Month: January 2020

  • Beyləqan sakini Bakıda qardaşının yük avtomobilini qaçırdı

    Sabunçu RPİ-yə müraciət edən Sabunçu qəsəbə sakini S.Quliyev yanvarın 13-də qəsəbə ərazisindən “Zil” markalı yük avtomobilinin qaçırıldığını bildirib.

    Bu barədə Baku.ws-ə Daxili İşlər Nazirliyindən (DİN) daxil olan məlumatda bildirilir.

    DİN-in Təhlükəsiz Şəhər Xidməti və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən S.Quliyevin qardaşı, Beyləqan rayon sakini Ç.Quliyev saxlanılıb.

  • Власти Китая подключили армию к борьбе с коронавирусом

    Центральный военный совет КНР задействовал армию в борьбе со вспышкой коронавируса в Ухане, в город направлены 40 военных врачей, сообщает РИА Новости со ссылкой на Центральное телевидение Китая.

    Сообщается, что по требованию Центрального военного совета департамент базового обеспечения развернул работу по подключению военных к борьбе с распространением нового типа коронавируса.

    В настоящее время 40 военных врачей направлены для работы в отделение интенсивной терапии Пульмонологического госпиталя Уханя.

    Власти Китая 31 декабря 2019 года информировали Всемирную организацию здравоохранения о вспышке неизвестной пневмонии в городе Ухань, расположенном в центральной части страны. Специалисты установили возбудителя болезни – это коронавирус 2019-nCoV. По последним данным, число зараженных в Китае уже превысило 830, 26 пациентов скончались, из них 24 на территории провинции Хубэй, двое – за ее пределами. Вирус уже распространился за пределы Китая, случаи заражения зафиксированы в Южной Корее, Японии, США, Вьетнаме, Сингапуре и Таиланде.

  • Şagirdləri vuran sürücü tutuldu

    Abşeron rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində azyaşlıların zərər çəkdiyi yol nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü tutularaq istintaqa cəlb edilib.

    Median.Az xəbər verir ki, yanvarın 23-də saat 14 radələrində Xırdalan şəhəri ərazisində Cəmil Bəylərovun idarə etdiyi Mercedes-Benz markalı, 99-KR-546 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək səki ilə hərəkət edən piyadalar – 2005-ci il təvəllüdlü Asu Səbzəliyeva və 2006-cı il təvəllüdlü Fidan Orucovanı vurub onlara bədən xəsarətləri yetirməsi faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

    Aparılmış istintaqla hadisənin C.Bəylərov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutulub.

    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

  • Dünyanı vahiməyə salan koronavirusa yoluxmaq istəmirsinizsə, bunları mütləq edin

    Koronaviruslar soyuqdəymədən tutmuş Orta Şərq Respirator Sindromu və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur.

    Median.Az baku.ws-ə istinadən xəbər verir ki, xəstəliyin kliniki simptom və əlamətləri əsasən hərarətdir, bəzi pasiyentlərdə döş qəfəsi rentgenoqrafiyalarının nəticələrində hər iki ağciyərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunub.

    Xəstəliyin baş qaldırdığı bölgələrə və ya bölgələrdən (hazırda Vuhan şəhəri) səfər edərkən kəskin respirator xəstəlik riskini aşağıdakı vasitələrlə azaltmaq məqsədəuyğun hesab edilir:

    Kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasda olmamaq;
    Əlləri mütəmadi yumaq, xüsusilə xəstə insanlar və onların ətraf mühiti ilə birbaşa təmasdan sonra;
    Canlı və ya ölü ferma, yaxud da vəhşi heyvanlarla yaxın təmasdan çəkinmək;
    Kəskin respirator infeksiyanın simptomlarını daşıyan sərnişinlər öskürərkən məsafə saxlamalı, öskürərkən və asqırarkən ağızlarını birdəfəlik istifadə üçün dəsmalla bağlamalı, əllərini yumalıdırlar.

  • Çin virusla mübarizə üçün ordudan yararlanacaq

    ÇXR Mərkəzi Hərbi Şurası koronavirusla mübarizə üçün Uxana ordu cəlb edib.

    Şəhərə 40 hərbi həkim göndərilib.

    Bu barədə “RİA Novosti” Çinin Mərkəzi Televiziyasına istinadla xəbər yayıb.

    Qeyd edək ki, Çin hökuməti 11 milyon əhalisi olan Uxan şəhərində karantin elan edib: şəhərə girən bütün yollar bağlanıb, nəqliyyat rabitələri dayanıb.

    Ümumilikdə isə Çində 10 şəhərdə karantin elan olunub. Son məlumatlara görə 830 nəfər bu virusa yoluxub, 25 nəfər həyatını itirib.

    Virus artıq Çinin sərhədlərindən kənarda da yayılıb, yoluxma halları Cənubi Koreya, Yaponiya, ABŞ, Vyetnam, Sinqapur və Taylandda qeydə alınıb, Rusiyada və İtaliyada yoluxma ehtimalı ilə bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

  • Azərbaycanın cənub bölgəsi ağ örpəyə büründü – VİDEO

    Azərbaycanın cənub bölgəsi olan Lerik də ağ örpəyə bürünüb.

    Faktiki olaraq Lerikə yağan qar örtüyünün hündürlüyü diqqət çəkib.

    Həmin görüntüləri təqdim edirik:

  • Azərbaycanda yolların istismar müddəti açıqlandı – RƏSMİ AÇIQLAMA

    Azərbaycanda çəkilən bəzi yollarda bir neçə ildən sonra təmir işlərinin aparılması geniş müzakirə olunan mövzulardan biridir.

    Təmir işlərinin aparılması ölkədə yeni salınan yolların istismar müddətini gündəmə gətirib.

    Mövcud durumla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) müraciət etdik və yeni salınan yolların istismar müddətinin neçə il üçün nəzərdə tutulmasını dəqiqləşdirdik. Qurumun mətbuat katibi Anar Nəcəfli BAKU.WS-ə bildirdi ki, Azərbaycanda salınan yolların istismar müddəti dedikdə təmirlərarası müddət nəzərdə tutulur: “Təmirlərarası müddət həmin yolun texniki dərəcəsinə uyğun olaraq və hərəkət intensivliyi nəzərə alınaraq hesablanır. Hər il cari təmir işləri mütləq şəkildə aparılmalıdır ki, yolda hər hansı problem yaşanmasın. Orta təmir işləri hər 4-5 ildən bir mütləq aparılmalıdır. Texniki dərəcəyə uyğun olaraq yenidənqurma işləri isə 15-18 ildən bir aparılmalıdır.
    Orta təmir işlərinin 4-5 ildən bir aparılmasına zərurət odur ki, intensiv hərəkət və təbii amillərdən aşınma qatının yeyilməsi və müəyyən deformasiyaların əmələ gəlməsi baş verə bilər. Bu səbəbdən aşınma qatı kənarlaşdırılıb yeni asfalt beton ürtüyü çəkilməlidir ki, yolun ömrü daha da uzansın. Tam olaraq yol əsaslı şəkildə təmirə və yenidənqurmaya qədər gəlib çıxa bilsin, 15, 16, 18 il xidmət edə bilsin”.

    AAYDA-nın mətbuat katibi həmçinin qeyd etdi ki, təmir işləri aparılmasa, yolların ömrünü uzatmaq mümkün deyil: “Bəzən vətəndaşlar yolda orta təmir işləri aparılarkən bunu görür və irad bildirirlər ki, 4-5 ildir, çəkilən yolda nə üçün təmir işləri aparılır? Lakin bu təmir işləri mütləq şəkildə aparılmalıdır ki, yol öz ömrünü tam olaraq əsaslı təmirə qədər normal şəkildə başa vura bilsin. Əks halda həmin yol daha tez dağıla bilər.

    Elə yollarımız var ki, orada hərəkət intensivliyi çoxdur və müəyyən işlər nəzərə alınaraq orta təmir işlərinin vaxtı uzanır. Misal üçün, Bakı-Hacıqabul istiqamətindəki magistral yolumuz 12 ildir ki, orta təmir işləri aparılmır. Halbuki aparılmalıdır və o yolda müəyyən deformasiyalar yaranıb və orta təmir işlərinin aparılmasına zərurət yaranıb. Artıq biz bu yolda da problemlərin aradan qaldırılmasına başlamışıq”.

  • Qusman İlham Əliyevə təşəkkür etdi

    “TASS” Agentliyinin direktor müavini Mixail Qusman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə M.Qusman jurnalistlərə açıqlamasında deyib:

    “Mən sevinirəm ki, Bakı-Moskva mədəniyyət dialoqu məhz mənim ad günümə təsadüf edir. Ümumiyyətlə, Azərbaycanın Prezidentinə və Birinci vitse-prezidentə bu tədbirin təşkilində göstərdikləri dəstəyə görə təşəkkür edirəm”.

    M.Qusman konfransın ikitərəfli humanitar münasibətlərin inkişafı nöqteyi-nəzərindən vacib olduğunu vurğulayıb:

    “Doğrusu, müasir Azərbaycan tarixində Rusiyadan bu qədər ictimaiyyət və mədəniyyət xadimlərinin iştirak etdiyi tədbirin keçirildiyini xatırlamıram. Bu, bir daha göstərir ki, Azərbaycanla Rusiya arasındakı mədəni və tarixi əlaqələr bir-biri ilə sıx bağlıdır”.

  • Körpələr Evində uşaqları bağlayan orta tibb işçiləri cəzalandırıldı – RƏSMİ

    2019-cu ilin oktyabr-noyabr aylarında bir sıra elektron kütləvi informasiya vasitələrində yayılmış və son günlər sosial şəbəkədə yenidən müzakirə olunan video və şəkillər ilə bağlı xüsusi komissiya yaradılıb.

    Median.Az Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, Gəncə Şəhər 2 saylı Körpələr evinin rəhbərliyi məsələ ilə bağlı açıqlama verib.

    Açıqlamada deyilir:
    “Araşdırmalar aparılıb, körpələrin bir-birinə bağlanması öz təsdiqini tapmasa da, uşaqların bezlərinin düşməməsi üçün bellərinə uzun corablar bağlanması aşkar olunub və bunu edən 2 orta tibb işçisi ciddi cəzalandırılıb.

    Videogörüntülərdə uşaq evinin təmirsiz və səliqəsiz olmasına münasibət bildirərək qeyd edək ki, uşaq evində bu məsələ ilə bağlı ciddi problem yoxdur. Müəssisədə xırda təmir bərpa işləri aparılıb, körpələr evi isti su ilə, kombi sistemi və müasir istilik sistemi ilə təmin olunub.

    Müəssisədə paltaryuyan maşınlar, tozsoranlar var və təmizlik məsələsinə tamamilə riayət edilir. Qeyd edək ki, uşaq evində valideynləri tərəfindən atılan üç yaşa qədər olan uşaqlar saxlanılır”.

  • 3 nəfəri iş vaxtı elektrik cərəyanı vurub – VİDEO

    Tovuzda 3 nəfəri iş vaxtı elektrik cərəyanı vurub.

    Median.Az Baku.tv-yə istinadən xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan yolunun Əyyublu kəndindən keçən hissəsində qeydə alınıb.

    Yeni tikilən Gəncə-Gürcüstan yol tikintisində çalışan Tovuz sakinləri – 44 yaşlı Suliddin Abdullayev, Nihad Xudayi və 40 yaşlı Ayət Abduləzizov tikinti işlərilə məşğul olan zaman onları elektrik vurub.

    Yaralılar ağır vəziyyətdə Tovuz Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib.

    Daha sonra xəstələrin vəziyyəti ağır olduğundan Gəncə şəhərindəki xəstəxanalardan birinə göndəriliblər.

    Faktla bağlı araşdırma aparılır.