Month: January 2020

  • Leyla Əliyevanın təşəbbüsü ilə RAGB könüllüləri uşaqlar üçün Yeni il aksiyası təşkil ediblər – FOTO

    Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri (RAGB) Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada, Qorki adına parkda uşaqlar üçün «AMORKIDS» adlı ənənəvi Yeni il aksiyası təşkil edilib.

    AZƏRTAC xəbər verir ki, parka gələnləri Şaxta Baba qarşılayıb. O, qonaqlara əsl Yeni il şənliyi təşkil edib və onlara hədiyyələr bağışlayıb. Uşaqlar sevinc hissi ilə müsabiqələrdə və oyunlarda iştirak ediblər, çalıb oynayıblar, mahnı və şeir oxuyublar, tapmacalara cavab tapıblar və dövrə vurublar.

  • Bakıda məktəblərə — YENİ TƏYİNATLAR

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkil etdiyi müsabiqələr vasitəsilə 2019-cu ildə 282 nəfərin müxtəlif vəzifələrə işə qəbulu həyata keçirilib.

    Bakı Şəhər Təhsil İdarəsindən ölkə.az-a verilən məlumata görə, onlardan 29 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 27 nəfər
    məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, 23 nəfər psixoloq, 24 nəfər kitabxanaçı, 9 nəfər çağırışaqədərki hazırlıq rəhbəri, 18 nəfər uşaq birliyi təşkilatı rəhbəri, 152 nəfər laborant vəzifələrinə işə qəbul olunub.

  • В результате армянской провокации погиб азербайджанский пограничник

    Подразделения Вооруженных сил Армении совершили очередную провокацию, грубо нарушив режим прекращения огня на линии соприкосновения войск на армяно-азербайджанской государственной границе.

    Как сообщили Oxu.Az в Государственной пограничной службе (ГПС), 7 января 2020 года примерно в 14:56 в результате вражеского выстрела из снайперской винтовки в направлении села Гушчу Айрым Газахского района погиб солдат-пограничник Фарзалиев Фарзали Алимурсал оглу.

    Начальник ГПС генерал-полковник Эльчин Гулиев и другие высокопоставленные офицеры на данный момент находятся на месте происшествия, совместно с Военной прокуратурой принимаются необходимые меры.

  • Azərbaycanda yol-nəqliyyat hadisələri ilə bağlı unikal yenilik — Sürücülərin nəzərinə

    Azərbaycanda “Yol-nəqliyyat hadisələri” elektron məlumat bazası yaradılacaq.
    Median.Az
    xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev bildirib.

    Onun sözlərinə görə, elektron məlumat bazasının yaradılması “Yol hərəkətinin təhlükəsizliyinə dair” (2019-2023) Dövlət Proqramında nəzərdə tutulub. Hazırda “Yol-nəqliyyat hadisələri” elektron məlumat bazasının yaradılması və məlumatların elektron qaydada hazırlanması barədə layihə hazırlanır.

    Bu, irihəcmli işdir və mütəxəssislər cəlb edilməlidir. Bizim də fikrimiz var ki, baş verən yol-nəqliyyat hadisələri zamanı məlumat toplananda, hətta görüntülü şəkildə dərhal o proqram əsasında qoyulan suallara konkret cavab verilsin.

    Yaradılacaq elektron bazada nəqliyyat vasitəsinin buraxılış ilindən başlayaraq, ölkə qeydiyyatı, onun aktiv təhlükəsizlik avadanlığının mövcud və ya işlək vəziyyətdə olub-olmaması, hava şəraiti, yol örtüyünün vəziyyəti, sükanın hansı tərəfdə olması, səfər, yaxud səyahətin məqsədi və sair məlumatlar toplanacaq ki, bunun da nəticəsində hadisələrin daha ətraflı təhlilinə, habelə bir sıra xarici ölkələr arasında yol-nəqliyyat hadisələri üzrə məlumatların müqayisə edilməsinə imkan yaradacaq.
    Eyni zamanda, həmin bazadakı məlumatlar əsasında həm də hadisələrin elektron xəritəsini yaratmaq mümkün olacaq və elektron xəritənin köməyi ilə ölüm, xəsarət və maddi zərərlə nəticələnmiş qəza nöqtələrinin vizual görüntüsünü əldə etmək mümkün olacaq, analizlərin aparılması işi daha da təkmilləşəcək”.

    K.Əliyev bildirib ki, bəzən yol-nəqliyyat hadisəsi baş verəndə dəqiq səbəbini üç-beş dəqiqəyə demək çətindir:

    “Ümumi deyilir ki, sürət həddinin aşılması. Amma sürət həddinin aşılmasına görə qəza olmur. Dünyada elə dövlətlər var ki, sürət məhdudiyyəti yoxdur. Qəza o zaman olur ki, sürücü sürətlə gedən zaman hərəkət iştirakçısı manevr etmə, ötmə qaydalarını pozur və qəza baş verir.

    K.Əliyevin sözlərinə görə, Dövlət Proqramının icrası ilə bağlı yol-nəqliyyat hadisəsi yerinə müvafiq qəza-xilasetmə bölmələrinin qısa müddətdə çatmasını və daha operativ əlaqələndirməni təmin etmək üçün Daxili İşlər, Səhiyyə və Fövqalədə Hallar Nazirliklərinin rəhbərləri tərəfindən təsdiq edilmiş plan əsasında regionlarda təlimlərə başlanılıb, artıq belə təlimlərdən biri ötən ilin sonunda Gəncədə keçirilib.//ölkə.az

  • Avtovağzallar harada yerləşməlidir? — VİDEO

    Avtovağzalların şəhər mərkəzində, yaxud kənarda yerləşməsi məsələsi sərnişinlər arasında mübahisəli məsələlərdəndir. Vağzalların mərkəzdə yerləşməsi əlçatanlıq baxımından əlverilşi olsa da, bu, sıxlıq, səs-küy kimi diskomfort yaradır.
    Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

    Sakinlər bildirir ki, avtovağzal şəhər ərazisində olanda rahat olur, kənarda isə çətindir:

    “Şəhərdən kənarda olması əlavə xərcdir. Taksi sifariş verməlisən…Biri var avtovağzal uzaq olar, taksiyə beş manat verəsən, biri də var ki, yaxın olar, iki manat ödəyəsən”.

    Avtobus sürücüsü isə qeyd edir ki, avtovağzal şəhərdə olanda tıxac səbəbi ilə insanlar avtobusa vaxtında çata bilmirdilər.

    Sovet dövründə vağzalların əkəsiyyəti rayon mərkəzlərində tikilib. Sonralar şəhərlər böyüdükcə vağzalları kənara köçürmək zərurəti yaranıb. Zaqatala Beynəlxalq Avtovağzalı bir neçə il öncə rayon mərkəzindən iki kilometr aralıya köçürülüb.
    İlk vaxtlar bəzi sərnişinlər bunun narahatlıq yaradacağını düşünsələr də, problem həll olunub.

    Zaqatala Beynəlxalq Avtovağzalının direktoru Məhəmməd Abdullayev deyir ki, rayon mərkəzindən avtovağzala sərnişinlərin daşınması üçün avtobus fəaliyyət göstərir:

    “Bundan başqa, Bakıya gedən sərnişinlərin rayon mərkəzindən və ətraf kəndlərdən avtovağzala gəlməsi üçün taksi şirkətləri ilə razılaşma əldə olunub, onların avtovağzala çatdırılması pulsuz olacaq”.

    Avtovağzalların şəhər kənarına daşınması yaranan sıxlığın qarşısını almaqla yanaşı, ətrafda yaşayanların da rahatlığını təmin etmiş olur. Buna baxmayaraq, ölkənin böyük şəhərlərindən olan Şəkidə avtovağzal hələ də mərkəzə yaxın ərazidə yerləşir.

    Yeni tikilən avtovağzalların şəhər kənarında inşa edilməsi onu göstərir ki, bu, gündən-günə böyüyən şəhərlər üçün ən yaxşı variantdır.

  • Əli Həsənovun oğlu Xəzər TV-dən çıxarıldı

    Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Xəzər TV-dən çıxarılıb.

    Baku.ws-in məxsusi olaraq əldə etdiyi məlumata görə, Şamxal Həsənli bu gün kollektivlə sağollaşıb.

    Onun əvəzinə hələlik təyinat olmayıb.

    Xatırladaq ki, Şamxal Həsənli “Xəzər TV” MMC-nin prezidenti vəzifəsini icra edirdi.

  • Putin Suriyaya gedib

    Rusiya Prezidenti Vladimir Putin Suriyaya səfər edib.

    BAKU.WS-in məlumatına görə, bunu V.Putinin mətbuat katibi Dmitri Peskov deyib.

    V.Putin paytaxt Dəməşqdə suriyalı həmkarı Bəşər Əsədlə görüşüb. B.Əsəd Suriyada terrorçuluqla mübarizəyə görə rusiyalı hərbçilərə təşəkkürünü bildirib.

    Prezidentlər arasında görüş Rusiyanın Suriyadakı hərbi birləşmələrinin komanda məntəqəsində baş tutub.

  • Почему часть столичного района осталась без воды?

    Часть Низаминского района Баку уже второй день не обеспечивается питьевой водой.

    В частности, перебои в подаче воды наблюдаются в доме №72 на улице Джамшида Нахчыванского.

    В связи с этим мы связались с пресс-секретарем ОАО “Азерсу” Анаром Джабраиллы.

    “Перебои в водоснабжении связаны с аварий, произошедшей на магистральной линии. Ведутся ремонтные работы по устранению последствий аварии. Работы завершатся сегодня”, – отметил пресс-секретарь.

  • Bakının bu rayonu niyə susuz qalıb? – “Azərsu” cavab verdi

    Bakının Nizami rayonunun bir hissəsi iki gündür susuz qalıb.

    Rayonun Cəmşid Naxçıvanski küçəsi, 72 saylı binada iki gündür içməli suyun verilişində məhdudiyyətlər yaranıb.

    Susuzluq bayram günlərində su çənləri olmayan sakinlərə çətinlik yaradıb.

    Məsələ ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı Oxu.Az-a bildirib ki, suyun verilişindəki fasilələr xətdə baş vermiş qəza ilə əlaqədardır.

    “Qeyd olunan ünvanda qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı təmir işləri başlayıb və bu gün başa çatdırılacaq”, – deyə o bildirib.

  • Manatın sabaha MƏZƏNNƏSİ

    Yanvarın 8-nə manatın məzənnəsi açıqlanıb.

    Mərkəzi Bankdan verilən məlumata görə, 08.01.2020-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.

    Qeyd edək ki, 2019-cu il yanvarın 7-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.