Month: January 2020

  • Hərbi mənbədən təhlükəli AÇIQLAMA: “Top” Tehrandadır, cavablarını gözləyirik

    ABŞ Prezidenti Donald Tramp İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Əl-Qüds” bölməsinin komandanı Qasım Süleymaninin öldürülməsi əmrini iki ay öncədən verə bilərdi.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, bu barədə “Politico” nəşri Pentaqonun yüksək rütbəli əməkdaşına istinadən yazıb.

    Nəşr son iki ayda ABŞ-ın İraqdakı bazalarına raket zərbələrinin çoxaldığına diqqət çəkib.

    Qeyd olunub ki, Prezident Tramp məhz buna görə Pentaqona Q.Süleymaninin tez bir zamanda öldürülməsi də daxil olmaqla geniş fəaliyyət azadlığı verib.

    Hərbi səlahiyyətli şəxslərdən biri deyib ki, Yeni il tətilindən öncə onlara Q.Süleymaninin öldürülməsi ilə bağlı icazə verilib.

    Bununla belə o, müvafiq əmrin konkret nə zaman verildiyini dəqiqləşdirməyib.

    Mənbə İranın mümkün cavab tədbirləri barədə də danışıb. O bildirib ki, hazırda “top” Tehran tərəfindədir.

    “Biz onların cavabını gözləyirik”,-deyə mənbə əlavə edib.

    Qeyd edək ki, Pentaqon yanvarın 3-də Bağdad hava limanının yaxınlığında Q.Süleymaninin raket zərbəsi ilə öldürüldüyünü bəyan edib.

    ABŞ Müdafiə Nazirliyi əmrin Donald Tramp tərəfindən verildiyini və Konqresə əvvəlcədən xəbərdar edilmədiyini bildirib.

  • BDYPİ bu şəxslərə müraciət etdi: Bərpası mümkün olmayan fəsadlara yol açıla bilər

    Sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən şəxslər ağır qəzalara yol açır.

    Bu barədə oxu.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

    Məlumatda, son günlər sürücülük hüququ olmadan nəqliyyat vasitələrinin idarə edilməsi hallarının artması ilə əlaqədar sürücülərə müraciət edilib.

    Bildirilib ki, nəqliyyat vasitələri sahiblərinin etibarından sui istifadə edən bəzi gənclərimiz sürücülük hüququ olmadan nəqliyyat vasitələrini idarə etməyə cəhd göstərirlər. Bəzi hallarda isə avtomobil sahibləri öz nəqliyyat vasitələrini bilərəkdən idarə etmək üçün sürücülük hüququ olmayan yaxınlarına verirlər.

    Belə şəxslər isə nəticədə sürücülük vərdişləri və təcrübəsi olmadığından, habelə yol hərəkəti sahəsində qanunvericiliyin tələblərini bilmədiklərinə görə ağır nəticəli yol nəqliyyat hadisəsi törədir, insanların həlak olmasına və xəsarət almalarına səbəb olurlar.

    Baş Dövlət Yol Polisi İdarəsi bir daha avtomobil sahibi olan vətəndaşlarımızın nəzərinə çatdırır ki, avtomobilinizi idarə etmək üçün sürücülük hüququ olan tanıdığınız, məsuliyyətli, peşəkar insanlara etibar edin. Unutmayın ki, etinasız yanaşdığımız bir hal sonradan bərpası mümkün olmayan fəsadlara yol aça bilər.

  • Ruhani Süleymaninin ailəsinə baş çəkdi

    İran Prezidenti Həsən Ruhani İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” bölməsinin öldürülən komandanı Qasım Süleymaninin ailəsini ziyarət edib.

    Bu barədə oxu.az İran KİV-nə istinadən xəbər verir.

    Qasım Süleymani ABŞ-ın həyata keçirdiyi hava zərbəsi nəticəsində Bağdad aeroportuna həlak olub. Onunla birlikdə İraqın “Əl-Xaşd əş-Şaabi” şiə könüllülərinin bir sıra liderləri də öldürülüb, 12 hərbçi yaralanıb.

    Pentaqon bildirib ki, bu zərbə İranı gələcək hücum planlarından çəkindirmək məqsədi daşıyır.

    İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi ölkədə üç günlük matəm elan edib.

    Əli Xamneyi, həmçinin general İsmayil Kiyanini SEPAH-ın “Qüds” bölməsinin komandanı təyin edib.

  • Onlar ilk dəfə Milli Məclis qarşısında hesabat verəcəklər – SİYAHI

    Bu il Nazirlər Kabinetinin, İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə təqdim olunacaq.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, Nazirlər Kabineti hər il fəaliyyəti haqqında Milli Məclisin yaz sessiyasında parlamentə hesabat verir.

    Hesablama Palatası isə öz işi barədə Milli Məclisə iki dəfə (yaz sessiyasında – aprelin 15-dən gec olmayaraq) və payız sessiyasında – oktyabrın 15-dən gec olmayaraq hesabat verir.

    İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında Konstitusiya qanununa görə, cari il bitdikdən sonra 2 aydan gec olmayaraq Müvəkkil ölkədə insan hüquqlarının qorunması haqqında Prezidentə illik məruzəni təqdim edir. Həmin məruzə ilə Milli Məclis qarşısında çıxış edir.

    Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatını Baş nazir Əli Əsədov təqdim edəcək. Bu, Baş nazir kimi onun parlament qarşısında ilk hesabatı olacaq.

    Ombudsman Səbinə Əliyeva da bu vəzifədə ilk hesabatı parlamentə təqdim edəcək.

    Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatordur. O da Milli Koordinator kimi ilk hesabatını təqdim edəcək.

    Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini isə Ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edir.

    Bu ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.

    Milli Məclisin Daxili Nizamnaməsində yeni seçilmiş Milli Məclisin ilk iclasının keçirilməsi vaxtının təyin edilməsi ilə bağlı müddəalar yer alıb.

    Milli Məclisin 83 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra Milli Məclisin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır.

  • Какие преступления чаще всего совершают женщины в Азербайджане? – СТАТИСТИКА

    В Азербайджане женщины чаще всего совершают такие виды преступлений, как мошенничество и воровство.

    Как сообщает Trend, хотя в 2000 году количество совершивших преступления в Азербайджане женщин превысило число преступниц в 2018 году, тем не менее, 20 лет назад мошенничеством в стране промышляла 91 женщина, тогда как год назад – 151.

    За отчетный период также выросло количество воровок. Так, если в 2000 годов кражи совершили 89 женщин, то в 2018 году их количество увеличилось до 135.

    Кроме того, за последние годы выросло и число водительниц, нарушающих правила дорожного движения и эксплуатации дорожно-транспортных средств. Если в 2010 году подобные правонарушения совершили четыре женщины, то в 2018 году уже 40.

    Между тем, уменьшилось количество совершенных женщинами преступлений, связанных с наркотиками и фактами хулиганства. В 2010 связанные с наркотиками преступления совершили 186 женщин и с хулиганством – 122 представительницы прекрасного пола. В 2018 году число преступниц составило, соответственно, 43 и 45 человек.

    В 2018 году количество женщин, совершивших преступления, превысили показатели 2017 года – 1022 против 963, соответственно.

    Для сравнения, в 2005 году в Азербайджане противозаконные действия совершили 2520, а в 2010 году – 2318 женщин.

  • Azərbaycanda qadınlar daha çox hansı cinayətləri törədib? – DƏHŞƏTLİ STATİSTİKA

    Azərbaycanda qadınlar daha çox dələduzluq, oğurluq kimi cinayət əməlləri törədirlər.

    Trend-in məlumatına görə, 2000-ci ildə Azərbaycanda cinayət törədən qadınların sayı 2018-ci ilə nisbətən çox olsa da, dələduzluq edənlərin sayı az olub. 2000-ci ildə 91, 2018-ci ildə isə 151 qadın dələduzluq edib.

    Ötən müddətdə oğurluq edən qadınların da sayı artıb. 2000-ci ildə 89 qadın oğurluq kimi cinayət əməli törətdiyi halda, 2018-ci ildə onların sayı 135-ə yüksəlib.

    Bundan başqa, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan qadınların da sayı çoxalıb. 2010-cu ildə 4, 2018-ci ildə isə 40 qadın bu cür cinayət əməli törədib.

    Ötən müddətdə qadınların narkotik vasitələrin təsiri ilə cinayət törətməsi, eyni zamanda xuliqanlıq etməsi halları azalıb. 2010-cu ildə narkotik vasitələrin təsiri ilə 186, 2018-ci ildə 43 qadın cinayət törədib. 2010-cu ildə 122 qadın xuliqanlıq törətdiyi halda, 2018-ci ildə onların sayı azalaraq 45-ə enib.

    Ümumilikdə cinayət törədən qadınların sayına gəldikdə, Azərbaycanda 2018-ci ildə cinayət törətmiş qadınların sayı əvvəlki illə müqayisədə artıb. 2018-ci ildə ölkədə 1 022 qadın cinayət törədib ki, bu göstərici 2017-ci ildə 963 olub.

    Cinayət törətmiş qadınların sayı 2005 və 2010-cu illərdə daha yüksək olub.

    2000-ci ildə cinayət törətmiş qadınların sayı 1 180 olduğu halda, 2005-ci ildə onların sayı daha da çoxalaraq 2 520-ə yüksəlib.

    2010-cu ildə cinayət törədən qadınların sayı 2005-ci illə müqayisədə nisbətən azalsa da, göstərici yenə yüksək olub. Həmin ildə 2 318 qadın cinayət törədib.

    2015-ci ildə cinayət törədən qadınların sayı 1 128-ə, 2016-cı ildə 1 036-a enib.

  • Совершивший аварию в Баку водитель скрылся с места происшествия – ВИДЕО

    Автомобильная камера зафиксировала произошедшее на улице Физули в Баку дорожно-транспортное происшествие.

    Как сообщает Median.Az, водитель автомобиля, подрезавшего едущую впереди в том же направлении машину, сбежал с места ДТП.

    Владелец автомобиля марки Opel с государственными номерами 99-NS-805, обгоняя едущую впереди машину, неожиданно решил перестроиться с левой части дороги на правую. В результате неудачного маневра произошло столкновение машин.

    Пока пострадавший водитель второй машины парковался у обочины дороги и вышел, чтобы выяснить причины происшедшего, владелец Opel скрылся с места ДТП.//oxu.az

  • Bakıda sürücü qəza törədib hadisə yerindən qaçdı – ANBAAN VİDEO

    Bakıda qəza törədib hadisə yerindən yayınan sürücünün görüntüsü qeydə alınıb.

    Median.Az xəbər verir ki, hadisə Füzuli küçəsində baş verib.

    Həmin küçədəki yolun sol zolağında hərəkətdə olan 99-NS-805 qeydiyyat nişanlı “Opel” markalı avtomobilin sürücüsü sağa qəfil manevr edərək həmin zolaqda olan avtomobili vurub.

    Sürücü dayanıb avtomobildən düşənə kimi, “Opel” markalı avtomobilin sürücüsü hərəkətə başlayaraq hadisə yerindən qaçıb.//oxu.az

  • Решена полувековая загадка появления жизни

    Ученые Вашингтонского университета в США решили полувековую загадку дефицита фосфатов, которые были необходимы для появления первых живых организмов, но концентрация которых была слишком мала в древних водоемах. Об этом сообщается в пресс-релизе на EurekAlert!.

    Специалисты изучили богатые карбонатом озера, которые образуются в засушливых условиях в понижениях рельефа, заполняемых водой с окрестных территорий. Из-за высокой скорости испарения в озере концентрируются соленые щелочные растворы. Такие водоемы называются содовыми. Исследователи определили содержание фосфора в таких озерах, в том числе озере Моно в Калифорнии, Магади в Кении и Лонар в Индии.

    Оказалось, что в водоемах, богатых карбонатом, содержание фосфора было в 50 тысяч раз выше, чем в морской воде, реках и других типах озер. Это указывает на существование общего механизма, способствующего накоплению важного для жизни химического элемента. Выяснилось, что карбонаты преимущественно связываются с кальцием, оставляя фосфор в свободном доступе в воде.

    В древности чрезвычайный уровень фосфатов в водоеме привел к химическим реакциям, в результате которых возникли компоненты РНК, белки, жиры и другие важные для жизни соединения. Богатая углекислым газом атмосфера ранней Земли (около четырех миллиардов лет назад) была идеальной для формирования таких озер и способствовала достижению в них максимального уровня фосфора.

  • Həyatın yaranmasının yarım əsrlik sirri açıldı

    Vaşinqton Universitetinin (ABŞ) alimləri fosfat çatışmazlığının yarım əsrlik sirrini açıblar. Belə ki, fosfat ilk canlı orqanizmlərin yaranması üçün zəruri olsa da, konsentrasiyası qədim su hövzələrində olduqca az idi.

    Bu barədə “EurekAlert!” portalında yerləşdirilmiş press-relizdə deyilir.

    Mütəxəssislər quraqlıq şəraitində ətraf mühitdəki suyun çökmüş relyeflərə axması nəticəsində yaranan karbonatla zəngin gölləri öyrəniblər. Yüksək buxarlanma səbəbindən göldə duzlu qələvi qarışıqların miqdarı artır. Belələrini sodalı hövzələr adlandırırlar. Tədqiqatçılar Kaliforniyadakı Mono, Keniyadakı Maqadi və Hindistandakı Lonar da daxil olmaqla, belə göllərdə fosforun miqdarını müəyyən ediblər.

    Məlum olub ki, karbonatla zəngin olan su hövzələrində fosforun miqdarı dəniz suyu, çaylar və digər göllərdən 50 min dəfə yüksəkdir. Bu, həyat üçün vacib olan kimyəvi elementin toplanmasına kömək edən ümumi mexanizmin mövcudluğunu göstərir. Aydın olub ki, karbonatlar fosforu suda sərbəst halda saxlayaraq, əsasən kalsiumla birləşmə yaradır.

    Qədim zamanlarda su hövzəsində fosfatların fövqəladə səviyyəsi kimyəvi reaksiyalara gətirib çıxarıb ki, bunun da nəticəsində RNT komponentləri, zülallar, yağlar və həyat üçün vacib olan digər birləşmələr yaranıb. Erkən Yerin karbon qazı ilə zəngin atmosferi (təxminən dörd milyard il əvvəl) bu göllərin formalaşması üçün ideal idi və onlarda fosforun maksimum səviyyəsinə nail olmağa kömək edib.