Month: January 2020

  • Türkiyədə zəlzələ olub

    Türkiyədə zəlzələ olub.

    Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

    Məlumata görə, yeraltı təkanlar Elazıg vilyətinin Sivrice rayonunda 4,5 bal gücündə qeydə alınıb. Hələlik dağıntılar və ya zərərçəkənlərin olub-olmaması barədə məlumat verilmir.

    Xatırladaq ki, bu, Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda son günlər baş verən növbəti zəlzələdir. Yanvarın 24-də baş vermiş zəlzələ zamanı 40 nəfər ölüb, yüzlərlə insan xəsarət alıb.

  • В турецкой провинции Элязыг снова произошло землетрясение

    В турецкой провинции Элязыг произошло землетрясение магнитудой 4,2, сообщают турецкие СМИ.

    Подземные толчки были зафиксированы в 19:12 по местному времени (20:12 по бакинскому времени – ред.) в районе Сивридже.

    Очаг землетрясения залегал на глубине около 12 километров.

    Отметим, что в районе Сивридже восточной турецкой провинции Элязыг в 20:55 по местному времени (21:55 по бакинскому времени – ред.) 24 января произошло землетрясение магнитудой 6,8, в результате которого погибли 39 человек, пострадали около 1500 человек.

    Напомним, что Турция расположена в сейсмоактивной зоне, и землетрясения, которые нередко приводят к человеческим жертвам, здесь происходят достаточно часто. Наиболее мощные колебания земной коры в этой стране были отмечены в 1999 году в районе Мраморного моря. Магнитуда подземных толчков тогда составила 7,4. В результате землетрясения погибло около 18 тысяч человек.

  • Ana yenicə dünyaya gətirdiyi övladını satdı

    Rusiyanın Stavropol vilayətində ana yenicə dünyaya gətirdiyi övladını satıb.

    Bu barədə rg.ru xəbər yayıb.

    Xəbərdə bildirilir ki, 36 yaşlı ana körpə uşağını sataraq əvəzində 440 min rubl (12 000 AZN) alıb.

    “Qadın hələ ötən ilin sentyabr ayında, hamilə ikən uşağını satmağı qərara alıb. Hətta o bu barədə sosial şəbəkələrdə reklam da yerləşdirib. Bir qadın isə təklifə razı olub, amma əvvəlcə bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib”, – deyə İstintaq Komitəsinin rəsmi saytında yayımlanan məlumatda bildirilir.

    Hüquq-mühafizə orqanlarının məlumatına görə, ötən ilin dekabr ayında qadın bir qız uşağı dünyaya gətirib və onu razılaşdırılmış qiymətə satıb.

    Hazırda körpə müvəqqəti olaraq bir xəstəxanaya yerləşdirilib. Onun taleyi qəyyumluq orqanları tərəfindən həll ediləcək. Anaya qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 127.1 maddəsi (“İnsan alveri”) ilə cinayət işi açılıb.

    Hazırda istintaq dəlillər toplayır və şahidlərlə görüşərək araşdırmalar aparır.

  • Əfsanəvi basketbolçunun öləcəyini 8 il əvvəl bilirdi – FOTO

    Xəbər verdiyimiz kimi, ABŞ-ın peşəkar basketbol liqasının (NBA) keçmiş əfsanəvi basketbolçusu Kobi Brayant faciəvi şəkildə helikopter qəzasında həyatını itirib.

    Median.Az xəbər verir ki, 2012-ci ildə Tvitter sosial şəbəkəsində “@dotNoso” adlı istifadəçi tərəfindən paylaşılan bir tvit Kobe Brayantın ölümündən sonra bütün diqqəti üzərinə çəkib.

    Platforma istifadəçisi tərəfindən 8 il öncə paylaşılan tvitdə Kobinin helikopter qəzasında öləcəyi yazılıb.

    Qeyd edək ki, Kaliforniya ştatında baş verən hadisə zamanı daha 4 nəfərin öldüyü bildirilir. Onların Brayantın qızları olduğu qeyd olunub. (publika.az)

  • В Гаджигабуле женщина умерла после родов

    В Гаджигабуле женщина умерла после родов.

    Как сообщает АПА, смертный случай произошел в родильном отделении Гаджигабульской центральной районной больницы.

    Жительница района Айтадж Гасанова родила девочку. Через два часа после родов женщина умерла.

    Ведется расследование.

  • “Simpsonlar”ın 1993-cü ildə yayımlanan bölümündə koronavirus izləri aşkarlandı – VİDEO

    1989-cu ildə işıq üzü görən “The Simpsons” (Simpsonlar) cizgi filminin 1993-cü ildə yayımlandığı iddia edilən bir bölümündə koronavirusu xatırladan bir bölüm çəkildiyi ortaya çıxıb.

    “Son dakika” nəşrinin məlumatına görə, bu barədə sosial şəbəkə hesablarında minlərlə paylaşım edilib.

    Məlumata görə, cizgi filminin sözügedən bölümündə Simpsonlar ailəsinə Çində karqo ilə bir bağlama gəlir və bu bağlamadan ABŞ-a epidemiya yayılır.

    “The Simpsons” cizgi filminin ən məşhur olduğu sahələrdən biri gələcəyi təxmin etməsidir. 11 sentyabr hadisələri, Donald Trampın ABŞ prezidenti seçilməsi kimi hadisələri təxmin edə bilən “The Simpsons” Çindən dünyaya yayılan koronavirusu da öncəgörmələri sırasına daxil edib.

    Təqvim 1993-cü ili göstərdiyi vaxtda yayımlanan bir “The Simpsons” bölümündə Çindən Sprinqfildə – “The Simpsons” hadisələrinin cərayan etdiyi şəhərə bir bağlama gəlir. Bu bağlamaya çinli karqo işçiləri virus yoluxdurur. Qutu Homer Simpsonun adına göndərilir. Elə bağlamını da Homer özü açır və virusa yoluxur. Sözügedən bağlamalar eyni vaxtda bir çox personaja göndərilir və virus sürətlə bütün şəhərə yayılır, ölümlər başlayır.

  • Yeni ailə quran qadın ata evində özünü asdı

    Sabirabadda gənc qadın özünü asaraq intihar edib.

    Median.Az APA-ya istinadən xəbə verir ki, axşam saatlarında Sabirabad rayonunun Qarağac kənd sakini, 2000-ci il təvəllüdlü Günəşova Adilə Ağasəf qızı ailə münaqişəsi zəminində özünü ata evində asıb.

    Yenicə ailə həyatı quran 20 yaşlı qadınla həyat yoldaşının valideyinləri arasında münaqişə yaranıb. Bundan sonra ata evinə qayıdan gənc qadın həmin yaşayış evində istifadə olunmayan otaqda axşam saatlarında özünə qəsd edib. Hazırda qadının meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təhvil verilib.

    Faktla bağlı Sabirabad rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

  • Çində koronavirusla mübarizədə vacib addım atılıb

    Çin alimləri koronavirusun kök hüceyrəsini ayıraraq izolyasiya etməyi bacarıblar.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu iddia Çin mətbuatında yer alıb.

    Bildirilib ki, epidemiyalara nəzarəti həyata keçirən institutun direktoru Xu Venbo bu nüansın virusa qarşı peyvənd yarada bilmək üçün vacib addım olduğunu söyləyib.

    Bundan başqa, Cənubi Çin əyaləti olan Quandunda virusun ölkədə yayılmasının qarşısını almaq üçün bütün sakinlərə çöldə maska taxmaq məcbur edilib.

    Qeyd edək ki, son nəticələrə əsasən, Çində 80 nəfər virusdan ölüb, 2744 nəfər isə virusa yoluxub.

  • Elazığda təhsil alan tələbə: Azərbaycan Prezidenti bizi çox böyük təhlükədən qurtardı – FOTO

    Zəlzələ qəfil baş verdi, qorxudan bütün gecəni küçədə keçirdim. Səhər kirayə yaşadığım evə girişi də bağladılar, təhlükəli olduğu üçün məni ora buraxmadılar. Mənimlə orada qalanlar hamısı öz evinə getdi, mənim isə getməyə yerim yox idi.

    Median.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Türkiyənin zəlzələ baş verən Elazığ vilayətindən təxliyə edilən, Fırat Universitetinin Elektrik-elektronika mühəndisliyi fakultəsinin 1-ci kurs tələbəsi Sevinc İsmayılova deyib. O bildirib ki, hadisə baş verən vaxt tam çarəsiz duruma düşüb:

    “Mən həm oxuyuram, həm də işləyirəm. Hadisə olan vaxt iş yerimdə idim. Məlumat aldıq ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Turkiyənin Elazığ bölgəsində təhsil alan tələbələrin təhlükəsiz təxliyəsi üçün göstəriş verib. Öz hesabıma ölkəyə gəlməyə maddi imkanım yox idi. Ona görə də bu xəbəri eşidəndə Azərbaycanda olan anam da mənimlə birgə çox sevindi. Bu, bizim üçün çox böyük bir şans idi. Azərbaycanın Türkiyədəki Səfirliyi mənimlə əlaqə saxladı və sonra bizi avtobuslarla zəlzələ bölgəsindən çıxarıb Naxçıvana gətirdilər, oradan isə təyyarə ilə Bakıya – evimizə gəldik. Yolboyu bütün yemək və digər tələbatlarımız yüksək səviyyədə ödənildi. Sağ-salamat ailəmə qovuşduğum üçün Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Cənab Prezident bir daha sübut etdi ki, dünyanın hansı ölkəsində olmağımıza baxmayaraq, Azərbaycan dövləti daim bizim yanımızdadır. Azərbaycan Prezidenti bizi çox böyük təhlükədən qurtardı. Bu hadisə dövlətimizə, dövlət başçımıza olan etibarımızı daha da artırdı. Onu da deyim ki, zəlzələdən sonra öz vətəndaşlarını bölgədən təxliyə edən yeganə dövlət Azərbaycan oldu. Bu, bizim üçün böyük qürurdur”.

    Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Təbii hadisə nəticəsində ölənlərin sayı 41-ə çatıb.

    Prezident İlham Əliyevin tapşırığı ilə zəlzələ zonasından Naxçıvana təxliyə edilən 102 azərbaycanlı tələbə yanvarın 26-da təyyarə ilə Bakıya gətirilib.

  • Аббас отказался от телефонного разговора с Трампом

    Палестинский лидер Махмуд Аббас отказался поговорить по телефону с президентом США Дональдом Трампом на фоне заявления последнего о скором оглашении плана по ближневосточному урегулированию.

    Как передает РИА Новости, об этом сообщил палестинскому порталу Al-Watan Voice член исполкома Организации освобождения Палестины Ахмад Мадждалани.

    По словам Мадждалани, никаких переговоров с американской администрацией не ведется, а Аббас отказался от телефонного разговора с Трампом.

    Ранее Трамп заявил, что огласит план ближневосточного урегулирования до намеченной на 28 января встречи с премьер-министром Израиля Биньямином Нетаньяху. Вице-президент США Майк Пенс в четверг сказал, что пригласил Нетаньяху в Белый дом на следующей неделе для обсуждения региональных вопросов, включая “пути достижения мира”.

    “Сделка века” – план палестино-израильского урегулирования, разработанный нынешней администрацией США. Обнародование документа неоднократно откладывалось по различным причинам. Вашингтон начал разработку мирной инициативы около трёх лет назад. Эти усилия возглавили советник Трампа Джаред Кушнер и помощник американского лидера Джейсон Гринблат. Американские СМИ сообщали, что новый план будет сосредоточен на экономике и инвестициях.