Month: January 2020

  • Tovuzda yaşayış binası yanıb

    Tovuzda yanğın qeydə alınıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, Tovuz rayonunun Qovlar şəhərində ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 84 m² olan 3 otaqlı mənzilin eyvanının tavanı 20 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 29-a çatdı

    Türkiyənin Elazığ şəhərinin Sivricə bölgəsində 6,8 bal gücündə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı artmaqda davam edir.

    “Anadolu” agentliyinin məlumatına görə, hazırda ölənlərin sayı 29 nəfərə, xəsarət alanların sayı isə 1466 nəfərə çatıb.

    Bu ana kimi 43 nəfər dağıntılar altından sağ çıxarılıb.

  • В Иране выдвинули новую версию в связи со сбитым украинским лайнером: не исключена причастность США

    Существует вероятность того, что код самолета Boeing 737-800 “Международных авиалиний Украины”, сбитого ПВО Ирана 8 января, был скрыт на радарах. Новую версию гибели лайнера в беседе с “Лентой.ру” выдвинул депутат иранского междлиса Ахмад Алирезабейги (Ahmad Alirezabeigi).

    “Не исключена причастность к этому Америки (США – ред.). В Корпусе стражей исламской революции (КСИР) не сидят непрофессиональные люди, есть вероятность того, что был скрыт код самолета на радарах. И была возможность управлять этим самолетом на расстоянии”, — утверждает политик.

    Вместе с тем он призвал дождаться завершения расследования катастрофы и подчеркнул, что Тегеран в первую очередь должен выплатить компенсации семьям погибших.

    КСИР Ирана 11 января взял на себя ответственность за гибель Boeing “Международных авиалиний Украины”, заявив, что удар по нему был нанесен непреднамеренно. По словам командующего аэрокосмическими силами корпуса генерала Амира-Али Хаджизаде, система зенитного ракетного комплекса определила лайнер как вражеский объект, но оператор ЗРК не смог доложить о нем командованию из-за помех в связи и в итоге решил атаковать цель. Иранское правительство принесло извинения Киеву и пообещало выплатить компенсации, провести расследование и привлечь всех причастных к ней к уголовной ответственности; арестованы несколько человек, в том числе непосредственный исполнитель ракетного удара по лайнеру.

    Отметим, что в результате катастрофы погибли 176 человек, большинство из них были гражданами Канады и Ирана. После того, как Тегеран объявил о своей ответственности за произошедшее, в республике начались массовые протесты с призывами о смене власти.

  • Türkiyədəki zəlzələdən sonra dağıntılar altından ana ilə körpəsinin çıxarılma anı – VİDEO

    Türkiyənin Elazığ şəhərində zəlzələdən sonra xilasetmə işləri davam edir.

    Haberglobal.com-un məlumatına görə, şəhərin Mustafa Paşa məhəlləsində dağıntılar altından ana ilə qucağındakı körpəsi sağ çıxarılıb.

    Xilasetmə anının görüntülərini təqdim edirik

  • “Səbail” Polşa klubuna qalib gəldi

    Antalyadakı təlim-məşq toplanışına yekun vurmağa hazırlaşan “Səbail” bu gün son yoxlama oyununa çıxıb.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi Polşanın “Korona” komandası ilə qarşılaşıb. Görüş “Səbail”in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 90-cı dəqiqədə “Səbail”in yeni transferi Hendrik Ekşteyn vurub.

    Qeyd edək ki, “Səbail” bunadək 3 yoxlama oyunu keçirib. Aftandil Hacıyevin kollektivi Qazaxıstanın “Jetisu” komandasına 0:1, Ukrayna “Olimpik”inə isə 1:3 hesabı ilə məğlub olub. Komanda Rumınyanın “Voluntari”si ilə isə 2:2 hesablı heç-heçə edib.

  • İP ünvanınızı bu üsulla öyrənə bilərsiniz

    İnternetdəki şəxsiyyət nömrəsi adlandıra biləcəyimiz İP ünvanlarımızı tez öyrənmək üçün nə etməliyik?

    İnternetin dərin hissələrinə dalmırsınızsa və ya şəbəkə əlaqələrini istifadə edərək ətraflı əməliyyatlar etmirsinizsə, hər zaman IP ünvanınızı bilmək məcburiyyətində deyilsiniz. Ancaq mütləq IP ünvanınızı bilməli olduğunuz məqamlar da olur. İP sorğu əməliyyatı edərək şəxsi ünvanınızı öyrənə bilərsiniz.

    Nəzərinizə çatdıraq ki, IP ünvanı düşündüyünüz qədər mürəkkəb deyil. İnternetə qoşulan hər cihazın IP ünvanı var. IP sorğu prosesi nəticəsində qarşınıza çıxan ünvan- nöqtə ilə ayrılmış 4 nömrədən ibarətdir. Nömrələrin hər biri maksimum üç xanalı və “254” sayına qədər olur. IP sorğu ilə əldə etdiyiniz ünvan sizə özəl olur.

    Gəlin əvvəlcə neçə cür İP ünvanları olduğuna nəzər yetirək

    Dedik ki, internetə qoşulan hər cihazın bir IP ünvanı var. Ancaq IP ünvanı düşündüyünüz kimi bir yox, ikidir. Səbəb isə hər birinin fərqli funksiyaya malik olmasıdır.

    Fərqində olmasanız da IP ünvanlarınız internet dünyasında mövcud olma və yerli şəbəkələrlə qarşılıqlı əlaqə qurmağa imkan verir. Cihazınıza aid iki İP ünvandan biri xüsusi IP, digəri açıq IP adlanır.

    Xüsusi(Lokal) IP:

    Median.Az ted.az-a istinadən bildirir ki, xüsusi, yəni lokal IP ünvanı sizin yerli şəbəkədəki cihaz mənsubiyyətinizdir. Yerli Şəbəkə və ya orjinal adı ilə desək LAN (Local Area Network) yaxınlıqda olan digər cihazlarla qarşılıqlı əlaqəni ifadə edir. Məsələn, kompüterinizlə printer arasındakı əlaqə ən çox istifadə olunan nümunələrdən biridir. Lokal şəbəkə üzərindən edilən əməliyyatlar daha sürətli və səmərəli olduğu üçün buna əsasən ofis mühitində üstünlük verilir.

    Açıq IP:

    Açıq IP ünvanı dünyaya açılan bir qapınızdır, deyə bilərik. Bu İP ünvan növü cihazınızın internetə bağlanması və digər internet istifadəçiləri ilə ünsiyyət qurmaq üçün lazım olan şəxsiyyət nömrəsidir. Açıq IP ünvanı yaşadığınız bölgə və internet provayderiniz kimi məlumatları əks etdirir. İctimai IP ünvanınız hər kəs tərəfindən görülə bilər. Modemi söndürdüyünüz zaman açıq IP ünvanı dəyişəcək, lakin buna baxmayaraq, heç vaxt tam məxfilik olmur.

    İP ünvanını necə öyrənə bilərik?

    CMD üzerinden Local IP sorğusu:

    -Başlat vasitəsi ilə axtarış çubuğuna daxil olun

    -Axtarış çubuğuna “CMD” yazın.

    -Görünən variantlardan “Əmr xətti” düyməsini basın.

    -Ekrana “ipconfig” sözünü yazın və Enter düyməsini sıxın.

    -Qarşınıza mürəkkəb ekran görüntüsü çıxacaq, narahat olmayın.

    -“Ipv4 Ünvanı” sətrini tapın

    -Bu sətirdəki nömrə lokal IP ünvanınızdır.

    Açıq İP ünvanını öyrənmək

    -İnternet brauzerinizi açın.

    -Hər hansı bir axtarış motoruna “IP sorğu” yazın.

    -Axtarış motoru açıq IP ünvanınızı aşkar edəcək.

    -Yoxdursa göstərilən veb saytlardan birinə daxil olun.

    -İnternet saytında IP ünvanınızı, yerinizi və internet brauzerlərinizi görə bilərsiniz.

    Qeyd edək ki, gündəlik internet istifadəsi zamanı IP ünvanlarınızı bilməyə ehtiyac yoxdur, çünki bu ünvan əməliyyatlarınız zamanı avtomatik olaraq, cihazınız tərəfindən istifadə olunur.

    Ancaq IP ünvanını bilmək lazım olan bir vəziyyət yaranarsa, bəhs etdiyimiz üsullardan istifadə edərək, asanlıqla IP sorğunu yerinə yetirə bilərsiniz.

  • Sumqayıtda kafedə ölüm hadisəsi baş verib

    Sumqayıt şəhərində 52 yaşlı kişi kafedə ölüb.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin 15-ci məhəlləsində yerləşən kafelərdən birində qeydə alınıb.

    Belə ki, kafedə yeyib-içən Sumqayıt şəhər 18-ci mikrorayon sakini, 1968-ci il təvəllüdlü Rüstəm Hüseyn oğlu Mehdiyev ürək çatışmazlığından ölüb.

    Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

  • Bakı sakinindən tapança götürülüb

    Bakı sakinindən tapança götürülüb.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N. Hüseynovdan nömrəsi silinmiş “Makarov” markalı tapança və 3 ədəd patron götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Yeni iddia: Ukrayna təyyarəsinin vurulmasında ABŞ izi var

    İran parlamentinin deputatı Əhməd Əlirzabeygi Ukrayna təyyarəsinin vurulması ilə bağlı yeni versiya irəli sürüb.

    Lenta.ru xəbər verir ki, İran tərəfinin ehtimalına görə, Boeing 737-800 layneri radarlardan gizlədilib. Deputat fikrini belə əsaslandırıb:

    “Amerikanın məsələdə rolu istisna edilmir. İslam İnqilabı Keşikçiləri Korpusunda qeyri-peşəkarlar çalışmır. Ehtimal var ki, təyyarə radarlardan gizlədilib. Ola bilər ki, bu təyyarəni uzaqdan idarə ediblər”.

    Bununla belə, deputat istintaqın sonunu gözləməyi məsləhət görərək qeyd edib ki, rəsmi Tehran ilk növbədə həlak olanların ailələrinə kompensasiya ödəməlidir.

  • Новое решение от Али Асадова

    Государственному историко-архитектурному заповеднику “Юхары Баш” присвоен статус национального заповедника.

    Как передает Median.Az, соответствующее решение подписал премьер-министр Али Асадов.

    С целью обеспечения исполнения пункта 3.3 распоряжения Президента Азербайджана от 19 января 2016 года Государственному историко-архитектурному заповеднику “Юхары Баш” присвоен статус национального заповедника.

    Государственному агентству по туризму и Минфину поручено совместно решить вопросы, вытекающие из данного решения.