Month: January 2020

  • Путин поднял упавшую фуражку офицера караула в Палестине – ВИДЕО

    Президент России Владимир Путин поднял упавшую фуражку офицера караула в Палестине.

    Инцидент произошел в Президентском дворце в Вифлееме. После встречи с президентом Палестины Махмудом Аббасом главы государств вышли в коридор, где их ожидал почетный караул.

    Как видно на кадрах, опубликованных палестинским корреспондентом Махаммадом Атиком, проходя мимо стоящих в ряд военных, президент заметил лежащий на полу головной убор. Путин остановился, поднял фуражку и водрузил ее на голову офицера. Уходя, глава государства показал палестинскому военному большой палец.

    “Уважение президента Путина к палестинской гвардии”, – подписал Атик видео.

  • Putindən fələstinli əsgərə böyük jest – VİDEO

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Fələstinə səfəri zamanı hərbçiyə olan jesti sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

    Bu barədə Ren.tv xəbər yayıb.

    Kadrlardan görünür ki, rezidensiyaya daxil olan V.Putinin nəzərini yerə düşən furajka cəlb edir. O, əyilərək hərbçi papağını yerdən götürür və əsgərin başına qoyur.

    Xatırladaq ki, Rusiya Prezidenti V.Putin yanvarın 23-də Yaxın Şərqə rəsmi səfərə yollanıb.

  • Bağdadda ABŞ əleyhinə çoxminlik aksiya keçirilib – VİDEO

    İraqda ABŞ hərbi kontingentinin ölkəni tərk etməsini tələb edən minlərlə vətəndaş etiraz aksiyası keçirib.

    Xəbəri “Reuters” agentliyi yayıb.

    Etiraz aksiyası ölkənin tanınmış din xadimi Müqtəda əs-Sədrin çağırışı ilə baş tutub.

    Xatırladaq ki, yanvarın 3-də ABŞ Hərbi Hava Qüvvələrinin Bağdad Hava limanı yaxınlığında raket hücumu nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandiri Qasım Süleymani, Əbu Mehdi Əl-Mühəndisi və bir neçə hərbçi öldürülüb. Hadisədən dərhal sonra İraq parlamenti ABŞ hərbi qüvvələrinin ölkəni tərk etməsi haqqında qərar çıxarıb.

    Qarşı tərəf isə qərarı icra etməkdən imtina edib.

  • Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb – FOTO

    Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, tıxac şəhərin çıxışından – Moskva prospektindən başlayır.

    Bakıdan Sumqayıt istiqamətində hərəkət iflic vəziyyətə düşüb. Yolda avtomobillərin hərəkəti tam dayanıb. Məlumata görə, tıxac Abşeron rayonunun Masazır dairəsinə qədər davam edir. Səbəbi bilinmir.

  • İcbari tibbi sığorta 3 ay ərzində tətbiq olunacaq? – AÇIQLAMA

    Sosial şəbəkələrdə icbari tibbi sığortanın hər region üzrə 3 ay müddətində tətbiq edilməsi ilə bağlı paylaşılanlar həqiqəti əks etdirmir.

    Median.Az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, yayılan məlumat çaşqınlığa, təşvişə və tibb müəssisələrinə vətəndaş axınına səbəb olur.

    Agentlik bildirir ki, icbari tibbi sığorta 2020-ci il ərzində ölkə üzrə 4 mərhələdə həyata keçiriləcək. 2020-ci ilin yanvarın 1-dən 23 regionda icbari tibbi sığortanın tətbiqinə artıq başlanılmışdır. Bu regionlarla yanaşı 1 aprel tarixindən 21, 1 iyul tarixindən 15, 1 oktyabr tarixindən isə 7 şəhər və rayonun sakinləri icbari tibbi sığortanın Xidmətlər Zərfindən istifadə edəcəklər.

    Tibb müəssisələrini və əhalini sözügedən prosesə hazırlamaq, icbari tibbi sığortanın əhəmiyyəti, üstünlükləri ilə bağlı məlumatlandırmaq, eləcə də tibb müəssisələrində yeni maliyyələşmə mexanizmini tətbiq etmək məqsədilə hər mərhələ üzrə sistemin icrası 3 aya bölünüb:

    “Səhhətində narahatlıq (təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla) yaranmış şəxslərə ilk növbədə şəxsiyyət vəsiqələri ilə öz ailə həkimlərinə müraciət etmələri tövsiyə olunur. Ailə həkimi vətəndaşı müayinə/müalicə etdikdən sonra xəstəliyi ilə bağlı ixtisas həkimi tərəfindən müalicəyə ehtiyac gördükdə həmin həkimə göndəriş verir. Bu zaman artıq ailə həkiminin göndərişi əsasında tibb müəssisəsinə müraciət olunmalıdır”.

  • Brent neftinin qiyməti ötən ilin dekabrın 3-dən ilk dəfə 61 dollardan aşağı düşüb

    ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində (Bakı vaxtı ilə saat 17:33-də) Brent neftinin ixracına dair 2020-ci ilin mart müqaviləsinin dəyəri 1,76% azalaraq 1 barelə görə 60,95 dollar təşkil edib.

    Median.Az-ın məlumatına görə, sözügedən markalı neftin qiyməti sonuncu dəfə 61 dollardan aşağı ötən ilin dekabrın 3-də düşmüşdü.

    Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI markalı neftin 1 barelinin dəyəri 2,20% azalaraq 54,37 dollar təşkil edib.

  • Avtomobillərin nömrələrini gizlədən sürücülər 500 manat məbləğində cərimələnib

    Bakıda avtomobilin dövlət qeydiyyat nişanlarını gizlədən sürücülər cərimələnib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, sosial şəbəkələrdə paytaxtın 28 May küçəsində bir neçə nəqliyyat vasitəsinin Bakı Nəqliyyat Agentliyinin (BNA) kameralarından yayınmaq üçün dövlət qeydiyyat nişanlarını gizlətməsini əks etdirən görüntülər yayılıb.

    BNA-nın mətbuat katibi Mais Ağayev APA-nın sorğusuna cavabında bildirib ki, dayanma-durma qaydalarını pozaraq cərimədən yayınmaq məqsədi ilə avtomobilin dövlət qeydiyyat nişanının gizlədilməsi qanunaziddir: “Dəfələrlə sürücülər tərəfindən buna cəhdlər olub və dərhal müvafiq tədbirlər görülüb. Əsasən qanunsuz parklanmaya nəzarət kameraların olduğu ərazilərdə bu cür hallara rast gəlinir. Bu cür qanunaziddi əməllər aşkarlandıqda dərhal Dövlət Yol Polisinə məlumat verilir və həmin avtomobilin sürücüsü müəyyən edilərək barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun tədbir görülür. Sürücülər bilməlidirlər ki, onların bu hərəkətinə görə cərimə sanksiyası daha ağırdır. Bir daha sürücülərimizi yol hərəkəti qaydalarına o cümələdən də dayanma-durma və parklanma qaydalarına əməl etməyə çağırırıq”.

    Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, BNA-nın müraciəti əsasında 28 May küçəsində dövlət qeydiyat nişanını gizlədən 10-a yaxın sürücü cərimələnib.

    V.Əsədov həmçinin qeyd edib ki, dövlət qeydiyyat nişanının gizlədilməsinə görə cərimə məbləği 500 manatdır.

  • Прогноз погоды на выходные

    Обнародован прогноз погоды в Азербайджане на выходные.

    Как говорится в сообщении Национального департамента гидрометеорологии Министерства экологии и природных ресурсов, на Большом и Малом Кавказе осадков в основном не ожидается, местами туман.

    Температура воздуха ночью 0-5 градусов мороза, днем – 5-8 градусов тепла.

    В Лянкяран-Астаринской зоне преимущественно без осадков, местами туман. Температура воздуха ночью 0-3, днем – 5-8 градусов тепла, в горах ночью – 0-3 градуса мороза, днем – 3-5 градусов тепла.

    В Гянджа-Газахской зоне также в основном без осадков. Утром в отдельных местах туман. Температура воздуха ночью от 2 градусов мороза до 3 градусов тепла, днем – 7-10 градусов тепла.

    В районах Арана осадков не ожидается. Утром в некоторых местах туман. Температура воздуха составит ночью от 3 градусов мороза до 2 градусов тепла, днем – 6-10 градусов тепла.

    В Нахчыванской Автономной Республике без осадков, местами туман. Температура воздуха ночью 2-7 градусов мороза, днем – 2-7 градусов тепла.

    В Баку переменная облачность, временами пасмурно, преимущественно без осадков. Утром туман. Умеренный южный ветер днем 25 января усилится. Температура воздуха составит ночью 0-4, днем – 7-11 градусов тепла.

  • Nazirlər Kabinetində icbari sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib

    Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə müşavirə keçirilib.

    Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə Prezident İlham Əliyevin icbari sığortanın tətbiqi ilə bağlı qarşıya qoyduğu vəzifələr müzakirə edilib.

    Baş Nazir çıxış edərək bildirib ki, Prezident İlham Əliyev 2020-ci ilin yanvarın 13-də keçirdiyi müşavirədə əmlakın sığortalanması ilə bağlı ciddi maarifləndirmə işlərinin aparılması və əmlakın sığortalanması məsələsinin müasir standartlara uyğunlaşdırılması ilə əlaqədar tapşırıq verib. Diqqətə çatdırıldı ki, maarifləndirmə ilə yanaşı, marketinq işləri də aparılmalı və vətəndaşların əmlakın sığortalanmasında maraqlı olmaları üçün müvafiq tədbirlər görülməlidir. Əmlakın sığortası vətəndaşların da mənafelərinə cavab verir. Vətəndaşlar daşınmaz əmlaklarını icbari qaydada sığortalamaqla, fövqəladə hallarda riskləri minimuma endirmiş olurlar.

    İcbari sığorta ilə əlaqədar qanunvericilik bazasının formalaşdırıldığını deyən Baş Nazir qeyd etdi ki, dövlətimizin başçısı əmlakın sığortalanması işinin vətəndaşla sığorta şirkətlərinin qarşılıqlı maraqları çərçivəsində həyata keçirilməsinə üstünlük verir. Bu məsələdə də maarifləndirmə mühüm amildir.

    Mərkəzi Bankın sədri Elman Rüstəmov “Azərbaycan sığorta bazarı: strateji baxış” adlı təqdimatla çıxış etdi. Sığortanın 3 əsas sosial iqtisadi rolunun olduğunu deyən E.Rüstəmov bildirdi ki, buraya əhalinin və biznesin iqtisadi təhlükəsizliyi, əhalinin sosial müdafiəsinin təmin edilməsi və iqtisadiyyatın uzunmüddətli investisiya mənbələri ilə təmin olunması daxildir. Azərbaycanda müxtəlif fəaliyyət növlərinə dair sığorta haqqında qanunların, normativ-hüquqi aktların qəbul olunduğunu deyən Mərkəzi Bankın sədri bu sektorda qarşıda duran vəzifələri vurğuladı və təkliflərlə çıxış etdi.

    İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov qurum tərəfindən sığorta bazarında görülən işlər barədə məlumat verdi. Qeyd etdi ki, əhalinin maarifləndirilməsi üçün xüsusi çarxlar hazırlanıb və mətbuatda, sosial şəbəkələrdə yayılıb. İcraçı direktor maarifləndirmə tədbirlərinin təhsil müəssisələrini də əhatə etməsinin vacibliyini bildirdi və bu istiqamətdə də tədbirlərin görüləcəyini dedi. Avtomobil, əmlak sığortasından da danışan R.Əhmədov innovativ sistemlərdən istifadənin də gündəmdə olduğunu vurğuladı.

    Aqrar sığortanın ölkəmizdə tətbiqi istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açan Kənd Təsərrüfatı naziri İnam Kərimov isə qeyd etdi ki, ötən il Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar aqrar sığortanı da əhatə edib. Ölkədə aqrar sahənin davamlılığının təmin edilməsi üçün yeni aqrar sığorta mexanizminin tətbiqi zərurəti yaranmış və uğurlu kənd təsərrüfatı sığorta mexanizmləri olan ölkələrin təcrübəsi araşdırılmışdır. Ən uğurlu modelin tətbiqi üçün qanunvericilik layihəsi hazırlanıb, ötən il “Aqrar sığorta haqqında” Qanun qəbul edilib, Aqrar Sığorta Fondu təsis olunub. Yeni sistemə əsasən qeyri-kommersiya prinsipləri ilə tənzimlənən və özəl sektorun iştirakını təmin edən dövlət-özəl sektor əməkdaşlıq modeli tətbiq ediləcək. İ.Kərimov ilk sığorta məhsulunun 2020-ci ilin sonunadək geniş istehlakçı kütləsinə təqdim edilməsinin planlaşdırıldığını vurğuladı.

    Sonra Kənd Təsərrüfatı Nazirliyinin “Aqrar sığorta” adlı təqdimatı təqdim olundu.

    İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirdi ki, əmlakın sığortası dövlət əmlakına da şamil edilməlidir və burada böyük ehtiyatlar var. O həmçinin qeyd etdi ki, vətəndaşın və sığorta şirkətlərinin qarşılıqlı inamını artırmaq, vətəndaşı sığorta olunmaqda daha çox maraqlandırmaq üçün yollar axtarılmalıdır.

    Maliyyə naziri Samir Şərifov qeyd etdi ki, son 10 ildə dövlət təbii hadisələrdən ziyan çəkən vətəndaşlara kömək üçün 970 milyon manat vəsait xərcləyib.

    Fövqəladə Hallar naziri Kəmaləddin Heydər isə vurğuladı ki, qanunvericilikdə müvafiq düzəlişlər edilməsinə ehtiyac var.

    Ədliyyə nazirinin müavini Azər Cəfərov dedi ki, qanunvericilik sahəsində zəruri olan bütün proseslərdə yaxından iştirak etməyə hazırdırlar.

    ASAN Xidmətin rəhbəri Ülvi Mehdiyev və FHN-in müavini Rfael Mirzəyev və başqaları çıxış edərək, görülən işlərdən və qarşıda duran vəzifələrdən danışdılar.

    Baş Nazir Əli Əsədov müşavirəyə yekun vuraraq Nazirlər Kabinetinin 2019-cu il 21 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişafına dair 2019-2021-ci illər üçün Tədbirlər Planı”nda nəzərdə tutulmuş işlərin sürətləndirilməsinin və bununla bağlı mütəmadi hesabat verilməsinin vacibliyini bildirdi. Qeyd etdi ki, aqrar sığorta sahəsində qəbul edilmiş qərarların icrası daim diqqətdə saxlanılmalı və bu istiqamətdə işlər sürətləndirilməlidir.

    Qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verən Baş Nazir Əli Əsədov görülmüş işlərin nəticələrinin 3 aydan sonra yenidən müzakirə ediləcəyini bildirdi.//milli.az

  • Bakıda daha üç marşrut xətti kart sisteminə keçir

    Bakıda daha üç müntəzəm marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız – vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq.

    Median.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin rəsmi nümayəndəsi Vüqar Məmmədzadə AVTO FM radiosunun efirində bildirib.
    Onun sözlərinə görə, yaxın günlərdə 67 (Nərimanov-Biləcəri istiqaməti) və 77 (İçəri Şəhər – Yeni Yasamal istiqaməti), 26 (Keşlə-Azadlıq Prospekti istiqaməti) saylı maşrut avtobuslarında yaxın vaxtlarda kart sistemi tətbiq olunacaq.

    O əlavə edib ki, hazırda Bakı şəhəri üzrə 30 müntəzəm marşrut avtobusları kart sisteminə keçib.//Baku.ws