Month: January 2020

  • Avtomobil bazarında qiymətlər artıb – VİDEO

    Avtomobil bazarında alıcı sayında müəyyən qədər artım olsa da, satışın ümumi vəziyyəti zəif olaraq qalır.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, bu, «Report»un Badamdar qəsəbəsi ərazisində yerləşən avtomobil bazarında apardığı araşdırmadan məlum olub.
    Əksər satıcıların sözlərinə görə, ötən ilin dekabr ayında bazarda alıcı sayında müəyyən canlanma müşahidə edilib. Paralel olaraq avtomobillərin qiymətləri də artıb. Ən çox artım isə maşın bazarına yeni avtomobillərin daxil olmasında qeydə alınıb. Belə ki, ay ərzində bazara ən çox Koreya və Yaponiya istehsalı olan maşınlar gətirilib.

    Ümumilikdə, bazarda ən çox tələbatın «Mercedes» modellərinə və qiyməti 12-17 min manat arası olan Koreya istehsalı olan avtomobillərə olduğu bildirilib. Satıcılar qeyd edib ki, insanlar ən çox dizellə çalışan və mühərrikinin həcmi aşağı olan maşınlara üstünlük verirlər. İrihəcmli mühərriki olan avtomobillərin və Rusiya istehsalı olan maşınların isə satışının xeyli zəif olduğu bildirilib.

    Alıcılar isə bazarda büdcələrinə uyğun avtomobil tapmaqda çətinlik çəkdiklərindən şikayətləniblər.

  • Sabirabadda hərbi xidmətdən yenicə qayıdan gənc dəm qazından boğulub

    Sabirabadda 21 yaşlı gənc dəm qazından boğularaq ölüb.

    Median.Az-ın APA-ya istinadən  məlumatına görə, hadisə bu gün axşam saatlarında Sabirabad rayonunun Suqovuşan kəndində baş verib.

    Suqovşan kənd sakini, 1999-cu il təvəllüdlü Cabbarov Camal Yaqub oğlu vanna otağında çimərkən dəm qazından boğulub.

    Qey edilir ki, adıçəkilən gənc ötən gün hərbi xidmətini başa vuraraq evinə dönüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakı-Sumqayıt şossesində tanınmış güləşçi bıçaqlanıb

    Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə DİN-in Ekoloji Nəzarət Postunun ərazisində qeydə alınıb.

    Qazax rayon sakini, 1984-cü il təvəllüdlü Məmmədov Nurlan Nazim oğlu dostu tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.

    Qeyd edək ki, N.Məmmədov Yunan Roma güləşi üzrə Azərbaycanı 69 kq çəki dərəcəsində təmsil edir.

  • Разоблачена ложь министра обороны Армении в связи с убийством азербайджанского военнослужащего

    По информации армянского сайта armeniasputnik.am, пресс-секретарь Министерства обороны Армении Арцрун Ованнисян на своей странице в Facebook, комментируя гибель азербайджанского пограничника, попытался это объяснить попыткой азербайджанской стороны осуществить на передовой инженерные работы и продвинуть свои позиции на границе.

    Как заявили Oxu.Az в Государственной Пограничной Службе Азербайджанской Республики, на данном участке подразделениями Государственной Пограничной Службы Азербайджанской Республики какие-либо инженерно-технические работы не проводились.

    Это заявление официального представителя ВС Армении является откровенной ложью и попыткой оправдания вопиющего факта нарушения режима прекращения огня со стороны подразделений Вооруженных Сил Армении, а также преследует цель ввести в заблуждение общественность.

    За все время осуществления служебно-боевой деятельности подразделениями ГПС Азербайджана в направлении Газахского и Акстафинского районов на границе с Арменией, наблюдаются многочисленные попытки создать напряженность на линии соприкосновения, именно со стороны подразделений армянских вооруженных сил, которые не остаются без адекватного ответа.

  • Bakıda avtobusla yük maşını toqquşub — Xəsarət alanlar var

    Bakıda sərnişin avtobusu ilə yük maşını toqquşub.
    Median.Az
    report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb.

    Belə ki, 202 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusu çörək daşıyan yük maşını ilə toqquşub. Nəticədə avtobusda olan sərnişinlər arasında xəsarət alanlar var.
    Qəza səbəbindən ərazidə tıxac yaranıb.

    Faktla bağlı araşdırma aparılır.

  • “Qızım başından vurulub, 3-4 gün öncəyə qədər sağ olub” — Nərminin atası

    Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın öldürülüb, sonra isə yandırılması ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib. Hazırda hüquq-mühafizə orqanlarına daxil olan qurumlar bu hadisə ilə bağlı araşdırmalar aparırlar.

    Median.Az xəbər verir ki, Nərminin atası Şərif Quliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qızı başından vurularaq öldürülüb:

    “Respublika prokurorluğunun əməkdaşları, ekspertlər gəlmişdi. Onların rəhbəri Nadir müəllim özü də bizimlə danışdı, lazım olan hər şeyi edəcəklərini dedi. Meyiti xaricini ekspertizadan keçirdilər, üzərindən nümunələr götürüldü, dəqiq məlumatlar bir müddət sonra ekspertin rəyi əsasında bəlli olacaq. Amma indi ekspert dedi ki, Nərmin başından küt alətlə vurulub, onun izi qalıb. Qızım 3-4 gün öncəyə qədər sağ olub. Güman ki, hardasa gizli yerdə məcbur saxlanılıb. Bədəni demək olar ki, tam yanıb. Heç cənazəni yumaq üçün uyğun deyil. Qızımın meyitini bir saat əvvəl bizə veriblər, indi evə gətirmişik. Nərmini sabah kənd qəbiristanlığında dəfn edəcəyik”.

    Ş.Quliyev əlavə edib ki, qızı Nərmin noyabrın 21-i günorta saatlarında itkin düşüb, lakin axşam saat 21 radələrində polisə müraciət ediblər:

    “Əvvəl fikirləşdik ki, yəqin nənəsigilə gedib. Ona görə polisə gec dedik. Amma bu 47-48 gün ərzində polislər daim bizimlə olub, hər gün axtarış aparırdıq. Qonşu kəndlərdə də axtarışlar gedirdi. Dünən axşam saatlarında qızımın meyitini tapıb bizə verdilər. Kömək edən, əziyyəti olan hər kəsə təşəkkür edirik. Hazırda istintaq gedir, hələ ki hər yaxşı qaydasındadır. Tezliklə qızımın qatilinin tapılacağına inanırıq, hüquq-mühafizə orqanlarına minnətdarıq”.
    Ş.Quliyev deyib ki, qardaşı və qardaşı oğluna qarşı ittihamlar sadəcə şayiədən ibarətdir:

    “Bunlar hamısı yalandır. Mən Nərmini göndərdim ki, qardaşımgildən gödəkçəmi gətirsin. O gec gəldiyi üçün arxasıyca böyük bacısını göndərdim. Bacısı gedəndə yolda sarı rəngli maşın saxlayıb, ona deyib ki, gəl səni aparım. Böyük qızım isə maşına minməyib. Həmin maşının Nərminlə rastlaşıb-rastlaşmadığını isə heç kim görməyib. Böyük qızım o adamı tanımayıb, bizim kənddən deyilmiş. Nərmin isə mənim gödəkçəmi qardaşımgildən götürüb çıxıb, bundan sonra itkin düşüb və onu görən olmayıb.

    Ş.Quliyev qızına təcavüz olunması ehtimalları ilə bağlı hazırda dəqiq bir söz deyə bilməyəcəyini bildirib:

    “Ekspertlər də bununla bağlı konkret bir söz demədilər. Bu məsələ istintaqın gedişatında bəlli olacaq”.

  • 13 yaşlı qız dəm qazının qurbanı oldu

    Hacıqabulda 13 yaşlı qız dəm qazından boğulub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Meyniman kəndində qeydə alınıb.

    Kənd sakini, 13 yaşlı Muradova Samirə Şamil qızı yaşadığı evin vanna otağında dəm qazından boğularaq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Душераздирающие заявления матери зверски убитой 10-летней Нармин – ВИДЕО

    Мать жительницы села Дондар Гушчу Товузского района, пропавшей без вести в ноябре прошлого года 10-летней Нармин Гулиевой, обгоревшее тело которой было найдено вчера, требует как можно скорее найти убийцу дочери.

    Как сообщает Median.Az со ссылкой на АПА, об этом в беседе с журналистами сказала мать Н.Гулиевой Айнура Исмаилова.

    «Я выступила на телевидении и умоляла принести тело моего ребенка. Почему ты сжигаешь мою дочь у меня на глазах? Я не могу говорить, уже сошла с ума», – отметила она.

    Бабушка Нармин Миная Исмаилова сказала, что два человека увидели, как что-то горит, засыпали землей и потушили огонь: «Они вышли покурить, увидели. Спасибо, что потушили. Имя одного из них – Гулу. Имени другого я не знаю. Этих ребят сейчас отвезли в отдел».

    Дядя ребенка Вагиф Гулиев отметил, что у его брата не было ни с кем вражды: «У моего брата нет с кем-либо конфликта. Мы не такие богатые, чтобы сказать, что у нас есть деньги. Это село знает нас».

    Личность совершившего, или совершивших ужасное преступление пока неизвестна.

    По факту возбуждено уголовное дело, расследование продолжается.

  • Nazir YPX Alayının komandirini də işdən çıxardı

    Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəis müavini, YPX Alayının komandiri, polis polkovniki Əhmədov Balakişi Əhməd oğlu vəzifəsindən azad olunub.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, B.Əhmədov yaş həddinə görə təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.

    Qeyd edək ki, bu gün Vilayət Eyvazovun əmri ilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nuşirəvan Səfərov da xidmətdə olmanın son yaş həddi ilə bağlı vəzifəsindən çıxarılaraq təqaüdə göndərilib.

  • Bakıda sakinlərin narazılığına səbəb olan obyektin tikintisi dayandırıldı

    Xəbər verdiyimiz kimi, Yasamal rayonu Zahid Xəlilov küçəsində obyekt tikintisinin başlanılması 54 nömrəli binada yaşayan sakinləri ayağa qaldırıb.

    Sakinlərin sözlərinə görə, beşmərtəbəli binaya demək olar ki, bitişik tikilən obyekt onların həm gediş-gəlişinə maneə yaradacaq, həm də evlərinə günəş işığının düşməsinə əngəl olacaq. Bununla da binada nəmlənmə baş verəcək.

    Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Elçin Rzayev Oxu.Az-a açıqlama verib.

    Onun sözlərinə görə, qeyd olunan qeyri-yaşayış obyektinə dair Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən 12.06.2018-ci il tarixli sərəncam verilib:

    “Hazırda bu ünvanda tikintiyə icazə sənədləri olmadığından aparılan işlər dayandırılıb”.