Month: January 2020

  • Prezidentdən Şahin Əliyevlə bağlı SƏRƏNCAM

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şahin Məhərrəm oğlu Əliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Şahin Məhərrəm oğlu Əliyev “Şöhrət” ordeni ilə təltif edilib.

    Qeyd edək ki, Ş.Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiridir.

  • Vilayət Eyvazov general Həsən Şirinovu işdən çıxardı

    Daxili İşlər Nazirliyində kadr dəyişikliyi baş verib.

    Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

    Əmrə əsasən, Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Həsən Şirinov tutduğu vəzifədən azad olunub.

    H.Şirinov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

    Daxili işlər orqanlarında uzun müddət xidmətlərini, dövlətçilik prinsiplərinə sadiqliyini, cinayətkarlığıa qarşı mübarizə və ictimai asayişin qorunması sahəsində fəqləndiyini nəzərə alaraq, habelə anadan olmasının 70 illiyi münasibətilə Bakı şəhər Baş Polis İdarəsinin rəisinin maddi-texniki təminat üzrə müavini polis general-mayoru Həsən Şirinov Daxili İşlər Nazirliyini “Fəxri Fərmanı” ilə təltif olunub.

    BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumatı saytımıza təsdiq edib.

  • “Instagram”da narkotik satan şəxs tutuldu – FOTO

    Daxili İşlər Nazirliyinin “Instagram” sosial şəbəkəsindəki “polisazerbaycan” rəsmi səhifəsinə vətəndaşlardan biri müraciət edərək, həmin sosial şəbəkədəki “tt.elcan_” adlı profildə narkotik vasitələrin qəbulunun təbliğ edildiyi barədə məlumat verib.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, bu barədə xəbər aidiyyəti üzrə Baş Narkotiklərlə Mübarizə İdarəsinə göndərilib.

    Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində “tt.elcan_” səhifəsinin Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yaşayan Elcan Şahverdiyevə məxsus olduğu məlum olub.

    O, qısa zamanda saxlanılaraq məsuliyyətə cəlb edilib. E.Şahverdiyev ifadəsində “Instagram” sosial şəbəkəsində narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib.

    Qeyd edək ki, E.Şahverdiyev artıq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, məhkəmənin qərarı ilə 25 sutka müddətində inzibati qaydada həbs edilib.





  • Bakıda məşhur restoranda tarakanlar “at oynadır” – VİDEO

    В социальных сетях появилась видеозапись, на которой запечатлены бегающие по витрине ресторана насекомые.

    Речь идет о ресторане 50 Qəpik, расположенном недалеко от станции Бакинского метрополитена “Хатаи”.

    По словам автора публикации, он пришел в заведение общепита, чтобы пообедать. При оформлении заказа он заметил возле посуды с едой тараканов и поспешил покинуть ресторан.

    Представляем читателям эти кадры:
    /oxu.az/

  • Bakıda məşhur restoranda tarakanlar “at oynadır” – VİDEO

    Bakının məhşur restoranlarından birində həşəratlar “at oynadır”.

    Söhbət “Xətai” metrostansiyasının yaxınlığında yerləşən “50 Qəpik” adlanan restorandan gedir.

    Bu barədə sosial şəbəkə istifadəçiləri tərəfindən sosial şəbəkələrdə video paylaşılıb.

    Paylaşım edən şəxs iddia edir ki, nahar etmək üçün “50 Qəpik” restoranına gediblər. Sifariş verərəkən isə yeməklərin yanında tarakanları görüblər. Bu səbəbdən restoranda nahar etməkdən imtina edərək, oranı tərk ediblər.

    Həmin görüntüləri təqdim edirik:

  • В Баку водитель “скорой” рылся в мусорке – ВИДЕО

    В соцсетях появились интересные видеокадры с участием водителя машины скорой медицинской помощи.

    На записи, отправленной в Baku TV, видно, как в ожидании врача водитель нашел себе “интересное” занятие.

    Забыв про все санитарно-гигиенические нормы, сотрудник медицинской службы с увлечением роется в установленных поблизости мусорных баках и забирает все, что ему кажется нужным.

    Самое интересное, собранный мусор мужчина грузит в автомобиль “скорой”.

    Перевозка пациентов с открытыми ранами или слабой иммунной системой в таком “очаге инфекции” может представлять серьезную угрозу.

  • Bakıda təcili yardım maşınının sürücüsü zibil qutularını eşələyir – VİDEO

    Bakıda təcili tibbi yardım avtomobilinin sürücüsünün maraqlı görüntüləri yayılıb.

    Baku TV-yə daxil olan videoda həkimi gözləyərkən sürücünün özünə maraqlı bir məşğuliyyət tapdığı görünür.

    Sürücü bütün gigiyenik və sanitar normaları unudaraq, yaxınlıqdakı zibil qutularını eşələyir. O, özünə lazım olan nələrisə zibilin içindən seçib götürür.

    Sürücü zibillikdən topladığı əşyaları və qidaları təcili tibbi yardım maşınına gətirir. Beləliklə, xəstələrin daşındığı təcili yardım maşını virus yuvasına çevrilir. Açıq yara ilə və ya immuniteti aşağı olan xəstələrin bu cür antisanitar vəziyyətdə bir məntəqədən xəstəxanaya aparılması çox təhlükəlidir.

  • Azərbaycanda üç nəfər koronavirusa görə xəstəxanaya yerləşdirilib

    Bakıda koronavirus xəstəliyi ilə şübhəli bilinən üç nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Bu barədə Oxu.Az-a açıqlamasında mərkəzin baş həkimi Ədalət Dadaşov deyib.

    O bildirib ki, müraciət edənlərdən bir nəfər Çində təhsil alan azərbaycanlı, bir nəfər Bakı Dövlət Universitetinin amerikaşünaslıq fakültəsində təhsil alan Çin vətəndaşı, digəri isə Krasnoyarsk vilayətində yaşayan və hazırda Bakıda olan azərbaycanlıdır:

    “Çində təhsil alan azərbaycanlı və Krasnoyarsk vilayətindən gələn şəxs yoxlanılıb. Onların analiz nəticələrində şübhəli bilinən məqam təsdiq olunmadığı üçün evə buraxılıblar. Yanvarın 27-də Klinikaya daxil olan çinli tələbənin yoxlanışları isə davam etdirilir.

    Ondan alınan analizlərinin cavabı da mənfi gəlib. Şəxs özünü yaxşı hiss edir. Yaxın günlərdə evə buraxılacaq”.

  • На сотрудника дорожной полиции напали с ножом – ВИДЕО

    Обезврежен водитель, который пытался ударить ножом сотрудника Государственной дорожной полиции (ГДП).

    Информацию об этом распространило Главное управление ГДП.

    31 января примерно в 10:50 на 68-м километре автодороги Баку – Газах – граница с Грузией инспекторами дорожной полиции был остановлен автомобиль марки Renault Tondar (99-UD-071). Причиной задержания стала незаконная установка “мигалок” на транспортном средстве.

    За рулем находился житель города Баку Сеидзаде Мирсамир Миргашим оглу (1995 г.р.).

    Выйдя из машины, он вытащил нож и попытался ударить им полицейского. Однако старший сержант полиции Анар Ибрагимов оперативно среагировал и обезвредил водителя.

    М.Сеидзаде передан следствию.

  • Bakıda sürücü polisə hücum etdi – VİDEO

    Bakıda yol polisinə hücum edilib.

    Hadisə ötən gün qeydə alınıb.

    Sürücünün polisə hücum etmə videosunu təqdim edirik: