Month: January 2020

  • Bakı sakinindən marixuana və tramadol götürülüb

    Bakı sakinindən marixuana və tramadol götürülüb

    Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Qeyd edilir ki, metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini E.Rəhimovdan narkotik vasitə olan marixuana və 15 ədəd tramadol aşkar edilərək götürülüb.

  • Bakıda piyadanı avtomobil vuraraq qaçıb

    Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

    APA xəbər verir ki, hadisə Qaçaq Nəbi küçəsi 4 ünvanında baş verib.

    45 yaşlı kşi yaşadığı ünvandan çıxarkən onu minik avtomobili vurub. Hadisəni törədən sürücü məsuliyyətdən yayınmaq üçün ərazidən uzaqlaşıb. Xəsarət alan piyada ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

  • Tramp: “İraq xalqı İran tərəfindən idarə olunmaq istəmir”

    “İraq xalqı İran tərəfindən dominantlıq və idarə olunmaq istəmir”.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Twitter”də bildirib.

    “ABŞ illər ərzində İraqa milyardlarla dollar ödəyib. Bu, onlar üçün etdiklərimiz arasında ən üst yerdə dayanır. İraq xalqı İran tərəfindən dominantlıq və idarə olunmaq istəmir, lakin nəticədə bu, onların seçimidir. Son 15 ildə İran İraq üzərində getdikcə daha çox nəzarəti ələ alıb və İraq xalqı bundan məmnun deyil. Bu, heç vaxt yaxşı bitməyəcək!”, – deyə ABŞ Prezidenti qeyd edib.

  • Среднемесячная сумма ипотеки в Азербайджане побила исторический рекорд по стране

    На конец ноября 2019 года банками Азербайджана выдано ипотечных кредитов на сумму 31 миллион манатов, что на полмиллиона больше показателя аналогичного периода 2018 года.

    Как передает Median.Az, об этом сообщает Trend со ссылкой на ноябрьский отчет Центрального банка страны.

    Всего же за первые 11 месяцев 2019 года банками Азербайджана было выдано ипотечных кредитов на 158,6 миллиона манатов, что на 34,5 процента меньше показателя аналогичного периода 2018 года.

    Согласно данным отчета, в ноябре 2019 года объем рефинансирования кредитов, выданных банками, составил 7,5 миллиона манатов. За первые же 11 месяцев он составил 215,2 миллиона манатов.

    Среднемесячная сумма кредитов, выданных уполномоченными банками фонда, составила в ноябре 50 632 маната (в ноябре 2018 года этот показатель составил 48 704 маната), что является самым высоким показателем за все время действия в стране ипотечного фонда. Средний срок погашения кредита составил 281 месяц, не изменившись относительно показателя за ноябрь 2018 года. Среднегодовая процентная ставка – 6,44 процента (6,56 процента годом ранее), среднемесячная выплата – 354,4 маната (344,7 маната).

  • Balakəndə 200 kq xurma yanıb

    Balakəndə yanğın hadisəsi baş verib.

    APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonunun Qullar kəndində ümumi sahəsi 12 m² olan taxta konstruksiyalardan ibarət köməkçi tikili və içərisində 200 kq qurudulmuş xurma yanıb.

    Yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Ukrayna prezidentinin gəlirləri açıqlanıb

    Ukrayna prezidenti Vladimir Zelenskinin gəlirləri açıqlanıb.

    Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

    Ukraynanın Korrupsiyaya qarşı Fəaliyyət üzrə Milli Agentliyinin saytında dərc edilmiş məlumata görə, onun “Kvartal 95” studiyasından gəliri 210 min dollardan çox olub.

    Yanvarın 3-də açıqlanan gəlir bəyannaməsinə əsasən Zelenski 2019-cu il dekabrın sonunda “Kvartal 95” studiyasından 4,8 milyon qrivna (205,9 min dollar) məbləğində lisenziya ödənişi, həmçinin ticarət markasından istifadə üçün 104 min qrivna (4,3 min dollar) kompensasiya alıb.

    Qeyd edək ki, “Kvartal 95” studiyası filmlər, seriallar, həmçinin yumoristik verilişlər hazırlayır.

    Daha əvvəl “Kvartal 95” studiyasının banisi olan Ukrayna prezidenti bildirib ki, dövlət başçısı postuna seçilməsi ilə əlaqədar biznesdən uzaqlaşıb.

  • İranın Azərbaycandakı səfirliyində bayraq endirilib

    İranın Azərbaycandakı səfirliyində bayraq yarıya qədər endirilib.

    Median.Az xəbər verir ki, bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyinin Mətbuat xidmətindən məlumat verilib.
    Bildirilib ki, Qasım Süleymaninin ölümü ilə əlaqədar səfirlikdə bayraq yarıya qədər endirilib.

    Qeyd edək ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri, general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb. İranın Ali lideri ayətullah Seyid Əli Xamenei general Qasım Süleymaninin ölümü münasibətilə ölkədə 3 gün matəm elan edib.

  • Fransa da təşvişə düşdü, Azərbaycandakı vətəndaşlarına xəbərdarlıq etdi

    Fransa səfirliyi Azərbaycandakı vətəndaşlarına xəbərdarlıq edib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfirliyindən məlumat verilib:

    “İraqda baş verən son hadisələrdən sonra Fransa səfirliyi Azərbaycanda yaşayan və bu ölkədə səyahətdə olan fransızları yüksək sayıqlıq göstərməyə çağırır”.

  • Посольство Франции обратилось к граждан страны в Азербайджане

    Посольство Франции предупредило граждан страны в Азербайджане.

    Как сообщает Median.Az со ссылкой наа АПА, об этом говорится в сообщении на официальной странице «Facebook» посольства Франции в Азербайджане.

    «После последних событий, произошедших в Ираке, посольство Франции призывает проявить высокую бдительность французов, проживающих в Азербайджане и приехавших в качестве туристов в эту страну», – говорится в сообщении.

  • İranın Ali Milli Tәhlükәsizlik Şurasından Süleymani ilə bağlı BƏYANAT

    İranın Milli Təhlükəsizlik üzrə Ali Şurası ABŞ-dan uyğun bir zamanda və yerdə qisas alacağını açıqlayıb.

    Ali Şura İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymaninin ABŞ hava hücumu nəticəsində öldürülməsi ilə əlaqədar çox sərt açıqlama verib.

    Açıqlamada “ABŞ cəzalanacaq, İranın qisası ağır olacaq” ifadələri yer alıb.