Month: January 2020

  • Bakı sakini liftin şaxtasına yıxılaraq ağır xəsarət alıb

    Bakının Nərimanov rayonunun Məmməd Araz küçəsində Bakı sakini 1958-ci il təvəllüdlü Mənsimov Məsid Veysəl oğlu ehtiyatsızlıqdan binanın 6-cı mərtəbəsindən liftin şaxtasına yıxılıb.

    APA xəbər verir ki, o, ağır bədən xəsarətləri alaraq 1 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Şahidlərin verdiyi məlumata görə, lift nasaz vəziyyətdə olub.

  • В Балакене автомобиль сбил насмерть подростка

    В Балакене в результате ДТП погиб пешеход.

    Как передает АПА, автонаезд зарегистрирован на магистральном шоссе Евлах-Загатала-Грузия.

    По сообщению, автомобиль марки Mersedes сбил 15-летнего Эфендиева Субхана Захир оглу. От полученных травм подросток скончался на месте происшествия.

    Выясняются обстоятельства ДТП.

  • Balakəndə 15 yaşlı yeniyetməni maşın vuraraq öldürüb

    Balakəndə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Balakən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

    Hərəkətdə olan “Mersedes”markalı avtomobil yolu keçmək istəyən 15 yaşlı Sübhan Zahir oğlu Əfəndiyevi vurub.

    Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yeniyetmə Z.Əfəndiyev hadisə yerində keçinib.

    Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

  • “Ölüm şəhəri”ndəki azərbaycanlı: “Dörd saat gecikdik, şəhəri bağladılar, çıxa bilmədik”

    Çin hökuməti tövsiyə edib ki, zərurət olmadıqda evdən bayıra çıxmayaq. Əslində şəhərə çıxmağa lüzum da yoxdu, çünki ictimai nəqliyyat işləmir, hər yer bağlıdır. Şəhərə giriş və çıxış qapadılıb.

    Bunu Lent.az-ın əməkdaşıyla söhbətində Çinin Huazhong Elm və Texnologiya Universitetinin doktorantı, hazırda bütün dünyanın diqqətində olan və dəhşətli koronavirusun yayıldığı Uhan şəhərində təhsil alan Leyla Quliyeva bildirib.

    Leyla xanımın dediyinə görə, əslində bir neçə gün əvvəl xəbər verilib ki, 4 saatdan sonra şəhər bağlanacaq, kim bacarsa, Uhanı tərk etsin.

    “Amma bu barədə gec eşitdiyimizdən mən və bir neçə azərbaycanlı şəhəri tərk edə bilmədik. Hələ ki azərbaycanlılar arasında zərər çəkən yoxdur. Evdəyik, küçəyə çıxmırıq”.

    Həmsöhbətimizin dediyinə görə, ərzaqla təminatlarıyla bağlı heç bir problem yoxdur. Həm yerli meriya, həm oxuduğu Universitet, həm də Çindəki Azərbaycan səfirliyi bu sarıdan onlara hər cür köməkliyi göstərir.

    “Hazırda hökumət gücləndirilmiş iş rejiminə keçib. Şəhərdə qalanları daim qripə qarşı təlimatlandırırlar. Məsələn, bizə deyirlər ki, gündə bir neçə dəfə əllərinizi yuyun, spirtlə dezinfeksiya edin, paltarlarınızı dəyişin. Bütün bunları etməyə məcburuq. Biz burda qalacağıq, ya Azərbaycana qayıdacağıq, bu barədə rəsmi qərarı gözləyirik. Amma bir məqamı da qeyd edim ki, oxuduğum Universitet, necə deyərlər, tələsməməyi, bir qədər gözləməyi xahiş edir”.

    Leyla xanım onu da deyir ki, Uhanda vəziyyət pis olsa da, dünya mediasının yazdığı kimi, fəlakətli deyil.

    “Ölənlərin sayı rəsmi rəqəmlərdən çox deyil və şişirdilmiş rəqəmlərə inanmayın. Bu, bir qrip simptomudu. Çin hökuməti var gücüylə epidemiyanın qarşısını almağa çalışır. Qripdən ölənlərin əksəriyyəti qocalardır. Nə bir cavan ölüb, nə də uşaq. Bu da yaşlı adamlarda immun sisteminin zəifliyi ilə bağlıdır. İnşallah, bu bəla keçib gedər”, – deyə o bildirib.

  • Bakıda uşaq xəstəxanasının həyətində 19 yaşlı gənc bıçaqlandı

    Bakının Qaradağ rayonunda xəstəxananın həyətində 19 yaşlı gənci bıçaqlamaqda təqsirli bilinən Şərbətli İlkin Surxay oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
    Median.Az
    xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Cinayət işi hakim Rahib Salmanovun icraatına verilib.

    İş üzrə məhkəmə hazırlıq iclası yanvarın 31-nə təyin olunub.

    Qeyd edək ki, hadisə oktyabrın 1-də rayonun Qobustan qəsəbəsində yerləşən Zaur Bayramov adına 9 saylı Birləşmiş Uşaq Xəstəxanasının həyətində baş verib.
    Belə ki, 1996-cı il təvəllüdlü İlkin Şərbətəli şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 2001-ci il təvəllüdlü Sənan Nəcəflini mətbəxt bıçağı ilə vuraraq xəsarət yetirib.

    Həkimlərin səyi nəticəsində yaralını həyatını xilas etmək mümkün olub.

    Polis əməkdaşları tərəfindən saxlanılan Şərbətəli İlkin Surxay oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci, yəni, qəsdən sağlamlığa ağır zərərvurma maddəsi ittiham elan olunub.//ölkə.az

  • Azərbaycanın “Avroviziya”dakı rəqibləri bəlli oldu – FOTO

    May ayının 12, 14 və 16-da Hollandiyanın Rotterdam şəhərində keçiriləcək sayca 65-ci “Avroviziya” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin çıxış edəcəyi yarımfinal müəyyənləşib.

    Median.Az xəbər verir ki, bu barədə “Avroviziya Fanlarının Beynəlxalq Şəbəkəsi” “İNFE Azerbaijan” məlumat paylaşıb.

    Xəbərə əsasən, Azərbaycan 2016-cı ildə olduğu kimi, birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.

    Təmsilçimizlə birlikdə finala çıxmaq uğrunda mübarizə aparacaq ölkələr aşağıdakılardır.

    1-ci yarımfinal: Şimali Makedoniya, Belarus, Latviya, İsveç, Sloveniya, Avstraliya, İrlandiya, Rusiya, Norveç, Kipr, Xorvatiya, Azərbaycan, Malta, İsrail, Ukrayna, Rumıniya, Belçika

    2-ci yarımfinal: Avstriya, Moldova, Polşa, San Marino, Serbiya, İslandiya, Çexiya Respublikası, Yunanıstan, Estoniya, Danimarka, Bolqarıstan, İsveçrə, Finlandiya, Ermənistan, Latviya, Gürcüstan, Portuqaliya, Albaniya

    Beynəlxalq musiqi müsabiqəsinin keçirməsində böyük əməyi olan qızıl beşlik ölkələri Fransa, Böyük Britaniya, İspaniya, İtaliya və Almaniya ötən illərdəki kimi yarımfinallarda deyil, birbaşa “Avroviziya”nın final mərhələsində çıxış edəcəklər.

    Qeyd edək ki, Azərbaycan “Avroviziya”da 13-cü dəfə iştirak edəcək. İctimai Televiziyanın (İTV) rəsmi “Facebook” hesabında “Avroviziya” müsabiqəsinə gedəcək müğənni seçiminə və mahnı qəbuluna start verildiyi barədə məlumat yerləşdirilib.

    Bu il Azərbaycanın “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin nümayəndə heyətinin rəhbəri Leyla Quliyevadır. Ötən illərdə olduğu kimi, bu il də seçim turu İTV-də qapalı keçiriləcək. Azərbaycanı müsabiqədə təmsil edəcək namizədin kimliyi isə fevral ayında açıqlanacaq.//oxu.az

  • Nərminin nənəsindən sensasion açıqlama: “QIZIM DA, KÜRƏKƏNİM DƏ GÜNAHKARDIR, İLKİN İSƏ…”

    “Qatilin tezliklə öz cəzasına çatmasını istəyirəm”.

    Median.Az xəbər verir ki, bunu Cebhe.info-ya açıqlamasında Tovuzun Dondar Quşçu kəndində öldürülən və yandırılan 10 yaşlı Nərminin nənəsi Minayə İsmayılova deyib. O, qətldə şübhəli bilinərək hazırda barəsində həbs qətimkan tədbiri seçilən İlkin Süleymanovun kifayət qədər normal ailədən olduğunu deyib:

    “Onlar təmiz və ziyalı ailədir. Amma yenə də ekspertizanın cavabını gözləyirik. Ən böyük istəyim qatilin düzgün müəyyən edilməsi və cəzalandırılmasıdır”.

    Minayə İsmayılova Nərminin qətlindən sonra qızı və kürəkəni ilə münasibətləri kəsdiyini deyib. O, nəvəsinin ölümündə qızı və kürəkəninin də günahı olduğunu iddia edib:

    “Qızım uzun müddət İlkinin yeznəsi işləyən kafedə işləyib. Dəfələrlə kürəkənim Şərifin İlkinin yeznəsi İbişlə mübahisələri düşüb. Hətta İbişi bıçaqlamaq istəyib. 3-4 ay əvvəl qızım mənə zəng etdi ki, Şərif məni öldürmək istəyir. Getdim ki, Şərif kafenin ətrafında əlində bıçaq gəzişir. Dedim nə məsələdir, qızımla nə işin var? Dedi ki, qızınla deyil, İbişlə işim var. Sonra oradan uzaqlaşdı. Şərifi polis şöbəsinə də şikayət etmişdim. Kürəkənim qızımın həmin kafedə işləməsini istəmirdi. Dəfələrlə eşitmişəm, deyirdi ki, İbişi öldürəcəyəm. Nərminin başını da elə onlar – ər-arvad yedilər. Nə qızımla, nə də kürəkənimlə münasibətim var. Gediş-gəlişimiz yoxdur. Qızım dəfələrlə məni təhqir edib. O uşağın əziyyətini mən çəkmişəm. Kafelərdə işləyə-işləyə, əlim sularda, kirayələrdə qala-qala zülmlə Nərmini böyütmüşəm. Elə saxlamışam o qızı… İndi də yanıb-tökülürəm. O uşağa heyfim gəlir, balam yazıq oldu. Deyirəm ki, niyə o günə qoydunuz o uşagı? Nərmin qızımın qayınanasının evindən çıxmayıb. O uşağın ölümünə görə onları danışdırmıram, evimə də buraxan deyiləm. Qızım evində otursaydı, Nərmin belə olmazdı. Hər gün əri ilə işləməyin üstündə dava idi. Hələ indi də iş davası edir. Uşağı ölüb, iş və ev davası edir. Sən niyə Bakıdan ev istəyirsən? Mənim uşağım olmayandan sonra evim heç olmasın. Neynirəm, uşaqsız o evi? Qızım da olsa, sözün düzünü, ümumiyyətlə, kimin nəyi varsa, üzünə deyirəm”.

    Xatırladaq ki, Nərminin qətlində ittiham olunan İ.Süleymanov barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başladılıb. İ.Süleymanov Tovuz Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Sabunçu Rayon Məhkəməsinin inzibati binasında onun şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib. İ.Süleymanovun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

  • Bakı sakini mənzildə halsız vəziyyətdə aşkar edilib

    Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

  • Honkonq alimləri koronavirusa qarşı vaksin hazırlayıblar – FOTO

    Honkonqun tədqiqatçılar qrupu koronavirusa qarşı vaksin hazırlayıb, ancaq preparatın sınaqdan keçirilməsi üçün uzun müddət vaxt lazım olacaq.

    “Report” xəbər verir ki, bu barədə Honkonq Universitetinin mikrobioloquna istinadən Çinin “South China Morning Post” qəzeti məlumat yayıb.


    “Biz artıq vaksini yaratdıq, amma dərmanın heyvanlar üzərində yoxlanılması üçün uzun müddət lazım gələcək”, – professor Yuen Kvok-Yunq bildirib.

    Honkonq professorunun sözlərinə görə, heyvanlar üzərində sınaq aylarla, insanlar üzərində kliniki sınaqlar isə azı bir il vaxt apara bilər.

  • Ученые в Гонконге разработали вакцину против коронавируса

    Исследовательская группа из Гонконга разработала вакцину против коронавируса, однако потребуется длительное время для испытаний препарата.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом сообщает китайская газета South China Morning Post.

    “Мы уже создали вакцину, но потребуется длительное время для тестирования лекарства на животных”, – заявил профессор, микробиолог Гонконгского университета Юэн Квок-Юнг.

    По словам гонконгского профессора, тестирование на животных может занять месяцы, а клинические испытания на людях – по крайней мере ещё один год.

    Отмечается, что исследователи модифицировали вакцину против обычного гриппа, добавив к ней часть поверхностного антигена коронавируса. Таким образом, как пишет издание, новая вакцина может препятствовать и возникновению гриппа, и заболеванию коронавирусом, вызывающего пневмонию.

    Вспышке пневмонии в китайском городе Ухань, расположенном в центральной части страны, возбудителем которой стал новый тип коронавируса – 2019-nCoV, началась в конце декабря. Общее число зараженных на территории материкового Китая достигло во вторник 4547 человек, из них 106 скончались. За пределами материкового Китая случаи заражения зафиксированы в Гонконге, Макао, Тайване, Таиланде, Японии, Южной Корее, США, Вьетнаме, Сингапуре, Непале, Франции, Австралии, Малайзии и Германии.