Month: January 2020

  • Cavad Zərif: “Bizim üçün Ağ evdə kimin oturmağı deyil, necə davranmağı önəmlidir”

    İran general Qasım Süleymaninin öldürülməsinə baxmayaraq ABŞ-la danışıqları istisna etmir.

    “Spiegel”in xəbərinə görə, İranın Daxili İşlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, ABŞ İrana qarşı sanksiyaları götürsə, danışıqlar aparmaq mümkündür:

    “Mən insanların münasibətlərini dəyişdirib gerçəkliyi qəbul etmə ehtimalını heç vaxt istisna etmirəm. Bizim üçün Ağ Evdə kimin oturmağının əhəmiyyəti yoxdur. Onların necə davranması önəmlidir. Tramp administrasiyası keçmişdə olanları dəyişə, sanksiyaları götürüb danışıqlar apara bilər. Biz hələ də danışıqlar masasındayıq. Buranı tərk edən onlardır”.

  • Жириновский нашел виновников эпидемии китайского коронавируса

    Распространившийся в Китае коронавирус – провокация США, выразил уверенность лидер ЛДПР Владимир Жириновский на встрече со студентами и преподавателями Института мировых цивилизаций в честь Татьянина дня, передает РИА Новости.

    “Что, действительно новый тип гриппа или провокация кого? США. Экономика. И американцы боятся, что им не удастся Китай обогнать или хотя бы вровень быть”, – сказал он.

    По словам политика, подобные провокации происходят не в первый раз. В пример Жириновский привел птичий грипп и «британскую говядину», которая «кому-то не понравилась».

    “В течение месяца все прекратится. Это провокация была. Лекарства раскупили, кто-то стал миллиардером. Они в основном в Швейцарии проживают”, – цитирует Жириновского агентство.

  • İt dişləməsindən ölən məktəbli ilə bağlı rəsmi məlumat

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) it dişləməsindən sonra ölən şagirdlə bağlı məlumat yayıb.
    TƏBİB-dən azvision.az -a bildirilib ki, 4-cü sinif şagirdi Ömərov Polad ötən il dekabr ayının 29-da saat 12:30-da 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. İt dişlədiyi yara cərrahi işlənib, antirabik vaksin vurulub və qohumlarına izah olunub ki, poliklinikaya müraciət etsinlər, eləcə də yaralıya digər iynələr vurulsun:

    “Hadisə barədə Xəzər rayonu Gigiyena və Epidemiologiya Mərkəzi və 26 saylı poliklinikaya məlumat verilib. Uşağın valideynlərinə dəfələrlə izah edilib ki, mütləq qaydada digər iynələr vurulmalıdır. Bu gün aldığımız məlumata görə, iki dəfə iynə vurdurublar, daha sonra isə poliklinikaya getməyiblər”.

    Qeyd edək ki, Bakıda azyaşlı it dişləməsindən sonra dünyasını dəyişib. Hadisə Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivində qeydə alınıb.

  • Zəlzələ zonasında təhsil alan tələbələr Naxçıvana yola salındı

    Türkiyədə zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələr Naxçıvana yola salınıb.

    Median.Az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

    “Elazığdan tələbələrimizi daşıyan ilk avtobus Naxçıvana doğru yola çıxıb”, – deyə səfirliyin “Tvitter” hesabında bildirilib.

    Məlumata görə, tələbələr daha sonra təyyarə ilə Naxçıvandan Bakıya gətiriləcəklər.

    Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Türkiyədə azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqda tapşırıq verib.

  • Ağsuda yanğın baş verib

    Ağsu rayonunda ümumi sahəsi 40 kvadratmetr olan birmərtəbəli evdə yanğın baş verib.

    Median.Az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə nəticəsində ikiotaqlı evdəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

  • Rafael Ağayev: “Əməliyyat olunduğumu anamdan da gizlətmişdim”

    Karate üzrə beşqat dünya və onbirqat Avropa çempionumuz Rafael Ağayevin müsahibəsini təqdim edirik:
    – Dünən Fransanın paytaxtı Parisdə keçirilən yarışda iki döyüş keçirib, mübarizəni dayandırdınız. Döyüşləriniz barədə fikirlərinizi bilmək istərdim.

    – Paris Premyer Liqa yarışında güclülər səbətində yer aldığımdan, ilk döyüşü buraxdım. Ona görə də qazandığım iki qələbə və həmin buraxdığım döyüş mənə üç qələbənin Olimpiya lisenziya xalını verir. 1/4 finalda həmişə qarşılaşdığım Ken Nisimura ilə yox, başqa yapon karateçiyə 2:3 hesabı ilə uduzdum. Pərdəarxası bir çox insanların bilmədiyi şeylər var. Özüm də bilirdim ki, bu yarışa tam formamda gəlməmişəm.

    – Çilili idmançı ilə görüşündə sağ dizindən zədə aldınız. Yalnız həkimlərin müdaxiləsindən sonra döyüşü davam etdirdiniz. Bəlkə həmin qoruyub saxladığınız sirri açıqlayasınız…

    – Bu barədə ilk dəfə mediaya bildirirəm. 2019-cu ilin dekabrın 30-da İstanbulda əməliyyat olundum. Özüm bunu çox adamdan gizlədirdim. Çünki istəmirdim ki, bu haqda məlumat yayılsın və rəqiblərim bundan xəbər tutsun. Bu, dizimdən artıq üçüncü əməliyyatımdır. Bu yarışa kimi cəmi 4-5 məşq keçə bilmişdim. İnanın ki, əməliyyat olduğumu doğma anam da bilmir. Ondan da bunu gizlətmişdim. Yəqin ki, bu müsahibədən sonra o da biləcək.

    – Bəs Türkiyəyə hansı səbəblə getdiyinizi demişdiniz?

    – Demişdim ki, dostumu görməyə gedirəm və orda ayağıma iynə vurdurub qayıdacağam. Bilirsiniz ki, hər bir ana kövrək olur. İstəmirdim ki, bunu bilib özünə dərd etsin.

    – Bu zədə nə vaxtdan mövcud idi?

    – 2014-cü ildə Almaniyanın Bremen şəhərində keçirilən dünya çempionatında İran komandası ilə qarşılaşırdıq. Komanda halında qarşılaşanda səndən yuxarı çəkili idmançı ilə mübarizə aparmalı olursan. Mən də iranlı dünya çempionu, 84 kq-dan yuxarı çəkidə döyüşən Səccad Gənczadə ilə düşdüm. Onda fənd edərkən o ayağımın üstünə düşdü və dizimdə qığırdaq qırıldı. Həmin vaxt 11 ay idmandan uzaq qaldım. O vaxtdan ayağım bloka düşürdü. Sümüyümün birini yonublar, yandırıblar və qığırdaqları təmizləyiblər. Gələcəkdə karyeramı davam etdirməli olsam, dizimə plasmas bir şey qoyulmalıdır.


    – Bəs formada olmadığınız halda yarışa qatılmağınız nə dərəcədə düzgün idi?

    – Türkiyə və Azərbaycandakı həkimlərim razılıq vermişdi. Ola bilər ki, Parisdə medal qazana bilmədim. Amma üç görüşə görə Olimpiya lisenziya xallarını qazandım. Mən də əsas buna görə yarışda iştirak etmək və rəqiblərimdən geri düşməmək istəyirdim. Hazırda 75 kq çəki dərəcəsində dünya reytinqində birinci yerdə olsam da, OLimpiya reytinqində dördüncü yerdəyəm. Üçüncü yerdəki Ken Nisimura meydan sahibi olduğundan, o, avtomatik olaraq Tokioya vəsiqə qazanır və beləcə mən ilk “üçlük”də qərarlaşmış oluram. Bu yarışın da xalları daha sonra reytinqdə əks olunacaq. Xoşbətlikdən, reytinqdə məndən arxada olan idmançılar da əvvəlki turlarda uduzdu. Üstəlik, hələ üç lisenziya xalı verən yarışda iştirak etməklə reytinqdəki ilk “dördlük”dəki (karatedə hər Olimpiya çəki dərəcəsi üzrə reytinq üzrə ilk dörd idmançı Tokioya vəsiqə qazanır – S.M.) yerimi qorumağa çalışacağam. Martda Bakıdakı Avropa çempionatında son nöqtəni qoyub Olimpiadaya vəsiqə qazanmaq və bundan sonra bir qədər istirahət etmək istəyirəm.

    – İkinci döyüşünüzdə dizindən aldığınız zədə nə dərəcədə ciddidir? Müayinə alacaqsınız?

    – Yəqin ki yox. Çünki dəhşətli dərəcədə əzilməmişəm. Sadəcə, çilili idmançı çox basqı edirdi və mən də formada olmadığım üçün bir az pauza götürmək istədim… Bir gün dincəldikdən sonra yenidən məşqlərə başlayacağam. 14-16 fevralda keçiriləcək Dubay Premyer Liqasına hazırlaşacağam. Yeri gəlmişkən, sosial şəbəkələrdə yaşım çoxalıb deyənlərə demək istəyirəm ki, mən bu idmana hobbi kimi yanaşmıram. Karate mənim həyatımdır. Bəlkə də karate Olimpiadaya daha erkən salınsaydı, Olimpiya çempionu olmuşdum. Düzdür, iki ay sonra 35 yaşım var. Çoxlu gənc karateçilər ortaya çıxır. Məsələn, ilk görüşdüyüm belaruslu idmançının mən “Youtube”da videosunu tapa bilmədim ki, onun döyüş üslubuna baxım. Onlar bizim üslubumuzu əzbər bilir. 15 ildir ki, italiyalı Luici Buza ilə 14 dəfə qarşılaşmışam və artıq onun necə döyüşdüyünə bələdəm. “Qocalmışam” deyənlərə sözüm odur ki, Rafael Parisdən ikinci il 75 kq-da ən yaxşı idmançıya verilən mükafatla qayıdacaq.

    – Olimpiadadan sonra məqsəd nə olacaq?

    – Karyeramı bitirib-bitirməməyim orda qazandığım medalın rəngindən asılı olacaq. Dövlət dəstək olsa, karyeramı bitirdikdən sonra öz məktəbimi açmaq və bütün dünyaya tanıtdırmaq istəyirəm. İnşallah, o gün olsun ki, insanlar mənimlə necə fəxr edirsə, mən də öz tələbələrimlə fəxr edim.

    – Olimpiadadan sonra peşəkar karate adlanan “Kombat Karate”də çıxış edəcəyiniz nə dərəcədə gözlənilir?

    – Qabaqcadan söz vermək istəmirəm. Çünki noyabrda Dubayda dünya çempionatı və 2021-ci ildə Türkiyədə V İslam Həmrəylik Oyunları var. Ola bilər ki, orda da iştirak edim. “Kombat Karate”dən indi də mənə təklif var. Amma düşünməliyəm. Yəqin ki, yaxşı təkliflər olsa, orda iştirak edə bilərəm. (oxu.az)

  • Əgər bu hal sizdə 2-3 gündən artıq davam edirsə, həkimə müraciət edin

    Qış depressiyası özünü ümidsizlik, istəksizlik, yorğunluq, halsızlıq, yuxusuzluq, iştahın azalması və ya artması, dəyərsizlik və günahkarlıq hissi, diqqəti toplamada çətinlik, yaşamaqdan bezmək və s. bu kimi psixoloji pozuntularla, əlamətlərlə göstərir.

    Son günlər şəhərdə hər kəsin üzündə bir kədər, bir hüzn hiss edilir. İnsanların üzü gülmür. Qara-boz geyimli insanlar gülməyən simalar həyatı daha da monotonlaşdırır.

    Mütəxəssislərin fikrincə, qış aylarında havalar qapalı, qaranlıq, günəş işığı olmadan keçdiyi üçün bu depressiyaya səbəb olur.

    Qış depressiyasına daha çox qadınlar yaxalansa da, kişilər də bu xəstəlikdən yaxa qurtara bilmir. Mövsümü xarakter daşıyan bu xəstəlik yaz aylarının əvvəllərində keçir.

    Psixoloq Fərqanə Mehmanqızı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, depressiya özünü kefsizlik, istəksizlik, halsızlıq, yorğunluq və tükənmişlik hissi ilə büruzə edir. Bu zaman yuxu və qidalanma balansı da pozulur. İki-üç həftədən çox davam edən bu hal qış depresiyasının əlamətidir.

    “Qışda azalan günəş şüaları, xoşbəxtlik hormonu hesab ediən serotoninin yaranmasını azaldır. Bu da beyində dəyişikliklərə və depresiyanın yaranmasına səbəb olur. Qeyd etmək lazımdır ki, depressiya qadınlarda kişilərdən 4 dəfə çox olur” – o bildirib.

    Psixoloqun sözlərinə görə, depressiyaya yoluxmamaq üçün bir neçə prosedura əməl etmək lazımdır.

    “Depressiyaya yoluxmamaq üçün yuxu çox önəmlidir. Buna görə də yatan zaman yatdığınız otağın çox isti olmamasına fikir verin. Çalışın ki, otağınız qaranlıq olsun və əlavə səs olmasın. Yatdığınız zaman mobil telefonunuzu yatağınıza yaxın qoymayın” – deyən psixoloq xatırladıb ki, yuxu zamanı kənar təsirlər melatonin hormonunun azalmasına, bu isə öz növbəsində depressiyaya və stresə səbəb olur.

    Araşdırmalara görə, yaxşı yuxu yatan şəxslər depressiyaya daha az meyilli olur.

    Qış aylarında günəş işığı az olsa da, depresiyaya yoluxmamaq üçün daha çox günəş şüaları qəbul etmək lazımdır: “Çalışın ki, qapalı məkanlarda çox qalmayasınızş Özünüzü evə həbs etməyin. Xüsusilə səhər və günorta saatlarında 30 dəqiqə gəzmək serotonin hormonunun yaranmasına səbəb olur”.

    Həkim-terapevt Məlahət Abbasova isə bildirir ki, qışda depressiyadan uzaq olmaq üçün daha çox hərəkətdə olmaq lazımdır. Onun sözlərinə görə, həftədə 3 dəfə yarım saat belə olsa idmanla məşğul olmaq insanı depressiyadan qoruyur: “Qidalanmaya fikir vermək çox önəmlidir. Bacardıqca çox meyvə-tərəvəz yeyin. Bitki çaylarından çox istifadə edin. Belə günlərdə serotonin ifrazı azaldığı üçün bədənin xəmir və şirniyyata olan ehtiyacı artır. Bunun qarşıısnı almağa çalışın. Karbohidrat və şəkərli qidalardan uzaq durmağa çalışın. Çünki belə qidaların qəbulu kökəlməyə səbəb ola bilər”

    Xatırladaq ki, qış depressiyası özünü ümidsizlik, istəksizlik, yorğunluq, halsızlıq, yuxusuzluq, iştahın azalması və ya artması, dəyərsizlik və günahkarlıq hissi, diqqəti toplamada çətinlik, yaşamaqdan bezmək və s. bu kimi psixoloji pozuntularla, əlamətlərlə göstərir.

    Mütəxəssislər bildirir ki, əgər insan özü bu vəziyyətdən çıxa bilmirsə, psixoloqa müaciət etməlidir. Çünki zaman keçdikcə, depressiya ağırlaşa və daha ciddi fəsadlarla nəticələnə bilər.

  • Pərvin Abıyeva: Desəydilər ki, bir neçə ilə aktrisa olacaqsan, gülərdim – FOTO

    Bu şəkildə çox gəncəm. Ancaq zirvəyə doğru baxan, həyata böyük ümidləri olan, günün birində ölkədə çox tanınan biri olacağını ağlına belə gətirməyən qız… Hər halda, o vaxtlar desəydilər ki, sən bir neçə ilə aktrisa olacaqsan, ya da başına bu hadisələr gələcək, gülərdim.

    Median.Az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva yaxın keçmişdə çəkdirdiyi şəkili yayımlayaraq “Instagram” hesabında yazıb. Abıyeva uzun fasilədən sonra sosial media səhifəsində paylaşım edərək, dilə gəlib:

    “Çox vaxt filmlər həyatdan götürülüb çəkilir, ya da filmə baxıb, eyni həyatdakı kimidir, deyirik. Amma həyat film deyil. Həyat çətindir, ağırdır. Həyatda “burada alınmadı, növbəti dubl” deyə bilmirik. Bir dəfə yaşayırsan və bitir, növbəti dəfə başına nə gələcəyini bilmirsən: gözəl, ya da pis bir hadisə. Bizdə filmlərdə görmək istədikləri qədərini göstərirlər, real həyatdan götürülən bir ssenari olsa belə, orada hər şeyi olduğu kimi görə bilmirik.

    Mən də beləyəm, sizlər mənim sizin görməyinizi istədiyim qədərini görür, tanıyırsınız. Nə yaşadığım, nə hisslər keçirdiyimi, necə biri olduğumu mən bilirəm. Həyatımı müzakirə etməyi heç kimə icazə vermirəm, eləcə də heç kimin həyatını müzakirə etmirəm. Çünki mən də sizləri tanımıram. Həyatda başımıza hər şey gələ bilər, gələcək də. Hər birimiz hər zaman xoşbəxt olacağıq deyə bir hal yoxdur. Sevdiyimiz heç kimi itirməyəcəyik deyə, bir şey yoxdur. Önəmli olan insanlığı itirməyək”.

    Qeyd edək ki, P.Abıyevanın sevgilisi, keçmiş polis leytenantı Murad Abdullayevin qardaşı Cavid Abdullayev Yeni il gecəsi qəflətən ölüb. Mərhumun müəmmalı səbəbdən öldüyü deyilsə də, Kiyev Şəhər Məhkəmə Tibbi Ekspertizasının rəyindən məlum olub ki, C.Abdullayev kəskin ürək çatışmazlığından və işemik insultdan vəfat edib.//oxu.az

  • Fransada zooparkda yanğın: 60 heyvan öldü

    Fransanın Sarta departamentində zooparkda yanğın baş verib.

    “Qafqazinfo”nun “France Bleu” radiostansiyasına istinadən məlumatına görə, hadisə nəticəsində 60-a yaxın yarasa və bir neçə sürünənlər ölüb.

    Yanğın Bakı vaxtı ilə səhər saat 07:00 radələrində başlayıb. Yanğın qısa zaman ərzində lokallaşdırılıb, lakin bina tamamilə yararsız vəziyyətə düşüb.

    Zoopark əməkdaşları xəsarət almayıb.

  • Sumqayıt və Gəncədə əlavə “ASAN xidmət” mərkəzləri tikiləcək

    Bu il Kürdəmir, Ağcabədi, Tovuz, Balakəndə və Bakıda “ASAN xidmət” mərkəzlərinin açılması nəzərdə tutulur. Eyni zamanda, Sumqayıt və Gəncə şəhərlərində əlavə “ASAN xidmət” mərkəzlərinin tikintisinə başlanılacaq. Salyan və Lənkəran şəhərlərində də “ASAN xidmət” mərkəzləri tikiləcək.

    Median.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında bildirib.
    Agentliyin sədri deyib ki, Prezident İlham Əliyev yanvarın 16-da “Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Naxçıvan Muxtar Respublikasına bununla bağlı müvafiq tapşırıqlar verilib. Yaxın günlərdə bu istiqamətdə tədbirlərə başlanılacağı gözlənilir.

    Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanı ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzləri yaradılıb. Hazırda Azərbaycanda 16 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki və Şamaxıdadır.

    Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.