Month: January 2020

  • Sürücünün diqqətsizliyi qəzaya səbəb oldu – VİDEO

    Gecə radələrində paytaxtın Nərimanov rayonunda Yol nəqliyyat hadisəsi baş verib.

    Hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

    Qəza zamanı “VAZ 2103” markalı avtomobil ilə “Niva” markalı minik maşını toqquşub.

    İlkin ehtimala görə “VAZ2103” avtomobilinin sürücüsü sağdan ötmə əməliyyatını yerinə yetirərkən eyni istiqamətdə hərəkətdə olan “Nivaya” dəyib.

    Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmasa da avtomaşınlara ciddi ziyan dəyib.

    Qəza yerinə dərhal Nərimanov rayon Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları aparılan araşdırmalardan sonra bəlli olacaq.

  • Bakıda kişi küçədə söyüş söyən şəxslərlə mübahisə edən zaman bıçaqlanıb

    Bakının Suraxanı rayonunda orta yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb.

    APA xəbər verir ki, hadisə Bülbülə qəsəbəsində baş verib.

    Bəydəmirov küçəsində iki nəfər mübahisə edib. Hadisə şahidlərinin verdiyi məlumata görə, 1982-ci il təvəllüdlü Nəcəfov Vüqar Rafiq oğlu küçədə kimlərinsə yüksək səslə qeyri-etik sözlər dediyini eşidib. O, buna etiraz olaraq həmin şəxslərə iradını bildirib. Lakin naməlum şəxslərdən biri V.Nəcəfovun kürəyinə bıçaqla zərbə vurub. O, huşunu itirib.

    Yaralı qonşularının köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

  • Суицид в притоне: в Баку мужчина в наркотическом опьянении выбросился из окна

    Сотрудники правоохранительных органов Бинагадинского района во время расследования факта суицида выявили наркопритон.

    Об этом Oxu.Az сообщил источник в Управлении полиции Бинагадинского района.

    6 января на территории, подведомственной 5-му отделению полиции, было совершено самоубийство. Акпер Ахмедов 1987 года рождения выбросился из окна квартиры, принадлежащей Рафигу Алиеву и расположенной на пятом этаже.

    В ходе расследования выяснилось, что Р.Алиев организовал у себя дома наркопритон. По предварительным данным, А.Ахмедов на момент совершения суицида находился под воздействием сильнодействующего наркотика – опиума.

    По данному факту в отношении Р.Алиева 28 января было возбуждено уголовное дело по статье 238 (Организация либо содержание притонов для потребления наркотических средств) Уголовного кодекса АР.

  • Narkotik maddənin təsiri altında intihar etdi

    Binəqədi rayon hüquq-mühafizə orqanlarının əməkdaşları intihar hadisəsinin istintaqı zamanı narkopriton aşkar ediblər.

    Bu barədə Oxu.Az-a Binəqədi rayon polis idarəsindən məlumat daxil olub.

    Yanvar ayının 6-da Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin tabeçiliyində olan ərazidə intihar hadisəsi qeydə alınıb. 1987-ci il təvəllüdlü Əkbər Əhmədov yaşayış binasının beşinci mərtəbəsində yerləşən Rafiq Əliyevə məxsus mənzilin pəncərəsindən özünü atıb.

    Araşdırma zamanı məlum olub ki, Rafiq Əliyev mənzilində narkopriton təşkil edib. İlkin məlumata əsasən, Əkbər Əhmədov intihar zamanı güclü təsiredici narkotik maddə – tiryəkin təsiri altında olub.

    Faktla əlaqədar 28 yanvar tarixində Rafiq Əliyevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238-ci (Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə və ya saxlama) maddəsi ilə cinayət işi açılıb.

  • Bakının yaddan çıxmış ərazisi – VİDEO

    Gölməçə, bataqlıq, yaddan çıxarılımış yerlər… Sakinlər bu ərazini belə adlandırır. Söhbət Sabunçu rayonu Ramanı qəsəbəsi Mərkəzi küçə adlanan ərazidən gedir.

    Bakının mərkəzindən 10-15 kilometr məsafədə yerləşən bu yerdə sakinlər artıq 30 ilən çoxdur ki, bərbad vəziyyətdə olan yollarda əziyyət çəkirlər. Yağışlı günlərdə isə yolda hərəkət demək olar ki, tamamilə dayanır. Əlacsız qalan məktəblilər ayaqlarına selofan paket keçirərək necə deyərlər, daşı daş üstünə qoyub birtəhər məktəbə gedə bilirlər. Sakinlər buradakı vəziyyəti belə təsvir edirlər:

    “Burada vəziyyət dözülməzdir. Rayondan gələn qohumlar deyirlər ki, siz şəhərdə yaşayırsınız? Taksi çağırırıq, 5 manata gedilən yolu bizə 10 manata deyir”.

    Sakinlər mövcud vəziyyətlə bağlı birbaşa rayon icra hakimiyyətini günahkar hesab edirlər. Belə ki, uzun illərdir vəziyyətlə bağlı sakinlər dəfələrlə müraciətlər etsələr də, onlara verilən cavab eyni olub: “Gedin düzələcək”.

    İllər gedib, amma düzələn heç nə olmayıb. Sakinlər ümumiyyətlə rayon icra nümayəndələrini tanımadıqlarını da bildirdilər.

    Problemlə bağlı Sabunçu rayon icra hakimiyyətində isə bizə verilən cavab sakinlərə deyilənlərdən fərqli olmadı. İlk olaraq mühafizə xidməti vasitəsilə bizi yola salmaq istəyən icra nümayəndələri daha sonra israr etdikdən sonra telefon vasitəsilə bizə cavab verdilər:

    “Bu barədə Azərbaycan Avtomobil Agentliyinə məlumat vermişik”.

    Ən maraqlısı isə odur ki, özünü icra başçısının köməkçisi adlandıran şəxs ad-soyadını təqdim etməkdən itina etdi.

    Ümumilikdə geridə qoyduğumuz 2019-cu ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Sabunçu rayonunda uzunluğu 87 km olan 135 küçə və yol asfaltlanaraq istifadəyə verilib. Hazırda isə Sabunçu rayonunun Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələri ərazisində ümumi uzunluğu 15 km olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilir. Amma görünən odur ki, ya bu ərazi sakinlərin dediyi kimi yaddan çıxıb, ya da müəyyən qurumlar problemin həllində maraqlı deyillər.

  • Bakı Polisindən sərt xəbərdarlıq: “Bu hallara qarşı barışmaz mövqedəyik”

    “Vətəndaş məmnunluğunun ən yüksək səviyyədə təminatı üçün tərəfimizdən bütün zəruri tədbirlərin həyata keçirilməsi təmin olunur. Fəaliyyət sahəmizə daxil olan, ictimai münasibətləri təhdid edən sosial neqativ hallarla bağlı daxil olan bütün müraciətlər, istisnasız olaraq araşdırılır. Heç bir müraciətə etinasızlıq göstərilmir”.

    Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

    Onun sözlərinə görə, vətəndaşların müraciət etməsi üçün DİN-in “102 Zəng Mərkəzi” daxil olmaqla, internet-informasiya resurslarından, eləcə də, sosial şəbəkələrdən geniş imkanlar yaradılıb:

    “Müraciətin məzmunundan asılı olmayaraq, hər bir müraciət diqqətlə öyrənilir. Vətəndaşları narahat edən hallar, xüsusilə qeyri-aşkar şəraitdə cinayətə meyilli şəxslərin əməlləri ilə bağlı məlumatlar məxfilik təmin olunmaqla nəzarətə götürülür, ən müasir metodlar tətbiq olunmaqla yoxlanılır. Vətəndaş heç bir ərazi polis orqanına dəvət olunmadan, sorğu-suala çəkilmədən təxirəsalınmaz qaydada müvafiq tədbirlər həyata keçirilir.

    Hər bir vətəndaş əmin olsun ki, onu narahat edən hallara qarşı polis barışmaz mövqedədir, cəmiyyəti təhdid edən istənilən hala qarşı mübarizədə onun yanındadır, onun maraq və mənafelərinin mühafizəçisidir. Polis haqqında ictimai fikrə yönəldilən böhtan və yalanlar polisin fəaliyyətinə kölgə salmaqda aciz görünür. Nəzərə alınmalıdır ki, istisnalar ümumi mənzərəni dəyişə bilməz.

    Polis Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biri olmaqla, fəaliyyətini gündən-günə təkmilləşdirir, formalaşdırır. Dövrün çağırış və təhdidlərinə laqeyd yanaşmır, fasiləsiz olaraq, vətəndaş maraqlarının keşiyindədir.

    Qanunla dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələri var. Hər kəsin üzərinə vəzifələr yalnız Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir”.

  • Qaynadılmış su təhlükəlidir? – alimlər açıqladı

    Qaynadılmış suyun adi sudan daha təhlükəli olduğu iddia olunur.

    Median.Az e-tibb.az-a istinadən xəbər verir ki, İsveçrədən olan alimlər qaynadılmış suyun bəzi hallarda adi, süzülmüş sulardan daha təhlükəli ola biləcəyini açıqlayıblar. Bir qayda olaraq suyu qaynatmaqla onu patogenlərdən və zərərli mikroorqanizmlərdən təmizləmək olur.

    Alimlər isə qeyd edirlər ki, qaynayan zaman suyun tərkibində olan xlor çökərək digər kimyəvi maddələrlə reaksiyaya girir. Nəticədə xəstəliklərin yaranmasına səbəb olan zəhərli birləşmələr meydana gəlir. Elə viruslar, ağır metallar və digər birləşmələr var ki, qaynadıqdan sonra da məhv olmur. Yığılan çöküntü nəticədə insan bədəninə daxil olur və bu toksinlər müxtəlif orqanlarda fəsadlar yaradır. Qaynadılmış suyun daimi içilməsi həm də müxtəlif faydalı mineralların bədəndən xaric olmasına səbəb olur.

    Bundan başqa, onlar hesab edir ki, suyu bir dəfədən çox qaynatmaq lazım deyil. Həmçinin çaydanda ərp əmələ gəlməməlidir.

    Suyu isitmək üçün ona qaynadılmış su ələvə etmək də məsləhət deyil. Bu da ziyanlı hesab olunur.

    Suyu zərərli elementlərdən təmizləmək üçün filtrdən keçirməyin daha məqsədəuyğun olduğu bildirilir.

  • Встреча глав МИД Азербайджана и Армении длилась 7 часов

    Встреча министров иностранных дел Азербайджана и Армении в Женеве при посредничестве сопредседателей Минской группы ОБСЕ и личного представителя действующего председателя ОБСЕ продолжалась 7 часов.

    Как передает Median.Az со ссылкой на АПА, об этом в своем микроблоге в Twitter написала пресс-секретарь МИД Азербайджанской Республики Лейла Абдуллаева.

    «Стороны и сопредседатели выступают за активизацию переговоров и достижение действенных результатов по всем вопросам переговорной повестки дня», – отметила Л.Абдуллаева в публикации.

  • Bakıda polis “avtoş“ları yaydıqları görüntü əsasında müəyyənləşdirdi – FOTO/VİDEO

    Bakıda “Saipa” markalı avtomobillərlə avtoxuliqanlıq edib çəkdikləri videonu sosial şəbəkədə yayan sürücülər həbs edilib.

    Videogörüntülər Avtosfer.az saytında dərc edildikdən sonra Bakı şəhər Dövlət Yol Polisi idarəsinin əməkdaşları həmin sürücülərin saxlanılması ilə bağlı tədbir keçirib. Sürücülər saxlanıldıqdan sonra barələrində protokol tərtib edilərək Səbail Rayon Məhkəməsinə aparılıb.

    Məhkəmə tərəfindən 1998-ci il təvəllüdlü Vəliyev Fərhad Fikrət oğlu və 1999-cu il təvəllüdlü İsmayılov Rəvan Ceyhun oğlu 15 gün həbs cəzasına məhkum edilib.

    Dövlət Yol Polisi İdarəsinin əməkdaşları sosial şəbəkədə yayılan bu cür neqativ videoları yayan sürücülərə ciddi nəzarət edir.

  • Hacıqabulda qadın zəhərələnərək öldü

    Hacıqabulda 58 yaşlı qadın zəhərlənmədən ölüb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Hacıqabul şəhər sakini Yuzbaşeva Kifayət Ağaqulu qızı sirkə turşusundan zəhərlənib.

    Qadın yaxınlarının köməkliyi ilə rayon mərkəzi xəstəxanasına aparılıb.
    Həkimlərin müdaxiləsinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.