Month: January 2020

  • Bu yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

    Ötən gecədən ölkə ərazisinə yağmağa başlayan intensiv qar Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxıdan və Ağsu dolaylarından keçən hissələrində, eləcə də Muğanlı-İsmayıllı yolunda daha çox müşahidə edilib.

    Trend-in verdiyi məlumata görə, yolların qardan təmizlənməsi üçün gecə saatlarından əraziyə texnika və canlı qüvvə cəlb olunub. Yolun hərəkət hissəsinə duz və qum səpilərək avtomobillərin hərəkəti təmin edilib.

    Hazırda Ağsu dolaylarında hər iki istiqamətdə yol açıqdır. Gecə saatlarında şaxta düşərsə, sürücülərin ehtiyatlı olması tövsiyə edilir.

  • Есть новости о состоянии Октая Гюльалыева

    Продолжается позитивная динамика в здоровье правозащитника Огтая Гюльалыева, который проходит лечение в Американской клинике в Стамбуле.

    Ранее сообщалось, что он открыл глаза.

    Как сообщает Unikal.org, Октай Гюльалыев стал пользоваться Whatsapp для общения с близкими. Он пока не говорит, но реагирует на вопросы мимикой и кивками.

    По информации, О.Гюльалыев вышел на связь также со своим другом, правозащитником Талехом Хасмамедовым.

  • Oqtay Gülalıyevin səhhətində daha bir irəliləyiş – “Whatsapp”la danışıb

    Xəbər vermişdik ki, Türkiyənin İstanbul şəhərindəki Amerikan Xəstəxanasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev gözlərini açıb.

    Hüquq müdafiəçisinin səhhətində irəliləyiş davam edir. Unikal.org-un məlumatına görə, O.Gülalıyev yaxınları ilə “Whatsapp” vasitəsilə əlaqə qurmağa başlayıb.

    Bildirilir ki, o, “Whatsapp” görüntüsü ilə danışarkən, deyilənləri hiss edir, başını silkələyir. Amma sualları hələlik cavablandıra bilmir. O, hüquq müdafiəçisi olan dostu Taleh Xasməmmədovla da “Whatsapp” vasitəsi ilə əlaqə saxlayıb.

  • Türkiyədə daha bir faciə – 8 miqrant həyatını itirdi

    Türkiyənin Fəthiyə bölgəsi sahillərində 15 miqrantın olduğu rezin qayıq batma təhlükəsi ilə üzləşib.

    Median.Az Trend-ə istinadən bildirir ki, onların köməyinə sahil təhlükəsizlik qüvvələrinə məxsus 3 qayıq, təyyarə və helikopter göndərilib.

    Xilasetmə əməliyyatı həyata keçirən qüvvələr 3-ü qadın olmaqla 8 miqrantın cəsədini sudan çıxarıb.

    İtkin düşən miqrantların axtarışı davam etdirilir.

  • Yolu keçən qadını maşın vurub öldürdü

    Xaçmazda yolu keçən qadını maşın vurub öldürdü

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yanvarın 2-də saat 17 radələrində Xaçmaz rayonunun Çarxı kəndi ərazisində şəhər sakini F.Səfərəliyev idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən kənd sakini Zenfira Əliyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

    Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.

  • ЕС призвал любой ценой остановить эскалацию напряженности в Ираке после ударов США

    Евросоюз считает необходимым срочно остановить эскалацию напряженности в Ираке после авиаударов США. Об этом говорится в распространенном в пятницу заявлении главы Европейского совета Шарля Мишеля, сообщает ТАСС.

    «Цикл насилия, провокаций и мести, которые мы наблюдаем в Ираке в последние недели, должен быть остановлен. Дальнейшей эскалации в Ираке необходимо избежать любой ценой, – подчеркнул он. – Ирак остается очень хрупкой страной. Слишком много оружия и слишком много вооруженных отрядов тормозят его возвращение к нормальной жизни».

    «Мы рискуем столкнуться со вспышкой насилия по всему региону и подъемом темных сил международного терроризма, которые процветают во времена религиозной и национальной напряженности», – указал Мишель.

  • “Barselona” müdafiəçinin satış qiymətini açıqladı

    “Barselona” klubunu yayda Nelson Semedo ilə yollarını ayırmağı düşünür.

    Median.Az Offsideplus.az-a istinadən xəbər verir ki, klub portuqaliyalı müdafiəçinin satışından 50 milyon avro qazanmaq istəyir.

    “Barselona” klubunun idman direktoru Erik Abidal bu yaxınlarda Dubay şəhərində portuqaliyalı müdafiəçinin agenti Jorje Mendeş ilə görüşüb. Agent görüş zamanı 26 yaşlı futbolçunun Kataloniya klubundan başqa kluba keçmək istədiyini bildirib.

    2017-ci ildə “Barselona”ya transfer edilən Semedonun müqavilənin müddəti 30 iyuna qədərdir.

  • Ötən gün törədilmiş 19 cinayətin üstü “isti izlər”lə açılıb

    Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 19 cinayətin üstünü “isti izlər”lə açıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.

    Axtarışda olduğuna görə ümumilikdə 4 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Respublikanın avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.

    Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb.

  • В посольстве Ирана в Азербайджане приспущен флаг

    В посольстве Ирана в Азербайджане наполовину приспущен флаг.

    Флаг в посольстве наполовину приспущен в связи с гибелью Касема Сулеймани, сообщает АПА.

    Отметим, что 3 января в результате ракетного обстрела аэропорта в Багдаде был убит глава спецподразделения «Кудс» иранского Корпуса стражей Исламской революции (КСИР), генерал Касем Сулеймани и заместитель командира шиитского ополчения Абу Махди аль-Мухандиси. Верховный лидер Ирана Али Хаменеи объявил в стране трехдневный траур в связи с гибелью генерала К.Сулеймани.

  • Azərbaycan ötən il ixracı artırıb

    2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycan 18,3 milyard dollar məbləğində məhsul ixrac edib.

    Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.

    Bu göstərici 2018-ci ilin eyni dövrü ilə müqayisədə 2,17 faiz çoxdur.

    İxracda dövlət sektorunun payı 11,954 milyard dollar, özəl sektorun payı 7,195 milyard dollar, fiziki şəxslərin payı 53 milyon dollar təşkil edib.

    Hesabat dövründə Azərbaycan daha çox neft və neft məhsulları, təbii qaz, meyvə və tərəvəz, eləcə də plastik kütlə və plastik kütlədən məmulatlar ixrac edib.

    Azərbaycanın ixrac etdiyi məhsulların məbləğinə görə ilk beşliyi:

    Məhsulun adı Yanvar-noyabr 2019-cu il Yanvar-noyabr 2018-cu il
    miqdar məbləğ (min $) miqdar məbləğ (min $)
    Neft, ton 29 129 959,81 14 006 510,50 27 143 456.10 14 621 241.23
    Təbii qaz, min kubmetr 10 464 906,73 2 078 693,83 6 450 694,35 1 256 132,50
    Meyvə və tərəvəz, ton 563 169,47 541 926,21 549 369,51 495 060,85
    Neft məhsulları, ton 849 199,17 401 992,06 933 636,15 481 039,79
    Plastik kütlə və plastik kütlədən məmulatlar, ton 232 359,28 168 090,69 150 300,58 110 267,23