Month: January 2020

  • Турция отправила китаянку прямо с самолета домой после выявления симптомов коронавируса

    Прибывшую в Стамбул китаянку отправили прямо с самолета в КНР после выявления у нее симптомов пневмонии нового типа, названного коронавирусом.

    Как передает “Газета.ру”, об этом сообщает газета Yeni Safak со ссылкой на заявление министра здравоохранения Турции Фахреттина Кочу.

    По словам министра, девушку посадили на обратный рейс по согласованию с самими пассажирами.

    “Мы принимаем все необходимые меры предосторожности”, – подчеркнул Коча.

    В конце декабря китайские власти сообщили о вспышке пневмонии неизвестного происхождения в городе Ухань (провинция Хубэй на юго-востоке страны). Эксперты установили, что возбудителем заболевания стал новый тип коронавируса. По последним данным, число зараженных в стране превысило 830, 26 пациентов скончались. Из них 24 – на территории провинции Хубэй.

    Вирус распространился за пределы КНР, случаи заражения зафиксированы в соседних азиатских странах и США.

  • Miqrasiya qanununu pozan azərbaycanlı Rusiyadan qovuldu

    Rusiyanın Amur vilayətindən azərbaycanlı deport olunub.

    Amur.info-nun xəbərində görə, vilayət ərazisindən bu ilin yanvar ayında 13 əcnəbi deportasiya edilib.

    Onlardan birinin azərbaycanlı olduğu bildirilir.

    Rusiya ərazisindən çıxarılan həmin şəxslər dövlətin miqrasiya qanunlarını pozmaqda günahlandırılıblar.

    Onlar dövlət sərhədini keçmək şərtlərini, Rusiya Federasiyasına giriş qaydalarını, orada qalmaq və ya yaşayış qaydalarını pozan, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan və digər miqrasiya qaydalarına əməl etməyən şəxslərdir.

    Amur vilayətinin Mətbuat xidmətinin məlumatına görə, deport olunan əcnəbilər beş il ərzində Rusiya ərazisinə daxil ola bilməyəcəklər.

  • Güclü qar şimal bölgəsində çətinliklər yaratdı – VİDEO

    Azərbaycanın şimal bölgəsinə yağan qar hər tərəfi ağ örpəyə bürüyüb.

    Quba-Qusar bölgəsinə yağan qar uşaqları sevindirsə də, yollarda çətinlik yaradıb.

    Bəzi ərazilərdə havanın temperaturu aşağı düşüb. Qar səbəbindən avtomobillər yollarda aşağı sürətlə hərəkət etməli olub.

    Həmin videonu təqdim edirik:

    /oxu.az/

  • В ПО “Азнефть” произведены назначения

    В Производственном объединении (ПО) “Азнефть” Государственной нефтяной компании Азербайджана произведены назначения.

    Эльмир Гарагезалов назначен главным геологом – гендиректором ПО, Балаали Джафаров – заместителем главного инженера по добыче.

    По словам гендиректора ПО “Азнефть” Шахмара Гусейнова, молодые и перспективные кадры на новых должностях внесут достойный вклад в деятельность структуры.

  • “Azneft” İstehsalat Birliyində yeni TƏYİNATLAR

    “Azneft” İstehsalat Birliyində (İB) yeni təyinatlar olub.

    Elmir Qaragözov İB-nin baş geoloqu-baş direktorun müavini, Balaəli Cəfərov isə baş mühəndisin hasilat üzrə müavini təyin ediliblər.

    “Azneft” İB-nin baş direktoru Şahmar Hüseynov bildirib ki, gənc və perspektivli kadrlar bundan sonrakı vəzifələrində də Birliyin uğurlu fəaliyyətinə öz layiqli töhfələrini verəcəklər.

  • Выпавшая из окна девятого этажа россиянка осталась жива

    В Ханты-Мансийском автономном округе России местная жительница выпала из окна девятого этажа дома и осталась жива благодаря сугробу.

    Об этом сообщает РИА Новости со ссылкой на региональное управление Следственного комитета.

    Инцидент произошел в поселке Излучинск в четверг, 23 января.

    Девушка выжила, но получила ранения средней степени тяжести, ее направили в больницу. В экстренных службах отметили, что ей помогла выжить также верхняя одежда, которая была на ней в момент падения.

    В настоящее время следователи проводят проверку.

  • Doqquzuncu mərtəbədən yıxıldı, ayağa qalxıb yoluna davam etdi – VİDEO

    Binanın doqquzuncu mərtəbəsindən yıxılan qadın ayağa qalxıb və yoluna davam edib.

    Bununla bağlı kadrlar “Yuqoriya” televiziyasında yayımlanıb.

    Hadisə Rusiya Federasiyasının Tümen vilayətinin Xantı-Mansi muxtar dairəsində qeydə alınıb.

    Kadrlardan görünür ki, qadın hündürlükdən qar yığının üstünə yıxılır. Bir neçə saniyədən sonra o, ayağa qalxaraq gedir.

    Televiziya kanalının məlumatına görə, qadın bundan sonra qonşularına müraciət edərək onların təcili yardım çağırmasını istəyib.
    Qadın artıq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir, həyati təhlükəsi yoxdur. İstintaq komitəsi yoxlamalara başlayıb.

  • XİN-dən Azərbaycan vətəndaşlarına ölümcül virusla bağlı XƏBƏRDARLIQ

    Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan vətəndaşlarına Çin Xalq Respublikasında mövcud olan vəziyyətlə bağlı xəbərdarlıq edib.

    XİN-dən verilən məlumata görə, 2019-cu ilin dekabr ayında Çin Xalq Respublikasının Uxan şəhərində yeni növ təhlükəli virus (coronavirus 2019-nCoV) aşkarlanıb və insandan insana keçmə xüsusiyyəti olduğuna görə bu virusa yoluxan insanların sayında artım müşahidə edilib.

    Çin Xalq Respublikasının Milli Səhiyyə Komitəsinin 24 yanvar 2020-ci il tarixli məlumatına əsasən, 177 nəfərin vəziyyəti kritik olmaqla 830 nəfər sözügedən virusa yoluxub və 25 nəfər vəfat edib. Çinin Uxan şəhərində karantin elan edilib:

    http://www.nhc.gov.cn/xcs/yqfkdt/202001/c5da49c4c5bf4bcfb320ec2036480627.shtml 

    Ümumdünya Səhiyyə Təşkilatı kəskin respirator xəstəliklərin yayılması riskinin azaldılması məqsədilə aşağıdakıları tövsiyə edir:

    · kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasdan çəkinmək;

    · xəstə insanlarla və ya onların mühiti ilə birbaşa təmasdan sonra əlləri yumaq;

    · canlı/ölü vəhşi və ya kənd təsərrüfatı heyvanları ilə yaxın təmasdan çəkinmək;

    · kəskin respirator xəstəliklər simptomu olan səyahətçilər öskürək etiketinə əməletməlidirlər (məsafə saxlanılmalı, öskürək zamanı ağzı bağlamaq və əlləri yumaq).

    · yaranmış vəziyyətlə bağlı təşvişə düşməmək;

    · sözügedən xəstəliklə bağlı hansısa simptomlar müşahidə edildiyi təqdirdə birbaşa müvafiq tibb müəssisəsinə müraciət etmək.

    https://www.who.int/ith/2020-0901_outbreak_of_Pneumonia_caused_by_a_new_coronavirus_in_C/en/

    Çinə səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına ehtiyatlı olmalarını, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etmələri və ölkədə mövcud olan vəziyyəti nəzərə almaları tövsiyə olunur. 

    Çində daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikası vətəndaşlarının ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və yaranmış hər hansı problemlə əlaqədar yardım göstərilməsi üçün Çin Xalq Respublikasının müvafiq səhiyyə qurumlarına və Azərbaycan Respublikasının Çin Xalq Respublikasının Pekin şəhərində yerləşən Səfirliyinə müraciət etmələri tövsiyə olunur.

    Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilib. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.

  • Руководство ООН отказалось от переписки в WhatsАpp

    Старшим должностным лицам Организации Объединенных Наций (ООН) рекомендовали не использовать мессенджер WhatsApp, так как он считается небезопасным.

    Как передает Корреспондент.net, об этом заявил на брифинге заместитель официального представителя генсека ООН Фархан Хак.

    “На данном этапе старшие должностные лица в ООН проинструктированы не использовать WhatsApp. (Сервис) не считается безопасным механизмом. Так что нет, я не думаю, что генеральный секретарь пользуется им”, – указал Ф.Хак, отвечая на вопрос о том, общается ли генсек ООН с мировыми лидерами по WhatsApp.

    При этом он не стал комментировать информацию о возможной причастности наследного принца Саудовской Аравии к взлому телефона главы Amazon Джеффа Безоса с помощью WhatsApp.

    “Мы обратили внимание на то, что сказали спецдокладчики, и будем следить за дальнейшим развитием ситуации в связи с этими обвинениями”, – отметил Ф.Хак.

    Ранее британское издание Guardian сообщило, что мобильный телефон Д.Безоса был взломан при помощи вредоносного файла, который ему прислал Мухаммед бен Салман Аль Сауд в WhatsApp.

    Саудовская Аравия назвала эти обвинения “абсурдными”.

    Спецдокладчики ООН Аньес Калламар и Дэвид Кайе призвали к немедленному расследованию информации о взломе.

  • İlham Əliyev İsveçrənin Montrö şəhərinin meri ilə görüşdü – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri, Azərbaycan-İsveçrə Dostluq Qrupunun həmsədri Loran Verli ilə görüşü olub.

    AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyi bildirilib.

    İki ay əvvəl İsveçrə parlamentində Azərbaycan ilə dostluq qrupunun həmsədri təyin olunduğunu deyən Loran Verli bu qrupa rəhbərlik etməkdən məmnunluğunu bildirib. O, fəaliyyəti dövründə Azərbaycan ilə İsveçrə, o cümlədən, iki ölkənin qanunverici orqanları arasında əlaqələrin daha da sürətlə inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

    Söhbət zamanı Azərbaycan ilə İsveçrənin şəhərləri arasında əməkdaşlıq münasibətlərinin qurulması ilə bağlı fikir mübadiləsi aparılıb, bir müddət əvvəl Montrö şəhəri ilə Bakının Səbail rayonunun qardaşlaşdığı bildirilib.

    Görüşdə Azərbaycan şirkətlərinin İsveçrədə aktiv fəaliyyəti qeyd edilib və iki ölkənin şirkətləri arasında münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.