Month: January 2020

  • Baş nazirdən mühüm QƏRAR

    Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 may tarixli 687 nömrəli fərmanının 5.4-cü bəndində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət xidmətlərinin “KOB indeksi” üzrə qiymətləndirilməsi Qaydasının hazırlanması ilə bağlı tapşırıq verilib.

    Nazirlər Kabinetindən oxu.az-a verilən məlumata görə, qayda dövlət xidmətlərinin mikro, kiçik və orta sahibkarlığa necə təsir etdiyini KOB indeksi üzrə qiymətləndirməyi nəzərdə tutur.

    Bu qayda ilə müəyyən edilir ki:

    – dövlət xidmətinin göstərilməsi ilə qarşıya qoyulmuş məqsədlərə nə qədər nail olunub;

    – dövlət xidmətini tənzimləyən normativ hüquqi aktların tətbiqi zamanı hansı müsbət və ya mənfi nəticələr əldə olunub;

    – sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı əsassız maneələrə səbəb olan hallar nədən ibarətdir;

    – dövlət xidmətini tənzimləyən normativ hüquqi aktların təhlili aparılarkən mövcud boşluqların, ziddiyyətlərin və KOB-a mənfi təsir göstərən digər amillər hansılardır.

    Dövlət xidmətlərinin KOB indeksi üzrə qiymətləndirilməsi zamanı aşağıdakı parametrlər əsas götürülür:

    – dövlət xidmətinin KOB-un inkişafına təsiri;

    – dövlət xidmətinin sadələşdirilməsinin və ya ləğvinin insan həyatına və sağlamlığına, ətraf mühitə, dövlətin iqtisadi maraqlarına təsiri.

    Dövlət orqanları (qurumları) tərəfindən mikro, kiçik və orta sahibkarlara göstərilən dövlət xidmətlərinin “KOB indeksi” üzrə qiymətləndirilməsi:

    – mikro, kiçik və orta sahibkarların fəaliyyətinə təsir edən və mövcud olan maneələrin aşkarlanmasına;

    – KOB subyektlərinin izafi xərclərdən və əlavə vaxt itkisindən azad edilməsinə;

    – daxili bazarın mövcud vəziyyətinin real göstəricilərinin aşkara çıxarılmasına imkan verəcək.

  • Koronavirusla bağlı beynəlxalq fövqəladə vəziyyət elan edilə bilər

    Sabah Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatının koronavirusla bağlı iclası keçiriləcək.

    Median.Az-ın məlumatına görə, iclasda koronavirusun (2019-nCoV) Çində yayılaraq yeni tipli pnevmoniya törətməsilə bağlı beynəlxalq fövqəladə vəziyyət elan edib-etməmək barədə qərar veriləcək.

    “Komitə bu hadisənin beynəlxalq miqyaslı narahatlıq yaradan fövqəladə vəziyyət olub-olmaması ilə bağlı ÜST-nin baş direktoruna tövsiyə təqdim edəcək”, – məlumatda qeyd olunub.

  • ВОЗ созывает заседание чрезвычайного комитета из-за угрозы коронавируса

    Всемирная организация здравоохранения (ВОЗ) созывает заседание чрезвычайного комитета уже в третий раз за неделю из-за угрозы распространения коронавируса 2019-nCoV, сообщает Median.Az со ссылкой на Reuters.

    Комитет планирует оценить, представляет ли новый коронавирус, международную угрозу. 16 независимых экспертов дадут рекомендации генеральному директору ВОЗ относительно того, является ли вспышка вируса ситуация международного масштаба, и каковы рекомендации для ее устранения.

    Чрезвычайный комитет на прошлой неделе уже дважды отказывался объявлять глобальную чрезвычайную ситуацию из-за вируса.

    Третье заседание пройдет в Женеве 30 января.

  • Avstriya Çinə bütün uçuşları dayandırıb

    “Avstriya Hava Yolları” şirkəti (AUA) fevralın 9-dək Çinə olan bütün aviareysləri ləğv edib.

    Median.Az xəbər verir ki, AUA tərkibində olduğu “Lufthansa” konserni ilə birlikdə koronavirusla əlaqədar belə bir qərar qəbul etmək məcburiyyətində qalıb.

    Hazırda Şanxay və Pekin reysləri üzrə səfərdə olan təyyarələr Vyanaya geri qayıtdıqdan sonra Çinə uçuşlar təxirə salınacaq.

  • В Бермудском треугольнике нашли пропавший сто лет назад корабль

    Команда морских археологов нашла в Бермудском треугольнике корабль, пропавший порядка ста лет назад.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом сообщает телеканал Fox News.

    Торговое судно SS Cotopaxi покинуло порт Чарльстона (штат Южная Каролина) 29 ноября 1925 года и направилось к Кубе. Спустя некоторое время корабль исчез вместе со всеми членами экипажа. Поиски SS Cotopaxi легли в основу первой серии сериала “Секреты кораблекрушения” на телеканале Science Channel.

    “Изучение записей страховых агентов SS Cotopaxi помогло установить ранее неизвестные факты: корабль отправлял сигналы о бедствии 1 декабря 1925 года, через два дня после выхода из порта Чарльстона”, — поясняет The Science Channel.

    Эта информация натолкнула исследователей на мысль, что корабль, найденный 35 лет назад у побережья города Сент-Огастин в штате Флорида, и есть SS Cotopaxi.

    “После дискуссий и рассмотрения всех имеющихся доказательств мы пришли к выводу, что нашли последнее пристанище SS Cotopaxi”, — сообщает The Science Channel в официальном заявлении.

    Бермудский треугольник — район на западе Атлантического океана, между Флоридой, Бермудскими островами и Пуэрто-Рико. Считается, что из-за таинственных аномалий там часто пропадают воздушные и морские суда.

  • В Турции вновь произошло землетрясение

    В турецком Мармарисе произошло землетрясение силой 4.5 баллов.

    Информацию распространило Агентство по управлению чрезвычайными ситуациями (AFAD) страны.

    Подземные толчки отмечены сегодня в 16:37 по местному времени (17:37 по бакинскому времени – ред.).

    Эпицентр находился на глубине 35 км.

    Информации о жертвах и разрушениях нет.

  • Azərbaycanda ağır qəza: Avtomobil bir neçə dəfə çevrildi – VİDEO

    Qubada ağır yol-nəqliyyat hadisədi baş verib.

    Median.Az xəbər verir ki, hadisə rayonun Qəçreş kəndinə gedən yolda qeydə alınıb.
    Hadisə zamanı sürücü idarəetməni itirərək “Lada Priora” markalı avtomobili ilə qəzaya düşüb.

    Belə ki, sürət həddinin yüksək, yolun isə buzlu olması səbəbindən avtomobil bir neçə dəfə aşıb və yol kənarındakı nişana dəyərək dayanıb.

    Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.//oxu.az

  • Bakıda azyaşlı uşaqlara enerji içkiləri satılır — VİDEO

    Azərbaycanda uşaqlara enerji içkisi satmaq qadağan olunub. Bu tələb AQTA tərəfindən hazırlanan “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”nda öz əksini tapıb. Paytaxtdakı bəzi marketlər qərarın tətbiqinə başlayıb.

    Məsələnin aktuallığını nəzərə alan ARB TV-nin “Günə doğru” verilişi maraqlı sujet hazırlayıb.

    Osman İsmayılov – Supermarket nümayəndəsi: “Biz 18 yaşına qədər olan uşaq və yeniyetmələrə enerji içkiləri satmırıq. Kassada həmin uşaqdan yaşı soruşulur. Onsuz da xarici görünüşü bildirir. Əgər 18 yaşına çatmayıbsa enerji içkilərini alıb yerinə qoyuruq, kassaya vurmuruq”.

    Şəhərin müxtəlif yerlərində kiçik bir müşahidə apardıq. Müşahidələrimiz onu göstərdi ki, əksər satış obyektləri bu qaydalara əməl etmir. Yaşından asılı olmayaraq, hər bir kəsə enerji içkilərinin satışı davam edir.

    18 yaşı olmayan şəxsə enerji içkisi satan satıcı ilə söhbət:

    Satıcı: “Mən hardan bilim onun 18 yaşı olmayıb?”

    Müxbir: Sifətindən də bilinirdi ki, uşaqdır, bəs niyə satdınız?
    Satıcı: “Bilmirəm. Qanunvericiliyi bilirik ki, 18 yaşından yuxarı şəxslərə satmaq olar. Mən bilməmişəm, təxmin etməmişəm ki, onun 18 yaşdan aşağı yaşı var”.

    Eyyub Hüseynov – AİB sədri: “18 yaşdan aşağı uşaqlara enerji içkilərinin satışı davam edir. Bunun üçün satıcını cərimə gözləyir. Polis bu işə nəzarət edir. Və bütün hallarda elə iş aparmalıdırlar ki, uşaqlar bu içkilərdən uzaq olsunlar”.

    Sakin: “Ziyanı ola bilər, xeyiri ola bilməz. Təbii içkilər hamısından yaxşıdır. Kənd yerlərində yaşayan insanlar uzun illər yaşayıblar, belə enerjili içkilərdən istifadə etməyiblər, amma fiziki cəhətdən də, əqli cəhətdən də hamıdan yüksək olublar”.

    Təəssüf ki, illərdir enerji içkiləri ilə bağlı səslənən mənfi fikirlərə baxmayaraq, indi gənc və yaşlı nəsil, hətta məktəbli uşaqlar arasında da bu içkilərə meyl artmaqdadır.

    Mətanət Cəfərova – Həkim: “Energetik içkilərin tərkibində olan xüsusi maddələr var ki, onların miqdarından çox istifadəsi xüsusən uşaqlarda ani psixozlara, nevroloji pozuntulara, depsresiyalara, yeniyetmələrdə də eyni zamanda səbəb ola bilər”.

    Ona görə də heç kəs 18 yaşı tamam olmayanlara enerji içkisi satmamalıdır. Əks halda qaydaları pozan şəxslər İnzibatı Xətalar Məcəlləsinə uyğun cərimə ediləcəklər.

    Vüqar Səfərli – Hüquqşünas: “İnzibatı Xətalar Məcəlləsində müvafiq olaraq, inzibati tənbeh nəzərdə tutulmuşdur. Bu qaydaları pozan fiziki şəxslər 50 manatdan 100 manata qədər, vəzifəli şəxslər 100 manatdan 200 manata qədər hüquqi şəxslər isə 200 manatdan 400 manata qədər miqdarda cərimə oluna bilərlər”.

    Əgər enerji içkisi kiminsə sağlamlığına ziyan vurarsa, onu istehsal edən, satan şəxslər barəsində cinayət işi də başlanıla bilər.

  • 92-летний россиянин женился на 81-летней возлюбленной и вскоре умер

    В Омске 92-летний вдовец скончался вскоре после свадьбы с 81-летней возлюбленной.

    Об этом сообщает РИА Новости.

    Россиянин оказался самым старшим женихом среди омичей, сыгравших свадьбу в 2019 году. До этого он полтора года был вдовцом после первого брака. Его 81-летняя невеста, по информации, полученной журналистами в управлении ЗАГС Омской области, развелась около десяти лет назад. Они прожили в браке недолго – через несколько месяцев после бракосочетания в январе 2020 года омича не стало.

  • Bakı sakinlərindən TV kanalları barədə sərt sözlər

    BAKU.TV əməkdaşları paytaxt sakinləri arasında televiziya kanalları ilə bağlı sorğu keçirib.

    Median.Az xəbər verir ki, sakinlərə “Televiziyalarımızda nə çatışmır” sualı ünvanlanıb.

    Sakinlərin bu suala cavabı birmənalı olmayıb. Paytaxt sakinləri kanallarda problemlərin çox olduğunu söyləyir.
    “Baxıram, amma türk kanallarına. O da kinodan kinaya”.
    Digər bir sakin isə yalnız xəbər proqramlarından razı qaldığını deyib: “Xəbərlər normaldır. Qalanlarını apar tulla”.

    Ümumilikdə sakinlər daha çox maarifləndirici və mədəniyyətlə bağlı verilişlərin olmasını arzu edir.