Month: January 2020

  • В Пекине из-за коронавируса отменена регистрация браков “02.02.2020”

    Власти Пекина из-за коронавируса временно запретили проводить церемонии прощания с умершими и отменили регистрацию браков, запланированных на популярную дату 02.02.2020.

    Как передает РИА Новости, об этом говорится в сообщении агентства China News.

    О решении временно прекратить проводить прощальные церемонии заявил глава управления гражданской администрации Пекина Ли Ваньцзюн на пресс-конференции.

    “Сейчас в Пекине 12 похоронных бюро, они прекратили проводить прощальные церемонии. Потому что, согласно предварительной записи, на каждую прощальную церемонию собиралось несколько десятков человек, максимально – более ста человек, такие масштабные собрания не способствуют борьбе со вспышкой вируса”, – приводит его слова агентство.

    Многим пекинским влюбленным тоже придется поменять свои планы. 2 февраля 2020 года – очень востребованная дата для регистрации брака в Китае, потому что сочетание этих цифр, которые в китайском языке созвучны с фразой “я люблю тебя, люблю тебя”, встречается “раз в тысячу лет”.

    “С одобрения правительства города, все органы, регистрирующие брак в городе, отменяют регистрацию браков, запланированных на 02.02.2020”, – сообщили власти города в заявлении, опубликованном на сайте администрации.

    Вспышка пневмонии в китайском городе Ухань, расположенном в центральной части Китая (провинция Хубэй), возбудителем которой стал новый тип коронавируса – 2019-nCoV, началась в конце декабря. За пределами материкового Китая случаи заражения зафиксированы в Гонконге, Макао, на Тайване, в Таиланде, Японии, Южной Корее, США, Канаде, Вьетнаме, Сингапуре, Непале, Франции, Австралии, Малайзии, Германии, Финляндии.

    Новый коронавирус выявлен во всех регионах Китая. По последним данным, количество зараженных составляет 7 тыс. 711 человек, 170 человек погибли.

  • Çində evlənməyə və ölü dəfn etməyə qadağa qoyuldu

    Çinin paytaxtı Pekində ölümcül koronavirus səbəbilə evlənmək və dəfn etmək müvəqqəti olaraq qadağan edilib.

    Bu barədə “China News” xəbər yayıb.

    Qeyd olunur ki, vida mərasimində, adətən onlarla, hətta yüzlərlə insan toplaşdığı üçün virusun yayılmasına qarşı mübarizə öz töhfəsini vermir.

    Digər tərəfdən, sevən cütlüklər tələbatın çox olduğu fevralın 2-də nikah qeydiyyatından keçə bilməyəcəklər. Məsələ burasındadır ki, 2 fevral 2020-ci il Çin dilində “Mən səni sevirəm, səni sevirəm” ifadəsi ilə uzlaşır, bu isə min ildə bir dəfə baş verən hadisədir.

    Bundan başqa, 14 və 22 fevralda da nikah qeydiyyatından çəkinməyə çağırılıb.

    Yanvarın 30-u gecə yarısına olan məlumata görə, Çində koronavirusdan ölənlərin sayı 170-ə yüksəlib, yoluxanların sayı isə 7,7 min nəfəri keçib. 170 nəfər xəstəliyin öhdəsindən gələ bilib və artıq evlərinə buraxılıb.

    ÇXR ilə yanaşı, Yaponiya, Cənubi Koreya, Tailand, ABŞ, Almaniya, Avstraliya, Finlandiya və Fransada da yoluxma halları qeydə alınıb.

    2019-nCoV virusu insandan insana ötürülür.

  • Вилаят Эйвазов назначил нового начальника отдела ДПС

    В Министерстве внутренних дел произведено кадровое изменение.

    Согласно приказу министра внутренних дел генерал-полковника Вилаята Эйвазова, полковник-лейтенант Садин Аскеров назначен начальником отдела Дорожно-патрульной службы Главного управления Государственной дорожной полиции (ГУГДП).

    Ранее эту должность занимал Кямран Алиев, который в настоящее время возглавляет Отдел по связям с общественностью ГУГДП.

    Экс-начальник данного отдела полковник-лейтенант полиции Руфат Гулиев назначен руководителем Управления кадров ГУГДП.

  • Vilayət Eyvazovdan daha bir yüksək vəzifəyə TƏYİNAT

    Daxili İşlər Nazirliyində kadr dəyişikliyi baş verib.

    Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

    Əmrə əsasən, polkovnik-leytenant Sadin Əsgərov Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti şöbəsinə rəis təyinatı olub.

    Qeyd edək ki, bu vəzifəni Kamran Əliyev yerinə yetirirdi. Bir müddət əvvəl nazirin əmri ilə o, bu vəzifədən azad olunaraq, BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə gətirilib.

    BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev isə Kadrlar İdarəsinə rəis təyin edilib.

  • Təcili yardım maşını çağıranda ödəniş edilməlidir? – AÇIQLAMA

    İcbari tibbi sığortanın gözləmə müddəti xəstənin vəziyyətindən və tibbi xidmətin növünə görə dəyişir.

    Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi xidmətlərin tarifləri şöbəsinin koordinatoru Səbinə Quliyeva məlumat verib.

    Onun sözlərinə görə, gözləmə müddəti icbari tibbi sığorta təminatına daxil olan tibbi xidmətlərin növündən və vətəndaşın vəziyyətindən asılıdır.

    S.Quliyeva bildirib ki, ambulator xidmət 14 gün ərzində təşkil edilməlidir: “Planda stasionar tibbi xidmət 20 gün ərzində təqdim edilməlidir. Təcili tibbi və təxirəsalınmaz yardım isə dərhal vətəndaşa təqdim edilməlidir. Əgər belə hal yaransa, müştərək maliyyəşmə məbləği ödənilmir. Təcili yardım maşını çağıran zaman gözləmə müddəti tətbiq edilmir”.

    S.Quliyeva onu da əlavə edib ki, xidmətlər zərfinə daxil olan xidmətlərin sayı ildən-ilə mütəmadi şəkildə təkmilləşdiriləcək: “Bu da statistik göstəricilər və daxil olan müraciətlər əsasında vətəndaşların istifadəsinə təqdim olunacaq”.

    Agentlik rəsmisi əlavə edib ki, əhalinin tibbi yardım almasını təmin edən xidmətlər zərfinə 2550 xidmət daxildir:

    “Xidmətlərin böyük hissəsi stasionar terapektik, cərrahiyyə və ambulator xidmətlərdir. Əgər vətəndaş ailə həkiminə müraciət etmədən qeydiyyatda olduğu tibb müəssisəsinə birbaşa ixtisaslı yardım almaq üçün müraciət edərsə, onda müştərək maliyyələşmə məbləği ödəməlidir. Ailə həkiminin göndərişi olmadan yalnız hamilə qadınların ixtisaslı həkimlərə müraciət etməsinə icazə verilir”.
    /oxu.az/

  • Çindəki dünya çempionatı koronavirusa görə təxirə salındı

    13-15 mart tarixlərində Çinin Nançin şəhərində keçiriləcək 18-ci atletika üzrə qapalı məkanda dünya çempionatı təxirə salınıb.

    Median.Az Ümumdünya Atletikasının saytına istinadən xəbər verir ki, səbəb bu ölkədə yayılmış koronavirusdur.

    Ümumdünya Atletikası bu yarışı hörmət əlaməti olaraq başqa ölkədə keçirməyəcək. Əvəzində qurum həmin yarışın 2021-ci ilin martın sonlarında keçirilməsi üçün Nançin Təşkilat Komitəsinə müraciət edib.

  • Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESCO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılıb

    Heydər Əliyev Fondu, Azərbaycanın Fransadakı səfirliyi və UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Parisdə UNESCO-nun baş qərargahında Fondun “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərgisinin açılışı olub.

    AZƏRTAC xəbər verir ki, sərginin açılışında Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, UNESCO baş direktorunun mədəniyyət məsələləri üzrə köməkçisi Erneste Ottone Ramirez, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, UNESKO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov, Fransada akkreditə olunmuş səfirlər, UNESCO-dakı missiyaların rəhbərləri, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

    Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov sərginin açılışında çıxış edərək “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı layihənin ərsəyə gəlməsindən danışıb. Bildirib ki, 10 il əvvəl Azərbaycan xalça sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına, Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında isə “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

    Bu baxımdan Şəki xalçalarının UNESCO-nun baş qərargahında sərgilənməsi böyük əhəmiyyət daşıyır. O, sərginin UNESCO-nun baş qərargahında təşkilinə göstərdiyi dəstəyə görə qurumun baş direktoru Odre Azuleyə təşəkkür edib.

    Daha sonra sərginin açılışında UNESCO baş direktorunun mədəniyyət məsələləri üzrə köməkçisi Erneste Ottone Ramirez, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov da çıxış ediblər. Çıxışlarda Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna sərginin təşkilinə görə təşəkkür edilib.

    Bildirilib ki, bu sərgi Azərbaycan mədəniyyətini, xalçaçılığını daha yaxından kəşf etməyə imkan yaradır. Xalça toxuculuğu Azərbaycanın kimliyini əks etdirir. Xalça toxuculuğunun nəsildən-nəslə ötürüldüyü diqqətə çatdırılıb.

    Şəkinin zəngin mədəniyyət irsindən, ipəkçiliyindən, Azərbaycan memarlığının şedevri olan Xan Sarayından danışılıb. Xalça sənətinin Azərbaycan xalqının estetik və dünyagörüşünü, eləcə də plüralist baxışlarını əks etdirdiyi bildirilib. Diqqətə çatdırılıb ki, bu sənət Azərbaycan xalqının həyatının ayrılmaz hissəsidir.

    Qeyd edilib ki, mədəniyyət irsinin qorunub saxlanması və nəsildən-nəslə ötürülməsi UNESKO-nun missiyasıdır. Azərbaycanın dövlət nümayəndələrinə qurumun bu missiyasına göstərdiyi dəstəyə görə minnətdarlıq bildirilib.

    Tədbirdə sərgilənən xalçaların toxucularından iki nəfəri, eləcə də Kann sərgisindən ruhlanaraq Azərbaycana gəlmiş və xalça toxumağı öyrənmiş Filip Jüj də iştirak ediblər. Filip Jüj “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı layihənin sakini olduğu Kann şəhərində təşkil edilməsindən məmnunluğunu bildirib və elə həmin vaxtdan Azərbaycan xalçalarına heyran olduğunu vurğulayıb.

    Diqqətə çatdırıb ki, xalçalarımıza bu heyranlığı onu həmin sərgini hər gün ziyarət etməyə sövq edib. Dəfələrlə sərgidəki xalçaları seyr etdikdən sonra o, Azərbaycana gələrək xalçaçılar yanında təcrübə keçməsindən, xalça toxumağı öyrənməsindən danışıb. Kanna qayıtdıqdan sonra evində dəzgah qurduğunu və artıq iki xalça toxuduğunu deyib.

    Sərginin rəsmi hissəsindən sonra tədbir iştirakçıları nümayiş olunan xalçaları seyr edib və motivlər, rənglərlə bağlı fikirlərini bölüşüblər.

    Qeyd edək ki, Azərbaycan sənətçiləri, rəssamları Şəki Xan Sarayındakı əsrarəngiz ornamentlərdən, freskalardan ruhlanaraq nəfis və zəngin əsərlər yaradıblar. Sərgidə nümayiş olunan xalçalar da məhz həmin ornamentlərin, Şəki motivlərinin əsasında xalçaçı-rəssam, Xalq rəssamı Eldar Mikayılzadənin eskizləri üzrə iki il ərzində 30 xalçaçı tərəfindən toxunub.

    Sərgi ilk dəfə 2019-cu ildə Heydər Əliyev Fondunun Kann şəhərində keçirdiyi Azərbaycan mədəniyyəti günləri çərçivəsində təqdim edilib və bu il ərzində onun bir çox fransız şəhərlərində nümayişi nəzərdə tutulur.

    UNESCO-nun baş qərargahında təşkil olunan sərgi fevralın 4-dək davam edəcək.

  • 16 yaşlı gəlin xəstəxanaya çatdırılanda sağ olub?

    Masallıda 16 yaşlı Fatimə Qəmbərova ölümündən sonra xəstəxanaya aparılıb.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, F.Qəmbərova yanvarın 29-da qohumları tərəfindən cansız vəziyyətdə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Qohumlarının ilkin iddiasına görə, F.Qəmbərovanın qızdırması olub və ağzından köpük gəlib. Bu səbəbdən qızı dərhal xəstəxanaya gətiriblər.

    Masallı Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-a verilən məlumata görə, F.Qəmbərova xəstəxanaya ölü vəziyyətində gətirilib:

    “Qohumlarının səs-küyünə baxmayaraq, biz onun ölmüş olduğunu görüb, adiyyəti qurumlara məlumat verdik”.

    Qeyd edək ki, yanvarın 29-da rayonun Xoşçobanlı kəndində F.Qəmbərova boğularaq öldürülüb. O, iki həftə əvvəl Xoşçobanlı kənd sakini 19 yaşlı İman Məmmədova ərə gedib. İ.Məmmədov F.Qəmbərovanı qətlə yetirilməsi ittihamı ilə tutulub.

  • Ильхам Алиев принял председателя ПА ОБСЕ – ОБНОВЛЕНО

    30 января Президент Азербайджана Ильхам Алиев принял председателя Парламентской ассамблеи ОБСЕ Георгия Церетели.

    Как сообщает АЗЕРТАДЖ, на встрече стороны коснулись вопроса проведения внеочередных парламентских выборов в Азербайджане.

    Было отмечено, что они являются знаменательным событием в общественно-политической жизни страны.

    Кроме того, в ходе беседы была подчеркнута значимость участия в выборах большого числа кандидатов и активности наблюдателей.

    “Эти процессы были оценены как составная часть широкомасштабных реформ, проводимых в Азербайджане Президентом Ильхамом Алиевым”, – отмечается в сообщении агентства.

    В рамках встречи глава Азербайджанского государства отметил, что руководство страны приняло все необходимые меры для организации справедливого, прозрачного, соответствующего законодательству страны и международным стандартам избирательного процесса.

    * * * * *

    30 января Президент Азербайджана Ильхам Алиев принял председателя Парламентской ассамблеи ОБСЕ Георгия Церетели.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib – YENİLƏNİB

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tseretelini qəbul edib.

    AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanda qarşıdan gələn növbədənkənar parlament seçkiləri mövzusuna toxunulub, seçkilərin Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olduğu bildirilib, bu seçkilərdə xeyli sayda namizədlərin qeydə alınmasının, müşahidəçilərin fəal iştirakının önəmi vurğulanıb, bu proseslər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatların tərkib hissəsi kimi dəyərləndirilib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan rəhbərliyi seçki prosesinin ədalətli, şəffaf, Azərbaycan qanunvericiliyinə və beynəlxalq standartlara uyğun şəkildə keçirilməsi üçün lazımi şəraitin yaradılması istiqamətində bütün tədbirləri həyata keçirib.

    * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tseretelini qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.