Month: January 2020

  • Şəmkirdə 28 yaşlı gənc bıçaqlandı

    Şəmkirdə yerli sakin bıçaqlanıb.
    Median.Az
    -ın report-a istinadən verdiyi məlumatına görə, rayon sakini, 1992-ci il təvəllüdlü Əli Rəsilov bıçaqlanaraq xəsarət alıb.

    O, xəstəxanaya aparılıb. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirlir.
    Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi hələ ki, məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Qoşulub qaçan qudalar danışdı: “Bir-birimizi çox sevirik”

    Ağdaş rayonunda qohum olmağa hazırlaşan qudalar qoşulub qaçıblar.

    Report xəbər verir ki, hadisə rayonun Kükəl kəndində qeydə alınıb.

    Belə ki, rayonun Ərəb kəndində məskunlaşan, Şuşa rayonundan olan məcburi köçkün, 1975-ci il təvəllüdlü Rizvan Nizami oğlu Əliyev qızının nişanlısının anası, rayonun Kükəl kənd sakini, 1970-ci il təvəllüdlü Yaqut İsmət qızı Ömərova ilə birlikdə evlənmək məqsədi ilə qaçıblar.

    Məlumata görə, R.Əliyevin arvadı qızı ilə bir ildir ki, nişanlı olan kürəkəninin anası Y.Ömərovadan onun ərinə sevgi mesajlarının gəldiyini görüb. Daha sonra ərini izləyib. Məlum olub ki, kürəkəninin anası R.Əliyev qudası Y.Ömərova ilə tez-tez görüşürlərmiş. Bu hadisədən sonra yanvarın 28-də qudalar arasında mübahisə yaranıb və mart ayında toyları planlaşdırılan nişanlı cütlük ayrılıb. Yanvarın 29-da isə qızın atası oğlanın anası ilə birlikdə qaçıb.

    Rayonun Kükəl kənd bələdiyyəsinin sədri İttifaq Şərifov “Report”a bildirib ki, qudaların əvvəllər bir-biri ilə əlaqələri olub: “Bütün kənd şokdadır, olan nişanlı gənclərə oldu. Onlar gərək belə bir addım atamayaydılar. Bildiyimə görə, hər iki tərəfin yaxınları Ağdaş Rayon Polis Şöbəsinə müraciət ediblər”.

    “Report”un Yuxarı Şirvan bürosunun müxbiri kürəkəninin anasını qaçıran R.Əliyevlə əlaqə saxlayıb.

    R.Əliyev bildirib ki, onlar bir-birilərini sevdiyi üçün qaçıblar: “Biz övladlarımızın ailə qurmasını istəmirdik. Çünki mən Yaqutu sevirəm, o da məni sevir. Bizi axtramağa ehtiyac yoxdur. Bundan kimə nə?!”

  • Эти дороги заледенеют – ПРЕДУПРЕЖДЕНИЕ

    Интенсивный снегопад, начавшийся в горных районах Азербайджана со вчерашнего вечера, может создать проблемы на части Ахсуинского перевала трассы Баку-Шамахы-Евлах и дороге Муганлы-Исмаиллы.

    Как сообщает Median.Az со ссылкой на Trend, для очистки этих дорог с ночи привлечена снегоуборочна техника и живая сила. Проезжая часть осыпана солью и песком. Обеспечено движение автомобилей. В настоящее время движение в обоих направлениях открыто.

    Вместе с тем, водителям рекомендуется быть осторожными в случае продолжения снегопада в ночные часы.

  • Gürcüstanda uşaqlar arasında virus tüğyan edir – Hər gün azı 100 xəstə

    Son vaxtlarda “donuz qripi”ndən qonşu ölkədə 2 nəfər ölüb. Hər iki halda insanlarda xroniki xəstəliklərin olduğu və onların qrip əleyhinə peyvənd edilmədikləri qeyd olunur.

    Median.Az “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, M.İaşvili adına mərkəzi uşaq xəstəxanasına vurislu infeksiyalarla yoluxanların müraciəti artıb, sutka ərzində buraya azı 100 xəstə daxil olur.

    Klinikadan qeyd olunub ki, hazırkı mərhələdə əsasən B tipli virus daha çox yayılıb. O, A tipinə nisbətən daha yüngül keçirilir:

    “Dekabrın birinci yarısından etibarən virus infeksiyalarına yoluxanların müraciəti xeyli artıb. Əsasən, laborator müayinələr B tipli virusu aşkarlayır. Biz bütün pasiyentlərə kömək etmək üçün maksimal səy göstəririk, buna da hazırıq. Yerlərimiz də yetərincədir”.
    Gürcüstan İctimai Sağlamlıq və Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına görə, hazırda qrip və qripə bənzər xəstəliklərə yoluxma göstəricisi 100 min nəfərə 312 haldır. Ötən il bu göstərici 100 min nəfərə 277 hal idi.

    Yüz min nəfərə 450-500 virusa yoluxma halı qeydə alınanda bu, artıq epidemiya sayılır.

    Ötən ilin dekabr-yanvar aylarında Gürcüstanda “donuz qripi” – H1N1 virusu tüğyan edirdi. Həmin virusdan 22 nəfər dünyasını dəyişib.

    Son vaxtlarda “donuz qripi”ndən qonşu ölkədə 2 nəfər ölüb. Hər iki halda insanlarda xroniki xəstəliklərin olduğu və onların qrip əleyhinə peyvənd edilmədikləri qeyd olunur.

  • Bu tədris ili üzrə 8 mindən çox müəllim işə qəbul olunub

    2019-2020-ci tədris ili üzrə 8 mindən çox müəllim işə qəbul olunub.

    Median.Az xəbər verir ki, onlardan 3260 nəfəri müddətsiz, 5614 nəfəri isə müddətli müqavilə əsasında işlə təmin olunub.
    Müddətsiz müqavilə əsasında işə qəbul olunan müəllimlərdən 973 nəfər həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə, 2287 nəfər isə həvəsləndirmə tədbirləri tətbiq edilən məktəblərdə işə başlayıb.

    Xatırladaq ki, ötən il ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayanların hər 4 nəfərindən biri və ya 25 faizi müəllimlik ixtisasını seçib.

  • Высший Совет Национальной Безопасности Ирана сделал заявление

    Высший Совет Национальной Безопасности Ирана сделал заявление в связи со смертью генерала Касема Сулеймани.

    В заявлении говорится, что США не смогут избавиться от неверных результатов своих действий, передает Trend со ссылкой на IRNA.

    В заявлении отмечается, что, хотя смерть Сулеймани является большой потерей для иранского народа, его место займут другие.

    Высший Совет Национальной Безопасности добавил, что изучил вопросы, связанные со смертью Касема Сулеймани и принял необходимые решения.

    Напомним, что третьего января в результате авиаударов по Багдадскому аэропорту погиб руководитель спецподразделения «Кудс» Корпуса стражей исламской революции генерал Касем Сулеймани. Ответственность за гибель генерала взял на себя Пентагон. Отмечается, что целью операции было пресечение возможных в будущем атак со стороны Ирана.

  • Qasım Süleymani ilə birlikdə ölənlərin kimliyi bilindi

    Yanvarın 3-də Bağdad hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun “Qüds” xüsusi qüvvələrinin rəhbəri, general Qasım Süleymani ilə birlikdə İran ordusunun daha 4 zabiti ölüb.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Qüds” xüsusi hərbi birləşməsi məlumat yayıb.

    Bildirilib ki, ölən hərbçilər briqada generalı Hüseyn Cəfərinian, polkovnik Şahrud Müzəffərinian, mayor Hadi Tarimi, kapitan Vahid Zamaniandır. İran rəhbərliyi ən qısa zamanda ölən hərbçilərin intiqamının alınacağını bəyan edib.

  • Rusiya vətəndaşı azərbaycanlını qanunsuz qeydiyyata aldığı üçün cəzalanacaq

    Rusiya Federasiyasının Velikolukskiy rayon sakini Azərbaycan Respublikası vətəndaşını İvanovo kəndindəki bir evdə qeyri-qanuni qeydiyyata almaqda şübhəli bilinir.

    Rusiyanın Pskov vilayətindəki Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə 1961-ci il təvəllüdlü bu qadın dekabrın 2-də azərbaycanlını qeydiyyata alıb.

    Məlumatda deyilir:

    “Vətəndaş əvvəllər məhkum edilməyib. Hərəkəti haqqında səmimi etiraf edib. Hazırda polis bu faktla bağlı yoxlama aparır”.

  • Жители Ирана жгут американские флаги после убийства Сулеймани –ВИДЕО

    В Тегеране проходит митинг в знак протеста против операции США, в ходе которой был убит военный генерал Касем Сулеймани.

    Люди на улицах жгут американские флаги, сообщает Рен ТВ со ссылкой на The Sun.

    Официальные власти уже пообещали отомстить Вашингтону за убийство Сулеймани.

    Ранее сообщалось, что Пентагон подтвердил информацию об ударе в Багдаде и гибели генерала. Там также заявили, что удар был нанесен по указу Дональда Трампа.

  • İranın Ali Milli Tәhlükәsizlik Şurası BƏYANAT VERDİ

    İranın Ali Milli Tәhlükәsizlik Şurası general Qasim Süleymaninin ölümü ilә әlaqәdar bәyanat verib.

    Bәyanatda bildirilir ki, ABŞ bu hәrәkәtinin yanlış nәticәlәrindәn xilas ola bilmәyәcәk. Bu barәdә Trend İRNA-ya istinadәn mәlumat verib.

    Bәyanatda qeyd olunur ki, general Süleymaninin ölümü İran xalqı üçün böyük itki olsa da, onun yerini başqaları tutacaqdır.

    Bәyanatda әlavә olunur ki, İranın Ali Milli Tәhlükәsizlik Şurası Qasim Süleymaninin ölümü ilә әlaqәdar mәsәlәlәri araşdırıb vә lazımi qәrarları verib.

    Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

    Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.