Month: January 2020

  • Məzahir Pənahov qeydə alınan deputatlığa namizədlərin sayını açıqladı

    Növbədənkənar parlament seçkilərində iştirak üçün qeydə alınan siyasi partiyaların sayı açıqlanıb.

    Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında məlumat verilib.

    İclasda Vahid Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi qeydə alınıb.

    Beləliklə, seçkilərdə iştirak edəcək siyasi partiyaların sayı 20-ə çatıb.

    MSK sədri Məzahir Pənahov iclasda deyib ki, ümumilikdə 285 nəfər deputatlığa namizəd qeydə alınıb.

    Qeyd edək ki, fevralın 9-da Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək.

  • Приехавший на каникулы из столицы домой студент скончался от угарного газа

    Приехавший на зимние каникулы погостить домой в Гянджу из Баку студент погиб в результате отравления угарным газом.

    По сообщению Qafqazinfo, трагедия произошла в гянджинском поселке Гюлюстан. Обучающийся в Баку житель Кельбаджарского района Турал Мамедов (1998 года рождения) задохнулся от угарного газа во время купания в доме своей бабушки.

    Несмотря на то, что студент был госпитализирован, медикам не удалось сохранить ему жизнь.

    По факту ведется разбирательство.

  • Dəm qazı daha bir can aldı: Bayram tətilinə gedən tələbə öldü

    Bakıdan Gəncəyə bayram tətilinə gedən tələbə dəm qazından boğularaq ölüb.

    Qafqazinfo-nun xəbərinə görə, hadisə Gəncənin Gülüstan qəsəbəsində baş verib. Kəlbəcər rayon sakini, Bakıda təhsil alan tələbə, 1998-ci il təvəllüdlü Məmmədov Tural Uğur oğlu nənəsinin yaşadığı evdə hamamda çimərkən dəm qazından boğulub.

    T.Məmmədov xəstəxanaya çatdırılsa da, onun öldüyü məlum olub.

    Faktla bağlı araçdırma aparılır.

  • Рагим Рагимли уволен с должности руководителя телеканала

    Певец Рагим Рагимли уволен с должности директора телеканала MTV Azerbaijan.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, в течение некоторого времени певец не выходит на работу.

    Последние две недели вместо него обязанности директора MTV Azerbaijan исполняет бывший вице-президент АТВ Гасан Абдуллаев.

    В ближайшие дни телеканал продолжит свою деятельность в новом здании, расположенном в районе станции метро “20 Января”,

    Напомним, что Р.Рагимли был назначен директором канала в июне 2018 года.

    Г.Абдуллаев ранее занимал должность генерального продюсера ЗАО “Азербайджанское телевидение и радиовещание” и замгендиректора Общественного телеканала.

  • Бешеная собака покусала шесть жителей Гаха

    В Гахе собака напала на людей.

    По сообщению Report, сегодня утром в Гахе шесть случайных прохожих подверглись нападению дворняги, предположительно, страдающей бешенством.

    Покусанными оказались местные жители: Расул Мурсалов (1971 года рождения), Эльдар Алиев (1964 г.р.), Шабан Ганиев (1983 г.р.), Айсун Азмамедли (2002 г.р.) и еще два человека.

    Пострадавшим в Гахской центральной районной больнице были сделаны прививки против бешенства.

    Сообщается, что напавшая на людей собака скрылась в неизвестном направлении.

  • Rəhim Rəhimli telekanal rəhbərliyindən çıxarıldı

    “MTV Azərbaycan” televiziyasının direktoru müğənni Rəhim Rəhimli işdən çıxarılıb.

    Axşam.az xəbər verir ki, artıq bir neçə müddətdir müğənni işə çıxmır. Onun yerinə ATV-nin keçmiş vitse-prezidenti Həsən Abdullayev gətirilib. Həsən Abdullayev iki həftəyə yaxındır ki, direktor kimi vəzifəsini icra edir.

    Televiziya yaxın günlərdə “20 Yanvar” ərazisində yerləşən yeni binada fəaliyyətə başlayacaq.

    Xatırladaq ki, Rəhim Rəhimli 2018-ci ilin iyunundan kanala direktor təyin edilib.

    Həsən Abdullayev Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin baş prodüseri və İTV-nin baş direktorun müavini vəzifələrində çalışıb.

  • Qaxda sahibsiz it sakinlərə hücum etdi: 6 yaralı

    Qaxda sahibsiz it sakinlərə hücum edib.

    Report xəbər verir ki, bu gün səhər saatlarında Qax şəhəri ərazisində quduz olduğu ehtimal olunan sahibsiz it qarşısına çıxan 6 nəfərə hücum edib.

    Nəticədə Qax sakinləri – 1971-ci il təvəllüdlü Rəsul Saleh oğlu Mürsəlov, 1964-cü il təvəllüdlü Eldar Məhərrəm oğlu Əliyev, 1983-cü il təvəllüdlü Şaban Adışirin oğlu Qəniyev, 2002-ci il təvəllüdlü Aysun Müşviq qızı Əzməmmədli və daha 2 nəfər xəsarət alıblar.

    İt dişləməsi diaqnozu ilə Qax rayon Mərkəzi Xəstəxanasına daxil olan 6 nəfər quduzluq əleyhinə peyvənd olunub.

    Məlumata görə, quduz olduğu ehtimal edilən it sakinlərə hücum etdikdən sonra naməlum istiqamətə gedib.

  • Süleymanini anma mərasimi keçirilir – FOTO

    Bağdad hava limanında ABŞ aviasiyasının raket zərbələri nəticəsində öldürülən SEPAH-ın “Əl Qüds” bölməsinin komandanı, general Qasım Süleymani ilə “Haşdi Şabi” komandirinin müavini Əbu Mehdi əl-Mühəndisin anım mərasimi keçirilir.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, anım mərasimi İraqın Kazımeyn şəhərindədir.

    İranın Bağdaddakı səfiri İrec Məscidi bundan əvvəl demişdi ki, anım mərasimi Kazımeyndən sonra Bağdadda baş tutacaq.

    Qeyd edək ki, Bağdaddakı mərasimdən sonra cənazə Tehrana aparılacaq. Tehran Universitetində bazar günü İranın Ali rəhbəri Əli Xameneinin də iştirak edəcəyi ikinci vida mərasimi keçiriləcək.

    Bundan sonra cənazə Süleymaninin doğma şəhəri Kirmana dəfn üçün aparılacaq.

  • Ərdoğan Azərbaycanla bağlı sənədi təsdiqlədi

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla iqtisadi əməkdaşlığı özündə ehtiva edən protokolu təsdiqləyib.

    Median.Az-ın oxu.az-a istinadən xəbərinə görə, R.T.Ərdoğanın təsdiq etdiyi sənəd Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının protokoludur.

    Qeyd edək ki, 2019-cu ilin sentyabrın 16-da Bakıda Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclası keçirilib.

    İclasda Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsinə müsbət təsir göstərəcəyinə əminlik ifadə edilib.

    Həmçinin, Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair müzakirələrin nəticəsi olaraq, iclasın protokoluna əlavə kimi tərtib edilmiş Fəaliyyət Planı da qəbul edilib.

    Qeyd edək ki, protokolu Azərbaycanın həmin dövrdə Baş naziri olan Novruz Məmmədov (artıq keçmiş Baş nazir) və Türkiyənin vitse-prezidenti Fuat Oktay imzalamışdılar.

  • Azərbaycana qonaq gələn Rusiya vətəndaşları Qusarda qəzaya düşdü

    Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Report xəbər verir ki, Azərbaycan əsilli Rusiya Federasiyası vətəndaşları qonaq gələrkən “Toyota Corolla” markalı avtomobil yolda aşıb.

    Avtomobildə olan ailə üzvləri Qusar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onların yüngül xəsarətlər aldıqları məlum olub. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

    Hadisəyə yolun qarlı hava şəraiti və yolun sürüşkənliyinin səbəb olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.