Month: January 2020

  • Prezident İlham Əliyev Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibə verib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Dünya İqtisadi Forumu çərçivəsində Davosda Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibə verib. “Rossiya-1” və “Rossiya-24” kanalları dövlətimizin başçısının müsahibəsini yayımlayıb.

    Median.Az “Rossiya-24” televiziya kanalında yayımlanan müsahibəni təqdim edir:

    Aparıcı: “OPEK+” bu gün neftin ədalətli qiymətini müəyyənləşdirməyə kömək edən çoxtərəfli əməkdaşlığın uğurlu formatıdır. Neft bazarının iştirakçıları arasındakı sövdələşmə öz səmərəsini göstərdi. Onu uzatmaq gərəkdir. Bu fikirləri kanalımıza müsahibədə Davos Forumunun kuluarlarında Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

    -Yaxın Şərqdə müşahidə olunan gərginlik nəzərə alınmaqla bu il neftin qiymətinin hansı dinamikasını gözləmək olar?

    -Proqnoz vermək çətindir. Düşünürəm ki, qiymətlərin bugünkü səviyyəsi həm istehsalçıları, həm də istehlakçıları qane edir. Azərbaycana gəldikdə, bu il bizim büdcəmizdə neftin bir barrelinin qiyməti 55 dollar nəzərdə tutulub. Lakin indi qiymət xeyli yüksəkdir. Buna görə də düşünürəm ki, əgər hər hansı forsmajor vəziyyət yaranmasa, qiymət 55-65 dollar diapazonunda qalacaq. Üstəlik, “OPEC+” formatı çox səmərəlidir və Azərbaycan bu formatın işində fəal iştirak edir. Biz öz üzərimizə götürdüyümüz öhdəliklərlə əlaqədar hasilatı azaldırıq və mahiyyət etibarilə bu gün OPEC-ə daxil olmayan ölkələr də özlərini OPEC üzvləri kimi aparırlar. Buna görə də “OPEC+” çoxtərəfli əməkdaşlığın olduqca uğurlu formatıdır və bizim fikrimizcə, mahiyyət etibarilə, bu gün neftin qiymətinin ədalətli olduğunu müəyyənləşdirib.

    -Sizin fikrinizcə, “OPEK+” sazişinin müddətini uzatmaq lazımdırmı?

    -Əlbəttə, bu məsələ ən yaxın vaxtlarda müzakirə ediləcək. Lakin hesab edirəm ki, konkret nəticələr gördüyümüzü nəzərə alaraq bunun müddətinin uzadılması, əlbəttə, məqsədəuyğundur. Çünki müddət uzadılmasa, bazarın necə reaksiya verəcəyini bilmirik, yenidən müxtəlif spekulyativ meyillər yarana bilər. Buna görə hesab edirəm ki, müddətin uzadılmasının əhəmiyyəti var.

    -Sizcə, bu gün dünyada çoxqütblülük əlamətləri varmı?

    -Şübhəsiz, bu gün dünya məhz çoxqütblü dünya kimi inkişaf edir. Bir neçə güc mərkəzi var. Əlbəttə, bizi narahat edən məsələlər var – regionumuzda gərginliyin artması. Lakin biz müsbət dinamikanı da görürük, əvvəllər bu cür sıx qarşılıqlı fəaliyyəti olmayan ölkələr bu gün demək olar ki, müttəfiqlər kimi hərəkət edir və regional sabitliyə böyük töhfə verirlər. Buna görə də çoxqütblü dünya artıq reallıqdır. Düşünürəm ki, bu meyillər getdikcə daha da möhkəmlənəcək. Bu, müsbət haldır, çünki bu, dünyada sabitliyə zəmanətdir.

    -Hər halda, dünyada ölkələrdən birinin daha çox birqütblü dünyaya meyil etməsi əlaməti yoxdurmu?

    -Bilirsiniz, iri ölkələrin həmişə öz hüdudlarından kənarda maraqları olur və hər ölkə özü üçün daha yaxşı şəraitə nail olmaq, öz təsir dairəsini genişləndirmək istəyir. Burada təzə heç nə yoxdur. Biz bunu əsrlər boyu müşahidə edirik, sadəcə, müxtəlif intensivlik dərəcəsi ilə. Buna görə məsələ bunda deyil, bugünkü dünya nizamının konstruksiyası, o cümlədən beynəlxalq münasibətlərin konstruksiyası çoxqütblülüyü nəzərdə tutur. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin tərkibinə baxsaq, bu, artıq dünyanın çoxqütblülüyünün əksidir. Daimi üzvlərdən birinin razılığı olmadan heç bir qərar qəbul edilə bilməz. Buna görə də düşünürəm ki, ölkələr özləri üçün birqütblülüyü təmin etməyə çalışmamalı, əksinə, hamı üçün sərfəli olan əməkdaşlıq elementləri tapmalıdırlar.

    -Azərbaycan Belarus Respublikasını neftlə təchiz edəcəkmi?

    -Bilmirəm. Bu sual mənə deyil, yəqin ki, Neft Şirkətinə aiddir. Bir neçə il bundan əvvəl biz Belarusu neftlə təchiz edirdik və sonradan Belarus tərəfinin təşəbbüsü ilə bu proses dayandırılmışdır. Əgər yenidən belə ehtiyac yaransa, Azərbaycan Dövlət Neft Şirkəti bu məsələni nəzərdən keçirəcək. Bu gün “SOCAR Traiding” şirkəti ən iri treydinq şirkətlərindən biridir və onun satdığı neftin çox hissəsi Azərbaycanda hasil edilməyən neftdir. Buna görə, sırf texniki baxımdan Azərbaycan şirkəti nefti istənilən yerə tədarük edə bilər. Lakin qiymət məsələsi, logistika məsələsi, kontrakt öhdəlikləri ilə bağlı məsələ – bütün bunlar müvafiq şirkətlər arasında müzakirə edilməlidir.

    -Çox sağ olun.

    -Sağ olun.

  • Стали известны наиболее посещаемые гражданами Азербайджана страны

    В 2019 году число граждан Азербайджана, совершивших поездки в зарубежные страны, выросло на 13,4 процента по сравнению с предыдущим годом и составило 5 567 000.

    Как сообщает в понедельник Trend, из них 36,7 процента посетили Иран, 28,9 процента – Грузию, 17,6 процента – Россию, 11,4 – Турцию, 5,4 процента – другие страны. Около 64 процента путешественников были мужчины, 35,9 процента – женщины.

    За отчетный период число граждан Азербайджана, посетивших Иран выросло на 23,7 процента, Грузию – на 12,3 процента, Россию – на 5,7 процента, Турцию – на 4,6 процента.

    Граждане Азербайджана в путешествиях чаще всего пользовались железнодорожным и автомобильным транспортом – 82,6 процента, воздушным транспортом – 16,7 процента, а морским – 0,7 процента.

  • Не обманывайте людей! – коронавирусом заразились 90 тысяч человек

    На самом деле в Китае вирусом, распространившимся из города Ухань, заразились 90 тысяч человек.

    Как передает Sondakika.com, об этом в социальных сетях написала китайская медсестра, которая обвинила правительство Китая в искажении и сокрытии истины.

    В своей записи женщина раскрыла правду относительно смертельного вируса.

    “В провинции Хубэй, ее административном центре Ухань, в целом во всем Китае коронавирусом заражены 90 тысяч человек. Я советую всем, кто прочитал это, не выходить на улицу. Прошу отправить в Ухань защитные маски, очки и одежду. Помогите нам”, – отметила медсестра, попросив помощи.

    По официальным данным, смертельным вирусом заразились 2744 человека, число жертв достигло 80.

  • Baş Prokurorluq və DİN-dən Salyan sakininin polis zorakılığına məruz qalması haqqında yayılanlara MÜNASİBƏT

    Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat yayıb.

    Baş Prokurorluq və DİN-in mətbuat xidmətlərindən daxil olan məlumatda bildirilib ki, son günlər bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ölkəmizdəki sabitliyin pozulmasında maraqlı olan şəxslər tərəfindən qəsdən sağlamlığa ağır zərər vurma cinayətinə görə azadlıqdan məhrum edilmiş Salyan rayon sakini Aytəkin Abıyevanın guya polis əməkdaşı Həmzə Əzizov tərəfindən zorakılığa məruz qalması və özünü Aytəkin Abıyevanın müdafiəçisi kimi göstərmək istəyən həmin rayonun sakini Zamin Salayevə (Əlizamin Salayev) işgəncə verilməsi barədə məlumatlar yayılır.

    Əslində heç bir əsası olmayan, reallıqdan tamamilə uzaq, vətəndaşlarda dövlət qurumlarına inamsızlıq yaratmaq niyyəti güdən və qərəzli şəkildə uydurulan bu cür məlumatlarla bağlı bildirilir ki, 2019-cu il avqust ayının 8-də qohumu ilə rəsmi nikaha daxil olub ailə həyatı qurmuş Aytəkin Abıyeva əri ilə birgə Bakı şəhərinə köçüb və bundan 10 gün sonra adı istintaqa məlum olan keçmiş sevgilisinə zəng edib, onunla Salyan şəhərinə gəlib və 4 gün müddətində müxtəlif ünvanlarda qalıblar.

    Həyat yoldaşının polisə müraciəti əsasında avqustun 22-də tapılıb ailəsinə qaytarılan, daha sonra valideynlərinin yanına qayıdan Aytəkin Abıyeva yeni tanış olduğu başqa bir şəxslə telefon əlaqəsi saxladığı üçün anası tərəfindən tənbeh edildiyindən sərbəst yaşamaq qərarına gələrək 2019-cu il sentyabrın 10-da xəbər vermədən evdən gedib. Aytəkin Abıyevanın itkin düşməsi barədə ailə üzvlərinin Daxili İşlər Nazirliyinin “102” Xidmətinə müraciəti əsasında həmin gün o, polis əməkdaşları tərəfindən tapılıb valideynlərinə təhvil verilib.

    Bir neçə gün evlərində qalan Aytəkin Abıyeva 2019-cu il sentyabrın 16-da yenidən evdən qaçıb, əvvəldən yaxın münasibətdə olduğu digər tanışı ilə görüşüb.

    Ertəsi gün onun itkin düşməsi barədə valideynləri yenidən Salyan Rayon Polis Şöbəsinə müraciət edib və müvafiq araşdırmanın aparılması baş təhqiqatçı Həmzə Əzizova tapşırılıb. Həyata keçirilmiş axtarış tədbirləri ilə Aytəkin Abıyevanın olduğu yer müəyyən edilib və o, saxlanılıb qardaşına təhvil verilərkən buna etiraz olaraq üzərindəki bıçaqla Həmzə Əzizova həyat üçün təhlükəli olan ağır xəsarət yetirib.

    Fakt üzrə Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29 və 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb və Aytəkin Abıyeva məhkəmənin qərarı ilə şübhəli qismində tutulub.

    Müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrdə, Aytəkin Abıyeva ittiham üzrə özünü təqsirli bilib, cinayəti törətdiyi günədək Həmzə Əzizovla heç bir münasibətinin olmadığını və hər hansı polis əməkdaşı tərəfindən ona qarşı qanunsuz hərəkətə yol verilmədiyini göstərib.

    Aytəkin Abıyevanın həmin cinayət əməlini törətməsi, özünün səmimi ifadələri ilə yanaşı istintaq zamanı toplanmış, bir-birini tamamlayan təkzibedilməz sübutlarla, o cümlədən hadisəni görən ailə üzvlərinin və digər çoxsaylı şahidlərin ifadələri, mobil telefon danışıqları barədə məlumatlar və ekspertiza rəyləri ilə tam təsdiqlənib.

    Lənkəran Ağır Cinayətlər məhkəməsinin hökmü ilə Aytəkin Abıyevanın əməli Cinayət Məcəlləsinin 126.2.2-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib və o, bu cinayətdə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

    Qeyd olunmalıdır ki, özünü Aytəkin Abıyevanın müdafiəçisi kimi göstərməyə cəhd edən Zamin Salayev, xəbər verildiyi kimi, 2020-ci il yanvarın 13-də Bakı şəhərində ictimai qaydanı pozan hərəkətlərə yol verdiyinə və bununla əlaqədar polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmadığına görə məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.

    Saxlanılan zaman bütün prosessual hüquqları təmin edilmiş Zamin Salayev vəkili və ailə üzvləri ilə görüşüb və müvəqqəti saxlama yerində Ombudsman Aparatının əməkdaşları ona baş çəkiblər.

    Eyni zamanda, Daxili İşlər Nazirliyi tərəfindən aparılan xidməti yoxlama prosesində Zamin Salayev, polis əməkdaşları tərəfindən hər hansı işgəncəyə və zorakılığa məruz qalmadığını bildirib. Bu xüsusat Nazirliyin təşəbbüsü ilə Zamin Salayevin DİN-in Hospitalında keçirilmiş tibbi müayinəsi ilə təsdiqlənib.

    Törətdiyi cinayətlərə görə əvvəllər də üç dəfə məhkumluq həyatı yaşamış, spirtli içki aludəçisi olan Zamin Salayevin Aytəkin Abıyevanın təzyiqə məruz qalması və hətta zorlanması barədə şərəf və ləyaqəti alçaldan böhtanlar yayması da qərəzdən başqa bir şey deyil və onun neqativ həyat təcrübəsinin və dünyagörüşünün təzahürüdür

  • Hacıqabulda ana doğuşdan sonra ölüb

    Hacıqabulda ana doğuşdan sonra ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Rayon sakini Aytac Həsənova qız uşağı dünyaya gətirib. Ana doğuşdan iki saat sonra ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycana bu ölkələrdən diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyuldu

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə həyata keçirilən tədbirlərlə bağlı məlumat yayıb.

    Agentlikdən Trend-ə verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Hindistanın Çxattisqarx, Slovakiyanın Nitryansk və Trnavsk, Rumıniyanın Maramureş, Macarıstanın Haydu-Bihar və Komarom-Esterqom, Polşanın Nijnesilezsk və Zapadno-Pomorsk, Ukraynanın Vinnitsa, Çexiyanın Vısoçina, Almaniyanın Brandenburq bölgələrində yüksək patogen quş qripi xəstəliyi, Rusiya Federasiyasının Kursk vilayətində isə Nyukasl xəstəliyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, həmin ölkələrin yüksək patogen quş qripi və Nyukasl xəstəlikləri qeydə alındığı bölgələrindən respublikamıza diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınmışdır.

    Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə yuxarıda qeyd olunan ərazilərdən respublikamıza gələn, yaxud qeyd edilən ərazilərdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı gömrük-sərhəd keçid məntəqələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunmuşdur.

  • Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başlanılıb

    Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna başlanılıb.

    Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, sənədlərin qəbul mayın sonuna qədər davam edəcək.

    Həcc ziyarətinin qiyməti 4490 dollar olacaq. Qeyd edək ki, ötən il ziyarətin qiyməti 4285 dollar təşkil edib.

    Ötən il olduğu kimi, bu il də kvotaların sayı (1400) eynidir.//milli.az

  • В бакинском метро пассажир бросился на рельсы

    Несколько минут назад один из пассажиров прыгнул на рельсы на станции метро “Азадлыг проспекти” бакинского метрополитена.

    Как сообщает Median.Az, пассажир бросился на рельсы в момент прибытия поезда на станцию. К счастью, машинист успел притормозить.

    Сотрудники полиции подняли пассажира с рельсов, после чего поезд продолжил свое движение.//oxu.az

  • “Eurovision”da dost ölkələr bir-birinə səs verə bilməyəcək

    Sabah “Eurovision” mahnı müsabiqəsində iştirakçıların çıxış sırasını müəyyən etmək üçün püşkatma keçirilib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, tədbir iki önəmli məqamla yadda qalacaq. Birincisi, Təl- Əviv şəhər açarını rəsmi olaraq Rotterdama təhvil verəcək. İkincisi isə kimin hansı yarımfinalda performans göstərəcəyi və səs verəcəyi açıqlanacaq.

    Bundan əlavə, üç “Eurovision- 2020” aparıcısı Chantal Janzen, Edsilia Rombley və Jan Smit festival barədə məlumat verəcək.

    Həmçinin Avropa Yayım Birliyi (EBU) bir-birinə daimi olaraq səs verən ölkələrin siyahısını hazırlayıb. EBU bunu Almaniyanın “Digame” şirkəti ilə müəyyən edib. Onlar keçmiş illərdəki səsverməni analiz ediblər. Bir-birinə mütəmadi olaraq dəstək olan ölkələrin eyni yarımfinala düşməməyi üçün siyahılar müyyənləşib.

    Tətbiq olunan 5 siyahı qarşı-qarşıya qoyulacaq və dost ölkələrin eyni yarımfinalda çıxışı ehtimalı azalacaq.

    Azərbaycan Rusiya, Moldova, Ukrayna, Gürcüstan, Belarus və Ermənistanın olduğu siyahıdadır.

  • Qorxunc film reallaşa bilər – Edam cəzasının alternativi tapıldı

    Günümüzdə edam cəzasının mübahisə mövzusu olduğu vaxtda elm adamları alternativ cəza üsullarının tətbiqi barədə danışıb.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, bu cəza üsullarından biri kimi “Qara Ayna” (“Black Mirror”) serialından nümunə göstərilib.

    Serialın bir səhnəsində cinayətkarlara zehni olaraq gerçəkdə yaşadıqlarından daha uzun müddət yaşama hissi verən texnologiya ilə cəza tətbiq olunub. Nəticədə məhkumlar bir saatı bir ay kimi yaşayıb. Bu metod əsasən dəhşətli cinayət törədənlərə qarşı işə salınıb.

    Məşhur filosof Rebeka Rouç dərmanların insan beynini aldadacağını və zamanın daha sürətli keçdiyini hiss etdirə biləcəyini deyib.

    R.Rouç açıqlamasında bildirib ki, “günahkarlara 1000 il həbs cəzası çəkirmiş kimi hiss etdirən bir dərman, ya da mayenin olduğunu xəyal edə bilərsiniz. Sürətlənmə faktoru bir milyon olsa, səkkiz saat içində min illik düşüncə reallaşa bilər”.