Month: January 2020

  • Bakıda oğru dəstəsi “iş başında”: Evləri soyur, iz itirmək üçün yandırırlar – VİDEO

    2 gün əvvəl Binəqədi rayonu Əliheydər Qarayev küçəsində evi qarət olunaraq daha sonra yandırılan 4 nəfərlik ailə çöldə qalıb.

    Ailə başçısı Qalib Məmmədov bildirir ki, hadisə axşam saat 20:00 radələrində baş verib. Həmin vaxt ailə üzvləri evdə olmayıblar. Dörd otaqlı evə daxil olan oğrular daşına biləcək əşyaları çıxarandan sonra evi yandırıblar.

    Oğurluq zamanı həmçinin 5 min manat pul və qızıl əşyaları da götürülüb. Əlacsız qalan ailə isə hazırda qohumlarının evlərində qalırlar.

    Qonşuların sözlərinə görə, baş vermiş hadisə ilk deyil. Belə ki, sözügedən ərazidə bundan əvvəl də bu cür hallar baş verib, ancaq cinayətkarları yaxalamaq mümkün olmayıb.

    Məsələ ilə bağlı Binəqədi rayon polis idarəsindən münasibət öyrənmək istəsək də, yarım saatdan çox idarədə gözləməyimizə baxmayaraq suallarımıza cavab verən tapılmadı.//oxu.az

  • Путин прибыл в Стамбул

    Президент России Владимир Путин прибыл в Стамбул, передает ТАСС.

    Как пояснили в пресс-службе президента России, здесь публичных мероприятий на вечер 7 января у президента не запланировано, рабочая программа намечена на следующий день, 8 января.

    В частности, российский лидер в среду примет участие в церемонии ввода в эксплуатацию газопровода «Турецкий поток».

    Как ранее сообщала пресс-служба Кремля, во время визита Путина в Стамбул запланированы переговоры с президентом Турецкой Республики Реджепом Тайипом Эрдоганом.

    Ожидается обсуждение вопросов дальнейшего развития российско-турецкого сотрудничества и актуальной международной проблематики, включая ситуацию в Сирии и Ливии, добавили в пресс-службе российского лидера.

  • Bakıda mənzildən 62 yaşlı kişinin meyiti tapılıb

    Bakıda mənzildən meyit tapılıb.

    “Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumatt yayıb.

    Məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Səmədov Eldar Arif oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

  • В Азербайджане парень скончался на следующий день после возвращения с армии

    В Сабирабаде 21-летний парень отравился угарным газом.

    Как сообщает АПА, инцидент зафиксирован в селе Суговушан.

    Житель села Джаббаров Джамал Ягуб оглу 1999 года рождения отравился угарным газом в душе.

    Отметим, что молодой человек вчера вернулся домой после окончания военной службы.

    По факту ведется расследование.

  • Avstraliyanın hakimiyyət orqanları su çatışmazlığına görə 10 min dəvəni öldürəcək

    Avstraliya məmurları ölkədə güclü meşə yanğınları dövründə minlərlə dəvəni həddən artıq su içmələri səbəbindən öldürməyə qərar veriblər.

    Bu barədə “Report” “The Hill”ə istinadən xəbər verir.

    Hakimiyyət orqanları təxminən 10 min dəvəni ona görə öldürmək istəyir ki, onlar çox su içirlər. Su isə Avstraliyanı bürüyən meşə yanğınlarının söndürülməsi üçün lazımdır. Heyvanların öldürülməsi üçün xüsusi beşgünlük kampaniya keçiriləcək. Kampaniya çərşənbə günü başlayacaq.

    Nəşr qeyd edib ki, su axtaran dəvələr hətta yerli sakinlərin evlərinə girirlər.

    “Dəvələrin cəsədləri yandırılacaq və ya basdırılacaq”, – nəşr bildirib.

  • Vladimir Putin İstanbula gəlib

    Президент России Владимир Путин прибыл в Стамбул.

    Как передает Median.Az со ссылкой на ТАСС, в пресс-службе главы государства пояснили, что публичных мероприятий на вечер 7 января у президента не запланировано, рабочая программа намечена на следующий день, 8 января.

    В частности, российский лидер в среду примет участие в церемонии ввода в эксплуатацию газопровода “Турецкий поток”.

    Как ранее сообщала пресс-служба Кремля, во время визита Путина в Стамбул запланированы переговоры с президентом Турецкой Республики Реджепом Тайипом Эрдоганом.

    Ожидается обсуждение вопросов дальнейшего развития российско-турецкого сотрудничества и актуальной международной проблематики, включая ситуацию в Сирии и Ливии, добавили в пресс-службе российского лидера.

  • Vladimir Putin İstanbula gəlib

    Rusiya prezidenti Vladimir Putin Türkiyənin İstanbul şəhərinə gəlib.

    Median.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

    Qeyd edilir ki, burada yanvarın 7-də ictimai tədbirlər planlaşdırılmayıb. İşçi proqram yanvarın 8-ə nəzərdə tutulub.

    Xüsusi halda Rusiya lideri çərşənbə günü “Türk axını” qaz kəmərinin istismara verilməsi mərasimində iştirak edəcək.

  • В Гаджигабуле подросток скончалась от отравления угарным газом

    В Гаджигабуле 13-летняя девочка отравилась угарным газом, передает АПА.

    Трагедия произошла в селе Мейниман Гаджигабульского района. 13-летняя жительница села Мурадова Самира Шамиль гызы скончалась, отравившись угарным газом в ванной комнате своего дома.

    По Факту проводится расследование.

  • Röya və Mətanət İsgəndərli əl-ələ verib, xeyirxahlıq etdilər – VİDEO

    Xalq və Əməkdar artist əl-ələ verib, bayram günlərindən bir tələbəyə sevinc bəxş ediblər.

    Median.Az xəbər verir ki, Xəzər TV-də yayımlanan “5-də-5” axşam şousuna gələn ana, oğlunun təhsil haqqını ödəyə bilmədiyi səbəbi ilə müraciət edib. Proqramın aparıcısı Zaur Kamal ötən verilişdə qonaq olan Xalq artisti Röya Ayxana “Biz 2020-ci ildən belə bir kampaniyaya başladıq. Tələbələrin təhsil haqlarını ödəyirik” kimi fikir irəli sürüb.

    Röya “Mən də istərdim, bir neçə tələbənin təhsil haqqını ödəyim. Çünki təhsilə ödənilən pul yaddaşdan silinmir”, – deyə cavab verib. Zaurun “1500 manat verərsən?” sualına xalq artisti müsbət reaksiya bildirib. Verilişin aparıcısı isə Röyanı bu addımına görə alnından öpüb.

    Anaya pulla dolu zərfi uzadan Zaur “2200 manatdan qaldı 700 manat” deyib. Bu anda isə canlı efirdə qonaq olan Əməkdar artisti Mətanət İsgəndərli “Qalan 700 manatı isə mən ödəyərəm” deyib, ailənin üzünü güldürüb. Sevincdən gözləri dolan ana ilə bala onlara kömək göstərdikləri üçün hər iki sənətçiyə minnətdarlığını bildiriblər.

    Müğənnilərin bu cür addım atması isə cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb.

  • Azərbaycan Dövlət Sərhəd Xidməti: Erməni tərəfinin izahı açıq yalandır

    Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan “Facebook” səhifəsində Azərbaycan sərhədçisinin ölümünü şərh edərək bunu Azərbaycan tərəfinin sərhəddə mühəndis-texniki işləri aparmaq və sərhəddəki mövqelərini irəli çəkmək cəhdi ilə izah etməyə çalışıb.

    Ermənistanın armeniasputnik.am saytı bu barədə məlumat yayıb.

    Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən bildirilib ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bu hissəsində heç bir mühəndis-texniki iş aparılmayıb. Ermənistan Silahlı Qüvvələrinin rəsmi nümayəndəsinin bu izahı açıq yalan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması faktını əsaslandırmaq cəhdi, həmçinin ictimaiyyəti çaşdırmaq məqsədlidir.

    Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistanla həmsərhəd olan Qazax və Ağstafa rayonları istiqamətində hərbi xidmət fəaliyyətlərinin həyata keçirildiyi bütün dövrlərdə təmas xəttində, sonda adekvat cavabsız qalmayan Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən gərginlik yaratmaq cəhdləri müşahidə olunub