Month: January 2020

  • Azərbaycanda koronavirus şübhəsi olan xəstə aşkarlanıb? – AÇIQLAMA

    “Azərbaycanda koronavirus şübhəsi olan xəstə hələlik aşkarlanmayıb”.

    Report xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

    “Əgər belə hal aşkar olunsa, nəzərdə tutulan tibb müəssisələrində lazımi şərait yaradılıb. Həmçinin, mərkəzi rayon xəstəxanalarında da palatalar ayrılıb.

    Lazımi dərman preparatları və digər ləvazimatlarla təminat yüksək səviyyədə təşkil olunub”.

  • Azərbaycanın sərhəd-keçid məntəqələri gücləndirilmiş rejimə keçdi: Koronavirusa görə

    Azərbaycanın sərhəd-keçid məntəqələri koronavirus epidemiyasına görə gücləndirilmiş iş rejiminə keçib.

    Bununla bağlı Nazirlər Kabinetində keçirilən müşavirədə qərar qəbul olunub.

    Müşavirədə ÇXR-dən, xüsusilə epidemiya zonasından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması tapşırığı verilib.

    Həmçinin, xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarətin gücləndirilməsi ilə bağlı göstəriş verilib.

  • İlham Əliyev koronavirusla bağlı tapşırıq verdi – Qurumlar gücləndirilmiş rejimə keçdi

    Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Nazirlər Kabinetində, Ümumdünya Səhiyyə Təşkilatının və Çin Xalq Respublikası hökumətinin elan etdiyi kimi, ÇXR-in Uhan şəhərində yayılmış və artıq dünyanın başqa regionlarında da qeydə alınmış koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün müşavirə keçirilib.

    Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

    Baş nazirin sədrlik etdiyi müşavirədə aidiyyəti dövlət qurumlarının rəhbərləri iştirak ediblər.

    Müşavirədə epidemiyanın Azərbaycana daxil olmasının qarşısının alınması üçün müzakirələr aparılıb.

    Müşavirənin yekununda belə hallar üçün nəzərdə tutulmuş aşağıdakı tədbirlərin görülməsi haqda qərar qəbul edildi:

    – sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilməsi;

    – ÇXR-dən, xüsusilə epidemiya zonasından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması;

    – xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarətin gücləndirilməsi;

    – səhiyyə ocaqlarında qaynar xətlərin yaradılması;

    – virus və onunla mübarizə metodları haqda əhali ilə maarifləndirmə işlərinin aparılması;

    – vəziyyətlə bağlı əhaliyə mütəmadi məlumat verilməsi.

    Əhalinin nəzərinə çatdırılır ki, ölkədə belə vəziyyətlərdə ehtiyacın yarana biləcəyi bütün tibbi ləvazimatlar kifayət qədərdir.

    O da vurğulanıb ki, hazırda ölkəmizdə belə xəstəliyə yoluxma halları müşahidə olunmayıb, Azərbaycanda əhalinin sağlamlığı ilə bağlı vəziyyət dövlətin tam nəzarətindədir və narahatlıq üçün heç bir əsas yoxdur.

    Müşavirədə Səhiyyə nazirinin rəhbərliyi ilə və aidiyyəti qurumların iştirakı ilə İşçi qrupunun yaradılması qərarı qəbul edilib.

    Tədbirlərin görülməsində Ümumdünya Səhiyyə Təşkilatının müvafiq tövsiyyələri nəzərə alınır.

    Azərbaycanın ÇXR-dəkı səfirliyi və ÇXR-in Azərbaycandakı səfirliyi ilə sıx əlaqə saxlanılır. Habelə, Azərbaycanın Çindəki səfirliyi ÇXR-in dövlət qurumları və Çində olan Azərbaycan vətəndaşları ilə daimi təmasdadır.

  • Bakıda “Niva” ilə toy karvanında “avtoşluq” etdi – VİDEO

    Bakıda toy karvanındakı sürücülərdən birinin yol hərəkəti qaydalarını kobud sürətdə pozaraq, xuliqanlıq etməsi kameraya düşüb.

    Görüntülər sosial şəbəkədə paylaşılıb.

    Görüntülərdə “Niva” markalı avtomobilin sürücüsünün “avtoşluq” etməsi əks olunub.

    Həmin görüntüləri təqdim edirik:

    /oxu.az/

  • Türkiyə yenə silkələndi

    Türkiyənin Manisa şəhərində yenidən zəlzələ baş verib.

    Bu barədə DHA məlumat yayıb.

    Məlumata görə, zəlzələnin 5,1 bal gücündə olduğu bildirilir.

    Dağıntılar və tələfat barədə məlumat verilmir.

    Xatırladaq ki, yanvarın 22-də Manisanın Akhisar rayonunda 5.4 bal gücündə zəlzələ baş vermişdi.

  • Restoranda hesaba görə müştərilər administratoru döyüb

    Sumqayıt şəhərində yerləşən “Türkan” restoranında müştərilər və iaşə müəssisəsinin administratoru arasında dava düşüb.

    “Report” xəbər verir ki, dörd nəfər müştəri hesabın çox olmasını deyib. Obyektin ofisiantı bununla razılaşmayaraq administratoru çağırıb. Mübahisə administratorla da davam edib. Mübahisə zamanı həmin müştərilər restoranın administratoru Rafiq Muradovu döyüblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda koronavirus qorxusu: Həvəslə gözlədiyimiz poçt bağlamaları təhlükə saçır – ARAŞDIRMA

    Son günlərdə həkimlər ciddi ajiotaj yaradan koronavirusun ilkin əlamətləri olaraq soyuqdəymə, zökəm, qızdırma simptomlarını həyəcan təbili kimi qiymətləndirirlər. Azərbaycanda bu virusa yoluxma halları aşkarlanmayıb. Lakin həkimlərin sözlərinə görə, virusun ölkəmizə keçmə riski də istisna edilmir.

    Ən son məlumatlara görə, Çində koronavirusdan ölənlərin sayı 106 nəfəri, təsdiqlənmiş yoluxma hallarının ümumi sayı isə 4,1 min nəfəri keçib. İctimaiyyəti narahat edən məqam isə bu xəstəliyin epidemiya halına çevrilmə ehtimalıdır. Həkimlər hələ də naməlum etimologiyalı koronavirusla doğru mübarizə yollarını tapa bilmirlər.

    Məsələ ilə bağlı Oxu.Az kiçik bir araşdırma edərək bir neçə suala cavab tapmağa çalışıb.

    Hazırda Çində xəstəliyin yayıldığı əyalətlərdə karantin elan edilib. Karantin elan olunmasına baxmayaraq, Çindən Azərbaycana gələn insanlar, eləcə də, gətirilən müxtəlif növ məhsullarla virusun ölkəmizə yayılması ehtimalı varmı? İnsanların həkim yoxlamasından keçməsi, məhsulların isə dezinfeksiya edilməsi virusun yayılmasının qarşısını almağa kifayət edirmi? Çindən Azərbaycana poçt yolu ilə daxil olan bağlamalar nə qədər risklidir?

    Mövzu ilə əlaqədar Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev redaksiyamıza bildirib ki, təhlükə saçan koronavirusun insanlara əşyalar vasitəsi ilə keçməsi mümkündür:

    “Ümumiyyətlə, hər bir virusun insana yoluxma yolu var. Əgər siz öskürürsünüzsə, əşyalarınız başqa bir insan üçün təhlükəli ola bilər. Çünki öskürən zaman əşyanın üzərinə düşən ağız seliyi başqa bir şəxsləri də yoluxdurmağa kifayət edir.

    Tək koronavirus yox, bütün viruslar belədir. Bu səbəbdən koronavirusun əşyalar vasitəsilə Azərbaycana yayılması istisna edilmir. Biz ajiotaj yaratmırıq, insanları bir qədər diqqətli olmağa çağırırıq.

    Ölkəyə Çindən gələn turistlər və onların əşyaları mütləq yoxlanılmalı, dezinfeksiya olunmalıdır. Əgər insanlarda şübhəli simptomlar varsa, onlar xüsusi təhlükəli infeksiyaların yoxlanıldığı Respublika Taun Əleyhinə Stansiyada həkimlər tərəfindən müayinə edilməlidirlər.

    Baxmayaraq ki, bu virusun əşya ilə də keçmə ehtimalı var, bu gün Azərbaycanda koronavirusa yoluxma aşkar olunmayıb. Hələlik bu xəstəik Azərbaycanda yoxdur”.

    Çindən Azərbaycana poçt yolu ilə daxil olan bağlamalar, onlayn alış-veriş vasitəsilə alınan mallar kifayət qədər çoxdur. Bəs bu risk faktoru kimi qiymətləndirilə bilər, yoxsa yox?

    Məsələ ilə bağlı Azərbaycanın baş infeksionisti Cəlal İsayev isə həmkarının fikirlərinin əksinə olaraq, son günlər Çində insanların ölümü ilə nəticələnən təhlükəli koronavirusun ölkəmizə əşyaların üzərində gəlmə ehtimalını inkar edir. O bildirib ki, viruslar geyimlər vasitəsilə yayılsaydı, qripdən kütləvi şəkildə insan ölərdi:

    “Virusun əşyalar, bağlamalar üzərindən insana yoluxma təhlükəsi yoxdur. Əgər viruslar geyim, əşyalarla geniş yayılsa, insanlar kütləvi şəkildə tələf olardı. Çindən ölkəyə idxal edilən məhsulların virus daşıyıcı kimi qiymətləndirilməsi doğru deyil. Çindən ilan, qurbağa əti almadığımıza görə, virusun qida məhsulları ilə yoluxma təhlükəsi də qalmır.

    Ölkəyə gələn insanlar hava limanında yoxlanılmalıdır. Əgər temperatur, öskürək, qripə bənzər əlamətlər varsa, bu əlamətlər aşkarlanan şəxslər xüsusi aparatlar vasitəsilə yoxlanılmalıdır.

    Çində təhsil alan azərbaycanlı tələbələrə də potensial təhükə kimi baxmaq lazım deyil. Əgər onlar hələ də virusa yoluxmayıblarsa, ölkəyə gəldiklərində həkim yoxlamasından keçmələri bəs edir”.

    Çindən Azərbaycana göndərilən bağlamalarla bağlı sualımızı isə “Azərpoçt” MMC cavablandırıb. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən sualımıza cavab olaraq bildirdilər ki, son günlər Çində naməlum etimologiyalı koronavirusun aşkar edilməsi ilə əlaqədar hazırda bu ölkədən Azərbaycana daxil olan poçt göndərişlərinin daşınmasında “Azərpoçt” MMC tərəfindən heç bir məhdudiyyət yoxdur.

  • Эльхан Мамедов стал исполнительным вице-президентом АФФА

    Стали известны имена вице-президентов Ассоциации футбольных федераций Азербайджана (АФФА).

    Как передает Median.Az, решение в связи с этим было принято на заседании Исполкома организации после проведения в Баку XXVIII конференции АФФА.

    Вице-президентами ассоциации на следующий период стали Эльшад Насиров, Рауф Алиев и Вагиф Садыхов.

    Бывший генсек организации Эльхан Мамедов назначен исполнительным вице-президентом АФФА.

    Одним из главных вопросов повестки дня также был вопрос назначения на пост главного тренера сборной Азербайджана. Несмотря на обсуждения, решения по этому поводу принято не было.

  • Elxan Məmmədov AFFA-nın icraçı vitse-prezidenti oldu

    AFFA-nın vitse-prezidentlərinin adlarına aydınlıq gəlib.

    Median.Az xəbər verir ki, bu barədə qurumun Seçki Konfransından sonra keçirilmiş İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.

    Növbəti dönəm üçün AFFA-nın vitse-prezidentləri Elşad Nəsirov, Rauf Əliyev və Vaqif Sadıqov olacaq.

    Elxan Məmmədov isə İcraçı vitse-prezident təyin olunub.

    E.Məmmədov həmçinin baş katib vəzifəsinin icrasını da davam etdirəcək.

    Gündəmin əsas məsələlərindən biri də Azərbaycan millisinə baş məşqçi postuna təyinat məsələsi idi. Müzakirələr aparılsa da, bununla bağlı qərar verilməyib.

  • Кадры убийства азербайджанца в Москве – ВИДЕО

    В Москве убили азербайджанца.

    Как передает News-r.ru, в ночь на 28 января неизвестный мужчина напал на возвращавшегося домой рыночного торговца из Азербайджана на улице Гарибальди.

    Злоумышленник набросился на Махира Аскерова у подъезда многоэтажки и буквально изрешетил его ножом.

    От полученных травм потерпевший умер на месте происшествия, нападавший же скрылся.

    “Убийство продавца московского рынка попало на камеру наблюдения, установленную у подъезда. Сейчас правоохранители разыскивают злоумышленника”, – сообщил источник в правоохранительных органах Москвы.