Month: January 2020

  • По инициативе Лейлы Алиевой волонтеры АМОР организовали новогоднюю акцию для детей – ФОТО

    По инициативе председателя Азербайджанского молодежного объединения России (АМОР) Лейлы Алиевой в Парке Горького в Москве волонтерами АМОР была организована ежегодная новогодняя акция для детей AMORKIDS.

    Как сообщает Median.Az со ссылкой на АЗЕРТАДЖ, всех детей и гостей парка ждал Дед Мороз, который устроил для всех настоящий праздник и, конечно же, дарил новогодние подарки.

    Дети с радостью участвовали в конкурсах, играх, пели песни, читали стихи, отгадывали загадки и водили хоровод.

  • Ombudsman Tovuzda azyaşlının qətli ilə bağlı Baş prokurora müraciət edib

    Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının rayonun Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda meyitinin aşkarlanması və mətbuatda uşaq üzərində zorakılıq əməllərinin törədilməsi ehtimalı ilə bağlı yayılmış məlumatların araşdırılması məqsədilə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Gəncə Regional Mərkəzinin əməkdaşları hadisənin baş verdiyi rayonda olub, uşağın valideynləri və yaxınları ilə görüşüblər.

    Ombudsman Aparatından verilən məlumata görə, vəfat etmiş azyaşlının valideynləri və yaxınları Ombudsmana ünvanlanan müraciətlərində məsələnin nəzarətə götürülərək təcili və hərtərəfli araşdırılmasına, təqsirkar şəxslərin tezliklə tapılaraq məsuliyyətə cəlb edilməsinə köməklik göstərilməsini xahiş ediblər.

    Ombudsman cəmiyyətdə ciddi narahatlıq doğuran bu məsələyə dərhal reaksiya verərək Azərbaycan Respublikasının Baş prokuroruna müraciət edib.

    Müraciətdə qeyd olunan məqamlar və baş vermiş ölüm hadisəsinin zorakılıq ehtimalı nəzərə alınmaqla nəzarətə götürülərək araşdırılması, müvafiq ekspertizaların təyin olunması və görülən işlərin nəticəsi barədə məlumat verilməsi ilə əlaqədar məsələlər öz əksini tapıb.

    Eyni zamanda, Ombudsman kütləvi informasiya vasitələrini bu cür hallarla bağlı məlumatlar yayarkən insanların, o cümlədən uşaqların psixologiyasına mənfi təsirləri nəzərə almağa və həssaslıq nümayiş etdirməyə çağırır.//Baku.ws

  • МИД Азербайджана выразил соболезнования Австралии

    Министерство иностранных дел Азербайджана выразило соболезнование Австралии.

    Как передает Median.Az, об этом написано на официальной странице МИД в Twitter.

    «Выражаем соболезнования семьям погибших в пожарах в Австралии. Также выражаем нашу решительную поддержку и солидарность народу Австралии, отважным пожарным и волонтерам, ведущим борьбу с самыми сильными пожарами в истории страны», – говорится в соболезновании.

  • Tovuzda azyaşlı qızın qətli ilə bağlı cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri keçirilir – RƏSMİ

    Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın 2019-cu il noyabrın 21-də itkin düşməsi və bu il yanvarın 6-da yanmış meyitinin tapılması ilə əlaqədar sosial şəbəkələrdəki bəzi səhifələrdə həmin azyaşlının gec tapılmasında hüquq mühafizə orqanlarını məqsədli və qərəzli olaraq ittiham etməyə cəhdlər göstərilir.

    Median.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda qeyd olunub.

    Bildirilib ki, 2019-cu il noyabrın 21-də saat 23 radələrində vətəndaş Şərif Quliyev Daxili İşlər Nazirliyinin “102 – Xidməti”nə zəng edərək qızı Nərmin Quliyevanın evdən getməsi və geri qayıtmaması barədə məlumat verib, həmçinin eyni məzmunlu ərizə ilə Tovuz Rayon Polis Şöbəsinə müraciət edib.

    Polisdə dərhal lazımi araşdırmalara başlanılaraq Şərif Quliyevin və aidiyyəti kənd sakinlərinin izahatı alınmış, yaşadığı evə baxış keçirilib, zəruri əməliyyat tapşırıqları verilib və toplanmış materiallar 2019-cu il noyabrın 28-də Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə göndərilib.

    Aparılmış araşdırmalarla Nərmin Quliyevanın qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradııb, habelə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupunun təlimatçıları xüsusi təlim keçmiş itlərlə Dondar Quşçu kəndi və ətraf ərazilərdə axtarışlara cəlb ediliblər.

    Yanvarın 6-da azyaşlının meyitinin aşkar olunması ilə əlaqədar dərhal Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun rəhbər vəzifəli şəxsləri və digər əməkdaşları, eləcə də Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin təcrübəli mütəxəssisləri Tovuz rayonuna ezam olunublar.

    Müəyyən edilib ki, Şərif Quliyev 2019-cu il noyabrın 21-də saat 14:00 radələrində özünə məxsus gödəkçəni gətirmək üçün qızı Nərmin Quliyevanı həmin kənddə yaşayan qardaşının evinə göndərib və Nərmin Quliyeva əmisinin evinə gedib oradan çıxdıqdan sonra naməlum şəraitdə itkin düşüb.

    2020-ci il yanvarın 6-da saat 19:30 radələrində isə kənd sakini İlkin Süleymanov evlərindən, təxminən, bir kilometr aralıda Nərmin Quliyevanın meyitini aşkar edib və bu barədə dərhal polisə məlumat verib.

    Təxirə salınmadan hadisə yerinə və meyitə mərhumun atasının və əmisinin iştirakı ilə baxış keçirilib, iş üzrə məhkəmə-tibbi, kriminalistik, bioloji, kimyəvi ekspertizalar təyin edilib, çoxsaylı şahidlər dindirilib, aidiyyəti orqanlara sorğular və əməliyyat tapşırıqları göndərilib.

    Cinayətin qısa müddətdə açılması və onu törətmiş şəxsin yaxud şəxslərin müəyyənləşdirilməsi üçün intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri keçirilir.

    Nəticələri barədə əlavə məlumat veriləcək.

  • Qubada itkin düşən azyaşlı qız tapılıb

    Quba rayonunda itkin düşən azyaşlı tapılıb.

    Bu barədə “Report”a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

    Bildirilib ki, Quba rayon sakini Aslan İslamov gecə saatlarında rayon polis şöbəsinə müraciət edərək 2017-ci il təvəllüdlü azyaşlı qızı Ayla İslamlının yaşadıqları evin həyətindən çıxaraq itkin düşməsi barədə məlumat verib.

    Məlumatla əlaqədar polis şöbəsinin əməkdaşları dərhal rayon ərazisində axtarışlara başlayıblar. Nəticədə itkin düşən üç yaşlı qız qısa müddətdə tapılaraq ailəsinə təhvil verilib.

  • Dünyanın ən bahalı futbolçularının reytinq siyahısı açıqlanıb

    Beynəlxalq İdman Araşdırmaları Mərkəzi dünyanın ən bahalı futbolçularının yeni reytinq siyahısını açıqlayıb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, siyahıya Fransa millisinin və PSJ-nin hücumçusu Killian Mbappe başçılıq edir.

    Qiyməti 265,2 milyon avroya yüksələn 21 yaşlı gənc forvard İngiltərə millisinin və “Mançester Siti”nin qolçusu Rahim Sterlinqi qabaqlayıb. Misir millisinin və “Liverpul”un futbolçusu Məhəmməd Salah isə siyahıda üçüncüdür.

    Son illər göstərdikləri oyun və qazandıqları mükafatlarla diqqət mərkəzinə düşən dünyanın iki aparıcı futbolçusu – “Barselona”lı Lionel Messi və “Yuventus”lu Kriştianu Ronaldu siyahıda geriləyib. Messi 8-ci, Ronaldo isə 49-cu pillələrdə qərarlaşıb.

    İlk “onluq”da qərarlaşan futbolçuların siyahısı:

    1. Kilian Mbappe (PSJ, Fransa) – 265,2 milyon avro

    2. Rahim Sterlinq (“Mançester Siti”, İngiltərə) – 223,7 milyon avro

    3. Məhəmməd Salah (“Liverpul”, Misir) – 175,1 milyon avro

    4. Ceydon Sanço (“Borussiya” Dortmund, İngiltərə) – 168,9 milyon avro

    5. Sadio Mane (“Liverpul”, Seneqal) – 155,6 milyon avro

    6. Harri Keyn (“Tottenhem”, İngiltərə) – 150,5 milyon avro

    7. Markus Reşford (“Mançester Yunayted”, İngiltərə) – 134,3 milyon avro

    8. Lionel Messi (“Barselona”, Argentina) – 125,5 milyon avro

    9. Antuan Qrizmann (“Barselona”, Fransa) – 123,6 milyon avro

    10. Lautaro Martines (“İnter”, Argentina) – 115,7 milyon avro

  • Avstraliyadakı meşə yanğını planetimiz üçün böyük təhlükədir

    Avstraliyada baş verən genişmiqyaslı meşə yanğınları nəticəsində milyonlarla canlının həyatını itirməsi ekosistemin kəskin şəkildə pozulmasına gətirib çıxarıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Rasim Səttarzadə bildirib.

    R.Səttarzadə deyib ki, son illərdə dünyada baş verən meşə yanğınları insan tələfatı, minlərlə hektar meşə sahəsinin, yaşıllığın məhvi ilə nəticələnir. Qlobal iqlim dəyişmələri və antropogen fəaliyyətin güclənməsi nəticəsində meşələr, flora və fauna bir anda məhv olur.

    Onun sözlərinə görə yüz milyonlarla fauna və floranın məhvinə gətirib çıxaran bu yanğın, təkcə bir ərazi üçün deyil, planet üçün böyük təhlükədir:

    “Ümid edirik ki, tez bir zamanda yanğının qarşısı alınacaq”.

  • “10 yaşlı Nərminin cənazəsini evə gətiririk”- Qənirə Paşayeva

    Bu gün ölkə gündəmini 40 gündür itkin düşən Nərminin yandırılaraq evinin yaxınlığına atılması xəbəri silkələyib.

    Median.Az xəbər verir ki, hazırda Tovuzda olan millət vəkili Qənirə Paşayeva azxeber.com-a açıqlama verib. O deyib ki, 10 yaşlı Nərminin cəsədinin ekspertiza prosesi artıq başa çatıb: “Gün ərzində Tovuz rayon mərkəzi xəstəxanasında olmuşuq. Artıq ekspertiza işləri bitib. Cənazəni evə gətiririk. Kimin günahkar olduğunu məhkəmə ekspertizasının rəyindən sonra hüquq mühafizə orqanları deyəcək. Ancaq onu deyə bilərəm ki, bütün güc strukturları, Bakıdan gələn ekspertlər qatilin tapılması üçün əlindən gələni edir. Ümid edirəm ki, qatil tez bir zamanda tapılıb layiq olduğu cəzanı alacaq”.

  • Сын Али Гасанова уволен с “Хазар ТВ”

    Сын бывшего помощника Президента и главы общественно-политического отдела администрации Президента Али Гасанова Шамхал Гасанлы уволен с телеканала “Хазар ТВ”.

    По полученной Baku.ws информации, сегодня он попрощался с коллективом..

    Назначения на его место пока не произведено.

    Отметим, что Шамхал Гасанлы был исполняющим обязанности президента ООО “Хазар ТВ”.

  • Azərbaycan XİN Avstraliyaya başsağlığı verib

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avstraliyaya başsağlığı verib.

    Median.Az-ın Baku.ws-ə istinadən xəbərinə görə, bu barədə XİN-in rəsmi “Twitter” səhifəsində məlumat yayılıb.

    “Avstraliyada yanğınlarda həyatlarını itirən şəxslərin ailələrinə başsağlığı veririk. Avstraliya xalqına, cəsur yanğınsöndürənlərə və ölkə tarixində ən güclü yanğınlara qarşı mübarizə aparan könüllülərə güclü dəstəyimizi ifadə edir və onlarla həmrəy olduğumuzu bildiririk”, – deyə qeyd olunub.

    Xatırladaq ki, 2019-cu ilin fevralından etibarən yanğınlarda 24 nəfər ölüb, onlardan 3 nəfəri yanğınsöndürəndir. Bundan başqa, 6 nəfər itkin düşüb. Meşə yanğınları Avstraliyanın şərqində – Yeni Cənubi Uels və Viktoriya ştatlarında geniş əraziləri əhatə edib. İndiyədək 6,5 milyon hektar meşə ərazisi və 2000-dən çox ev yanıb.