Month: January 2020

  • Azərbaycanda insanlar şəxsiyyət vəsiqələrini götürüb xəstəxanalara axın etdilər – VİDEO

    Bu günlərdə sosial şəbəkədə yerli xəstəxanaların birində müşahidə edilən vətəndaş izhidamı ilə bağlı görüntülər yayılıb.

    Median.Az xəbər verir ki, görüntülərdə vətəndaşların hansı səbəbdən tibb müəssisəsinə gəlməsi məlum olmasa da, icbari tibbi sığortanın işə düşməsindən sonra xəstəxanalara kütləvi üz tutması iddia edilib.

    Yayılan məlumata görə, icbari tibbi sığortanın işə düşməsindən sonra xəstəxanalarda bütün xidmətlər aprelə qədər pulsuzdur. Bununla bağlı hətta səs yazısı da yayılıb. Şəxsiyyəti məlum olmayan vətəndaş digər şəxsləri kütləvi surətdə xəstəxanalara üz tutmağa və bununla bağlı heç bir ödəniş etməməyə çağırır. Məsələnin aktuallığını nəzərə alaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etdik və yayılan məlumatların nə dərəcə dəqiq olmasını aydınlaşdırdıq. Dövlət Agentliyindən BAKU.WS-ə bildirilib ki, sosial şəbəkələrdə icbari tibbi sığortanın hər region üzrə 3 ay müddətində tətbiq edilməsi ilə bağlı paylaşılanlar həqiqəti əks etdirmir:

    “Yayılan məlumat çaşqınlığa, təşvişə və tibb müəssisələrinə vətəndaş axınına səbəb olur. Nəzərinizə çatdırırıq ki, icbari tibbi sığorta 2020-ci il ərzində ölkə üzrə 4 mərhələdə həyata keçiriləcək. 2020-ci ilin yanvarın 1-dən 23 regionda icbari tibbi sığortanın tətbiqinə artıq başlanılmışdır. Bu regionlarla yanaşı 1 aprel tarixindən 21, 1 iyul tarixindən 15, 1 oktyabr tarixindən isə 7 şəhər və rayonun sakinləri icbari tibbi sığortanın Xidmətlər Zərfindən istifadə edəcəklər.

    Tibb müəssisələrini və əhalini sözügedən prosesə hazırlamaq, icbari tibbi sığortanın əhəmiyyəti, üstünlükləri ilə bağlı məlumatlandırmaq, eləcə də tibb müəssisələrində yeni maliyyələşmə mexanizmini tətbiq etmək məqsədilə hər mərhələ üzrə sistemin icrası 3 aya bölünmüşdür. Səhhətində narahatlıq (təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla) yaranmış şəxslərə ilk növbədə şəxsiyyət vəsiqələri ilə öz ailə həkimlərinə müraciət etmələri tövsiyə olunur.

    Ailə həkimi vətəndaşı müayinə/müalicə etdikdən sonra xəstəliyi ilə bağlı ixtisas həkimi tərəfindən müalicəyə ehtiyac gördükdə həmin həkimə göndəriş verir. Bu zaman artıq ailə həkiminin göndərişi əsasında tibb müəssisəsinə müraciət olunmalıdır”

  • İranda güclü zəlzələ olub

    İranın cənubunda yerləşən Fars əyalətinin mərkəzi Şiraz şəhərində 5,4 bal gücündə zəlzələ baş verib.

    “Anadolu” agentliyi xəbər verir ki, Tehran Universiteti Seysmoloji Mərkəzindən verilən açıqlamaya görə, episentri Şirazın Xane Zinyan qəsəbəsi olan zəlzələ yerli vaxtla saat 16:58-də qeyd edilib.

    Zəlzələnin fəsadları haqqında hələlik heç bir məlumat yoxdur.

  • Ройа представила новую песню – АУДИО

    Народная артистка Азербайджана Ройа Айхан представила очередной хит.

    Певица на этот раз удивила своих поклонников песней Təmənnasız (“Безвозмездно”).

    Автор текста, музыки и аранжировки – Фидан Алиева.

    Композиция размещена на официальном канале в YouTube. В ближайшее время будет снят и клип.

  • Röya yeni mahnısını təqdim etdi – AUDİO

    Xalq artisti Röya Ayxan növbətini hitini təqdim edib.

    Sənətçi bu dəfə “Təmənnasız” adlı mahnını dinləyicilərin ixtiyarına verib.

    Sözügedən bəstənin sözləri, musiqisi və aranjimanı Fidan Əliyevaya məxsusdur. “Təmənnasız” bu gün sənətçinin rəsmi “YouTube” hesabında yayıma buraxılıb. Röya yaxın günlərdə bəstəyə ekran həyatı verəcək.

  • BDU-da prorektor işdən çıxarıldı – FOTO

    Bakı Dövlət Universitetində (BDU) növbəti kadr dəyişikliyi aparılıb.

    Bu barədə Oxu.Az-a Bakı Dövlət Universitetindən məlumat verilib.

    Bildirilib ki, universitetin Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə öz ərizəsinə əsasən, tutduğu vəzifədən azad edilərək, rektorun elm və təhsil üzrə müşaviri vəzifəsinə təyinat alıb.

    Onun yerinə fizika-riyaziyyat elmləri doktoru, professor Hüseyn Məmmədov, ümumi məsələlər üzrə prorektor vəzifəsinə isə Mahir Hüseynov təyin edilib.

    Bundan başqa, biologiya fakültəsinin dekanı Akif Quliyev səhhəti ilə əlaqədar öz ərizəsinə əsasən vəzifəsindən azad edilib. Dekan seçkilərinə qədər müvəqqəti olaraq həmin vəzifənin icrası fakültənin dosenti Çingiz Məmmədova tapşırılıb.

    Elmi kitabxananın direktoru Sara İbrahimova öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. Kitabxananın direktoru vəzifəsinə Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti Nigar İsmayılova təyinat alıb.

  • Türkiyədə zəlzələdə ölənlərin sayı 40-a çatıb – VİDEO

    Türkiyənin Elazığ və Malatya vilayətlərində baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.

    Haber7.com məlumat verir ki, bu gün Elazığ vilayətinin Sürsülü adlı ərazisində dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb.

    Rəsmi qurumlar Sürsülü ərazisində yerləşən dağıntılar altında daha bir kişinin olduğunu bildirirlər.

    Dağıntılar nəticəsində yaralanmış 86 nəfərin müalicəsi davam etdirilir, 18 nəfərin reanimasiyada olduğu bildirilir.

    Qeyd edək ki, Türkiyənin Elazığ və Malatya vilayətlərində 6,8 bal gücündə baş vermiş zəlzələdə 40 nəfər ölüb, 1607 nəfər xəsarət alıb.

  • Bakıda xanım sürücüdən qeyri-etik davranış – VİDEO

    Bakıda xanım sürücü avtobusun dayancağa girməsinə mane olub.

    Videonu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev sosial şəbəkədə paylaşıb.

    Videodan görünür ki, yol hərəkəti qaydalarını kobud sürətdə pozan xanım nəinki avtomobilini dayanacaqdan çıxarmaq istəməyib, hətta sürücüyə qəzəblənib.

    Həmin görüntüləri təqdim edirik:

  • Mingəçevirdə qəzalı vəziyyətdəki yataqxana sakinləri yeni mənzillərə köçürüləcəkmi? – AÇIQLAMA

    Mingəçevir şəhəri Heydər Əliyev prospektində yerləşən, 33 ailənin yaşadığı qəzalı vəziyyətdə olan yataqxana barədə məlumat vermişdik.

    Yataqxana sakinləri antisanitariyanın hökm sürdüyü bu məkandan nə zaman köçürüləcəkləri ilə bağlı suallarına cavab axtarırlar.

    Məsələ ilə bağlı ətraflı məlumat almaq üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sorğu ünvanladıq.

    Oxu.Az-ın mövzu ilə əlaqədar suallarını Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev cavablandırıb.

    O bildirib ki, yeni salınmış yaşayış komplekslərinə hələ də qəzalı və ağır şəraitdə yaşayan məcburi köçkün ailələri köçürülür:

    “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü ildə təsdiq etdiyi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na, bu proqrama 2007 və 2011-ci illərdə edilmiş əlavələrə uyğun olaraq məcburi köçkünlər üçün yeni yaşayış kompleksləri inşa edilir.

    Yeni salınmış yaşayış komplekslərinə hələ də qəzalı və ağır şəraitdə yaşayan məcburi köçkün ailələri köçürülür. Mingəçevir şəhərində qeyd edilən ünvanda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatı var.

    Komitənin yerli nümayəndəliyi daim onlarla maraqlanır. Dövlət Proqramına uyğun olaraq, Mingəçevir şəhərində yeni qəsəbə istifadəyə veriləndə onların yeni mənzillərə köçürülməsi məsələsinə baxıla bilər”.

  • Ильхам Алиев: Сегодняшняя конструкция мирового порядка предполагает многополярность – ВИДЕО

    Современный миропорядок должен основываться на принципах многополярности.

    Об этом заявил Президент Азербайджана Ильхам Алиев в интервью телеканалу “Россия-1”.

    “Крупные страны всегда имеют свои интересы за пределами этих стран. И каждая страна хочет добиться лучших условий для себя, расширить сферу влияния, в этом нет ничего нового, на протяжении веков мы это наблюдаем, просто с разной интенсивностью. Поэтому вопрос не в этом. Вопрос в том, что сегодняшняя конструкция мирового порядка, и в том числе конструкция международных отношений, такова, что предполагает многополярность”, – подчеркнул глава Азербайджанского государства.

    По словам Ильхама Алиева, несоблюдение норм международного права может привести к тяжелым последствиям.

    “Отсутствие правил или их нарушение, конечно, чревато последствиями. То есть нарушается доверие, сокращается уровень взаимодействия между странами. Наоборот, это приводит к определенным конфликтам, к определенным сложностям», – сказал Президент.

    Это, как отметил глава государства, приводит также к напряжению в отношениях между многими странами.

    “Печально наблюдать сегодняшнюю картину. Это касается и международных вопросов, и вопросов, связанных с экономической проблематикой. И подрывается доверие. Подрывается предсказуемость. И сложнее становится вести бизнес”, – подчеркнул Ильхам Алиев.

  • İlham Əliyev: Dünya nizamının bugünkü quruluşu çoxqütblülüyü nəzərdə tutur – VİDEO

    Müasir dünya nizamı çoxqütblülük prinsiplərinə əsaslanmalıdır.

    Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” telekanalına müsahibəsi zamanı bildirib.

    “Böyük ölkələrin həmişə bu ölkələrdən kənarda öz maraqları olur. Hər ölkə özü üçün ən yaxşı şərtlərə nail olmaq, təsir dairəsini genişləndirmək istəyir. Bunda yeni bir şey yoxdur, uzun illərdir bunu müşahidə edirik, sadəcə, fərqli intensivlikdə. Ona görə də məsələ bunda deyil.

    Məsələ bundadır ki, dünya nizamının bugünkü quruluşu, həmçinin, beynəlxalq münasibətlərin konstruksiyası elədir ki, çoxqütblülük nəzərdə tutur”, – dövlət başçısı vurğulayıb.

    İlham Əliyevin sözlərinə görə, beynəlxalq hüquq normalarının gözlənilməməsi ağır nəticələrə səbəb ola bilər.

    “Qaydaların olmaması və ya pozulması, əlbəttə ki, nəticələrə səbəb olar. Daha doğrusu, inam pozulur, ölkələr arasındakı qarşılıqlı fəaliyyət səviyyəsi azalır. Əksinə, bu, müəyyən münaqişələrə, müəyyən çətinliklərə gətirib çıxarır”, – prezident bildirib.

    Prezident qeyd edib ki, bu, həmçinin, bir çox ölkələr arasındakı münasibətlərdə gərginliyə də səbəb olur.

    “Bugünkü mənzərəni müşahidə etmək kədərlidir. Bu, həm beynəlxalq məsələrə, həm də iqtisadi problemlərlə əlaqəli məsələlərə aiddir. İnam sarsılır, proqnazlaşdırma qabiliyyəti sarsılır və biznes aparmaq çətinləşir”, – İlham Əliyev vurğulayıb.