Month: January 2020

  • Azərbaycan və Türkiyə Dəmir Yolları arasında yeni razılaşma imzalanıb

    “Azərbaycan Dəmir Yolları” QSC və Türkiyə Dövlət Dəmir Yolları (TCDD) arasında yük vaqonlarının mübadilə əsasında qarşılıqlı istifadəsi barədə razılığa gəlinib.

    Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

    Bildirilib ki, hər iki ölkənin müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə razılaşma sənədi imzalanıb.

    Razılaşmada beynəlxalq daşınma qaydaları və sənədləri, vaqonların yükləmə qaydaları, istifadə haqları və istifadədən yaranan kompensasiya ilə bağlı öhdəliklər qeyd olunub.

    Sənədə əsasən, vaqonda aparılan mallar üçün təlimat və kompensasiyalar, vaqon və konteynerlərdə daşınan yüklərin tam və ya qismən itməsi, xarab olması və zədələnməsindən irəli gələn iradlara baxılması, eləcə də, zərərin ödənilməsi qaydaları tənzimlənir.

    Tərəflər arasında ehtiyat hissələrin tədarükü, vaqonların zədələnməsi və müvafiq təlimatlar, zədələnmiş və itirilmiş vaqonlara görə tənzimlənən kompensasiyaya dair məsələlər barədə də razılıq əldə olunub.

  • “Добровольный гость” в Гахе – ФОТО

    К инициативе “Добровольный гость” присоединилась молодежь Гахского района Азербайджана.

    Как передает Oxu.Az, в рамках нее молодые волонтеры навещают семьи и одиноких людей, нуждающихся в особой заботе, занимаются уборкой в их домах, наводят порядок во дворах и садах.

    Инициатива “Добровольный гость” стартовала в регионах страны в связи с объявлением Президентом Азербайджана Ильхамом Алиевым 2020 года “Годом волонтеров”.

    Добровольцы призывают молодежь других районов и городов также принять участие в инициативе #konulluqonaq (добровольный гость).

  • “Könüllü qonaq” Qaxda – FOTO

    Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsünə Qax gəncləri də qoşulublar.

    Oxu.Az xəbər verir ki, qayğıya xüsusi ehtiyacı olan rayon sakininin evinə baş çəkərək, təmizlik işləri aparan, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradan gənclər ev sahibi ilə xoş və maraqlı vaxt keçiriblər.

    Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.

  • Bakıda sürücünün başından vurub maşınını əlindən alanlar tutuldu

    Paytaxtda quldurluq yolu ilə avtomobil ələ keçirməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıb.

    Yanvarın 27-də saat 04:00 radələrində Yasamal rayonu, A.M.Şərifzadə küçəsində iki nəfər naməlum şəxs Bakı şəhər sakini, 1969-cü il təvəllüdlü X.Səfərovun baş nahiyəsindən vurmaqla, taksi kimi idarə etdiyi “Chevrolet” markalı avtomobilin ələ keçirilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin 102 – Zəng Mərkəzinə müraciət daxil olub.

    Oxu.Az-ın məlumatına görə, daxil olan müraciət əsasında Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, Yasamal RPİ Cinayət Axtarış Şöbəsi, Post Patrul Xidməti və 29-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində ictimai təhlükəli əməli törətməkdə şübhəli bilinənlər – Siyəzən rayon sakinləri, əvvəllər CM-nin 177-ci maddəsi ilə məhkum olunan 2000-ci il təvəllüdlü Tehran Güləliyev, 2002-ci il təvəllüdlü Elşad Paşayev və 1996-cı il təvəllüdlü İlham Sultanov yanvarın 28-də gecə saatlarında avtomobillə birlikdə saxlanılıblar.

    Şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • 293 человека отозвали свои кандидатуры на парламентских выборах в Азербайджане

    2 тыс. 431 человек подал заявку для участия во внеочередных выборах в парламент, которые пройдут в Азербайджане 9 февраля.

    Как сообщает АПА со ссылкой на сайт Центральной избирательной комиссии, на сегодняшний день уже 293 из 1 тыс. 637 зарегистрированных кандидатов отозвали свои кандидатуры.

    Таким образом, 1 тыс. 344 человека продолжают борьбу за депутатские мандаты.

  • В Турции произошло очередное землетрясение

    В Турции произошло землетрясение магнитудой 4,1.

    Как передает Sondakika.com, подземные толчки были зафиксированы сегодня утром на средиземноморском побережье.

    Информации о разрушениях и пострадавших пока нет.

  • Türkiyədə yenidən zəlzələ olub

    Türkiyə sahillərində 4,1 bal gücündə zəlzələ baş verib.

    Sondakika.com xəbər verir ki, bu gün səhər saatlarında Türkiyənin Aralıq dənizi regionunda 4,1 gücündə zəlzələ olub.

    Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat verilməyib.

  • Bakıda qadın yolda dayanıb sürücüləri belə aldadır – VİDEO

    Bakıda daha bir fırıldaqçı peyda olub.

    Sürücülərin Unikal.org-a verdiyi məlumata görə, paytaxtın Suraxanı rayonunda yolun kənarında dayanan qadın hərəkət edən avtomobillərin içərisinə baxır.

    Sonra yolda saxlayan maşına əyləşən qadın sürücüdən 50 manat pul tələb edir. Sürücü pulu vermək istəməyəndə isə qadın polisə şikayət edəcəyini və yaxud onları şərləyəcəyini bildirir.

    Qeyd edək ki, həmin qadın Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsindən bir qədər aralıda və Suraxanı-Zığ Şosesində (keçmiş 7 saylı internatın yaxınlığında) dayanaraq bu “əməli” törədir.

  • Koronavirus bu şəxslərə yoluxmur

    “Koronavirus 2019-nCoV” daha çox 35-50 yaşlı kişilər üçün təhlükəlidir.

    Lenta.ru bu barədə Rusiyada tibb sahəsində yüksək çinli mənbəyə istinadla xəbər verib.

    “Məlumatlara görə, virusun bu ştammı irqindən və sosial vəziyyətindən asılı olmayaraq, 35-50 yaşlarında olan kişilər üçün daha böyük təhlükə yaradır – məhz onlar ölənlər və yoluxanlar arasında mütləq əksəriyyəti təşkil edir. Uşaqlar və hamilə qadınlar isə demək olar ki, yoluxmurlar”, – deyə nəşrin müsahibi bildirib.

    Qeyd edək ki, son məlumatlara görə, dəhşətli virusdan 132 nəfər həlak olub. Bundan başqa, 4500-dən artıq insan xəstəliyə yoluxub.

    Virusun insandan insana ötürüldüyü bildirilir. Yanvarın 28-də isə Çinin Səhiyyə qurumunun nümayəndəsi dəriyə təmasla da yoluxma ola biləcəyini açıqlamışdı.

    “Əgər virus əllərin dərisinə düşərsə və bu vaxt gözlərinizi təsadüfən ovuşdurursanız, virus yoluxması baş verə bilər”, – deyə o, bildirmişdi.

    Bundan başqa, Çində koronavirusun yayılmasının pik həddinin 7-10 gündən sonra baş verəcəyi proqnozlaşdırılıb.

  • В Турции скончался избитый в массовой драке азербайджанец – ВИДЕО

    В турецком городе Башакшехир в результате массовой драки скончался 27-летний азербайджанец Мирза Халафов.

    Об этом сообщает DHA.

    М.Халафов пролежал в больнице 20 дней, однако спасти его жизнь не удалось.

    Кроме него, был госпитализирован гражданин Турции Махмуд Т.

    Подозреваемые в избиении азербайджанца Акбер И., Гусейн Б. и Самед А. задержаны.