Month: January 2020

  • Baş nazirdən yeni qərar

    “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğuna milli qoruq status verilib.

    Median.Az xəbər verir ki, bu barədə qərarı baş nazir Əli Əsədov imzalayıb.

    “Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 19 yanvar tarixli Sərəncamının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədilə “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğuna milli qoruq statusu verilib.

    Dövlət Turizm Agentliyinə Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

  • Türkiyədə eyni ərazidə yenə zəlzələ olub

    Türkiyənin Elazığ vilayətində yenə də eyni ərazidə 5,1 bal gücündə zəlzələ baş verib.

    APA-nın Türkiyə bürosunun Kandilli Rəsədxansaına istinadla verdiyi xəbərə görə, zəlzələ saat 19.30-da Elazığ vilayətinin Sivricə rayonunda yerin 7,2 kilometr dərinliyində olub.

  • Bakıda məşhur marketə hücum: Bıçaqla hədələyib pul tələb etdi – FOTO

    Bakıda 42 yaşlı kişi “Bazarstore” mağazasına bıçaqla basqın edib.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə bu gün saat 18:50 radələrində, paytaxtın Suraxanı rayonu, Malik Mustafayev və Elxan Həsənov küçələrinin kəsişməsində yerləşən ünvanda qeydə alınıb.

    Belə ki, 1978-ci il təvəllüdlü Tamin Məmmədov “Bazarstore” mağazasına daxil olaraq satıcını bıçaqla hədələyib, kassadan pul tələb edib. Bu zaman həmin ərazidə olan Suraxanı Rayon Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşlarının çağırış üzrə hadisə yerində çevik tədbirləri nəticəsində T.Məmmədov saxlanılıb.

    Daha sonra T.Məmmədov 31-ci Polis Bölməsinə təhvil verilib.

    Fakt üzrə araşdırma aparılır.

    Qeyd edək ki, son vaxtlar paytaxtda ərazi polis orqanlarının Post Patrul Xidməti (PPX) bölüklərinin fəaliyyəti gücləndirilib. Gün ərzində növbəli xidmət aparan naryadların çağırışlar üzrə hadisə yerinə yaxınlaşması asanlaşdırılıb. Ən müasir rabitə cihazları ilə təmin edilən naryad qruplarına peşəkar əməkdaşlar cəlb olunub. Ərazidə ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatının dayanıqlı olması üçün PPX-ların işinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır.

  • Karateçimizə əri tərəfindən sürpriz – FOTO

    Fransanın paytaxtı Parisdə keçirilən Premyer Liqa yarışında karateçimiz İrina Zaretskaya finala çıxıb.

    Median.Az-ın oxu.az-a istinadən xəbərinə görə, ukraynalı legionerimiz norveçli, serbiyalı, çinli və yaponiyalı rəqiblərini məğlub edərək həlledici görüşə vəsiqə qazanıb. Onun sabah finaldakı rəqibi misirli Feryal Abdeləziz olacaq.

    Yeri gəlmişkən, onun əri Aleksandr İrinaya sürpriz edib. Zaretskaya Yaponiya telekanallarından birinə müsahibə verdiyi vaxt əri peyda olub. Bu, İrinanın kövrəlməsinə səbəb olub.

    Qeyd edək ki, sabah karateçilərimizdən Rafiz Həsənov da bürünc medal yarışına çıxacaq.

  • Hacı Nuran sevgililərindən danışdı – VİDEO

    Bağçada bir qızı sevmişdim. Əlbəttə ki, uşaq kimi. Tələbə olduğum illərdə yəni, birinci kursda oxuduğum zaman bir xanımı istəyirdim. Hətta evlənmək istəyirdik.

    Median.Az xəbər verir ki, bu sözləri məşhur teleaparıcı Hacı Nuran Xəzər TV-də yayımlanan “X maqazin” proqramında dilə gətirib.

    O, ilk dəfə sevgisindən danışaraq, səmimi etirafları ilə diqqət çəkib.

    “Neçə vaxt idi ki işə düzəlib, çalışmaq istəyirdim. Evdəkilər isə buna icazə vermirdilər. Çünki təhsilim çox ağır, çətin idi. Söylədilər ki, sən sadəcə oxu, təhsilini al. Sənin axı işləməyə nə ehtiyacın var? Halbuki, çalışmaq istəyirdim.

    İşə düzəldim. Çalışdığım vaxtı isə başqa işə zamanım qalmırdı. Buna rəğmən həmin xanımla yenə görüşürdüm. Həmin anda ona təklif elədim ki, gəl evlənək. Amma bu istəyim baş tutmadı. Bəlkə də bu Allahın bir qisməti idi.

    Ondan sonra bir şirkətdə işə başladım. Həmin şirkətin rəhbəri idim. Başqa bir şirkətin qadın rəhbəri ilə tanış oldum. O xanıma dəhşətli dərəcədə aşiq olmuşdum. İşimi-gücümü atıb, bütün vaxtımı onunla keçirirdim. Ona işlə əlaqədər ABŞ-a köçmək təklifi gəldi. Onun bacısı söylədi ki, bu təklifə razılığını ver, sonra qayıdarsan. O da bu təklifi qəbul edib, ABŞ-a getdi. Müəyyən vaxt orada qaldı.

    Mənim o zaman hər iki valideynim sağ idi. Fikirləşirdim ki, getsəm, uzunmüddətli gedəcəyəm. Düşündüm ki, orada olsam birdən valideynlərimə nəsə olar. Mən evə, valideynlərimə bağlı insanam. Onları qoyub, gedə bilmədim.

    Xanım məni çox sevirdi. Xanımın valideynləri mənə yalvardılar ki, qızları ilə birlikdə ABŞ-a gedim. Hətta biletimi belə almışdılar. Amma getmədim.

    Hər şeyi qismətə bağlayıram. Artıq 30 yaşım olanda söylədilər ki vaxt vədə yetişib, evlənmək lazımdır. Amma qaldı. Evlənməyi çox istəyirəm. Bu il evlənməyi düşünürəm. Hər şey yaxşı olmalıdır. Siçan ili bizə düşərli olsun”.

  • 40 yaşından sonra hər gün bir fincan içməlisiz — 20 dərdin dərmanı

    40 yaşından sonra istər qadın, istər kişilərdə ürək-damar xəstəliklər riski artır.
    2014-cü ildə Harvard universitetində tibb alimləri 1600 kliniki tədqiqatın nəticələrini analiz edərək bu nəticəyə gəldilər ki, kakao bu ürək-damar problemlərini azaldır. O, təmiz tünd şokoladdan da effektivdir.

    Median.Az Medicina.az-a istinadən hər gün bir fincan kakao içməyin faydalarını təqdim edir:

    – Damarın varikoz genişlənməsinə qarşı

    – Təzyiqi normallaşdırır

    – Miqren tutmalarının sayını azaldır

    – Qanda şəkəri tənzimləyir
    – Damarların divarını elastikləşdirir

    – Qanın mikrodövranını artırır

    – İnfarkt və insult riskini azaldır

    – Preddiabet mərhələsində şəkər xəstəliyə keçidin qarşısını alır

    – Qadınlarda erkən klimaksın qarşısını alır

    Ona görə də sabahdan yaxşı keyfiyyətli kakao tozu alıb, hər gün için.

  • “Turizm Reyestrinin aparılma Qaydası” təsdiqləndi

    “Turizm Reyestrinin aparılma Qaydası” təsdiqlənib.

    Median.Az xəbər verir ki, bununla bağlı qərarı baş nazir Əli Əsədov imzalayıb.

    “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 1 sentyabr tarixli Sərəncamının 3.2-1-ci bəndinin icrasını təmin etmək məqsədilə “Turizm Reyestrinin aparılma Qaydası” təsdiq olunub.

    Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

  • Иран не исключил возможности переговоров с США

    Министр иностранных дел Ирана Мохаммад Джавад Зариф не исключил возможности переговоров с американской стороной после гибели в результате удара США командующего силами специального назначения “Аль-Кудс” Корпуса стражей исламской революции Касема Сулеймани.

    “Я никогда не исключаю возможности того, что люди поменяют свой подход и примут реальное положение дел. Для нас неважно, кто сидит в Белом доме. Для нас важно то, как они себя ведут. Администрация президента США Дональда Трампа может исправить прошлое, снять санкции и вернуться за стол переговоров. Мы до сих пор за столом переговоров. Это они ушли”, – заявил Зариф в интервью журналу Der Spiegel, опубликованном в пятницу.

  • Müsəlmanlara qarşı ayrıseçkilik edən hava yolu şirkəti cərimələndi

    ABŞ-ın müsəlmanlara ayrıseçkilik edən “Delta Airlines” şirkəti 50 min dollar cərimələnib.

    AA xəbər verir ki, ABŞ Nəqliyyat Nazirliyinin verdiyi qərara görə, hava yolu şirkəti bu hərəkəti ilə qanunları pozub.

    Belə ki, bir dəfə 2016-cı ilin iyulunda Faisal və Nazia adlı cütlük təyyarəyə minərkən sərnişinlərdən biri onlardan şikayət edib. Həmin sərnişin qadının hicablı olması, kişinin isə telefonunda mesaj yazarkən tez-tez “Allah” sözünü yazdığını gördüyünü deyib. Buna görə də təyyarənin ekipaj heyəti həmin cütlüyü təyyarədən endiriblər.

    İkinci hadisə isə Hollandiyanın paytaxtı Amsterdamda olub. Bu dəfə də sərnişinlər müsəlman sərnişindən şikayət ediblər. Pilot onunla bağlı hər hansı narahatlıq doğuran hal olmadığını bildirsə də, sərnişinlərin tələbi ilə müsəlmanı təyyarədən düşürüblər və onun əyləşdiyi oturacağın ətrafında axtarış aparılıb.

    Nəqliyyat Nazirliyi bu hərəkətlərə görə “Delta Airline” şirkətini 50 min dollar cərimələyib, bu hadisələrdə iştirak edən ekipaj üzvlərinin isə məcburi olaraq “mədəni həssaslıq” kursu keçməsinə qərar verib.

  • Salyanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəb binası inşa olunub – FOTO

    Yanvarın 25-də Salyan rayonunun Ərəbqardaşbəyli kənd tam orta məktəbinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan yeni binasının açılışı olub.

    Açılış mərasimində Heydər Əliyev Fondunun nümayəndələri, rayon icra hakimiyyətinin rəhbərliyi, təhsil şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri, müəllim və şagirdlər iştirak ediblər.

    AZƏRTAC xəbər verir ki, Ərəbqardaşbəyli kənd tam orta məktəbi 1964-cü ildə inşa edilib. Birmərtəbəli məktəb binası qəzalı vəziyyətdə olduğundan yeni məktəb binasının tikintisi zərurəti yaranmışdı.

    Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2019-cu ildə 180 şagird yerlik ikimərtəbəli binanın tikintisi həyata keçirilib.

    Məktəbdə 14 sinif otağı ilə yanaşı laboratoriyalar, kompüter otağı, fənn kabinetləri, tibb otağı, kitabxana, idman və akt zalı, yeməkxana var.

    Binada istilik sistemi qurulub, məktəb inventar və texniki vasitələrlə təchiz edilib.

    1084 nəfər əhalisi olan Ərəbqardaşbəyli kəndindəki yeni məktəbdə hazırda 117 şagird təhsil alır.

    Qeyd edək ki, bu gün yeni məktəb binalarının inşası və təhsilin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər müəllimlərin iş, şagirdlərin isə təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından çox mühüm addımlardandır. Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir.


    Təhsilin inkişafına göstərilən diqqət və qayğı bir daha təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərindən biridir. Təkcə ötən il ölkə ərazisində 84 məktəb binası tikilib və ya təmir edilib.