Month: January 2020

  • Fevralın ilk gününə olan hava proqnozu

    Bakıda və Abşeron yarımadasında sabah buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85 faiz olacaq.

    Azərbaycanın rayonlarında fevralın 1-də arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 0-5, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Gecə və səhər dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

    Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 1-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda havanın temperaturunun ötən günlərlə müqayisədə aşağı enəcəyi və gün ərzində yağmurlu keçəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

  • Rusiyada polisin azərbaycanlıya işgəncə verməsi ilə bağlı araşdırma başladı

    Qətldə şübhəli bilinən Abdulino şəhərinin üç sakinin polis idarəsində işgəncə gördükləri ilə bağlı şikayətləri üzrə Rusiya İstintaq Komitəsi 14 aydan sonra yoxlanışa yenidən başlayıb.

    Bu barədə “Arqumentı i Faktı” məlumat yayıb.

    Məlumata görə, Orenburqlu iş adamının və məktəbli oğlunun öldürülmə şübhəsi ilə bir azərbaycanlı və iki orenburqlu iki il əvvəl saxlanılmışdı. Lakin təqsirsizlikləri təsdiq olunduqdan sonra onlar azadlığa buraxıldılar.

    Sonradan onlar hüquq müdafiəçilərinə müraciət edərək, polis idarəsində etiraf ifadələri alınması üçün işgəncəyə məruz qaldıqlarını bildiriblər.

    2018-ci ilin yayında “vəzifə səlahiyyətlərindən sui-istifadə” maddəsi ilə polislərə qarşı cinayət işi açılıb. Lakin prokurorluğun işə qarışmasından sonra cinayət işinə xitam verilib.

    “Bir il iki aydan sonra yoxlama yenidən başlayıb. Bu nisbətdə effektiv araşdırma aparmaq mümkün deyil. Çox sayda sualın cavabı hələ də yoxdur… İstintaq Komitəsinin rəhbərliyinin bizi eşidəcəyinə və işgəncə ilə bağlı tədqiqat materialının daha səlahiyyətli mütəxəssislərə – xüsusi şöbəyə veriləcəyini gözləyirik”, – deyə İşgəncələrə Qarşı Komitənin vəkili Albina Mudarisova bəyan edib.

    Xatırladaq ki, iki il əvvəl, 17 yanvar 2018-ci ildə Orenburqda sahibkar və onun yeddi yaşlı oğlu vəhşicəsinə qətlə yetirilib. Cinayət işi açılmamış qalır.

  • Подозреваемого в убийстве 16-летней девушки в Масаллы арестовали

    В Масаллинском районном суде рассмотрено представление следственного органа в связи с избранием в отношении Имана Мамедова, обвиняемого в убийстве своей несовершеннолетней супруги, меры пресечения в виде ареста.

    Как сообщили Report в районной прокуратуре, представление было удовлетворено.

    Решением суда в отношении И.Мамедова была избрана мера пресечения в виде ареста.

    По полученным данным, И.Мамедов был задержан 29 января вечером. Он признался в содеянном и рассказал, что конфликт между ним и несовершеннолетней супругой произошел на бытовой почве.

    Отметим, по факту убийства 16-летней жительницы села Гасанли Масаллинского района Гамбаровой Фатимы Маис гызы был задержан ее муж – И.Мамедов 2001 года рождения.

    Девушка была убита 29 января в селе Хошчобанлы через две недели после свадьбы.

    Согласно заключению судебно-медицинской экспертизы, Ф.Гамбарова была задушена.

    По данному факту возбуждено уголовное дело по статье 120.1 (Умышленное убийство) Уголовного кодекса АР.

  • Masallıda 16 yaşlı gəlini öldürməkdə şübhəli bilinən şəxs həbs edildi

    Masallı Rayon Məhkəməsində toyundan sonra 16 yaşlı gəlini öldürməkdə şübhəli bilinərək saxlanılan İman Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

    Masallı rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, istintaq orqanının verdiyi təqdimat təmin edilib.

    Belə ki, məhkəmə İ.Məmmədovun barəsində həbs qətimkan tədbiri seçib.

    Qeyd edək ki, rəsmi məlumata əsasən, yanvarın 29-da Masallı rayonu, 2001-ci il təvəllüdlü Xoşçobanlı kənd sakini İ.Məmmədov 2 həftə əvvəl evləndiyi, 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanı yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlləri ilə boğaraq öldürüb.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    İ.Məmmədov cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.

  • В прошлом году из Грузии были депортированы 32 гражданина Азербайджана

    В третьем квартале прошлого года Грузия депортировала 11 граждан Азербайджана.

    Как передает АПА, об этом сообщается в отчете Министерства внутренних дел Грузии (МВД).

    В отчете отмечается, что семь депортированных граждан Азербайджана – женщины, четверо – мужчины. Девять из них – моложе 18 лет, двое – от 41 до 65 лет.

    Таким образом, в прошлом году число граждан Азербайджана, депортированных из Грузии, достигло 32 человек.

    В третьем квартале прошлого года из Грузии было депортировано всего 36 человек.

  • Ötən il Gürcüstandan 32 Azərbaycan vətəndaşı deportasiya edilib

    Ötən il üçüncü rübündə Gürcüstan 11 Azərbaycan vətəndaşını deportasiya edib.

    APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) hesabatında məlumat verilib.

    Hesabatda bildirilib ki, deportasiya edilən Azərbaycan vətəndaşlarının yeddisi qadın, dördü isə kişi olub. Onların doqquzu 18 yaşdan kiçik, ikisi isə 41-65 yaş aralığından olub.

    Bununla da ötən il Gürcüstandan deportasiya edilən Azərbaycan vətəndaşlarının sayı 32 nəfərə çatıb.

    Ötən ilin üçüncü rübündə Gürcüstandan ümumilikdə 36 nəfər deportasiya edilib.

  • График движения по маршруту Баку-Пиршаги-Баку будет изменен

    Увеличится количество электропоездов, следующих по маршруту Баку-Пиршаги-Баку.

    Об этом сообщили в ЗАО “Азербайджанские железные дороги”.

    Согласно информации, с 3 февраля данные электрички будут курсировать по новому графику.

    “С целью обеспечения потребности в пассажироперевозках увеличено количество электропоездов. В настоящее время в одном направлении в течение дня курсируют всего восемь составов. Их число будет доведено до 15-ти. График движения также изменится”, – говорится в сообщении ведомства.

  • Bakı-Pirşağı elektrik qatarından istifadə edənlərə ŞAD XƏBƏR

    Bakı-Pirşağı-Bakı elektrik qatarlarının reysləri artırılır

    Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

    Məlumata əsasən, fevralın 3-dən Bakı-Pirşağı-Bakı elektrik qatarları yeni cədvəl üzrə hərəkət edəcək:

    “Sərnişindaşımaya artan tələbatı təmin etmək məqsədilə, həmin istiqamətdə hərəkət edən qatarların sayı artırılacaq. Bir istiqamətdə 15 qatar olmaqla, hərəkət qrafikində dəyişiklik ediləcək. Hazırda isə gün ərzində bir istiqamətdə cəmi səkkiz qatar hərəkətdədir”.

  • Yaşayış massivi, yoxsa zibil poliqonu? – VİDEO

    Sumqayıt şəhərinin Kotec qəsəbəsində yerləşən məhəllə zibil poliqonuna çevrilib.

    Qəsəbədəki yaşayış məntəqələrinin kanalizasiya boruları məhəllənin yaxınlığında yerləşən kanala axıdılır.

    Anitisanitar vəziyyət ətrafda kəskin qoxu yaradıb. Sakinlər zibillikdə kərtənkələ, qurbağa, siçovul və ilanı gördüklərini bildirirlər.

    Hər tərəfi yaşayış məntəqələri ilə əhatə olunan üstü açıq kanal xəstəlik mənbəyi olmaqla yanaşı, burada yaşayan insanların, ən əsas da körpələrin həyatı üçün təhlükə yaradır.

    Sakinlərin sözlərinə görə, dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də onların şikayətlərinə baxan olmayıb.

    Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eyvaz Qocayev bildirib ki, ərazidə kanalın boruya salınması işləri başlanılıb.

    Qurum rəsmisi sözügedən ərazidə çalışdıqlarını bildirsə də çəkiliş apardığımız zaman orada hər hansı işin getdiyini görə bilmədik.

    Ümid edək ki, verilən vədlər söz olaraq qalmayacaq, problem qısa müddət ərzində öz həllini tapacaq. Əks təqdirdə ərazidə isti havalarda vəziyyətin necə olacağını təsəvvür etmək elə də çətin deyil.
    /oxu.az/

  • На территории Хырдалана возникнут перебои с водоснабжением

    Сегодня на территории 26-го квартала и массива “Гушчулуг” в городе Хырдалан Абшеронского района будут наблюдаться перебои в подаче питьевой воды.

    Об этом говорится в сообщении пресс-службы ОАО “Азерсу”.

    “Это связано с присоединением к общей системе водоснабжения нового водопровода», – пояснили в пресс-службе.