərqli cavablar veriblər. Həmçinin, birinin dediyi söz digərinin söylədiklərilə üst-üstə düşməyib.

    Belə ki, Lətif kişi Nərminin həyətdən çölə çıxdığını qardaşı oğlu Qorxmazın pəncərədən baxaraq gördüyünü deyib. Lakin Qorxmaz yataqdan qalxmadığını və pəncərədən baxmadığını bildirib. Lətifin oğlu Ayxanın da Nərmini çıxarkən gördüyünü desə də, azyaşlı atasının bu sözünü təsdiqləməyib. O, Nərminin gödəkçəni içinə qoymaq üçün ondan istədiyi salafan paket üçün evə girdiyini, çölə çıxarkən Nərmini həyətdə görmədiyini deyir.

    Bununla da, adıçəkilən hər üçünün ifadələri onlara qarşı şübhələri daha da artırır.

    Onu da qeyd edək ki, Nərminin ana nənəsi Minayə xanım ilk gündən Lətifdən şübhələndiyini gizlətməyib.

    Xatırladaq ki, 2019-cu ilin noyabrın 21-də Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşən 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyti elə həmin kəndin ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb. 10 yaşlı qızın başından aldığı küt alətlə vurulan zərbədən öldüyü müəyyən edilib. Qızın kəllə sümüyündə 5 sınıq aşkarlanıb. Cinayətin digər təfərrüatları da məlum olub. Belə ki, Nərmin ayyarım əvvəl itkin düşdüyü paltarda tapılıb. O da müəyyənləşib ki, uşağı meyiti kənd ərazisində saxlanılırmış. Ehtimal edilir ki, Nərmin bu müddət ərzində zirzəmidə saxlanılıb. Kriminalistlər Nərminin yandırıldığı yerə yaxın ərazidə avtomobil təkəri izlərinə rast gəlməyiblər.

    Ehtimal edilir ki, qızın meyitini arabada gətiriblər. Cinayətkar qızın meyitini polietilen torbada hadisə yerinə gətirib və orada yandırıb.

    Nərminin dırnaqları tutulmuş olub. Operativ istintaq əməliyyat qrupu bu qənaətə gəlib ki, bunu qatil edib. Bunu o səbəbdən edib ki, qurbanı ona cinsi zorakılıq zamanı müqavimət göstərərək, xəsarət yetirməsin. Qızın meyiti qurşaqdan aşağı yanmış olub.

    Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

    Faktla bağlı Tovuz rayon Prokurorluğundan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.
    /Baku.ws/

  • Бакинская полиция прокомментировала информацию о проверках в ГУДП

    Главное управление полиции города Баку прокомментировало сообщения о серьезных проверках в управлении Государственной дорожной полиции.

    Начальник пресс-службы Главного управления полиции города Баку Эльшад Гаджиев заявил, что опубликованная информация является плодом личного воображения, передаёт Median.Az со ссылкой на Report.

    «У нас нет официальной информации о «книге отчетов» или каком-либо «черном блокноте», о которых говорится в статье», – добавил Э.Гаджиев.

    Отметим, что ранее в прессе распространилась информация о серьезных проверках в Главном управлении дорожной полиции. В частности, утверждалось, что функционируют «комнаты взяток».

  • Erməni əsgər özünü güllələyib

    Erməni hərbçi döyüş mövqeyində özünü güllələyib.

    Bu barədə “Armenpress” Ermənistan İstintaq İdarəsinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbər yayıb.

    Bildirilir ki, müqavilə üzrə hərbi xidmətdə olan Qeqam Viktoroviç Xaçatryan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin döyüş mövqeyində özünə atəş açıb.

    Hadisə ilə bağlı cinayət işi açılıb.

    Məlumata görə, hadisə yanvarın 6-da, gecə saat 3:00 radələrində baş verib.