Month: January 2020

  • Yeni koronavirus artıq Almaniyadadır

    2019-nCoV növlü yeni koronavirus artıq Çindən Almaniyaya da gəlib çıxıb.

    “Deutsche Welle” xəbər verir ki, Bavariyanın Ştarnberq əyalətinin sakininin virusa yoluxması təsdiqlənib.

    Bu haqda Bavariyanın Federal səhiyyə nazirliyi yanvarın 28 məlumat yayıb.

  • Bakıda silsilə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

    Binəqədi polisi silsilə oğurluq etməkdə şübhəli bilinən şəxsi saxlıyıb.

    Median.Az xəbər verir ki, aparılan əməliyyat axtarış tədbirləri nəticəsində Binəqədi qəsəbəsi və ətraf ərazilərdə fərdi yaşayış evlərinə qənim kəsilən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Salamov tutularaq istintaqa təqdim edilib.

    Araşdırma zamanı onun təkcə Binəqədi rayonu ərazisində 11 evdən ümumi dəyəri 50 min manat olan qızıl-zinət əşyaları və 80 min manata yaxın nağd pul oğurladığı məlum olub.

    Vüsal Salamovun törətdiyi oğurluq hadisələrinin bir qismi ərazidə quraşdırılan təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

    Faktla bağlı cinayət məcəlləsinin müafiq maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat istintaq tədbirləri davam etidirlir.

    Vüsal Salmanovun əməllərindən zərər çəkən başqa vətəndaşlar DİN 102 zəng mərkəzinə yaxud, Binəqədi rayon polis şöbə və bölmələrinə müraciət edə bilərlər.//oxu.az

  • Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib

    Göygöl rayonunda zəncirvari ağır yol nəqliyyat hadisəsi baş verib.

    Median.Az xəbər verir ki, qəza Gəncə-Şəmkir yolunun Göygöl rayonundan keçən hissəsində qeydə alınıb.

    Magistral yol ilə hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinin sürücüsü idarə etməni itirərək əvvəlvə eyni istiqamətdə hərəkətdə olan “Qazel” markalı yük maşınına daha sonra isə mikravtobusa çırpılıb.

    Zərbənin təsirindən “Qazel” yol kənarındakı dərəyə aşıb.

    Hadisə zamanı sürücülərin yüngül xəsarət aldığı deyilir.

    Faktla bağlı araşdırma aparılır.//oxu.az

  • İt dişləməsindən ölən uşağın valideynləri: Həkimlər günahkardır

    Xəzər rayonu Qala qəsəbəsi Xaşaxuna yaşayış masssivində it dişləməsi nəticəsində 4 gün əvvəl dünyasını dəyişən 4-cü sinif şagirdi Ömər Poladovun valideynləri həkimləri məsuliyyətsizlikdə ittiham edirlər.

    Valideynlərin iddiasına görə, Sabunçu rayon 3 saylı şəhər klinik xəstəxanasının həkimləri burada uşağa bir iynə vurmaqla kifayətlənərək, daha sonra türkəçarə yolu ilə müalicə məsləhət görüblər. Valideynlər bildirirlər ki, sözügedən xəstəxanada bir iynə vurduqdan sonra məsləhət görülüb ki, it dişləyən yeri sabunla yusunlar.

    Məsələ ilə bağlı sözügedən xəstəxananın qəbul şöbəsindən isə bildirdilər ki, valideynlərin ittihamı əsassızdır. Burada vurulan iynədən sonra valideynlərə növbəti müalicə üçün poliklinikaya getmələri bildirilib.

    Valideynlər isə məsuliyyətsizlik edib getməyiblər. Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin açıqlamasında da 10 yaşlı uşağın ölümünə səbəb kimi valideyn məsuliyyətsizliyi göstərilir. Qeyd olunur ki, uşağın valideynlərinə dəfələrlə digər iynələrin vurulmalı olduğu izah edilib. Valideynlər isə iki dəfə yaşayış üzrə poliklinikada iynə vurdurmaqla kifayətləniblər.

    Yeri gəlmişkən, 10 yaşlı Öməri it dişləyən ərazi isə sahibsiz itlərin məkanına çevrilib. İş o yerə çatıb ki, valideynlər uşaqlarını məktəbə belə göndərmək istəmirlər. Ərazidə yaşayanlar hadisədən sonra qorxu içində yaşayırlar.

  • Эксперт: Лечение от коронавируса занимает одну-две недели

    Около недели требуется для лечения заболевших пневмонией, вызванной новым типом коронвируса, в более тяжелых случаях – две недели, поэтому количество выписанных из больниц увеличится.

    Как передает РИА Новости, об этом заявил 28 января член экспертной группы государственного комитета КНР по вопросам здравоохранения Ли Синван.

    “В настоящее время пациенты с легкими симптомами восстанавливаются примерно за неделю, с более серьезными – примерно две недели, возможно, даже больше, поэтому есть уверенность в том, что со временем количество пациентов, выписанных из больниц, возрастет”, – заявил на брифинге Ли Синван.

    По его словам, для того, чтобы больного выписали, у него должны в целом пройти клинические симптомы болезни, нормализоваться температура тела, а анализ на вирусную нуклеиновую кислоту дважды показать отрицательный результат.

    По последним данным госкомитета здравоохранения КНР, общее число заболевших пневмонией, вызванной новым типом коронавируса, достигло 4515 человек, из них 106 скончались, 60 человек вылечились и были выписаны из больниц.

    За пределами материкового Китая случаи заражения зафиксированы в Гонконге, Макао, Тайване, Таиланде, Японии, Южной Корее, США, Канаде, Вьетнаме, Сингапуре, Непале, Франции, Австралии, Малайзии и Германии.

  • Koronavirus nefti də “vurdu”

    Çində virusla bağlı narahatlıqlar fonunda neft ucuzlaşmağa davam edir.

    Bu barədə REN TV xəbər yayıb.

    Çində naməlum koronavirusun səbəb olduğu sətəlcəm xəstəliyi ilə bağlı neftin qiymətində azalma müşahidə edilir.

    Bazar ertəsi keçirilən ticarət nəticəsində “Brent” markalı neftin qiyməti 2,26 faiz azalaraq bir bareli 59,32 dollar (təxminən 100 AZN) təşkil edib.

    Çində vəziyyətin necə dəyişəcəyindən asılı olaraq, “Brent” markalı neftin qiyməti 55 dollara (təxminən 93 AZN) qədər azala bilər.

    Ölkə ərazisində virusdan ölənlərin sayı 106 nəfərə, yoluxanların sayı isə 4,5 min nəfərə çatıb.

    Yoluxma halları Honkonq, Makao, Tayvan, Yaponiya, Cənubi Koreya, ABŞ, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada qeydə alınıb.

  • Ошибка BBC в репортаже о гибели Брайанта возмутила фанатов – ВИДЕО

    Ошибка журналистов британского телеканала ВВС в репортаже о гибели американского баскетболиста Коби Брайанта вызвала негодование фанатов.

    Как сообщает “Лента.ру”, первым на неточность в Twitter обратил внимание журналист Мэтью Чемпион (Matthew Champion).

    В репортаже были показаны кадры выступлений другого баскетболиста “Лос-Анджелес Лейкерс” – Леброна Джеймса. Пользователи сети раскритиковали действия британских журналистов.

    “Не могу поверить, что BBC мог допустить такую ошибку”, – написал Чемпион. “Коби Брайант и Леброн Джеймс даже не похожи. Если бы ВВС нанял больше чернокожих продюсеров и редакторов, ужасающих ошибок, подобных этой, просто бы не было”, – отреагировал британский политик Дэвид Лэмми. “Покойся с миром, один из многих чернокожих баскетболистов”, – сообщает нам BBC”, – позлорадствовал еще один юзер.

    Телеканал принес извинения за ошибку и удалил репортаж.

    26 января Коби Брайант погиб при крушении частного вертолета. Трагический инцидент произошел в городе Калабасас в американском штате Калифорния. Во время авиакатастрофы вместе с Брайантом погибла также его 13-летняя дочь, всего девять человек, которые находились на борту.

  • Səkkiz aylıq körpəsini beş min dollara satmağa çalışan ana yaxalandı

    Özbəkistanın şərqində yerləşən Əndican şəhərində hüquq-mühafizə orqanları səkkiz aylıq körpəsini beş min dollara satmağa çalışan ananı saxlayıblar.

    “RİA Novosti” xəbər verir ki, bu barədə Özbəkistanın Baş Prokurorluğu məlumat yayıb.

    Saxlanılan 20 yaşlı ana barəsində cinayət işi başlanılıb. Yetkinlik yaşına çatmamış uşağı satmağa çalışdığı üçün qadını səkkiz ildən 12 ilə qədər həbs cəzası gözləyir.

  • “Green Card” udmaq istəyənlərə PİS XƏBƏR

    ABŞ Ali Məhkəməsi Donald Tramp administrasiyasına “Green Card”ın (Yaşıl kart) verilmə qaydalarını sərtləşdirməyə icazə verib.

    “The Washington Post” nəşri yazır ki, yeni qaydalara əsasən, hakimiyyət orqanları qanuni miqrantların dövlət yardımına güvənməsindən şübhələnərsə, onlara “Green Card”ın verilməsi qadağan ediləcək.

    Xatırladaq ki, Ağ Ev 2019-cu ildə “Green Card”ın (Yaşıl kart) verilmə qaydalarını sərtləşdirib.

    Sərəncamın 2019-cu ilin oktyabr ayından qüvvəyə minməsi gözlənilsə də, Nyu-Yorkda yerləşən Apellyasiya Məhkəməsinin İkinci Dairəsi onun tətbiqinə qadağa qoymuşdu.

  • Bakıda avtomobil gənc qızı vuraraq xəsarət yetirib

    Bakıda gənc qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.

    Bayıl qəsəbəsində 1998-ci il təvəllüdlü Salayeva Şəms Ağanəzər qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

    Yaralı hadisəni törədən sürücünün köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona çanağın və ətrafların sınığı diaqnozları qoyulub.