Month: January 2020

  • Синоптики обещают завтра туманную и ветреную погоду

    28 января в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, преимущественно без осадков. Утром местами слабый туман. Ветер умеренный юго-западный.

    Об этом говорится в сообщении Национального департамента гидрометеорологии Министерства экологии и природных ресурсов.

    Ночью температура воздуха на Абшеронском полуострове составит 2-5, днем – 9-12, в Баку ночью – 3-5, днем – 10-12 градусов тепла.

    Атмосферное давление опустится с 769 мм до 764 мм ртутного столба, ночью относительная влажность составит 60-70%, днем – 50-55%.

    В регионах Азербайджана преимущественно без осадков. Ночью и утром местами слабый туман. Ветер западный, временами порывистый.

    Ночью температура воздуха составит от 1 градуса мороза до 4 градусов тепла, днем – 8-13 градусов тепла, в горах ночью – 2-7 градусов мороза, днем – 2-7 градусов тепла.

    Согласно медико-метеорологическому прогнозу, ожидаемые на Абшеронском полуострове слабые и умеренные колебания метеорологических факторов будут в основном благоприятны для метеочувствительных людей.

  • Sabah hava yağmursuz olacaq

    Yanvarın 28-nə gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 28-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 9-12, Bakıda gecə 3-5, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 50-55 faiz olacaq.

    Azərbaycanın rayonlarında yanvarın 28-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı avtobus sürücüsü tutuldu – RƏSMİ

    Daxili İşlər Nazirliyi (DİN) turistlərin düşdüyü yol qəzası ilə bağlı məlumat yayıb.

    DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 26-da saat 10 radələrində Ağsu rayonunun Nüydü kəndi ərazisində Şəki rayon sakini İlham Quliyevin idarə etdiyi “VAZ-2106” və Gürcüstan vətəndaşı R.Ramazanovun idarə etdiyi “Mercedes” markalı avtobus toqquşduqdan sonra sonuncu avtomobil aşıb.

    Nəticədə İ.Quliyev və sərnişinlərindən arvadı İlahə hadisə yerində ölüb, azyaşlı qızı Aysu və oğlu, habelə R.Ramazanovun 3 sərnişini xəstəxanaya yerləşdirib. Xəsarət alan Aysu xəstəxanada ölüb.

    Avtobusun sürücüsü şübhəli şəxs qismində saxlanılıb.

    Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

  • Bakıda bu yolun “yiyəsi” çıxmır: Qurumlar imtina edir – RƏSMİ AÇIQLAMA

    Binəqədi Rayon İcra Hakimiyyəti Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsində yolların bərbad vəziyyətdə olması ilə bağlı məsələyə aydınlıq gətirib.

    İH-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, rayon ərazisində asfalt örtüyünün çəkilməsi Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən deyil, aidiyyəti üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən müəyyən edilmiş tədbirlər proqramına uyğun olaraq mərhələli şəkildə aparılır:

    “Biləcəri qəsəbəsi Məmməd Səid Ordubadi küçəsi tədbirlər planına salınıb və həmin ərazidə yol örtüyünün salınması işlərinin həyata keçirilməsi agentlik tərəfindən planlaşdırılır. Məlumat üçün AAYDA-ya müraciət etməyiniz xahiş edilir”.

    AAYDA-nın Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli isə saytımıza açıqlamasında bildirib ki, qəsəbədaxili yollar agentliyin balansında deyil:

    “İndiyə kimi o yolların bu cür vəziyyətdə olmasına görə cavabdeh yerli İcra Hakimiyyəti və bələdiyyələrdir. Çünki qəsəbə daxilində, yeni yaşayış sahələrində infrastrukturların yaradılmasına birbaşa onlar cavabdehdir. Yolların təmir olunmamasına görə, onlar cavab verməlidirlər ki, niyə təmir olunmayıb? Niyə bu vəziyyətdədir?

    Prezident İlham Əliyev ötən il Şəfayət Mehdiyev küçəsinin yenidənqurmadan sonra açılışında bizim qurumun qarşısında tapşırıq qoydu ki, qəsəbələrarası yollarla yanaşı, qəsəbədaxili yollar da təmir olunsun. Bu tapşırığın icrası ilə əlaqədar olaraq, bizim balansımızda olmadığı üçün əməkdaşlarımız tərəfindən qəsəbələr üzrə araşdırma aparıldı.

    Bakının 60 qəsəbə üzrə araşdırma zamanı 2300 yolun təmirə ehtiyac olduğu müəyyənləşdi və tədbirlər planı hazırlandı. Ona uyğun olaraq ötən il işlərə start verildi. 2019-cu ildə təkcə Binəqədi rayonu üzrə 26,8 kilometr uzunluğunda olan 32-yə yaxın küçə və yola asfalt beton örtüyü çəkildi”.

    A.Nəcəfli qeyd edib ki, ötən ilin dekabrında İlham Əliyevin Binəqədi rayonu avtomobil yollarının əsaslı təmir işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlə bağlı imzaladığı sərəncama görə, rayonun Binəqədi, Rəsulzadə, Biləcəri, Xocahəsən, 28 May qəsəbələri ərazisində yolların əsaslı təmiri məqsədi ilə 8,7 milyon manat pul ayrılıb:

    “Sözügedən sərəncam çərçivəsində agentlik tərəfindən hazırda qeyd edilən qəsəbələr üzrə ümumi uzunluğu 30 kilometr olan daxili küçə yollarında əsaslı təmir işləri həyata keçirilir. Bu işlər yekunlaşdıqdan sonra digər yerlərdə də təmir işləri aparılacaq.

    Planlaşdırırıq ki, 2023-cü ilə kimi Bakının 60 qəsəbəsi üzrə araşdırma zamanı 2300 yolun təmir işləri aparılsın. Sadəcə, səbr etmək lazımdır. İndiyə kimi o yolların bu vəziyyətdə olmasına biz cavabdeh deyilik. Bundan sonra biz o yolları təmir etməliyik, çünki qarşımızda tapşırıq qoyulub. Həmin yol da təmir ediləcək”.

  • Bakıda yol polisi sürücülərə belə tələ qurur – VİDEO

    Sosial şəbəkələrdə Dövlət Yol polisinin əməkdaşlarının sürücülərə tələ qurması ilə bağlı video görüntü yayılıb.

    Sürücü iddia edir ki, yol polis əməkdaşı “Sədərək” Ticarət Mərkəzinin yanındakı dairədə xidməti avtomobili ilə dairə boyunca dayanmadan hərəkət edir, onlara yol verməyən sürücüləri saxlayıb məsuliyyətə cəlb edirlər.

    Görüntülərdən aydın olur ki, iki patrul avtomobili dairə boyu durmadan hərəkət edərək qayda pozan sürücü axtarırlar.
    /oxu.az/

  • Азербайджанка, выжившая после землетрясения в Турции – ВИДЕО

    Среди пострадавших в результате землетрясения в турецкой провинции Элязыг – семья Зейналовых, которая родом из Азербайджана.

    Как передает Acunn.com, об этом говорится в видеосюжете телеканала TV8.

    По словам Арзу Зейналовой, в момент, когда началось землетрясение, вся семья находилась в квартире на третьем этаже дома.

    “Два толчка были легкими. Я сказала мужу, что это землетрясение. Он рассмеялся. В этот момент тряхнуло сильнее, стена треснула, упали часы. Мы тут же выбежали в коридор. В этот момент я прижала к себе малыша. Вдруг пол ушел из-под ног, а муж упал на нас. Перед нами обвалился пол.

    Я смотрела только на сына, за себя не волновалась. Трижды падали вниз, но, слава Богу, пол под нашими ногами устоял”, – со слезами вспоминает азербайджанка.

    “Семь минут мы находились там (под завалами). Я смотрела по сторонам, но ничего не видела. Потом раздались чьи-то шаги. Это был сосед, он звал детей. Мы пошли на его голос, а затем увидели свет.

    Я не могла поверить, думала, что это галлюцинация. Прошли еще дальше, и мои ноги коснулись земли. Я подумала: мы же на третьем этаже, почему под ногами земля? Вышли на улицу, мой муж был в шоке. Я взяла его за подбородок и сказала: “Не смотри на дом, наш дом в наших объятиях”, – рассказала А.Зейналова.

    Женщина отметила, что вышла замуж два года назад.

    По словам телеведущей, очень много жильцов этого здания погибло, три человека все еще остаются под завалами.

  • Dağıntılar altından çıxarılan azərbaycanlı qadın: “Ərimə dedim, evinə baxma, evimiz qucağımızdadır” – VİDEO

    Türkiyənin Elazığ vilayətində baş verən zəlzələdə zərərçəkənlər arasında Azərbaycandan olan Zeynalovlar ailəsi də var.

    Acunn.com bu barədə TV8-in hazırladığı süjeti təqdim edib.

    Arzu Zeynalovanın sözlərinə görə, təbii fəlakət baş verərkən binanın üçüncü mərtəbəsində olan mənzilində ailəsi və qohumları ilə bir yerdə olublar:

    “Uşaq qucağımda idi. Üç dəfə yerə qoymaq istəsəm də, başım qarışdı, bunu etmədim. Yaxşı ki, qoymamışam. Allahım belə məsləhət bilib”.

    Qadının sözlərinə görə, ümumiyyətlə, zəlzələdən çox qorxur, həyat yoldaşı da bunu bilir.

    “İlk təkan yüngülvari oldu. Yoldaşıma zəlzələ olduğunu dedim. Mənə güldü. Bu an daha güclü təkan gəldi, divar çatladı, saat düşdü. Biz dərhal dəhlizə qaçdıq. O an uşağı qucağıma sıxmışdım, birdən ayaqlarım altından yer qaçdı, yoldaşım bizi qucaqladığı vəziyyətdə yerə əyildik. Qarşımızdakı yer də çökdü.

    Ancaq uşağa baxırdım, mənə nə olmasının əhəmiyyəti yox idi. Üç dəfə aşağı getdik, ancaq Allaha şükür ki, ayağımızın altındakı döşəmə eləcə dururdu”, – deyə Arzu xanım o anları göz yaşları içində xatırlayır.

    Qadının sözlərinə görə, telefonun işığında övladına baxıb, uşaq iki dəfə gözünü açıb baxıb, sonra isə gözlərini yumub:

    “O anda dedim ki, uşaq getdi. Əmizdirmək istədim, südüm gəlmədi…”

    “Yeddi dəqiqə orada qaldıq. Sağ-sola baxdım, heç nə yox idi… Yoldaşım iki-üç addım atdıqdan sonra bir səs gəldi… Qonşumuz idi, uşaqlarını çağırırdı. Onun səsini izlədik. Küçənin işığını gördük.

    İnana bilmədim, halusinasiya gördüyümü düşündüm. Bir az getdikdən sonra ayağım yerə dəydi, düşündüm ki, üçüncü mərtəbədəyəm, ayağım yerə necə dəydi?.. Çölə çıxdıq, yoldaşım çox pis vəziyyətdə idi, şoka düşmüşdü. Çənəsini tutub yellədim. “Heç evinə baxma, evimiz qucağımızdadır”, – dedim.

    O bildirib ki, iki ildir evlidirlər.

    Aparıcının sözlərinə görə, həmin binada həlak olanlar çoxdur. Üç nəfər isə hələ də dağıntılar altında qalıb.

  • В Баку задержан серийный грабитель – ФОТО

    Задержан серийный грабитель, орудовавший на территории поселка Бинагади Бинагадинского района и в его окрестностях.

    Об этом говорится в сообщении пресс-службы Министерства внутренних дел.

    “Сотрудники 43-го отделения полиции провели операцию, в ходе которой был задержан житель Сабунчинского района, бывший заключенный Вусал Саламов. В ходе расследования было установлено, что он ограбил около 11 домов. Вор вынес ювелирные украшения общей стоимостью 50 тыс. манатов и около 80 тыс. манатов наличными. Некоторые деяния В.Саламова были зафиксированы камерами видеонаблюдения.

    Собранные по факту материалы направлены в следственный отдел Бинагадинского районного управления полиции. Возбуждено уголовное дело, следствие продолжается”, – отмечается в пресс-релизе.

    Правоохранители не исключают, что задержанный орудовал и на других территориях столицы.

    “Если кто-то пострадал от действий преступника, просим вас сообщить в соответствующие управления, отделения полиции или позвонить в службу “102” МВД”, – указывается в сообщении министерства.

  • Bakıda 11 evə qənim kəsilən şəxs tutuldu – FOTO

    Bakının Binəqədi qəsəbəsində son bir neçə ay ərzində Binəqədi qəsəbəsi və ətraf ərazilərdə fərdi yaşayış evlərindən silsilə oğurluqlar edən şəxs saxlanılıb.

    Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Sabunçu rayon sakini əvvəllər məhkum olunmuş Vüsal Salamov tutularaq istintaqa təqdim edilib.

    Araşdırma zamanı onun təkcə Binəqədi rayonu ərazisində 11 evdən ümumi dəyəri 50 min manat olan qızıl-zinət əşyaları və 80 min manata yaxın nağd pul oğurladığı məlum olub. Vüsal Salamovun törətdiyi oğurluq hadisələrinin bir qismi ərazidə quraşdırılan təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

    Faktla bağlı saxlanılan şəxs barəsində 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. V.Salmanov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

    Bu şəxsin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

  • В Анкаре произошло землетрясение

    В столице Турции Анкаре в 13:51 по местному времени произошло землетрясение.

    Об этом HaberGlobal сообщает со ссылкой на Управление по предотвращению и ликвидации последствий чрезвычайных ситуаций при правительстве Турции (AFAD).

    Подземные толчки были силой 3,9 балла. Эпицентр залегал на глубине 5 км.

    Информации о разрушениях и пострадавших пока нет.