Month: January 2020

  • Abşeronda dəhşət: Oğul anasına çoxsaylı bıçaq zərbələri vurub

    Abşeron rayonunda oğul anasını qətlə yetirməyə cəhd edib.

    Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.

    K.Zeynalov bildirib ki, yanvarın 29-da saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yataqxanaların birində yaşayan 1965-ci il təvəllüdlü Səlmirə Nəqiyevanın bıçaqlanması barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

    İlkin istintaqla hadisənin Səlmirə Nəqiyevanın oğlu – 1996-cı il təvəllüdlü Nazim Nağıyev tərəfindən yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqla S.Nəqiyevaya çoxsaylı xəsarətlər yetirməklə törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

    Nazim Nağıyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli etiraf edib. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri aparılır.

    Hazırda S.Nəqiyevanın vəziyyəti ağır qiymətlədirilməklə stasionar şəraitdə müalicəsi davam etdirilir.

  • 16 yaşlı gəlinin qətli ilə bağlı yeni faktlar: “Ərinin öldürməsinə inanmırıq, qayınatası isə…” – VİDEO

    Xəbər verdiyimiz kimi, ötən gün Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib.

    Belə ki, Xoşçobanlı kənd sakini, 2001-ci il təvəllüdlü İman Məmmədovun yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı iki həftə əvvəl evləndiyi Fatimə Qəmbərovanı əlləri ilə boğaraq öldürməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib.

    İman Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub, müdafiəçinin iştirakı ilə dindirilən zaman törətdiyi cinayət əməlini etiraf edib.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

    Kənd sakinlərinin dediyinə görə, Fatimə və İman bir ilə yaxın nişanlı olublar və bu il yanvar ayının 10-u evləniblər, ailə-münaqişə zəminində heç bir hadisə baş verməyib. Onlar birlikdə İman Məmmədovun təhsili ilə bağlı Sumqayıt şəhərinə köçməyə hazırlaşırmış:

    “Mehriban qonşudurlar. Onlardan pislik görməmişik. Heç bir söz-söhbət olmayıb. Ailələrinə yaxşı baxırlar. Bir oğulları var. Toylarında da iştirak etmişik. Hər şey qaydasında olub.

    Oğlanın öldürməyinə inanmıram. O, çox ağıllı, qabiliyyətli, sakit uşaqdır. Qayınatası da Fatiməni öz balasından çox istəyirdi. Durub naharına kimi verirdi gəlininin”.

  • Nazirlikdən ünvanlı sosial yardımla bağlı YENİLİK

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımının təyinatında ünvanlılıq prinsipinin daha dolğun şəkildə təmin edilməsi və sosial yardım proqramının aztəminatlı ailələrə əlçatanlığının artırılması üçün qanunvericilikdə təkmilləşdirmə işləri davam etdirilir.

    Nazirlikdən verilən xəbərə görə, bu məqsədlə “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda və “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişikliklər layihələri hazırlanıb.

    Mövcud qanunvericiliyə görə, ailə tərkibində baş vermiş dəyişiklik və bu dəyişikliyə görə məlumat verilməməsi ailəyə sosial yardım təyinatından imtinaya və ya ailəyə yardımın dayandırılmasına səbəb olur.

    Yeni qanunvericilik layihələri isə həmin dəyişikliyin və buna görə məlumat verilməməsinin yardım təyinatına və ya ödənişinə təsir etməməsini nəzərdə tutur. Həmçinin, ailənin gəlirlərində dəyişiklik baş verdiyi halda, bu barədə ailənin məlumat verməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətin beş iş günündən 15 iş gününə və ya 21 günədək uzadılması yeni layihələrdə yer alıb.

    Hazırda ailənin ünvanlı dövlət sosial yardım almaq hüququna baxılarkən onun orta aylıq gəlirinə götürdüyü borc (o cümlədən, kredit) da daxil edilir. Sosial yardımın təyinatından sonra da ailə üzvü kredit götürdüyü və bu barədə məlumat verilmədiyi halda ailəyə sosial yardım ödənişi dayandırılır, növbəti dəfə sosial yardım almaq üçün müraciət etmək hüququ bir il müddətinə məhdudlaşdırılır.

    Yeni layihədə bu məhdudiyyət aradan qaldırılmaqla, ailənin götürdüyü kreditin onun gəliri kimi nəzərə alınmaması, ümumən götürülən kreditin ailənin sosial yardım hüququna maneə yaratmaması əksini tapır.

    Ünvanlı yardım üçün müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayı da azaldılacaq. Aidiyyəti qurumların elektron informasiya bazalarından əldə edilməsi mümkün olan məlumatların ərizə-bəyannamədə bəyan edilməsi tələb edilməyəcək.

    Həmçinin, ailə üzvünün (üzvlərinin) bu və ya digər sosial təminat növü (pensiya, müavinət, təqaüd və s.) ilə təmin edilməsi ilə bağlı məlumatların da daxil edilməsi istənilməyəcək, həmin məlumatlar müvafiq informasiya bazalarından əldə olunacaq.

    Ünvanlı sosial yardım təyin olunan ailənin özünüməşğulluğa cəlb edilməsi üçün mexanizmin yaradılması da yeni qanunvericilik layihələrində yer alıb. Bu, aztəminatlı ailələrə sosial yardım formasında dəstəklə paralel olaraq, kiçik biznesə çıxış və gəlirlərini artırmalarına aktiv formada dövlət dəstəyinin göstərilməsini nəzərdə tutur.

    Qeyd edək ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanun layihəsi artıq hökumətə təqdim edilib.

  • В одном из районов Баку возникнут перебои с водоснабжением

    Сегодня в Хатаинском районе Баку в течение дня будут наблюдаться перебои в подаче питьевой воды.

    Об этом говорится в сообщении пресс-службы ОАО “Азерсу”.

    “Это связано с подключением к общей системе водоснабжения нового водопровода на улице Мазахира Рустамова”, – отмечается в сообщении.

  • Bakının bu rayonunda su olmayacaq

    Bakının Xətai rayonunda su olmayacaq.

    Bununla bağlı “Azərsu” ASC məlumat yayıb.

    Bildirilib ki, Məzahir Rüstəmov küçəsində yeni çəkilmiş su kəmərinin şəbəkəyə qoşulması ilə əlaqədar bu gün gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

  • У берегов Греции произошло сильное землетрясение

    30 января у берегов Греции зафиксированы подземные толчки силой 5,4 балла.

    Об этом передает HaberGlobal со ссылкой на Управление по предотвращению и ликвидации последствий чрезвычайных ситуаций при правительстве Турции (AFAD).

    “Подземные толчки зафиксированы в 58,24 км от Додеканесских островов (группа греческих островов в Эгейском море, недалеко от юго-западного побережья Турции – ред.) и в 147,98 км от Мармариса (Турция). Эпицентр находился на глубине 10 км”, – указывает издание.

    Между тем по данным Геологической службы США (USGS) магнитуда землетрясения составила 5,6.

    “Подземные толчки произошли в Эгейском море у Додеканесских островов, в 141 км южнее Родоса. Сообщений о пострадавших и разрушениях не поступало”, – пишет ИА REGNUM.

    Агентство указывает, что 28 января возле греческого архипелага Додеканес в юго-восточной части Эгейского моря были зафиксированы подземные толчки силой 5,2 балла.

  • Türkiyə daha bir güclü zəlzələ ilə sarsıldı

    Yanvarın 30-da Aralıq dənizində Yunanıstan sahillərində 5.4 bal gücündə təkanlar qeydə alınıb.

    Bu barədə “HaberGlobal” Fövqəladə Halların İdarə olunması Agentliyinə (AFAD) istinadla məlumat yayıb.

    Bildirilib ki, zəlzələ Yunanıstanın Dodekaness adalarının 58.24 km, Türkiyənin Marmaris rayonunun isə 147.98 km yaxınlığında baş verib.

    Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib.

  • В Гяндже из мечети украли Коран

    В Гяндже совершена кража из мечети Шаха Аббаса.

    Как передает Report, из мечети украли Коран и 110 манатов.

    Личность вора (или воров) пока не установлена. Ведется расследование.

    Отметим, мечеть Шаха Аббаса (или гянджинская Джума-мечеть) была построена в арранском архитектурном стиле в XVII веке. Она расположена в историческом центре города, на левом берегу реки Гянджачай.

  • Gəncədə məsciddən “Quran” oğurlandı

    Gəncə şəhərində məsciddən oğurluq olub.

    Report xəbər verir ki, şəhərdə yerləşən Şah Abbas məscidindən oğurluq edilib.

    Məlumata görə, məsciddən “Qurani-Kərim” kitabı və 110 manat pul oğurlanıb.

    Hadisəni bir və ya birdən çox şəxsin törətdiyi hələ məlum deyil, araşdırma aparılır.

    Qeyd edək ki, Şah Abbas məscidi (və ya Gəncə Cümə məscidi) Gəncəçayın sol sahilində, Gəncənin tarixi mərkəzində yerləşən, XVII əsrdə Arran memearlıq üslubunda inşa edilmiş tarixi məsciddir.

  • В бакинском аэропорту в связи с коронавирусом проводится тщательная проверка

    Пассажиры, прибывшие этой ночью в Азербайджан авиарейсом Пекин-Баку, прошли тщательную проверку в Международном аэропорту Гейдар Алиев.

    Как передает Report, 85 авиапассажиров были обследованы на наличие коронавируса врачами и сотрудниками эпидемиологической службы.

    Большинство прибывших – граждане Азербайджана.

    Проверка документов осуществлялась сотрудниками Государственной пограничной службы в медицинских масках.

    В то же время сотрудники Госпогранслужбы во избежание контакта с пассажирами из Китая не разрешили прибывшим из других стран пройти через контрольно-пропускные пункты.

    В целях безопасности пассажиры авиарейса Стамбул-Баку были вынуждены дожидаться в зале, пока все прилетевшие из Китая пассажиры не пройдут медобследование.