Month: January 2020

  • Fırıldaqçılara inanmayın və ucuz toyuq əti almayın – VİRUS TƏHLÜKƏSİ, NECƏ QORUNMALI?

    Yanvarın 18-də Ukraynanın Vinnitsa bölgəsinin Nemirovski rayonundakı “Xutor” sənaye müəssisəsində qeydə alınan toyuq ölümü bütün Avropa və MDB ölkələrini narahat etdi.

    Laboratoriya müayinələrinin köməyi ilə xəstəliyə son 3 ildə eşidilməyən quş qripi (tip A, tip H5) diaqnozu qoyuldu. Xutordan əlavə, Kolosok JLLC və Nemirov-Podolia MMC şirkətlərinin təsərrüfatları da karantinə alındı. Nemirovski rayonunda 3 km radiusda 9 yaşayış məntəqəsində mühafizə zonası, və eyni bölgənin 23 yaşayış məntəqəsində nəzarət zonası yaradıldı.

    Vinnitsa bölgəsinin Dövlət Qida və İstehlak Xidmətinin məlumatına görə, epizootik ərazidə 116 min quş var. Yanvarın 21-ə olan məlumata görə, 22 min quş məhv edilib və sonrakı günlərdə bu rəqəm 108 minə-ə çatıb.

    Qeyd olunur ki, 2020-ci ilin əvvəlinə olan məlumata görə, Ukraynadakı müəssisə və ev təsərrüfatlarında təxminən 220 milyon quş saxlanılır.

    Heyvanların Sağlamlığının Qorunması Ümumdünya Təşkilatının hesabatına görə, Ukraynada quş qripinin işartıları zamanı 4 min 856 toyuq tələf olub. Avropa Birliyi Ukraynadan quş əti, quş əti məhsulları və termal işlənməmiş quş məhsulları idxalını dayandıracağını bildirib. Qeyd edək ki, yumurta və yumurta məhsullarına isə məhdudiyyətlər qoyulmayıb.

    Vacib məqamı nəzərinizə çatdıraq ki, dünyada quş qripinin başlaması ilə yanaşı, ilk dəfə Çində aşkar olunan naməlum koronavirus qurbanlarının sayı artır və bu cür təhlükələrdən qorunmağın yolları məsələsi aktuallaşır.

    Əsas problem odur ki, hazırda Ukrayna tədarükçüləri çox sayda toyuq əti toplayıblar ki, bu da digər ölkələr üçün təhlükəli ola bilər. Vicdanlı şirkətlər heç kimə zərər verməmək üçün mallarını məhv edirlər, lakin bununla yanaşı fırıldaqçıları, vicdansız iş adamlarını unutmaq olmaz. Onlar zərərləri azaltmaq və qripə yoluxmuş quş və quş əti məhsullarını digər ölkələrə ucuz sataraq, bundan qazanc əldə etməyə hazırdırlar. “Qurban ölkələr” arasında Azərbaycan da ola bilər.

    Bəzi mağazalarımızın rəflərində tez-tez cəlbedici qiymətə toyuq və toyuq əti görə bilərsiniz. Adətən insanlar belə ucuz məhsulların üzərində müvafiq təhlükəsizlik sertifikatlarının olub-olmamasına baxmırlar.

    Buna görə də, quş əti alarkən riskləri azaltmaq üçün sadə qaydaları bilmək çox əhəmiyyətlidir:

    – Quş ətini yalnız rəsmi bazarlardan, supermarketlərdən almaq lazımdır. Ticarət üçün nəzərdə tutulmamış və pərakəndə satış yerlərindən almaq olmaz.

    – Normal toyuq əti solğun sarı rəngli piyə və açıq çəhrayı rəngə malik olur.

    – İlkin termik emalsız quş ətindən istifadə etməyin. Virus yalnız 70+ dərəcədə məhv olur.

    – Yalnız sizə yaxşı tanış olan və etibar etdiyiniz şirkətlərin məhsullarını alın.

    – İstifadədən əvvəl yumurtaları qaynayan suda mümkün qədər çox saxlamaq lazımdır. Qaynar suya qoymazdan əvvəl isə yumurtaları sabunla yuyun.

    – Çiy yumurtalar əsasında xəmirin hazırlamasından çəkinin.

  • Установлены личности жертв ДТП в Шамкире – ОБНОВЛЕНО

    Стали известны личности погибших в результате тяжелого ДТП в Шамкире.

    По информации Report, жертвами аварии стали Габиль Амирасланов Гусейн оглу 1977 года рождения, его брат Шахин Амирасланов Гусейн оглу 1973 года рождения и их двоюродный брат Рамиль Амирасланов Сохраб оглу 1983 года рождения.

    Отметим, что инцидент был зафиксирован на участке автомагистрали Баку-Газах на территории Шамкирского района, неофициально известном как “Краз йолу”.

    ***

    В Шамкирском районе произошло тяжелое дорожно-транспортное происшествие.

    Как передает Report, случай был зафиксирован на участке автомагистрали Баку-Газах, проходящем через территорию Шамкирского района.

    В результате столкновения двух автомобилей два человека погибли на месте, еще один тяжело пострадал и позже скончался в больнице.

    По факту ведется расследование.

  • Россиянин 14 лет насиловал дочь

    В Астрахани возбуждено уголовное дело в отношении местного жителя, который на протяжении 14 лет насиловал дочь.

    Об этом “Лента.ру” сообщает со ссылкой на пресс-службу регионального управления Следственного комитета России (СКР).

    40-летний мужчина подозревается в совершении 130 эпизодов преступлений, предусмотренных статьями 131 и 132 УК РФ (“Изнасилование потерпевшей, не достигшей четырнадцатилетнего возраста” и “Насильственные действия сексуального характера в отношении лица, не достигшего четырнадцатилетнего возраста” соответственно).

    По версии следствия, в период с 2005 по 2019 год подозреваемый совершал преступления в отношении дочери 2000 года рождения.

    Ход расследования находится на особом контроле руководителя управления СКР по Астраханской области генерал-лейтенанта юстиции Ибрагима Могушкова.

  • Şəmkirdə baş verən ağır yol qəzasında ölənlərin şəxsiyyətləri məlum olub – YENİLƏNİB-2

    Şəmkirdə baş vermiş ağır yol qəzasında ölənlərin şəxsiyyətləri məlum olub.

    “Report”un məlumatına görə, qəza zamanı 1977-ci il təvəllüdlü Habil Hüseyn oğlu Əmiraslanov, onun qardaşı, 1973-cü il təvəllüdlü Şahin Huseyn oğlu Əmiraslanov və əmisi oğlu, 1983-cü il təvəllüdlü Ramil Söhrab oğlu Əmiraslanov həlak olublar.

    Qeyd edək ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun şərti olaraq “Kraz yolu” adlanan ərazisində qeydə alınıb.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    Şəmkirdə baş vermiş ağır yol qəzasında ölənlərin sayı artıb.

    “Report”un məlumatına görə, qəza zamanı ağır xəsarət almış yaralılardan biri xəstəxanada dünyasını dəyişib.

    Bununla da qəzada ölənlərin sayı üç nəfərə çatıb. Məlumata görə, ölənlərdən ikisi qardaşdır.

    Qeyd edək ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun “Kraz yolu” adlanan ərazisində qeydə alınıb.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən ağır avtomobil qəzası baş verib.

    “Report”un məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun Üçtəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    İlkin məlumata görə, qəza nəticəsində ölənlərin və ağır yaralananların olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Rəfael Dadaşov xəstəxanaya yerləşdirilib

    Xalq artisti Rəfael Dadaşov yenidən xəstəxanaya yerləşdirilib.

    Median.Az xəbər verir ki, bu barədə sənətkarı özü Xəzər TV-də yayımlanan “5/5” axşam şousunun canlı efirinə telefon vasitəsilə qoşularkən deyib. Proqramda ad gününü qeyd edən məşhur teleaparıcı Hacı Nuranı təbrik edən R.Dadaşov səhhətində yenidən problemlərin yarandığı və təcili şəkildə xəstəxanaya yerləşdiyini dilə gətirib.

    H.Nuran isə sənətkarın hazırkı vəziyyətini bu cür şərh edib:

    “Bizim çox sevdiyimiz və hörmət etdiyimiz Rəfael müəllimin səhhətində yenidən problemlər yarandığı üçün onu təcili şəkildə xəstəxanaya apardıq. Hazırda peşəkar həkimlərin nəzarəti altında müalicə alır. Bu, Xalq artisti üçün çətin mərhələdir. Allahdan Rəfael müəllimə şəfa arzu edirəm. O, çox böyük sənətkardır”.

    Daha sonra ifası ilə proqrama qatılan Rəfael Dadaşovun müğənni qızı Səidə Dadaşova Hacı Nuranı təbrik edərək, atasının səhhətindən söz açıb:

    “Atam çox istəyirdi gəlib, Hacı Nuranı təbrik etsin. Amma səhhəti buna imkan vermədi. Rəfael müəllimdə oksigen çatışmazlığı var. Mənim üçün o qədər ağırdır ki, bunları dilə gətirmək. Ürəyim ağrıyır. Amma indi vəziyyəti normaldır. Çoxları düşünür ki, bu xəstəlik atamın artıq çəkili olduğu səbəbindən yaranıb. Amma bu, əsla belə deyil. Sadəcə atam heç vaxt sağlamlığına önəm verməyib. O zamanını daha çox bizə, ailəsinə ayırıb, səhhəti ilə heç vaxt maraqlanmayıb”.

    Qeyd edək ki, Xalq artisti Rəfael Dadaşov dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti Rəfael Dadaşovun müalicə xərclərini öz üzərinə götürüb.//oxu.az

  • Rafael Cəbrayılov barədə Zakir Qaralova müraciət edildi – Həbs oluna bilər

    Keçmiş deputat Rafael Cəbrayılov həbs edilə bilər.

    Yenisabah.az xəbər verir ki, onun borclu olduğu vətəndaşlar Baş prokuror Zakir Qaralova və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət ediblər. Altı nəfərin imzaladığı müraciətdə Rafael Cəbrayılovun müxtəlif bəhanələrlə borcunu qaytarmadığı bildirilir.

    Məlumatda bildirilir ki, borc sahibləri Rafael Cəbrayılovun mandatı ləğv ediləndən sonra Baş prokurora müraciət etmək istəyiblər. Lakin keçmiş deputat onlarla görüşərək tezliklə borcu qaytaracağını bildirərək müraciətin qarşısını alıb.

    Borc sahiblləri bir müddət gözlədikdən sonra Rafael Cəbrayılovla əlaqə saxlayaraq verdiyi vədi ona xatırladıblar. Keçmiş deputat bu dəfə bildirib ki, borcunu qaytarmaq üçün villasını satışa çıxarıb. Aylar keçsə də, villa satılmayıb. Bu dəfə Rafael Cəbrayılov qardaşı Elşən Cəbrayılovu önə verərək borc sahiblərini məhz ondan şikayətçi olmağı təklif edib. Keçmiş deputat bildirib ki, əslində pulları qardaşı götürərək xaricdə özünə biznes qurub. Borc sahibləri isə Rafael Cəbrayılovun təklifini qəbul etməyiblər. Bu halda keçmiş deputat onlardan bir qədər də möhlət istəyib.

    Beləliklə, Rafael Cəbrayılovun bir neçə dəfə verdiyi sözü tutmadığını görə borc sahiblərinin səbr kasası daşıb və nəhayət, onlar Baş prokurora müraciət ünvanlayıblar.

    Borc sahiblərinin fikrincə, bu müraciətdən sonra Rafael Cəbrayılov onların pulunu qaytaracaq, əks təqdirdə isə dələduzluq ittihamı ilə həbs ediləcək.

    Xatırladaq ki, Rafael Cəbrayılov ayrı-ayrı vətəndaşlardan külli miqdarda borc alıb. Borcu vaxtında qaytaracağına zəmanət olaraq III və IV çağırış deputat vəsiqəsini girov qoyub. Vədinə əməl etmədiyinə görə onun borclu olcuğu şəxslər məsələni ictimailəşdirib. Bu məsələ ictimai rezonansa səbəb olub və Rafael Cəbrayılov deputat mandatından imtina etmək məcburiyyətində qalıb.

  • Rüşvət alan 6 rayonun təhsil şöbəsinin müdiri işdən qovuldu

    “Görülən işlər nəticəsində ötən il korrupsiya faktlarına görə 6 rayon təhsil şöbəsinin rəhbərinin müqavilələrinə xitam verilib”.

    Median.Az-ın qaynarinfo-ya istinadən məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirilən mətbuat konfransında bildirib.

    Nazirin sözlərinə görə, bu istiqamətdə vətəndaş müraciətlərinə ciddi reaksiya verilir: “Görülən işlər nəticəsində 10 rayon təhsil şöbəsinin əməkdaşına, 3 ərazi maliyyə-hesablaşma mərkəzinin rəhbərinə inzibati tədbirlər təqdim edilib. Bir sıra təhsil müəssisəsində ciddi faktların olması nəticəsində 7 halda materiallar hüquq-mühafizə orqanlarına hüquqi qiymət verilməsi üçün təqdim edilib. Eyni zamanda ötən il 10 məktəb rəhbəri, direktor və direktor müavininin müqavilələrinə xitam verilib, işdən kənarlaşdırılıb”.

    Nazir deyib ki, müqavilələrinin müddəti sona çatan 80 məktəb rəhbəri barədə davamlı olaraq aşağı nəticələr göstərdiyi və məktəb idarəetməsində bir sıra pozuntulara yol verdikləri üçün növbəti dəfə müqavilələrinin uzadılmaması barədə qərar qəbul edilib: “Təəssüf ki, bu istiqamətdə hələ də pozuntu halları ilə rastlaşırıq. 2020-ci ildə də belə hallar olarsa, yenə də Təhsil Nazirliyi tərəfindən sərt formada ciddi reaksiya veriləcək”.

  • 10 yaşlı Nərminin öldürülməsində ittiham olunan şəxsin vəkilləri tibbi ekspertiza tələb edir

    Tovuz rayonu Dondar Quşçu kəndinin 10 yaşlı sakini Nərmin Quliyevanın vəhşicəsinə qətlə yetirilməsində təqsirləndirilən İlkin Süleymanovun vəkilləri müvəkkilləri ilə bağlı məhkəmə tibbi ekspertizasının təyin olunması xahişi ilə Azərbaycan Baş Prokurorluğuna müraciət ediblər.

    Bu barədə Oxu.Az-a vəkillər özləri məlumat verib.

    Bu günə qədər təqsirləndirilən şəxsin üç vəkili var: Gəncə bürosunu təmsil edən Zabil Qəhrəmanov, Vəkillər Kollegiyasının Bakı bürosundan Əlibaba Rzayev və Murtuzəli Abbasov.

    Müdafiəçilərin sözlərinə görə, istintaq hələ də onlara İ.Süleymanovla görüşmək imkanı verməyib. Onunla yeganə qısa görüş yanvarın 24-də Sabunçu Rayon Məhkəməsində baş tutub, hansı ki oradaTovuz Rayon Məhkəməsinin məhbus barəsində verilmiş həbs-qətimkan tədbiri barədə qərarı ilə bağlı apellyasiya şikayətinə baxılıb.

    Bu görüş zamanı İ.Süleymanov vəkillərə qızın qətlində günahkar olmadığını və bütün etirafları fiziki təzyiq və işgəncə altında etdiyini bildirib. Bundan başqa, o, vəkillərə həbs edildikdən sonra ona yetirilən xəsarətlərin izlərini göstərib. Bununla əlaqədar olaraq vəkillər məhkəmə ekspertizasının aparılması üçün vəsatət qaldırıblar.

    Baş Prokurorluğun şübhəli şəxsə qarşı zorakılıq tətbiq edilməsi barədə məlumatı təkzib edən rəsmi ifadəsini vəkillər vaxtından əvvəl verilən ifadə olaraq adlandırıblar.

    “Məhkəmə Baş Prokurorluğa da eyni məktub göndərdi və indi bundan sonrakı hərəkətlərimizi müəyyənləşdirəcək cavab gözləyirik. İndi dediklərimiz istintaqın gedişinə mane ola bilər”, – deyə vəkillər bildirib.

    Əlibaba Rzayev İ.Süleymanovun ruhi vəziyyətinin normal olduğunu deyib.

    Qeyd edək ki, İ.Süleymanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsinin 2-ci bəndi (qəsdən adam öldürmə) və 145-ci (qanunsuz həbs) maddəsi ilə ittiham olunur.

    Nərmin Quliyeva 21 noyabrda, saat 15:00 radələrində qonşularında toy şənliyi keçirilən zaman qaçırılıb. Yanvarın 6-da o, yaşadığı evin yaxınlığında yanmış halda ölü tapılıb. Qızın cəsədinin tapılması barədə qonşulara və polisə ilk məlumatı İ.Süleymanov verib.

  • Неэтичное поведение женщины-водителя в Баку – ВИДЕО

    В Баку женщина-водитель создала препятствия для въезда автобуса на остановку.

    Как передает Median.Az, соответствующее видео выложил в соцсеть пресс-секретарь Бакинского транспортного агентства (БТА) Маис Агаев.

    На ней видно, что женщина, грубо нарушив ПДД, поставила свой автомобиль прямо на автобусной остановке. Она не только не пожелала освободить остановку от своего автомобиля, но и начала ругаться с водителем.

    Представляем вашему вниманию это видео:

  • Gəncədə piyadanı maşın vurub

    Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

    Belə ki, yolu keçmək istəyən 1958-ci il təvəllüdlü Abdullayev Nəbi Səyyad oğlunu “VAZ-2106” markalı minik avtomobili vurub.
    N. Abdullayev xəstəxanaya yerləşdirilib.

    Piyadanın vəziyyətinin ağır olduğu bildirilir.Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.