Month: January 2020

  • Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

    Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

    Median.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva özünün “Twitter”dəki səhifəsində bildirib.

    O, görüşün başladığını xəbər verib.

  • Bolqarıstanda qrip səbəbindən 700 məktəb bağlandı

    Bolqarıstanda kütləvi yayılan qrip səbəbindən 13 müxtəlif vilayətdə 700 məktəb bağlanıb.

    Ölkədə yayılan H3N2 virusu məktəblilərin tətilə buraxılmasına səbəb olub. Qripə daha çox gənclərdə və uşaqlarda rast gəlinib. Xəstəlik paytaxt Sofiya daxil olmaqla 13 vilayətdə geniş yayılıb. İnfeksiya səbəbindən xəstəxanlarda xüsusi planlaşdıırlmış əməliyyatlara, hamilə qadınların müayinəsinə fasilə verilib.

    Ziyarətçilərin tibb müəsisələrinə buraxılışı qadağan edilib. //qafqazinfo.az

  • İcra başçısının müavini vəzifəsindən azad edildi

    Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən Əhmədov ödənişsiz məzuniyyətə buraxılıb.

    Median.Az xəbər verir ki, buna səbəb R.Əhmədovun Azərbaycan Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən səlahiyyət nümayəndə təyin edilməsidir. /Pravda.az

  • РПЦ приравняла пластические операции к проституции

    В Русской православной церкви (РПЦ) любовь женщин и мужчин к пластическим операциям посчитали проституцией и беснованием.

    Как передает телеканал 360, об этом заявил красноярский митрополит Пантелеймон в эфире программы “Вопросы митрополиту” на телеканале ТВК.

    “Все пластические операции есть проституция, потому что они делаются для угоды только блуда”, – сказал он.

    Священник считает, что делать на себе пластику это “маленькое, а может и глубокое сумасшествие”.

    Митрополит Пантелеймон не исключает, что пластические операции нужны, но лишь для того, чтобы исправить лицо человека, если он пострадал после ДТП, взрыва, спортивных или бытовых травм. Такие операции он предлагает называть не пластическими, а “медицинским врачеванием”.

    В остальном же, отметил священник, все неестественное – это “лицо дьявола”.

  • Saxta qulaqcıqların təhlükəsi məlum oldu

    Ekspertlər saxta “Apple” qulaqcıqlarının təhlükəli olmasını açıqlayıblar.

    Median.Az “ictnews”a istinadən xəbər verir ki, tədqiqat Fransanın “60 million consumers” nəşrinin saytında dərc edilib.

    Saxta “AirPods Pro” qulaqcıqlarının əsas təhlükəsi kimi qarniturun səs ucalığının yüksək olması göstərilir. Çin mağazasında sifariş edilən simsiz qulaqcıqda jurnalistlər tərəfindən səs ucalığı 10 desibel səviyyəsində qeydə alınıb ki, bu da tövsiyə edilən limitdən 10 desibel çoxdur. Nəşr nümayəndələrinin fikrincə, müəyyən müddətdən sonra qulaqcıq eşitmə qabiliyyətinin pozulmasına səbəb ola bilər.

    Test çərçivəsində “60 million consumers” nəşri dördü rəsmi satıcı tərəfindən çatdırılan yeddi cüt qulaqcıq sifariş edib. Bununla yanaşı, alınan dörd cütün biri işlək vəziyyətdə olmayıb. Jurnalistlər saxta qurğuların xarici görünüşünə görə orijinala çox bənzəməsinə diqqət yetiriblər. Bundan əlavə, aksesuarlara orijinal “AirPods” qulaqcıqlarının çiplərinin quraşdırılması səbəbindən “iPhone” smartfonu saxta qarniturları səhvən orijinal qarniturlar kimi müəyyənləşdirib.

    Jurnalistlərin qiymətləndirməsinə görə, bazarda saxta qulaqcıqların başlanğıc qiyməti 65 avro təşkil etdiyi halda Fransa və Avropada orijinal “AirPods Pro” qulaqcığının qiyməti 279 avroya bərabərdir.

  • Azərbaycanda bu zonalarda güclü zəlzələlər ola bilər

    AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda baş verən dağıdıcı zəlzələdən sonra Azərbaycandakı seysmoaktivliyi dəyərləndirib.

    Median.Az-ın məlumatına görə, Q.Yetirmişli Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanda yaxın günlərdə Türkiyədə baş verən son dağıdıcı zəlzələ kimi güclü təkanların baş vermə ehtimalı yoxdur.

    Azərbaycan ərazisinin yüksək seysmik aktivliklə fərqləndiyini söyləyən Q.Yetirmişli ölkə ərazisində potensial gücə malik seysmogen zonaların adlarını da açıqlayıb.
    O bildirib ki, həmin zonalar Böyük Qafqazın cənub-şərq yamacı – Şamaxı-İsmayıllı, Gəncəbasar zonası, Azərbaycanın şimal-qərb zonası (Şəki, Zaqatala, Balakən), şimal zonası (Quba, Siyəzən, Dəvəçi), Talış zonası, Naxçıvan Muxtar Respublikası və Xəzər dənizinin Azərbaycan sektorudur. Ən güclü zəlzələ zonası isə Şamaxı-İsmayıllı zonası hesab edilir.

    Mərkəz direktoru əlavə edib ki, Bakı və Abşeron rayonu ərazisində baş verən yeraltı təkanları Xəzər dənizindəki zəlzələ ocaqları yaradır.

    Q.Yetirmişli hazırda Azərbaycanda seysmoloji aktivliyin fon səviyyəsində olduğunu da qeyd edib:

    “Ölkə ərazisində xırda təkanlar qeydə alınır. Elə gün olmur ki, ölkəmizdə belə təkanlar qeydə alınmasın. Sadəcə, bunların arasında bəziləri hiss edilən olur”.

  • У побережья Турции произошло землетрясение магнитудой 5,4

    У побережья Турции произошло землетрясение магнитудой 5,4, передает АПА со ссылкой на турецкие СМИ.

    Сообщается, что подземные толчки были зарегистрированы в 18:38 по местному времени у побережья Эгейского моря.

    Подземные толчки зафиксированы у района Мугла турецкой провинции Мармарис. Очаг залегал на глубине 25 километров.

  • Əfsanəvi basketbolçu ölümündən sonra cinsi təcavüz xəbəri ilə gündəmdə – FOTO

    Əfsanəvi basketbolçu Kobe Brayant və 13 yaşlı qızı Jannanın öldüyü faciə ilə əlaqədar bütün dünya kədərlənsə də, sosial mediada bəziləri RİP imzaları olan cənazə şamları yerinə 2003-cü ildə Kobe’nin təcavüzdə ittiham edildiyini ifadə edən məqalələri paylaşırlar.


    Oxu.Az xəbər verir ki, əfsanəvi idmançının həyatındakı bir neçə qalmaqallı hekayədən biri “Washington Post” qəzetinin jurnalisti Felisia Sonmez tərəfindən xatırlanıb.

    Media işçisi dünya miqyasında kədərin səngiməyini gözləmədən Kobenin çirkin əməlini ortalığa çıxarıb.

    Felisia Brayantın ölüm xəbərindən bir neçə saat sonra, 2016-cı ildə edilmiş araşdırmanı şəxsi “Twitter” hesabında paylaşaraq, gündəmə ilgic iddia ilə düşüb.

    Jurnalistin işlədiyi informasiya agentliyinin rəhbərliyi paylaşılan məlumatı ədəbsiz sayaraq Sonmezi bir müddətlik işdən kənarlaşdırıb.

    17 il öncə baş vermiş zorlama hadisəsinə inanlar isə onu öz hesablarında yayımlayaraq jurnalistə haqq qazandırıblar.


    2003-cü ildə otel qulluqçularından biri olan Keytlin Feber o zaman 25 yaşlı Brayantı təcavüzdə ittiham etmişdi. Qızın sözlərinə görə, təcavüz basketbolçunun yaşadığı otaqda baş verib. Feber təcavüz hadisəsindən sonra boyük sarsıntı keçirdiyini bildirmişdi.


    Məhkəmədə isə Kobe Keytlinin öz istəyi ilə onunla cinsi əlaqədə olmasını iddia etmiş, lakin hakimlər Brayanta deyil, Feberə haqq qazandırmışdı. Nəticədə NBA ulduzu qıza 5 milyon dollar kompensasiya ödəməyə məcbur qalmışdı.

    Qeyd edək ki, əfsanəvi basketbolçu K.Brayant və 13 yaşlı qızı Janna-Mariya Kaliforniyada baş verən helikopter qəzasında həlak olublar.

  • Koronavirusa yoluxanların sayı 4500-ü keçib

    ABŞ, Yaponiya və digər ölkələr artıq 106 nəfərin ölümünə səbəb olan qlobal koronavirus epidemiyasının mərkəzi olan Çinin Uhan şəhərindən vətəndaşlarını təxliyyə etmək üçün oraya təyyarələr göndərib.

    Yaponiya yanvarın 28-də şəhərdəki 650 yapon vətəndaşından 200 nəfərini təxliyyə etmək üçün Uhana təyyarə göndərib. Birləşmiş Ştatlar bu həftə bəzi Amerika vətəndaşları ilə birlikdə Uhandakı konsulluğunun heyətini şəhərdən çıxarmağa hazırlaşır. Fransa və digər ölkələr də vətəndaşlarını Uhandan çıxarmaq planlarını açıqlayıblar.

    Çin səhiyyə orqanları yanvarın 28-də paytaxt Pekində ilk ölüm hadisəsi də daxil olmaqla, əlavə 25 nəfərin öldüyünü elan edib. Çində təsdiqlənmiş virusa yoluxma halların ümumi sayı hazırda 4500-dən çoxdur. Hökumət Uhanda virtual karantin tətbiq edərək, insanların şəhərə girişi və çıxışını qadağan edib. Hubey əyalətindəki digər şəhərlərdə hərəkətdə ciddi məhdudiyyətlər var. Uhan hökuməti sayı artan xəstələri müalicə etmək üçün iki yeni sahə xəstəxanası tikir.

    Yoluxma hallarının olduğu ölkələr siyahısına Almaniya və Şri-Lanka da əlavə olunub.

    Beləliklə, yoluxma halları Avstraliya, Kanada, Almaniya, Fransa, Şri-Lanka, Honq Konq, Yaponiya, Makao, Malayziya, Nepal, Portuqaliya, Sinqapur, Cənubi Koreya, Tayvan, Tailand, ABŞ və Vyetnamda da qeydə alınıb.

    Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yoluxanların əksəriyyəti ya Uhana səyahət etmiş və ya da onlarla təmasda olan insanlardır.

  • В России убили депутата и его супругу – ФОТО

    В Ростовской области России трагически погибли депутат законодательного собрания Андрей Алабушев и его супруга Ольга, сообщает пресс-служба областного парламента.

    Как сообщает “РИА Новости”, следственный комитет возбудил дело об убийстве.

    Депутаты заксобрания выразили глубокие соболезнования родным и близким погибших, отметили в пресс-службе.

    По данным управления Следственного комитета по Ростовской области, тела супругов обнаружили в частном доме в городе Зернограде. Ведомство возбудило дело об убийстве, так как на телах есть признаки насильственной смерти — рубленые раны.
    Погибших нашел водитель Алабушева.